Neft və qaz ehtiyatlarının hesablanma üsulları


Neftdə həll olmuş qaz ehtiyatının hesablanması



Yüklə 131,79 Kb.
səhifə22/24
tarix19.01.2022
ölçüsü131,79 Kb.
#82980
1   ...   16   17   18   19   20   21   22   23   24
Neft qaz hesablama usullari imtahan suallar

46 . Neftdə həll olmuş qaz ehtiyatının hesablanması.

Məlumdur ki tәbii qazlar yataqlarda üç halda rast gəlir:



  1. neftdə həll olmuş;

  2. sərbəst;

  3. qaz-kondensat.

Qaz ehtiyatlarını hesablamaq üçün müxtəlif üsullar tədbiq olunur. Sərbəst qazın ehtiyatları həcm üsulu və lay təzyiqinin azalmasına ğörə, neftdə həll olmuş qazın ehtiyatları isə neftin qazla doyması məlumatlarına əsasən hesablanır.

Neftdə həll olmuş qazın ehtiyatını hesablamaq üçün neftin qazla doyması məlumatları olmalıdır ki, bunlar da neftin dərinlik nümünələrinə əsasən təyin edilir. Bu məlumatlar olmadıqda müvafiq təzyiqdə neftdə həll olmuş qazın miqdarı, neftdə qazın həll olması qrafikinə əsasən hesablanır.

Bu ehtiyat aşağıdakı düsturla təyin edilir:

Qq.b.= Qnb r rhəll r olduqda

Qq.b.= Qnb  rhəll rhəll  r olduqda

burada Qq.b. - neftdə həll olmuş qazın ehtiyatı, m3 ilə,



Qnb - neftin ilk balans ehtiyatı, t ilə,

r - qaz faktoru (amili), m3/ t,

rhəll -qrafiklarda hesablanmış neftdə qazın həll olması (neftin qazlılığı) m3/m3 .

Bununla belə, rhəll  r olduqda düstura r kəmiyyəti daxil edilir və rhəll  r olduqda rhəll kəmiyyəti daxil edilir.



Neftin qazlılığı - neftdə həll olmuş təbii qazın miqdarını səciyyələndirir, yəni bu nefti qazsızlaşdırdıqda ondan ayrılan qazın həcminin qazsız neftin həcminə olan nisbətidir.

Qaz amili – neft quyusunun məhsulunda olan qazın xüsusi miqdarı, yəni 1 m3 və ya 1 ton neftə düşən səmt qazının miqdarı. Ölçüsü m3/m3 və ya m3/t. (bu halda qazın həcmi normal şəraitə –təzyiq 1,01105Pa, temperatur t=200S uyğunlaşdırılır.

Neftdə qazın həll olması – müəyyən təzyiq və temperaturda lay neftinin vahid həcmində həll olan qazın miqdarı.

Neftdə həllolmuş qazın çıxarılabilən ehtiyatını hesablayaraq lay rejimini nəzərə almaq lazımdır. Subasqı rejimində lay təzyiqi və qaz amilləri işlənilmə zamanı az dəyişir və bu halda qazın çıxarılabilən ehtiyatı həmin düstur ilə hesablamaq olar:



Qq.çıx.= Qnçıx r rhəll  r olduqda

Qq.çıx.= Qnçıx  rhəll rhəll  r olduqda

Başqa rejimlərdə isə neftdə həll olmuş qazın çıxarılan ehtiyatı aşağıdakı düstur ilə hesablanır:

Qq.çıx..= Qnçıx  ro+ Qnçıxbil (ro-q)- Qnçıx.lay Ps ,

burada


Qq.çıxqazın çıxarılabilən ehtiyatı, m3;

Qnçıx – neftin çıxarılabilən ehtiyatı,t;

Qnçıxbil - neftin çıxarılabilməyən ehtiyatı,t;

Qnçıx.lay lay şəraitində neftin çıxarılabilən ehtiyatı,t;bu da aşağıdakı düsturla hesablanır: Qnçıx.lay= Qnçıx b (b – neftin həcm əmsalıdır: b=Vlay / Vo)

roqaz amilinin orta qiymәti, m3/ t;

Ps – işlənmənin son dövründə qalıq lay təzyiqi, bu da texniki hesablamar üçün 10 atm qiymətində şərti olaraq qəbul olunur;

q - 10 atm qalıq təzyiqdə 1 t neftə düşən qalıq qazın miqdarı, m3.

47 . Kondensat ehtiyatının hesablanması. Etan, propan, butan digər komponentlərin ehtiyatlarının hesablanması.
O zaman ki layda xalis sərbəst qaz deyil, qaz-kondensat olarsa, onda qazın və kondensatın ehtiyatı ayrılıqda hesablanmalıdır. Belə hallarda qazın ehtiyatı məlum olan hər bir iki üsul ilə təyin edilir. Kondensatın ehtiyatı isə qaz-kondensat amilinin vasitəsi ilə hesablanır. 1 m3 qazdakı kondensatın qramlarla miqdarına qaz-kondensat amili deyilir.

Beləliklə, qaz-kondensat yatağındakı kondensatın ehtiyatını hesablamazdan əvvəl ilk lay təzyiqi şəraitində qaz-kondensat amilinin (Gkon.) qiymətini müəyyən etmək lazımdır. Sonra qazın balans ehtiyatını (Vbal.) bilməklə aşağıdakı düsturla kondensatın ehtiyatını hesablamaq olar:

Qkon.= Vbal.  Gkon. , burada

Qkon. – kondensatın balans ehtiyatı, t;

Vbal. – sərbəst qazın balans ehtiyatı, m3;

Gkon. - qaz-kondensat amili, t/m3.

Kondensatın çıxarılabilən ehtiyatını hesablamaq üçün layın kondensat verimini bilmək lazımdır, bu da qaz-kondensat və neft-qaz-kondensat yataqlarından çıxarılan kondensatın onun ilkin ehtiyatına nisbətidir. Qaz kondensatının çıxarılma dərəcəsini səciyyələndirir və onun cari və son qiymətləri hesablanır.

Neft-qaz yataqlarında əsas faydalı qazıntılardan başqa bir çox komponentlər mövcuddur və onların əsas faydalı qazıntının tərkibindən çıxarılması yaxud da onların bilavasitə hasil edilməsi yatağın bütövlükdə işlənilmə səmərəliyinin kəskin artmasına gətirib çıxarır.

Neft və qaz yataqlarında əsas faydalı qazıntılara neft və yanan qazlar, səmt qazıntılara isə mineral komplekslər( dağ süxurları, filislər, yeraltı sular, duzlaqlar) aid edilir. Əsas faydalı qazıntının işlənilməsi zamanı onların hasil edilməsi və xalq təsərrüfatında istifadəsi iqtisadi cəhətdən məqsədəuyğun hesab olunur.

Mövcud olma formalarından və əsas faydalı qazıntılar ilə əlaqəsindən asılı olaraq səmt faydalı qazıntılar və komponentlər üç qrupa bölünür:

1 qrup – (neft-qaz yataqlarına aiddir) – bura məhsuldar layların yaxud sulu horizontların yeraltı suları aiddir. Bu sular yüksək qatılıqlı yod, brom, bor, maqnezium, kalium, litium, rubidium, stronsium və digər komponentlərlə zəngindir və eləcə də balneoloji, istilik enerjisi və s. məqsədlər üçün yararlı olan yeraltı sulardır;

2 qrup - bura faydalı qazıntıda cəmlənmiş və hasil edilmə (separasiya) zamanı ondan sərbəst məhsullar şəklində ayrılan komponentlər aid edilir. Neft yataqlarında bu həllolmuş (səmt) qaz, qaz-kondensat yataqlarında isə bu kondensat ola bilər. Onlar əsas faydalı qazıntı hesab oluna bilərlər;

3 qrup - bu qrupa əsas faydalı qazıntının tərkibində olan və emal zamanı ondan ayrılan səmt faydalı qazıntılar aiddir: kükürd (hidrogen sulfid və digər kükürtlü birləşmələr şəklində) vanadium, titan, nikel və b. Sərbəst və həllolmuş qazların tərkibində etan, propan, butan, helium, arqon, CO2, hidrogen sulfid, civə. Yeraltı suların tərkibində yod, brom və b. rast gəlinir.

Təbii qazların tərkibində heliumun balans və çıxarılabilən ehtiyatlarını heliy tərkibli qazların ehtiyatları və onların heliumdoyma əmsalları haqqında məlumatlara əsasən müəyyən edilir. Burada Go(He) = GokHe düsturu istifadə edilir və bu da qazneft yaxud neft yataqlarında həllolmuş qazın və qaz yataqlarının yaxud qazneftli yataqlarının qaz papaqlarındakı sərbəst qazının tərkibindəki heliumun ehtiyatlarının hesablanması üçün yararlıdır. Bu düstur helium ehtiyatlarının hesablanmasının əsasını təşkil edir. Lakin, onun bu və ya digər hallarda konkret istifadəsi yatağın iş rejimi, qaz ehtiyatlarının çıxarılma dərəcəsi və heliumdoyma əmsalının müəyyən edilməsinin dəqiqliyi ilə bağlı bir sıra amillər ilə uzlaşmalıdır.

Qaz ehtiyatının hesablanması zamanı hidrogen sulfid ehtiyatını da qazın tərkibindəki faizinə görə hesablamaq lazımdır. Bunun üçün yatağın bütövlükdə həcmi boyu hidrogen sulfidin tərkibinin səciyyəsini təmin etmək üçün müvafiq analizlər yerinə yetirilməlidir.


Yüklə 131,79 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə