Neft və qaz ehtiyatlarının hesablanma üsulları


Sərbəst qaz və neftdə həll olmuş qazın tərkibində olan etan, propan və butan səmt faydalı komponentlər kimi standart şəraitdə faiz tərkibi ilə hesablanırlar



Yüklə 131,79 Kb.
səhifə23/24
tarix19.01.2022
ölçüsü131,79 Kb.
#82980
1   ...   16   17   18   19   20   21   22   23   24
Neft qaz hesablama usullari imtahan suallar

Sərbəst qaz və neftdə həll olmuş qazın tərkibində olan etan, propan və butan səmt faydalı komponentlər kimi standart şəraitdə faiz tərkibi ilə hesablanırlar. Onların kütləsinin hesablanması üçün həcm müvafiq olan komponentin standart şəraitdəki sıxlığına vurulur, q/m3 ilə ( etanın sıxlığı -1,263, propanın – 1,872, butanın – 2,512, pentanın – 3,221, hidrogen sulfidin – 1,434, azotun – 1,166, karbon qazının – 1,842). Qazın cari ehtiyatları10 mlrd m3 olduqda onların tərkibi 3% dən aşağı olmamalıdır. Onların və eləcə də hidrogen sulfid, azot və karbon qazının balans ehtiyatlarının hesablanması onların lay qazının tərkibində potensial miqdarı Pkomp. ilə q/m3 ilə hesablanır. Pkomp.tapmaq üçün lay qazının tərkibində hər bir komponentin payının ekomp. /100 onun standart şəraitdə sıxlığına vurmaq lazımdır.

Pkomp= ekomp. komp /100 .

Beləliklə, hər bir komponentin balans ehtityatlarını aşağıdakı düstur ilə hesablamaq mümkündür : Qkomp = Qq  Pkomp , burada

Qkomp – hər bir komponentin balans ehtiyatları;

Qq – sərbəst qazın balans ehtiyatları,m3;

Pkomp – lay qazının tərkibində komponentin potensial miqdarı.

Neft və qazlarda digər səmt komponentlərin (vanadium, titan, arqon və b.) ehtiyatları əsas faydalı qazıntının həcm (yaxud kütlə) vahidindəki miqdarının əsasında hesablanırlar.

Qeyd etmək lazımdır ki, hər bir səmt faydalı qazıntı və komponentlərin miqdarı qiymətləndirilərkən tədqiq olunmuş nümunələrin sayı yatağın bütün həcmi boyu bu miqdarın müntəzəm paylanmasını təmin etməlidir.




Yüklə 131,79 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə