Neft və qaz ehtiyatlarının hesablanma üsulları


Fənnin məqsədi və vəzifələri. *



Yüklə 131,79 Kb.
səhifə2/24
tarix19.01.2022
ölçüsü131,79 Kb.
#82980
1   2   3   4   5   6   7   8   9   ...   24
Neft qaz hesablama usullari imtahan suallar

1.Fənnin məqsədi və vəzifələri. *

Neft, qaz və kondensat ehtiyatlarının hesablanmasında məqsəd bu yanacaqların miqdarının və keyfiyyətinin təyin edilməsi, bununla bərabər onların yer şəraitində termobarik, hidrodinamik, kollektor və digər xüsusiyyətlərlə yanaşı, neft-qaz yatağının işlənilmədə olan bütün texnoloji proseslərin öyrənilməsidir, yəni bu hesablama kompleksli və çox planlı bir işin yerinə yetirilməsi deməkdir.

Bütün bu səbəblərə görə neft və qaz ehtiyatlarının hesablanması özünəməxsus xüsusiyyətlərə malikdir və yüksək mütəxəssis bacarığını və yanaşmasını tələb edən ciddi bir məsələdir.

«Neft və qaz ehtiyatlarının hesablanma üsulları» fənni neft-mədən geologiyasının tərkib hissəsidir və nəinki neft və qaz yataqlarını öyrənən fənnlər ilə sıx bağlıdır, o həm də fundamental və tətbiqi elmlər fizika, kimya, riyaziyyat və başgaları ilə əlaqədərdir. Bu əlaqə « Neft və qaz ehtiyatlarının hesablanma üsulları »nın qarşısında qoyulan məsələlərdən irəli gəlir: neft və qaz resurslarının hesablanması və qiymətləndirilməsi yer təkinin müfəssəl öyrənilməsinə əsaslanır və yataqların axtarışı, kəşfiyyatı və işlənilmə prosesində alınmış məlumatları özündə sintez edir. Yani süxurların mineraloji və petrofiziki xüsusiyyətlərinin öyrənilməsi haqqında məlumatlar (mineralogiya və petrofizika fənnləri), layın fizikası və flüidlərin fiziki-kimyəvi xassələri, çöl və mədən-geofiziki tədqiqatların nəticələri (mədən və quyuların geofiziki tədqiqatları), karbohidrogen yataqlarının formalaşma şəraitləri və yer təkində yerləşməsinin qanunauyğunluqu haqqında məlumatlar (struktur geologiya və geotektonika), neftli-qazlı qatların petrofiziki öyrənilməsi məlumatları, quyu nümunələrinin öyrənilməsi və sınanma işləri (quyuların qazılması), yataqların sınanma-sənaye işləri və işlənilməsi (neft və qaz yataqlarının işlənilməsi və istismarı), yataqların və onların işlənilməsi zamanı müşayiət olunan proseslərin mədən-geoloji öyrənilməsinin nəticələri.

İqtisadi elmlər ilə əlaqələrin zəruriliyi aşağıdakı müddəalar ilə bağlıdır. Resursların sənaye (geoloji-iqtisadi) qiymətləndirilməsi üçün geoloji-kəşfiyyat prosesinin effektivliyinin müfəssəl geoloji-iqtisadi təhlilini aparmaq, kəşfiyyat və qabaqcadan qiymətləndirilmiş ehtiyatların geoloji-iqtisadi qiymətləndirilməsini vermək, neft və qaz yataqlarının işlənilməsinin əsas iqtisadi göstricilərini əvvəlcədən qiymətləndirmək lazımdır.

Eləcə də hazırda ehtiyatların hesablanması və resursların qiymətləndirilməsi üzrə işlərin yerinə yetirilməsi zamanı geniş miqyasda riyazi statistika üsulları və kompyuter texnikasında hesablama təcrübəsi təbiq olunur. Beləliklə, bu fənn neft-mədən geoloqiyasının tərkib hissəsindən ibarətdir və praktiki olaraq neft və qaz yataqlarını öyrənən bütün fınnlər və bir sıra fundamental və tətbiqi elmlərelmlər elmlər (fizika, kimya, riyaziyyat və s.) ilə sıx bağlıdır.


2 .Karbohidrogenlərin fazalar miqdarı üzrə yataqların təsnifatı. *

Neft və qaz sənayesinin bütün inkişaf tarixi boyu yataqların xarakterinin və onlarda cəmləşən ehtiyatların ölçüsünün və xassələrinin müəyyən edilməsi məsələlərinə böyük diqqət yetirilmişdir. Müxtəlif prinsiplərə əsaslanan bir çox təsnifatlar tərtib olunmuşdur, o prinsiplərdən əsas olanları aşağıda verilir:



tələlərin qenetik və morfoloji əlamətləri,

kollektorların xarakteri,

tələlərin karbohidrogen ilə tutulma dərəcəsi,

yer təkində karbohidrogenlərin faza vəziyyəti,

məhsuldarlıq sahəsi,

ehtiyatların qiyməti,

ehtiyatların işlənilməyə hazır olma dərəcəsi və b.

Neft və qaz yataqlarının sənaye qiymətləndirilməsi zamanı praktiki olaraq bütün sadalanmış təsnifat istiqamətlərinin hamısı böyük əhəmiyyətə malikdir. Bu onunla bağlıdır ki, yuxarıda adı çəkilən hər bir istiqamət, yatağın bu və ya digər xassələrini əks etdirir, onların da, axtarış və kəşfiyyat, həndəsi qiymətləndirmə və həcmlərin hesablanması, mədən-geofiziki və hidrodinamik tədqiqatların rasional kompleksinin müəyyən edilməsi, geoloji-mədən parametrlərin hesablanma üsullarının seçilməsi, aparılmış işlərin geoloji-iqtisadi effektivliyinin müəyyən edilməsi zamanı nəzərə alınması zəruridir.

Xarakterinə və faza vəziyyətinə görə karbohidrogenlər yataqların daxilində aşağıdakı kimi bölünürlər:



  1. Yüklə 131,79 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə