Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi



Yüklə 0,54 Mb.
səhifə15/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   11   12   13   14   15   16   17   18   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Qoruyucu kəmərin başmağı quyuya buraxılan qoruyucu kəmərin quyu lüləsi ilə hərəkətinə istiqamət verir. Eyni zamanda quyu lüləsi ilə buraxılan qoruyucu kəmərin quyu gövdəsindəki kahılara yönəlməsinin qarşısını alır. Kəmər başmağı çuğundan, alüminium materialından, betondan və ağacdan hazırlanır. Kəmər ucu uzunluğu 0,8 m, qalınlığı isə 15÷20 mm olan polad borucuqdan hazırlanır. Kəmər başmağının yuxarı hissəsi standart yivə malik olub qoruyucu kəmərin aşağı ucu ilə birləşir, aşağı ucu isə kəsik konusvari və ya şar formasında olur. Ağır çəkili qoruyucu kəmərin quyuya buraxılması başa çatdıqdan sonra boru kəmərinin ağırlığının bir hissəsi quyu dibinə verildiyindən başmağın ucu çox vaxt quyu dibindəki süxura daxil olduğundan yuma çıxışı bağlanır. Bu halın baş verməməsi üçün başmağın yuxarısına uzunluğu 1,0÷1,5 m və onun üzərində yiv istiqamətində açılmış deşikləri olan borucuq bağlanır.
Əks klapan – qoruyucu boruları quyuya buraxan zaman maye içərisindəki çəkisinin azaldılmasına və kəmər arxasına qaldırılmış sement məhlulunun qoruyucu borunun içərisinə qayıdaraq daxili olmasının qarşısını alır. Bunlardan əlavə əks klapan quyuya qoruyucu kəmər buraxıldıqda kəmər arxasında yuma getməsini təmin edir və kəmər arxasında təmizliyin yaranmasına səbəb olur. Əks klapan quyuya buraxılan kəmərin aşağı ucundan 10-25 m yuxarıda yerləşdirilir.

Hal-hazırda işlədilən əks klapanlar boşqab tipli (a) və təkmilləşmiş forması (b) SKOD tiplilərdir (şəkil 9.6).

Əks klapan tam yığıldıqdan sonra 1,5 MPa təzyiqə (işçi təzyiqə) hidravliki sınaqdan keçirilir.

Ayırıcılar – vasitəsilə qoruyucu kəmərlər bölmələrlə və yaxud qazıma boruları vasitəsilə quyruq kəmərləri ilə quyuya buraxılır. Mürəkkəb geoloji şəraitdə quyu lüləsinə buraxılan qoruyucu kəmər bir neçə bölmə (hissə) ilə quyuya buraxılır. Belə halda quyuya buraxılan qoruyucu borunun uzunluğu müəyyən edildikdən sonra onun yuxarı ucuna ayırıcı bağlanır. Ayırıcının yuxarı bilərziyinə sağ yivli qazıma boruları bağlanır. Qazıma boruları vasitəsilə quyuya buraxılan qoruyucu kəmər layihə dərinliyinə çatdırıldıqdan sonra sementləmə aparılır. Sementləmə qurtaran kimi qazıma borularını sağ istiqamətə fırlatmaqla ayırıcı trapesiya profilli sol yivdən açılaraq qoruyucu kəmərdən ayrılır.

Şəkil 9.7. Universal ayırıcı



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə