Neft və qaz ehtiyatlarının hesablanma üsulları


Neft və qaz ehtiyatının hesablama üsullarının seçilməsi



Yüklə 131,79 Kb.
səhifə24/24
tarix19.01.2022
ölçüsü131,79 Kb.
#82980
1   ...   16   17   18   19   20   21   22   23   24
Neft qaz hesablama usullari imtahan suallar

48 . Neft və qaz ehtiyatının hesablama üsullarının seçilməsi.
Məlumdur ki, yatağın işlənilmə layihəsini və kapital qoyuluşunu əsaslandırmaq üçün neft və qazın təsdiq edilmiş ehtiyatının varlığı tələb olunur. Buna ğörə də öyrənilən yatağın geoloji-mədən məlumatları nəzərdən keçirilərkən, hər şeydən əvvəl neft ehtiyatı hesablanmasının məlum olan üsullarından (həcm və onun variantları, statistika, maddi-balans) hansının tədbiq ediləcəyini müəyyən etmək lazımdır ki, balans və çıxarılacaq ehtiyatlar haqqında daha mükəmməl təsəvvür alınsın.

Məlumdur ki, hesablama üsullarının hamısı heç də bu kəmiyyətlər haqqında düzgün təsəvvür vermir. Ehtiyatları hesablamaq üçün yatağın rejimi, öyrənilmə dərəcəsi və lazımı parametrlərin və əmsalların təyin edilməsi üçün işlədilən faktiki materialların varlığından asılı bu və ya digər üsul tətbiq olunur.

Dövlət Ehtiyat Komissiyasının təlimatına əsasən həcm üsulu neft və qaz ehtiyatlarının hesablanmasının əsas üsulu hesab olunur. Həcm üsulu ilə statistika və ya maddi-balans üsulları ilə aparılmış hesablanmanın nəticələri əsasən yoxlanılır. Baxmayarağ ki, neft ehtiyatını hesablamaq üçün ən universal həcm üsulu hesab olunur və yatağın işlənilməsinin son mərhələsində bu üsul ilə hesablanmış ehtiyatlar daha dəqiq olur, lakin bu o demək deyildir ki, yatağın kəşfiyyatı və işlənilməsinin başqa mərhələlərində ehtiyatları hesablamaq lazım deyildir. Bundan başqa, layların fasiya xüsusiyyətləri xeyli dəyişdikdə və onların qalınlığı, məsaməliyi və başqa parametrlərinin orta qiymətləri çətin təyin olunduqda həcm üsulunun tədbiq edilməsi məqsədəuyğun deyildir. Geyd etmək lazımdır ki, son illərdə neft yataqlarının kəşfiyyatı və işlənilməsinin texnologiyası yaxşılaşdığından, yeni laboratoriya tədqiqat üsulları tədbiq edildiyindən layların parametrlərinin təyin olunma dəqiqliyi xeyli artmışdır. Lakin, dərinliyi 6000 metrdən çox olan quyularda süxur nümunəsinin ğötürülməsi azaldığından və həmin dərinliklərdə aparılan tədqiqatların keyfiyyəti aşağı olduqundan ehtiyatın həcm üsulu ilə hesablanması çətinləşir.

Qaz ehtiyatını hesablama üsulu da, neftdəki kimi yatağın rejimindən və işlənilmə mərhələsindən asılı olaraq aşağıdakı kimi seçilir:



  1. həcm üsulu hər bir rejimdə və yatağın işlənilməsinin hər bir mərhələsində istifadə olunur. Bundan başqa həcm düsturuna daxil olan bütün parametrlərin və əmsalların orta qiymətləri də təyin olmalıdır;

  2. neftdə həll olmuş qazın balans və çıxarılabilən ehtiyatlarını hesablamaq üçün neftin ilk balans və çıxarılabilən ehtiyatların miqdarları əldə olmalıdır, bununla bərabər qaz amilinin, qazladoymanın orta qiymətləri və layın təziqiylə qazın sıxılma amilinin də qiymətləri təyin edilməlidir;

  3. təzyiqin düşməsi üsulu tədbiq etmək üçün aşağıdakı məlumatlar olmalıdır: a) müəyyən bir vaxt üçün hasil olunmuş qazın miqdarı; b) həmin vaxt üçün lay təzyiqin və rejimlərin məlumatları. Bu üsulu böyük yataqlarda tədbiq etmək üçün lay təzyiqin düşməsi 1,5-2 MPa-dan aşağı olmamalıdır, çünki bu halda hesablama dəqiq olmayacaqdır.

Lay rejimindən asılı olaraq:

  1. həcm üsulu yatağın hər bir rejimində istifadə oluna bilər;

  2. təzyiqin düşməsi üsulu isə yatağın qazbasqı rejimində istifadə etmək olar. Subasqı və suqazbasqı rejimlərində üsulun effektliyi azalır, və effektiv subasqı rejimində bu üsulun tədbiqi tamamilə mümkün olmur.

Yüklə 131,79 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə