Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi



Yüklə 0,54 Mb.
səhifə16/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   12   13   14   15   16   17   18   19   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Mərkəzləşdirici fənərlər vasitəsilə quyuya buraxılmış qoruyucu kəmərlərin quyunun bir divarına söykənməsinin qarşısı alınır. Qoruyucu boru quyu lüləsi divarının bir tərəfinə söykəndiyindən quyuda sementləmə aparılmasına baxmayaraq boru söykənmiş intervala sement məhlulunun daxil olmaması səbəbindən laylar bir-birindən təcrid olunmur. Məhsuldar laylarda belə halın baş verməsi quyulardan neft və ya qaz məhsullarının alınmasına mənfi təsir göstərir. Bir çox hallarda isə istismar zamanı vaxtından əvvəl quyunun sulaşması baş verir.

Qoruyucu kəməri quyuya endirən zaman məhsuldar layların qarısındakı boruların xaricinə mərkəzləşdirici fənərlər qoyulur. Fənərlər olan dərinliklərdə sementləmədən sonra möhkəm sement həlqəsi yaranır və laylar bir-birindən təcrid olunur.



Şəkil 9.8. Mərkəzləşdirici fənər.


Hazırlanmış dərs vəsaitində əsas məqsəd quyuların qazılması, mənimsənilməsi və istismarı zamanı qoruyucu borulara təsir edən əsas yüklərin müəyyən edilməsi, boruların möhkəmlik qruplarını, ölçülərini və birləşmədəki yivlərin profillərini hesablayaraq seçilməkdir. Eyni zamanda qoruyucu boruların hesablama nümunələri və boruların möhkəmlik xassəsini göstərən əlavələr verilib. Hazırlanan metodik iş dənizdə və quruda qazılan neft-qaz quyularının layihələndirilməsi üçün nəzərdə tutulur.

Nəzərdə tutulan qoruyucu kəmərlərin hesablanmasını aparmaq üçün lazım olan bütün göstəricilər Əlavə 1–də yazılır.

Qoruyucu kəmərin hesablanması, quyuda baş verən təzahür, mənimsəmə, hermetikliyə yoxlanılma, istismara başlanılmasında əmələ gələn xarici, daxili izafi təzyiqlərə və oxboyu yükə görə aparılır. Bunların birlikdə və ayrılıqda olan təsirləri hesablama zamanı nəzərə alınır.

Aparılmış hesabat nəticəsindən quyuya endiriləcək qoruyucu kəmərin quruluşu - boruların möhkəmlik qrupları, qalınlıqları, uzunluqları təyin edilir. Eyni zamanda boruların yivlərinin profilləri seçilir.

Hesabat aparılan düsturlarda istifadə olunan əsas işarələr:


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə