Neft və qaz ehtiyatlarının hesablanma üsulları



Yüklə 131,79 Kb.
səhifə14/24
tarix19.01.2022
ölçüsü131,79 Kb.
#82980
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
Neft qaz hesablama usullari imtahan suallar

Kollektor xüsusiyyətlərinin kondisiya qiymətlərinin təyin edilməsi.

Laboratoriya analizlərinin qiymətləndirilməsi zamanı məsaməliyin elə aşağı hüdud qiymətini tapmaq lazımdır ki, ondan aşağı qiymətlərdə məhsuldar lay sənaye əhəmiyyətini itirir, yəni mövcud istismar üsulları ilə onun neftverimi qabiliyyəti.

Kollektorların aşağı məsaməlik hüdudunun müəyyən edilməsi neftmədən geologiyasının ən mürəkkəb məsələlərindən biridir.

Kondisiyalar dedikdə, süxurun neftlə doydurulma və neftvermə qabiliyyəti üçün kifayət edən minimal məsaməlik və keçiricilik qiymətləri nəzərdə tutulur. Neftmədən geologiyasında kondisiyalar başlıca olaraq neft ehtiyatlarının hesablanması zamanı istifadə olunur.

Bu halda süxurların əsas meyarı onların məhsuldarlıq göstəricisidir və ahağıdakı düstur ilə hesablanır: q = Q/H P

burada q - məhsuldarlıq əmsalı,

Q - quyunun gündəlik hasilatı, t/gün.

H – layın effektiv qalınlığı, m,

P – təzyiq fərqi, MPa.

Məsaməliyin kondisiya (aşağı) hüdudlarının təyin edilmə prosedurası aşağıdakı qaydada aparılmalıdır:

1) Kern üzərində laboratoriya tədqiqatlarının nəticələrinə görə açıq məsaməlik (m) və keçiriciliyin (Kkeç.) qiymətlərini müəyyən edilməsi;

2) Xüsusi məhsuldarlıq əmsalı və keçiricilik arasında əlaqənin asılıllıq qrafiqlərinin köməyi ilə müəyyən edilməsi;

3) Layın minimal rentabellik məhsuldarlığına uyğun olan keçiriciliyinin müəyyən edilməsi. Bunu məhsuldarlığın xüsusi əmsalının qiymətinin hüdudları haqqında məlumata əsasən həyata keçirirlər, yəni istismarın iqtisadi rentabelliyinə cavab verən qiymətlər, məsələn, 0,05(t/gün) / (MPa-1m).Sonra qrafik üzərində bu qiymətə müvafiq olan keçiricilik qiyməti tapılır (qrafikdə bu 1510-15m2).

4) Açıq məsaməlik və keçiricilik arasında tapılmış asılılığa görə layın açıq məsaməliyin kondisiya qiymətininin hesablanması. Həmin quyular üzrə açıq məsaməlik və keçiricilik arasında asılılıq qrafikləri qurulur və keçiriciliyin tapılmış qiymətinə görə onun kondisiya(sənaye əhəmiyyətli) qiyməti müəyyən edilir, yəni açıq məsaməliyin aşağı hüdüd qiyməti (bizim hal üçün bu 15% təşkil edir).

Məsaməlik, keçiricilik və neftləqazladoymanın kondisiya qiymətlərinin əsaslandırılması quyular və bütöv yataq üzrə həmin parametrlərin orta qiymətlərinin etibarlılığını təmin edir və yatağın qalınlıqları və effektiv həcminin düzgün müəyyən edilməsini şərtləndirir. Kondisiya qiymətləri haqqında biliklərin əldə edilməsi yatağın sənaye əhəmiyyətli olmasının müəyyən edilməsi zamanı və onun işlənilmə üsullarının seçilməsi məsələlərinin həlli üçün vacib hesab olunur.


  1. .Süxurların neftlədoymasının qiymətləndirilməsi üsulları. *****

Süxurların neftlədoymasının qiymətləndirilməsi üsulları.
Bu əmsal süxurun məsamələrində yerləşən neftin həcminin həmin süxurun açıq məsamələrinin həcminin nisbətinə bərabərdir: Kn = Vn / Vaç məs.

Vn - məsamələrdə olan neftin həcmi;

Vaç məs.- süxurun açıq məsamələrinin həcmi.

Bu əmsal bilavasitə yaxud dolayı üsullarla təyin oluna bilər. Bu üsullardan bilavasitə üsulu mürəkkəb olduğundan, hal hazırda digər dolayı yanaşma və üsullar tətbiq olunur. Bunlardan mədən-geofiziki və Abşeron yataqları üçün qalıq suyun keçiricilikdən asılılığı istifadə olunur ( şək. ).

Hər şeydən əvvəl bu asılılıq əyrisindən ehtiyatın hesablanması nəzərdə tutulan obyektin qalıq suyunun miqdarı təyin olunur. Sonra isə aşağıdakı düstur ilə neftlədoyma əmsalı hesablanır: Kn = 1- Ks , burada Ks su ilə doyma əmsalıdır.

Layda olan qalıq suyun miqdarının müəyyən edilməsi üçün bir neçə dolayı üsullar (o cümlədən quyularda geofiziki tədqiqatlar) mövcuddur:

1) kapilyar təzyiq üsulu; 2) sentrifuqa üsulu; 3) kapilyar hopma üsulu; 4) keçiricilik və effektiv məsaməlik nisbətləri üsulu; 5) keçiricilik və su ilə doyma nisbətləri üsulu; 6) xlorid üsulu; 7) buxarlanma üsulu və b.

Ehtiyatların hesablama təcrübəsində daha çox sentrifuqa və kapilyar təzyiq usullarıdır. Kapilyar təzyiq üsulu daha etibarlı nəticələr verir, lakin çox zəhmət tələb edir və buna görə nəzarətçi üsul kimi tətbiq olunur. Sentrifuqa üsulu isə qalıq suyun tərkibinin müəyyən etmək üçün geniş istifadə edilir.

Bu dolayı üsullardan başqa bir çox neftli-qazlı rayonlar üzrə netlədoyma əmsalının müəyyən edilməsi üçün kifayət qədər etibarlı nəticələr mədən-geofiziki tədqiqatların interpretasiya nəticələrinin istifadəsi verir. Süxurların neftlədoymasının qiymətləndirilməsi üçün müqavimət üsulu tətbiq olunur. Bu üsul neftlədoymuş kollektorun xüsusi müqaviməti və tərkibindəki suyun asılılığına əsaslanır.

Abşeronun neft yataqlarında ehtiyatların hesablanması üçün Kn adətən layın keçiriciliyi (qrafikdə yarımloqarifmik miqyasda ifadə olunmuş) və onun su ilə doyması arasındakı asılılıq əyriləri vasitəsilə müəyyən edilir. Bu yataqların quyularının qiymətlərinə görə qurulmuş qrafikdə göründüyü kimi, keçiricilik artdıqca kollektorların su ilə doyması azalır. Beləliklə, yuxarıda təqdim olunmuş düstur ilə Ksuməlumdursa Kn müəyyən edilir.

Tədqiqatların nəticələriilə müəyyən edilmişdir ki, kollektorların neftlədoyması daha intensiv yatağın sulu-neftli zonalarında dəyişir və suneft kontaktı yaxınlığında kəskin azalır. Buna görə bir neçə hallarda Kn yatağın neftli sahəsi və sulu-neftli zonası üçün ayrılıqda müəyyən etmək lazımdır.


  1. . Lay neftinin sıxlığı və onun lay üzrə orta qiymətinin müəyyən edilməsi.*****

Neftin sıxlığı -Bu parametr yer səthində 200S temperaturda və normal atmosfer təzyiqində (P=0,1 MPa) quyunun çıxış hissəsindən götürülmüş nümunələrə əsasən təyin olunur. İşlənilmə zamanı neftin sıxlığının dəyişməsini nəzərə alaraq, balans neft ehtiyatları hesablanarkən işlənmənin ilk dövründə təyin olunmuş sıxlıqlardan istifadə edilməlidir. Sıxlığın hesablama düsturuna daxil olan orta qiyməti layın bütün sahəsi boyundakı məlumatların orta ədədi qiyməti kimi müəyyən olunur. Buna görə də yatağın bütün sahəsi üzrə yerləşmiş quyulardan neft nümunələri götürülməlidir. Neftin sıxlığının orta qiymətini sahə üzrə orta çəki qiyməti kimi hesablamaq olar. Bunun üçün bərabər sıxlıq xəritəsi olmalıdır.

Neftin sıxliğı 0,7dən 1 q/sm3 qədər dəyişir və neftin tərkibindən, həll olmuş qazın miqdarından, temperatur və lay təzyiqindən asılıdır. O lay şəraitində adətən yer səthindəki qiymətindən xeyli aşağı olur. Qeyd etmək lazımdır ki, geniş su-neft zolağı ilə səciyyələnən laylalın kontakt hissəsində yerləşən neftlərin ehtiyatların hesablanması üçün qazsızlaşdırılmış neftin sıxlığı istifadə olunur.




  1. Yüklə 131,79 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə