Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə18/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   14   15   16   17   18   19   20   21   ...   63

hərəkətlərini, xüsusilə Suriya​dakı son çalış​malarını addım-addım təqib edir və nəzarət altına alır​-
dılar. Çünki, Fransanın Xarici İş​lər Nazirliyi bilirdi ki, İngil​tərənin Suriyadakı kiçik bir müvəf​fə​qiy​-
yəti, Fransanı Orta Şərqdən tamamilə silə bilərdi. Bu, eyni zamanda Fransanın Uzaq Şərq müs​təmləkə
siya​sə​tinin də sonu olacaqdır. Fran​sa isə buna dözə bil​məz​di. Bu möv​zu​ya aid bir misal göstərmək
üçün 1912-ci ilin yan​var ayında Bal​kan müharibəsi səbəbindən Fransanın Xarici İşlər Nazirliyinin
Su​ri​yadakı nümayəndəsi tərəfindən göndə​ri​lən aşağı​dakı önəmli he​sa​bata bax​maq kifayətdir.
Hesabatda deyilirdi:
“Suriya əhalisini, İngiltərənin Suriyanı işğalını istəməyə razı salmaq və həvəsləndirmək üçün güc sərf
edən iki komitə Şam və Beyrutda çoxdan bəri mövcud idi. Bu iki komitə axırda Beyrutda birləşərək
hərəkət marşrutları haqqında təlimat al​maq üçün Misirə nümayəndələr göndərmişdi. İngiltərə lehinə
çoxdan bəri açıqdan-açığa təşviqat aparılır. 1912-ci il yanvarın 10-da ingilis “Burham” kreyseri
Trablusşam limanına lövbər atdı. Kreyserin kapitanı valini ziyarət edərək şəhərdə asayişin təmin
edilməsində israrlı olacağını və bu məqsədlə quruya çıxarılacaq matrosların ancaq ingilis
birliklərinin gəldiyi vaxt yerlərini onlara verərək gəmiyə qayıdacaqlarını söylədi. Bu vaxt Beyrutda
heç bir fransız hərb gəmisinin olmaması, İn​giltərə tərəfindən Suriyanı işğalını qərara alması
ehtimalını bir daha qüvvətləndirmişdir. İşğal mövzusundakı təşviqatlar Əlcə​zair müsəlmanları
arasında da davam etdirilməkdədir. Yerli​ləri işğala alışdırmağa çalışan komitələr tərəfindən 10.000
əlcə​zair​li müsəlman Şama göndərildi. Lord Kitchnerin bir yaxın ada​mı Beyruta getdi. Yuxarıda adı
çəkilən adamın hüzurunda bə​zi toplantılar keçirildi. Bu toplantılarda iştirak edənlərin ha​mı​sı
müsəlman idilər. Hər tərəfdə müəyyən bir plan daxi​lində hərəkət edilirdi. Bu planın məqsədi orada-
burada üsyan​lar ya​rat​maq və ingilislərin xeyrinə şərait yaratmaq idi. Suriyadakı fransız təbəəsi ilə
onları himayə edənlər bu planı pozmaq üçün əl​lə​rin​dən gələni edirdilər. Onlar üçün əsrlərdən bəri
Suriyada möv​cud olan bu vəziyyətin dəyişdirilməsinə Fransa tərəfindən im​kan verilməyəcəyinə ümid
bəsləyirlər”.
Bəli, fransız diplomatları buna ümid edirdilər. Lakin, həqi​qə​tin işığı altında Fransanın bu ümidi
həqiqət olaraq meydana çı​xacaq​dırmı? İngiltərə mütləq nəyin bahasına olursa olsun Orta Şərqin neft
sahələrinə təkbaşına sahib olmaq istəyirdi. Bu nəticəni aşkara çıxartmaq üçün hər şeyə əl atırdı.
Hesabatda da bildirildiyi kimi İngiltərə, ehtimal olunan bir fransız hücumunu da hesaba almışdır.
Bunu qabaqlamaq üçün də Əl​cə​zairi Fransanın əlindən almaq istə​yirdi. Bu məqsədlə Əlcəzairdən Su​-
riyaya on mindən artıq bir kütlə gətirmişdir. Beləliklə İngiltərə Fransanın Orta Şərq işlərinə aktiv
olaraq müdaxiləsini yaxşı qarşılamadığını açıqca ortaya qo​yur​du. Yenə hesabatda bildirildiyi kimi,
İngiltərə, daha bir dəfə, həm də sonuncu olmamaq şərti ilə ingilis hərb gəmilərini neft sa​hə​lərinə
gedən yol üzərindəki bir limana göndərdi. Onu da qeyd et​mək lazımdır ki, bu liman, Osmanlı
İmperiyasının ərazisinə daxil idi.
 


TÜRKLƏRİN NEFT UĞRUNDA
MÜCADİLƏSİ
 
 
Neft hər cür diplomatik qaydaların xaricindədir. Neft üçün güc​lü olmaq lazımdır. Artıq neft elə sehrli
bir maddə halına gəl​miş​​dir ki, buna sahib ola bilmək üçün dost və müttəfiq bildiyimiz Al​ma​niya da
daxil olmaqla Rusiya, İngiltərə və Fransa birləşərək 600 illik bir imperiyanı edama məhkum
etmişdilər. Krit, Trablus​qərb və Bal​kan müharibələri bu siyasətin, neft siyasətinin başlanğı​cı idi.
Türklər Kritdən, Trablusqərbdən və Balkan yarımadasından saysız-hesabsız itgilər verərək
çəkilmişdilər. Etiraf etmək lazımdır ki, dünya mə​də​niy​yətinin təmsilçiləri olan Qərb dövlətləri bu iş
üçün kilsəni çox asan şəkildə öz niyyətləri üçün xidmət etdirmiş​dilər.
Neft sadəcə bir imperiyanı deyil, tarixlərə sığmayan adil və məğ​rur bir milləti də yox etmək gücünə
malik idi. Məhvinə qərar verilən və tətbiqini Kritdə, Balkan yarımadasında və imperiyanın digər
hissələrində müşahidə etdiyimiz bu millət türk milləti idi.
600 illik imperiyanın hər gün ayrı-ayrı nöqtələrində gah ingilis qızıllarına özlərini satmış ərəblər, gah
İngiltərə Enteljans Servisin Balkan yarımadasındakı bütün insanlıqdan kənar vəhşiliklərin ba​is​karı
olan cəsusu ser Boksterin əmrinə tabe Balkan komitəçiləri neftə görə tarixin üz qarası olan qırğınlar
törədirdilər.
Qərb Parisdə nəşr olunan “Echo de Paris” qəzeti müxbiri tə​rə​findən Berlindən göndərdiyi və 1912-ci
il yanvarın 18-də çap edi​lən materialda vəziyyəti belə şərh etmişdir: “Maksimilyen Har​den Kiçik
Asiyaya sıxışdırılan Türkiyənin həyat tapacağını cümə ertəsi günü təkrar edirdi. Həqiqətən da hər
kəsə mə​lum​dur ki, xeyli zamandan bəri qərbləşən türklər Kiçik Asiyada tamamilə məhvə məhkum
olacaqdılar”. Qərb dövlətləri sözün əsl mənasında türkləri və Türkiyəni məhv etmək istəyirdilər və
bunu açıq-aşkar bildirməkdən də çəkinmirdilər.
Neft istehsalçıları Türkiyəni həqiqətən məhv etməyə qərar ver​miş​dilər və planlarını gecikmədən
reallaşdırmağa çalışırdılar. Bö​yük Osmanlı İmperiyasının darmadağın edilməsi isə bu qərarın ən
dolğun nəticəsidir.
Bütün bu açıq-aşkar görünən təhlükələrə baxmayaraq, təəssüf ki, dövləti əllərinin içində saxlayan
İttihat və Tərəqqi Partiyası qəflət yuxusunda idi. Almanlar qurduqları çox dostanə mü​na​si​bət​lərə
baxmayaraq Türkiyədən daha geniş imtiyazlar əldə etmək üçün hər cür tədbirə baş vururdular. Bu
tədbirlər sırasında sabotaj​lardan tutmuş ən yüksək məqamdakı siyası toplantılara və anlaş​ma​lara
qədər hər şey var idi. Almaniya Orta Şərqdə siyasi və xüsu​silə iqtisadi mənfəətlərinə sədd çəkən
dövlət olaraq İngiltərəni qə​bul edirdi. Həmçinin, Rusiya da Orta Şərqə iddialı idi, lakin Al​maniya
ona çox əhəmiyyət vermirdi. Əslində Almaniya bilirdi ki, Rusiya ilə İngiltərə arasında iki ziddiyyət
nöqtəsi vardır. Bu iki nöqtədən biri zəngin neft ehtiyatlarına sahib olan İran, digəri isə boğazlar
məsələsi idi. Rusiyanın istər İranda yer tutmasına, istərsə də boğazlara enməsinə və beləliklə isti
dənizlərə çıxmasına mane olan dövlət yalnız İngiltərə idi.
Rusiya beynəlxalq siyasətində İngiltərənin rəqibinə çevrilmiş​dir. Almaniya siyasətçiləri bu məsələni
çox yaxşı bilir və Rusiyanı Orta Şərqdə özünə böyük bir rəqib olaraq qəbul etmək istəmirdi. İngiltərə
tarixin hər səhifəsində Rusiyanın isti dənizlərə çıxmasına və xammal mənbələrinə yaxınlaşmasına
daima mane olmuşdur.



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə