Neft və qaz ehtiyatlarının hesablanma üsulları



Yüklə 131,79 Kb.
səhifə13/24
tarix19.01.2022
ölçüsü131,79 Kb.
#82980
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
Neft qaz hesablama usullari imtahan suallar

. Neftlilik sahəsinin təyini. ****

Ən vacib sayılan və bir sıra hallarda kifayət qədər çətin məsələ neftin və suyun sərhədinin, yəni SNK-nun müəyyən edilməsidir. Buna görə əyanilik üçün və quyuların sınaq nəticələrinin emalının rahatlığı üçün hesablama planı ilə yanaşı olaraq yataq üzrə SNK düzgün nişanlanması haqqında daha yəqinliklə fikir söyləməyə imkan verən sınaq işlərinin nəticələrinin müqayisə sxemlərini tərtib etmək xeyirlidir. Bundan başqa neftlilik konturlarının və məhsuldarlıq sahəsinin müəyyən edilməsi zamanı su-neft kontaktının xəritəsindən istifadə edilməlidir.

Hesablama planlarında ehtiyatların kateqoriyası qeyd olunur, neftliliyin xarici və daxili konturları xəritə üzərinə keçirilir. Neftlilik sahəsi xarici və daxili konturların arasında orta qiymət kimi götürülür və planimetr ilə ölçülür. Ölçü vahidləri – hektar yaxud kvadrat metrlərdir.



Neftlilik sahəsi (Fn)

  1. . Layın neftlədoymuş effektiv qalinliğı müəyyən edilməsi. ****


Layın neftlədoymuş orta qalınlığı – effektiv qalınlıq

Bu parametrin hesablanması üçün süxur nümunələrinin öyrənilməsi və quyu kəsilişlərinin məlumatlarından, eləcə də quyuların sınaq nəticələrindən istifadə olunur. Əgər lay yalnız qumdan ibarətdirsə, yəni tamamilə neftlə doymuş olarsa, onda effektiv qalınlıq layın dabanı və tavanın yatım dərinliklərinin fərqi kimi hesablanır.

Bu parametrin dəqiq müəyyən edilməsi vacib və mürəkkəb məsələdir. Lay neft ilə tam doymuş və kollektor yalnız qumlardan ibarət olduqda effektiv qalınlıq quyu kəsilişində müəyyən edilmiş layn tavanı və dabanının yatım dərinlikləri arasındakı fərq kimi hesablanır. Əgər kollektorda daban suyu mövcuddursa əvvəlcədən SNK vəziyyətini müəyyən edirlər, sonra bu parametri hesablayırlar. Neftli layda gilli laycıqlar yaxud digər praktiki olaraq qeyri –keçiricili laycıqlar mövcud olduğu halda onları mədən-geofiziki tədqiqatların məlumatlarına əsasən istisna etmək lazımdır və yalnız bundan sonra qalınlığı müəyyən edilə bilər.

Effektiv qalınlığın orta qiyməti müxtəlif üsullar ilə hesablana bilər: orta ədədi qiymət kimi yaxud sahə üzrə orta çəki qiyməti kimi. Orta ədədi qiymət o hallarda hesablanır ki, qazılmış quyuların sayı elə də çox deyil və bu quyular üzrə qalınlığın qiymətləri xeyli fərqlənir. Bu halda effektiv qalınlıq aşağıdakı düstur ilə müəyyən edilir:



hef.orta.= ;

burada h1, h2, h3, …, hn– quyular üzrə neftlə doymuş qalınlıq;

n – müəyyən edilmələrin sayı.

Kifayət qədər quyu qazıldığı halda və lay qalınlıqları bu quyularda qismən səlis dəyişdiyi halda, qalınlığın orta qiyməti izopaxitlər xəritəsinin (bərabər qalınlıqlar xəritələri) qurulması və sahə vahidinə düşən orta ədədi çəki qalınlığın hesablanması yolu ilə aşağıdakı nisbət ilə həyata keçirilir:

hef.orta çəki.= , burada

f1, f2,…, fn - qonşu izopaxitlərlə hüdudlanmış layın ayrı-ayrı sahələridir, m2;

h1,h2,…,hn – həmin sahələrə müvafiq olan orta izopaxitlərdir və iki qonşu izopaxitlər arasında orta qiymətlər kimi müəyyən edilir.


  1. . Yataq üzrə məsaməlik əmsalının orta qiymətinin təyini. ****

Ehtiyatı hesablamaq üçün açıq məsaməlikdən istifadə olunur. Bu da süxurun açıq məsaməlirin cəminin bütün məsamələrin cəminə nisbətidir. Məsaməlik əmsalı həm süxur nümunələrinin laboratoriyada tədqiqi ilə, həm də mədən geofiziki üsullarla təyin edilir. Lakin, belə qəbul olunmuşdur ki, həcm düsturuna bu yanaşmalardan yalnız birinin nəticələri nəzərə alına bilər.

Adətən açıq məsaməlik əmsalını məhsuldar layın kəsilişindəki intervallardan götürülmüş süxur nümunələrinin öyrənilməsi əsasında müəyyən edilir. Layın məsaməliyini tam səciyyələndirmək üçün onun sahə və qalınlığı boyu kifayət qədər məlumatlar tələb olunur. Belə məlumatlar az olduğundan mədən-geofiziki üsullardan istifadə olunur.

Məsaməliyin yataq üzrə orta qiymətlərinin hesablanması zamanı orta ədədi və orta çəki hesablayıcı üsullar istifadə olunur. Məhsuldar lay litoloji tərkibə görə bircinsli olduğu halda ayrı-ayrı quyulardan götürülmüş
süxur nümunələrinin məsaməlik qiymətlərinin cəminin onların sayının qiymətinə bölünməsi ilə məsaməliyin orta ədədi qiyməti alırıq. Məsaməlik əmsalının orta qiymətinin hesablanması mühazirə 10-kı kimi həyata keçirilir.

Bunu da bilmək lazımdır ki, məlumatların orta ədədi hesablanması o vaxt aparılır ki, məsaməlik qiymətləri az hüdudlarda dəyişir. Ümumi halda məsaməliyin orta ədədi qiyməti o zaman daha dəqiq olur ki, nə qədər çox məsaməlik ölçülmələri mövcuddur, nə qədər az məsaməlik qiymətləri dəyişir, sahə boyu nə qədər bərabər quyular qazılmışdır.

Sahə boyu məsaməliyin orta çəkisinin hesablanmış qiymətinin müəyyən edilməsi o vaxt həyata keçirilir ki, bütöv lay üzrə quyularda məsaməlik qiymətləri xeyli hüdudlarda dəyişir. Bunun üçün bərabər məsaməlik xəritəsi qurulur, sonra hər sahə üçün ayrılıqda məsaməliyin orta qiymətləri tapılır və bütün sahə üzrə çəki qiymətləri hesablanılır (bax mühazirə 10).

Bundan əlavə məsaməliyin orta qiymətinin müəyyən edilməsi zamanı onun kondisiya qiymətlərini nəzərə almaq lazımdır, bununla belə qeyri kondisiyalı qiymətlər nəzərə alınmır.



  1. .Kollektor süxurların parametrlərinin kondisiya qiymətlərinin təyin edilməsi. ****


Yüklə 131,79 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə