Neft və qaz ehtiyatlarının hesablanma üsulları



Yüklə 131,79 Kb.
səhifə7/24
tarix19.01.2022
ölçüsü131,79 Kb.
#82980
1   2   3   4   5   6   7   8   9   10   ...   24
Neft qaz hesablama usullari imtahan suallar

.Ehtiyatların və resursların təsnifatı. ***

Aşkar və kəşf olunmuş işlənilmədə olan yataqların standart şəraitlərə uyğun müəyyən hesablama tarixində neft və kondensatın kütləsi və qazın həcmi ehtiyat adlanır.

Müəyyən olunmuş yataqların məhsuldar, lakin qazıma yolu ilə aşkar olunmamış laylarında standart şəraitə uyğun qiymətləndirilmə tarixində neft və kondensatın kütləsi və qazın həcmi resurs adlanır. Qiymətləndirilmiş resurslar bir-birindən və etiyatlardan müxtəlif öyrənilmə dərəcəsi və müxtəlif əsaslandırma dərəcələri ilə fərqlənirlər.

Hal hazırda karbohidrogen xammalının ilk potensial resurslarının müəyyən bir hissəsi kəşf olunub, bununla belə onların bir hissəsi çıxarılmışdır və xalq təsərrüfatında sərf olunmuşdur. Bununla bağlı ilk potensial resursları toplanmış hasilat (çıxarılmış resurslar) və cari potensial resurslara (yer təkində olan resurslar) bölmək olar.

Toplanmış hasilat ilk resursların o hissəsidir ki, hansı yer təkindən artıq çıxarılmışdır. Toplanmış hasilat neft və qazın ilk sənaye axımından hesablama tarixinə qədər çıxarılmış cəmi hasilatını özündə cəmləşdirir. Bu tərif ayrı bir yataq və eləcə də iri regionlar və ölkələrə aid istifadə oluna bilər. Hesablama tarixinə faydalı qazıntının müəyyən hissəsi yer təkində qalır və kəşf olunmuş və kəşf olunmamış resurslar kimi cari potensial resurslarının tərkibinə daxil olur.

Cari potensial resurslar aşkar edilmiş yataqlarda (kəşf olunmuş və işlənilmədə olan) hesablama tarixinə görə neftin və qazın ümumi miqdarıdır. Cari potensial resurslarının bu tərifinə uyğun olaraq onlar kəşf olunmuş və kəşf olunmamış iki bölməyə ayrılır. Kəşf olunmuş ehtiyatlara aparılmış tədqiqatlar və geoloji-kəşfiyyat işlərinin nəticəsində bu və ya digər etibarlılıq dərəcəsi ilə aşkar edilmiş və əsasən sonrakı işlənilmə üçün hazırlanmış ehtiyatlar daxildir.

Kəşf olunmuş ehtiyatların qiymətləri haqqında bizim anlayışımızın etibarlılıq dərəcəsi qismən bu və ya digər kateqoriyaya ehtiyatların aid edilməsi ilə müəyyən olunur. Kəşf olunmuş ( A, B və C1 kateqoriyaları) və qabaqcadan qiymətləndirilmiş (C2 kateqoriyası) neft, qaz, kondensat və onların tərkibində olan faydalı komponentlər müasir neft və qaz mədənlərinin fəaliyyətinin və yataqların sənaye əhəmiyyətli qiymətləndirilməsinin təbii bazasını təşkil edir. Xalq təsərrüfatı əhəmiyyətinə görə kəşf olunmuş ehtiyatlar balans və balansdan kənar qruplara bölünür. Balans ehtiyatları qrupunda çıxarılan və çıxarılabilməyən ehtiyatlar ayrılır.

Kəşf olunmuş və ayrı-ayrı yataqlar və sahələr üzrə hesablanan qabaqcadan qiymətləndirilmiş neft, yanar qazlar və onların tərkibində olan komponentlərin ehtiyatlarından başqa neftqazlı əyalət, vilayət, rayon və ayrı-ayrı sahələrin potensial imkanlarının ümumi geoloji təsəvvürlər əsasında qiymətləndirilməsi üçün perspektiv (C3 kateqoriyası) və proqnoz (D1 və D2 kateqoriyaları) resurslar müəyyən olunur.

Yataqların ehtiyatları və perspektiv resursları hesablanır və nəzərə alınır, proqnoz resursları isə neft, qaz və kondensat üzrə ayrıca qiymətləndirilir. Hesablamalar standart şəraitdə (0,1 MPa və 200S) həyata keçirilir.


  1. . Balansdan kənar ehtiyatlar. ***


Balansdan kənar ehtiyatlar - hazırki zamanda işlənilməsi iqtisadi cəhətdən məqsədə uyğun deyil yaxud texniki və texnoloji baxımdan mümkün deyil, halbuki gələcək zamanda balans ehtiyatlar qrupuna keçirilə bilər.

Balansdan kənar ehtiyatların işlənilməsinin qeyri səmərəliliyi xüsusilə onların kiçik qiymətləri, neft və qazın aşağı keyfiyyəti, istismar şəraitlərinin xüsusi mürəkkəbliyi, yatağın çox kiçik ölçüləri, quyuların kiçik debitləri, vacib xalq təsərrüfatlı obyektlərin və i.a. altında yerləşməsi ilə müəyyən edilir. Burada iri göl və su axınların, yaşayış məntəqələrinin, kapital qurğular və kənd təsərrüfatı obyektlərin, qoruqların, təbiət, tarix və mədəniyyət abidələrinin qorunma zonalarında yığılmış neft və qaz ehtiyatları balans yaxud balansdan kənar hesab olunur. Lakin bunu xüsusi texniki-iqtisadi hesablamalar əsasında müəyyən edirlər. Burada qurğuların mümkün olan köçürülməsinə yaxud yataqların işlənilməsinin xüsusi üsullarına sərf olunan xərclər də nəzərə alınır.

Elm və texnikanın inkişafının indiki mərhələsində neft və qaz yataqlarının işlənilməsi neft, qaz və kondensatın balans ehtiyatlarının yer təkindən 100% çıxarılmasını təmin edə bilmir. Bu ehtiyatlar və onların tərkibində olan komponentlərin içində çıxarılabilən ehtiyatlar ayrılır. Hasilatın müasir texniki vasitələri və hasil etmə texnologiyasının daha geniş və səmərəli istifadəsi və eləcə də yer təkinin qorunması və ətraf mühitin tələblərinə riayət etmə nəticəsində çıxarılabilən ehtiyatları əldə etmək mümkündür.


  1. .Ehtiyatların qrupları və kateqoriyaları. ***

EHTİYATIN QRUPLARI 2 YERƏ BÖLÜNÜR .

Balans ehtiyatlar – hazırki zamanda işlənilməsi iqtisadi cəhətdən məqsədəuyğun olan yataqların ehtiyatları; balansdan kənar ehtiyatlar - hazırki zamanda işlənilməsi iqtisadi cəhətdən məqsədə uyğun deyil yaxud texniki və texnoloji baxımdan mümkün deyil, halbuki gələcək zamanda balans ehtiyatlar qrupuna keçirilə bilər.

Neft, qaz və kondensatın balans və çıxarılabilən ehtiyatları və eləcə də onları müşayiət edən komponentlər yer səthinə çıxarılma zamanına görə aşağıdakı kimi bölünürlər:



İlk balans ehtiyatlar - yatağın statik vəziyyətində hesablanmış ehtiyatdır, yəni sənaye əhəmiyyətli neft hasılatı alınmamışdan əvvəlki ehtiyat;

Toplanmış hasilat - neft, qaz yaxud kondensatın bu və ya digər tarixdə vəziyyətinə görə ümumi hasilatı;

Qalıq ehtiyatlar - onlar müvafiq tarixdə olan ilk balans ehtiyatının və toplanmış hasilatın fərqidir.

Neft və qaz ehtiyatları tədqiqat səviyyələrinə görə 4 kateqoriyaya bölünür: A, B, C1, C2, C3, D1, D2. Budur A, B, C1, C2 ehtiyatları; C3, D1, D2 mənbələrdir. Sənaye mahiyyətli normal rentabelli çıxarıla bilən ehtiyatlar amillərin cəminə görə - iqtisadi səmərəliliyi, geoloji öyrənilmə və sənaye mənimsənilmə dərəcəsinə görə 4 ehtiyat kateqoriyalarına bölünür:



  1. Təsdiq edilmiş–A kateqoriyası;

  2. Müəyyən edilmiş–B kateqoriyası;

  3. Qiymətləndirilmiş–C1 kateqoriyası;

  4. Ehtimal olunan – C2 kateqoriyası.

Sənaye mahiyyətli şərti rentabelli çıxarılan ehtiyatlar geoloji öyrənilmə dərəcəsinə görə 3 kateqoriyaya bölünür:

  1. Müəyyən edilmiş – B kateqoriyası

  2. Qiymətləndirilmiş – C1 kateqoriyası

  3. Ehtimal olunan – C2 kateqoriyası

Sənaye əhəmiyyətli olmayan yataqların yalnız geoloji ehtiyatları hesablanır və nəzərə alınır.

Neft və qaz ehtiyatları təyini ayrı-ayrı fərdi yataqlar üzrə aparılır. Iki fazalı fərdi yataqlarda ehtiyat kateqoriyalarıın təyini neft və qaz fazaları üçün ayrılıqda aparılır.

Yüksək sənaye A kateqoriyasına istismar quyularışəbəkəsi ilə işlənmədə olan mükəmməl öyrənilmiş fərdi yatağın yaxud onun bir hissəsinin normal rentabelli ehtiyatı aiddir.


Yüklə 131,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə