Neft və qaz ehtiyatlarının hesablanma üsulları



Yüklə 131,79 Kb.
səhifə12/24
tarix19.01.2022
ölçüsü131,79 Kb.
#82980
1   ...   8   9   10   11   12   13   14   15   ...   24
Neft qaz hesablama usullari imtahan suallar

Qbal. = Fn∙ hef.∙ m ∙ kn ∙ ρn ∙ θ ,

burada


Qbal.neftin ilk balans ehtiyatları, t;

Fnneftlilik sahəsi, m2;

hef.layın neftlədoymuş effektiv qalınlığı, m;

m – açıq məsaməlik əmsalı, vahidin hissələrində;

kn – layın neftlədoyma əmsalı;

ρn – neftin standart şəraitdə sıxlığı, q/sm3 yaxud kq/m3;

θ – neftin həcm kiçilməsini nəzərə alan hesablanma əmsalı.

Neft və qazın ehtiyatlarının həcm üsulu ilə hesablanması üzrə təlimata əsasən aşağıdakılar təqdim olunmalıdır:



  1. Ayrılmış ehtiyatların kateqoriyalarının əsaslandırılması, hesablama planında onların sərhədlərinin göstərilməsi şərti ilə;

  2. Horizontun yaxud layın effektiv qalınlığı və onun məsaməliyi haqqında quyular üzrə və eləcə də hesablama üçün qəbul olunmuş ilk və orta kəmiyyətlərin alınması metodikası üzrə faktiki məlumatlar;

  3. Neft analizlərinin məlumatları, və eləcə də neftin yer üzünə çıxarıldıqda həcminin kiçilməsi və qaz amili haqqında məlumatlar;

  4. Horizontun rejimi, kollektorların növü və xassələri haqqında məlumatlar.



  1. . Hesablama planı. ****

Hesablama planı - layın tavanı yaxud dabanına görə tərtib olunmuş struktur xəritəyə deyilir. Yataqların ölçülərindən asılı olaraq hesablama planı 1:5000 yaxud 1:50000 miqyaslarında qurulur. Bu xəritənin üzərində sınaq işlərinin nəticələrini əks edən quyular göstərilir. Bundan başqa bu xəritədə bütün qazılan quyular şərti işarələr ilə qeyd olunmalıdır: kəşfiyyat, istismar (hasilat, vurucu, müşahidə) və s. quyular. Eləcə də yatağın xarici və daxili neftli-qazlı konturları göstərilməlidir. Hesablama planı üzərinə ehtiyatın kateqoriyaları daxil edilməlidir. Neftlilik sahəsi hesablama planı üzərində planimetr vasitəsilə ölçülür.

Planda aşağıdakı quyuları qeyd edirlər:

1) susuz neft yaxud qaz vermiş quyular. Bu quyuların üzərində kəsr ilə neftin yaxud qazın orta gündəlik ilk debiti, suyun daxil olma tarixi və onun faizi (surətdə), suyun cari orta gündəlik debiti və ehtiyatın hesablama tarixinə uyğun suyun faizi (məxrəcdə);

2) neft yaxud su ilə qaz vermiş quyular. Onlar üzərində kəsr ilə neftin yaxud qazın orta gündəlik ilk debiti və suyun faizi(surətdə), suyun cari orta gündəlik debiti və hesablama tarixinə uyğun suyun faizi (məxrəcdə);

3) su yaxud qaz vermiş quyular;

4) sınaq zamanı neft plyonkaları ilə su vermiş quyular;

5) qazıma zamanı neft yaxud qaz axınlarına rast gələn quyular;

6) karotaj üzrə əlverişli əlamətlər göstərmiş, lakin sınaqdan keçməmiş quyular.

Məhsuldar sahəsin ölçülərinin müəyyən edilməsi üçün quyuların sınaq nəticələrinin əsaslı surətdə təhlil edilməsi zəruridir. Bu nəticələri kəmərin perforaiya intervalları, kernlərin öyrənilməsinin nəticələri və quyuların mədən-geofiziki tədqiqatlarının materialları(elektrik karotaj), quyu konstruksiyasının texniki səciyyəsi və i.a. ilə müqayisə etmək lazımdır.




  1. Yüklə 131,79 Kb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə