Neft və qaz ehtiyatlarının hesablanma üsulları



Yüklə 131,79 Kb.
səhifə19/24
tarix19.01.2022
ölçüsü131,79 Kb.
#82980
1   ...   16   17   18   19   20   21   22   23   24
Neft qaz hesablama usullari imtahan suallar

İzoxəttlər variantı. İzoxəttlər üsulunun mahiyyəti ondadır ki, bu üsul həcm düsturunun əsas göstəricilərini istifadə edir və izoxəttlər şəklində onları təsvir edir. Bununla belə həcm düsturunun əsas göstəriciləri ya ayrı-ayrı istifadə olunur, yaxud da qruplaşdırılıb və bir neçə göstəricinin hasili şəklində (xəritələr şəklində) quyuların yerləşdirilmə planında karbohidrogen tərkibi səciyyələndirən izoxəttlər ilə qrafiki təsvir olunur. Bəzən qalınlıq ilə məsaməlik birləşdirilir və bu halda onların hasili xəritəsi qurulur. Bu xəritə fizika baxımından sahə vahidinə düşən məsamələr həcmini ifadə edir (yataq sahəsi boyu açıq məsamələrin xüsusi həcminin paylanılması). Neftlədoymuş məsamələrin həcmini əks etdirən qalınlığın-məsaməliyin-neftlədoyma əmsalının hasilinin xəritələri tərtib olunur.

Misal kimi: həcm düsturundan Fn∙ hef.∙ m ∙ kn ∙ ρn ∙ θ ∙son

aşağıdakı qrup göstəriciləri götürək.

Verilən quyu üçün kəmiyətlər hasili



h ef.∙ m ∙ kn = ρn ∙ θ ∙son = , lakin bütün məhsuldar lay üçün adətən sabit kəmiyyətdir. Sonra kəmiyyətinin izoxəttləri təsvir edilir və izoxəttlər arasında orta qiymətlər müvafiq f sahəsinə və  kəmiyyətinə vurulur. Nəticədə aşağıdakı alınır:

Q =   (f ∙ ).

Göstərilən kəmiyyətlərdən digər kombinasiyaların variantları da istifadə olunur. Məlumatların kifayət olmadığı halda və bilavasitə izoxəttlər ilə hasillərin təsviri mümkün olmadıqda ayrı-ayrı parametrlərin ayrıca izoxəttlər xəritəsi qurulur. Lakin, onlar prinsipial fərqlənmirlər və ehtiyatların son qiymətini alınma metodikası yuxarıdakı metodikaya analojidir.

Bu variantın bir neçə qüsuru var: çox yer tutandır, kifayət qədər dəqiq deyil və praktiki olaraq ehtityatların hesablanması zamanı istifadə olunmur. Lakin, həcm üsulunda geniş istifadə olunan ayrı-ayrı parametrlər üzrə xəritələrin qurulması, eləcə də yatağın sahə boyu neftin xüsusi balans yaxud çıxarılabilən ehtiyatlarının paylanmasının qrafikinin təsviri yatağın geoloji-mədən xüsusiyyətlərinin müfəssəl öyrənilməsi üçün çox yararlıdır.



42. Statistik üsul ilə neft ehtiyatının hesablanması.

Bu üsul istismar illəri ərzində neft hasilatının statistik məlumatlarının öyrənilməsinə əsaslanır. Bu məlumatlarının təhlili riyazı statistika üsulu ilə aparıldığından, ehtiyatın hesablanması üsulunun özü də statistika üsulu adlanır. Statistik əyriləri təhlil edərək hasilatın müxtəlif amillərdən asılı olaraq dəyişilmə qanunauyqunluqlarını öyrənmək mümkündür. Hazırki zamanda ehtiyatların hesablanması məqsədləri üçün bu əyrilərin bir neçə variantı mövcuddur. Onlar aşağıdakı statistik əlaqələrin öyrənilməsinə əsaslanır:

1) neftin debiti – işlənmə müddəti;

2) neftin hasilatı – işlənmə müddəti;

3) neftin debiti – neftin toplanmış hasilatı;

4) neftin toplanmış hasilatı – suyun toplanmış hasilatı;

5) neftin toplanmış hasilatı – cəmi mayenin toplanmış hasilatı;

6) neftin toplanmış hasilatı – məhsulun sulaşması;

7) neftin əvvəlki – sonrakı debitləri;

8) neftin toplanmış hasilatı – su-neft kontaktının səviyyəsi;

9) neftin toplanmış hasilatı – qaz amili;

10) neftin toplanmış hasilatı – lay təzyiqi.

Ehtiyatların hesablanmasının statistik üsulunun hər hansı variantının tətbiqi yatağın iş rejimi və quyuların texnoloji iş rejimi ilə sıx bağlı olmalıdır. Buna görə bu üsul istifadəsi üçün daha da arxayın əlaqələrin tapılması məqsədilə başlanğıc məlumatların ilkin müfəssəl təhlili tələb olunur.

Hasilatın aşağı düşməsi bir qayda olaraq təbii və süni amillər ilə bağlıdır: layın tükənməsi, texniki səbəblərə görə sıradan çıxmaq (məs., sütunun sınması), quyudibi zonanın çirklənməsi, parafinin çökməsi və i.a. Hasilatın zamanda düşməsinin səciyyəsi üçün 3 növ asılılıqlar istifadə olunur:



  1. hasilatın zaman üzrə düşməsi əyrisi;

  2. quyuların məhsuldarlığının ehtimal əyrisi;

  3. toplanmış hasilat əyrisi (kumulyativ əyri).

Statistik əyriləri təhlil edərək bu və ya dicər amillərdən asılı olaraq debitlərin dəyişilmə qanuna uyğunluqlarını öyrənmək mümkündür.

Bunların arasında hazırda statistika üsulu ilə neft ehtiyatını hesablamaq üçün məhsuldarlıq əyrisi əsas əyri hesab olunur. Bu əyri sonrakı və əvvəlki istismar aylarında hasilatın riyazi statistika üsulu ilə korrelyasiyası nəticəsində qurulur. Bu əyrinin qurulması nəticəsində müxəlif intervallar üzrə quyuların hasilatının düşmə əmsalı təyin edilir. Bu əmsaldan istifadə olunaraq neftin qalıq ehtiyatı hesablanır və neftvermə əmsalı dəqiqləşdirilir.

Məhsuldarlıqın ehtimallıq əyrisinin qurulma metodikası korrelyasiya sxeminin qurulması ilə başlanır. Bu sxem әvvәlki vә sonrakı ayların debitləri arasında asılılığın aşkar edilməsi və enmə əmsalının müəyyən edilməsinə əsaslanır.

İlk əvvəl aşağıdakılar yerinə yetirilməlidir:



  1. verilən istismar horizontunun bütün işləyən quyularından son 3-4 il ərzində neftin debit məlumatları götürülür. Lakin, onların natural kəmiyyəti yox, yalnız onların loqarifmi (lg) götürülməlidir.

  2. sonra onlar müəyyən bərabər intervallara qruplaşdırılır, çünki debitlərin qiymətləri böyük hüdudlarda dəyişir ( qiymətlər təhlil olunur və səhv olanlar rədd edilir: yüksək və aşağı olanlar).

  3. korrelyasiya cədvəli (sxem) üfüqi və şaquli xəttlərin kəsişməsindən ibarətdir. Bu xəttlər nəticəsində eyni xanalardan ibarət şəbəkə əmələ gəlir.

  4. bu cədvəldə hər bir şaquli sütun sonrakı istismar ayının ortagündəlik debitin eyni loqarifm intervalını göstərir (lg y) və hər bir üfüqi sətir - әvvәlki ayın debitinin loqarifmini (lg x) göstərir; intervalın qiyməti = 0,1 lg.

Sonrakı debitlər və onların loqarifmləri sonrakı istismar aylarında soldan sağa azalır.

Ən böyük və ən kiçik intervalın qiyməti, yəni xəttlərin sayı da bu cədvələ daxil olan debitlərin miqdarından asılıdır.

Xəttlərin sayı debitlərin ən böyük və ən kiçik loqarifmlərin fərqinin intervalın qiymətinə, yəni 0,1 bölünməsi yolu ilə müəyyən edilir. Bundan sonra sütunların sayı müəyyən edildikdən sonra korrelyasiya cədvəli çekilir və onun doldurulması yerinə yetirilir.

Sonra isə bu korrelyasiya cədvəli əsasında debitin düşmə əmsalı hesablanır və bu da K= Y/X, burada K – aylıq hasilatın azalma (yaxud dəyişilmə) əmsalıdır – sonrakı ayın debitinin «Y» əvvəlki debitə «X» nisbətindən ibarətdir. Loqarifm şəklində bu:

Lg K= LgY – Lg X

Loqarifm almanın əksi nəticəsində «K» qiyməti alınır. Horizontun ehtiyatını hesablamaq üçün əvvəlcə istismar quyularına görə neftin qalıq ehtiyatları hesablanır. Bununla əlaqədar bütün istismar quyuların orta başlanğıc hasilatı müəyyən edilir. Hesablama horizontun məhsuldarlıq əyrisinə görə aparılır. Bunun üçün bütün istismar quyuları üzrə onların orta başlanğıc debitləri müəyyən edilir və onlar hasilaitlarından asılı olaraq ayrı-ayrı qruplara bölünür. Bu quyular debitlərinə görə korrelyasiya cədvəlindən alınmış «K»-nın qiymətlərindən asılı olaraq qruplaşdırırlır.

Quyunun orta başlanğıc hasilatı ilə yanaşı, layın yatım dərinliyindən, neftin keyfiyyətindən və iqtisadi amillərdən asılı olaraq götürülən son hasilatını da bilmək lazımdır. Son hasilat quyuların qəbul edilmiş istisimar qaydalarına əSASƏN təyin edilir.

Quyuların ilk və son hasilatını, habelə azalma əmsalını bilərək, işləyən quyuların qalıq neft ehtityatını aşağıdakı düstur ilə tapmaq olar.

S = K (a – n)30 / 1-K, burada

S - bir quyunun qalıq neft ehtityatıdır, t;

a - ayrılmış qrupp quyularda bir quyuya düşən ilk orta gündəlik hasilat, t;

n - son hasilat, t;

K – aylıq hasilatın azalma əmsalıdır.


Yüklə 131,79 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə