Neft və qaz ehtiyatlarının hesablanma üsulları


Qalıq eһtiyatların һesablanması



Yüklə 131,79 Kb.
səhifə16/24
tarix19.01.2022
ölçüsü131,79 Kb.
#82980
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
Neft qaz hesablama usullari imtahan suallar

Qalıq eһtiyatların һesablanması

Neftin qalıq balans eһtiyatını tapmaq üçün aşaqıdakı düsturdan istifadә olunur: Qn.i.b.e. = q + Qqal.

burada q - neftin toplanmış ( çıxarılmış ) һasilatı.

Buradan: Qqal.= Qn.i.b.e – q

Neftin qalıq çıxarılabilən ehtiyat isə aşağıdakı düstur ilə təyin olunur:

Qi.ç.b. = q + Qqal.

Buradan: Qqal. = Qi.ç.b – q


  1. Layların neftvermə əmsalının təyini. *****

İstismar müddətində laydan çıxarılmış cəmi neftin miqdarının hesablanmış neftin ilk balans ehtiyatına nisbəti – layın neftvermə əmsalı adlanır.

Bu əmsal iki cür olur: cari və son.



  1. Cari müddətə qədər çıxarılmış neftin miqdarını ilk balans ehtiyatına böləndə cari neftvermə əmsalını təyin etmiş oluruq: cari = qçıx. / Qbal.

  2. Çıxarıla bilən neft ehtiyatını ilk balans ehtiyatına böləndə isə son neftvermə əmsalı təyin olunur: son = Qçıx.b. / Qbal.

Bu əmsal çox amillərdən asılıdır:

  1. kollektorun litoloji-fiziki xassələrindən – neftvermə əmsalı çatlı və litoloji cəhətdən müxtəlif cinsli olan kollektorlara nisbətən bircinsli qumdaşlarında daha böyükdür;

  2. quyuların yerləşmə şəbəkəsinin sıxlığından;

  3. işlənilmə sistemi və tempindən;

  4. süni təsir üsulları ilə işlənən yataqların neftvermə əmsalı təbii rejimdə işlənən yataqlara nisbətən yüksəkdir;

  5. neftvermə əmsalına böyük təsir edən amillərdən də lay rejimi və nefti sıxışdıran işçi agentinin növünü qeyd etmək lazımdır.

Neftvermə əmsalının təbii rejimlərdən asılı olaraq qiymətləri aşağıdakı cədvəldə verilir.


Rejimlər

Neftvermə əmsalı

Subasqı (effektiv)

Elastik-subasqı

Qasbasqı (qaz «papağı»)

Neftdə həll olunmuş qaz

Qravitasiya


0.6-0.8

0.5-0.7


0.4-0.6

0.2-0.4


0.1-0.2


  1. . Həcm üsulu ilə neft ehtiyatının hesablanmasının həcm-çəki variantı. *****

Həcm-çәki üsulu. Həcm üsulunun bu variantı, qravitasiya rejimi ilə, məsələn şaxta üsulu (Uxta yatağı) və yaxud ancaq açıq işlənmə üsulu ilə (Qırmaku dərəsi) işləniləbilən layların neft ehtiyatlarını hesablamaq üçün tədbiq edilir, və bu neftlərin balans ehtiyatları aşağıdakı düstur ilə hesablanır: Qbal. = V ∙a

Burada Qbal.- neftin balans ehtiyatı, t ;

V - neftlə doymuş süxurun həcmi, m3;

a - laboratoriya şəraitində 1 m3 süxurda təyin olunmuş

neftin miqdarıdır.

Sənaye əhəmiyyətli çıxarılabilən ehtiyatları hesablamaq üçün neftvermə əmsalından istifadə olunur : Qç.b. = Qbal. ∙

Neftvermə əmsalının qiyməti praktiki olaraq tətbiq olunan işlənmə üsulu və neftlədoymuş süxurların emalından asılı olaraq təyin olunur.

Hərçənd ki, süxurun həcminin vahidində neftin çəkisini laboratoriya üsulu ilə kəsilişin neftlədoymuş hissəsindən götürülmüş süxur nümunələri üzərində müəyyən edilirsə, bu üsul üçün 1m3 neftlədoymuş süxurun çıxarılması tələb olunur ki, bu da yalnız dayaz dərinliklərdə mümkün olur.

Bu səbəbdən bu üsul hazırki zamanda praktiki olaraq işlənilmir.





  1. .Neft ehtiyatının hektar üsulu ilə hesablanma variantı. *****


Yüklə 131,79 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə