Neft və qaz ehtiyatlarının hesablanma üsulları


Həcm üsulu ilə qaz eһtiyatının



Yüklə 131,79 Kb.
səhifə21/24
tarix19.01.2022
ölçüsü131,79 Kb.
#82980
1   ...   16   17   18   19   20   21   22   23   24
Neft qaz hesablama usullari imtahan suallar

44 .Həcm üsulu ilə qaz eһtiyatının hesablanması.
Sıxılma qabiliyyətinin ehtiyatın kəmiyyətinə az təsir etdiyi neftdən fərqli olaraq, laydakı qazın miqdarı əsasən lay təzyiqindən asılıdır. Buna görə də qaz ehtiyatının hesablanması həcm düsturuna layın məsamələri haqqındakı məlumatlarla bərabər, lay təzyiqinin qiyməti, qazın xassəsi və tərkibinin göstəriciləri də daxil edilir və bu düstur aşağıdakı kimi ifadə olunur:

Vq.b. = F  h  m  kq  f (Playlay– Pss),

Vq.ç.b. = Vq.b. q = F  h  m  kq  f (Playlay– Pss) q,

burada


Vq. - qazın balans ehtiyatı, m3 ilə,

F - qazlılıq sahəsi, m2 ilə

h - effektiv qalınlıq, m ilə,

m - məsaməlik əmsalı,

kq - qazla doyma əmsalı,

Play - qazlı layda ilk orta lay təzyiqi, MPa ilə,

Ps - layın istismarı qurtardıqdan və quyuların ağzında 0,1 MPa–a bərabər təzyiq müəyyən edildikdən sonra, laydakı son orta qalıq təzyiq (hesabatlar üçün şərti olaraq 1 MPa qiyməti qəbul olunur),

lay ,s - PlayPs təzyiqlərində qazın sıxılmasına edilən düzəlişlər :  = 1 / Z , burada Z - qazın sıxılma əmsalıdır. O ya laboratoriya şəraitində (PV / RT), yaxud da xüsusi qrafiklərdən (Braun qrafiki) təyin oluna bilər.



f - qazın həcmini standart temperatura gətirilməsi üçün temperatura düzəliş: f = T+ tst / T+ tlay , burada

T - 2730S-yə bərabər olan mütləq temperatur; tst -200S-yə bərabər olan standart temperatur; tlay - layın temperaturu, 0S ilə;

q – qazvermə əmsalı.

Qazlı layların qazlılıq sahəsi (F ), effektiv qalınlıqı (h) və məsaməlik əmsalı (m) neftli laylarda olduğu kimi təyin edilir.

Qazlı layı hüdudlandırarkən nəzərdə tutulur ki, qaz-su kontaktı, adətən, horizontal səthdən ibarətdir; bunun da sərhədi qazlı lay ilə kəsişdikdə yeraltı relyefin horizontları ilə uyğun ğəlir.

Qazlı layın qaz təzyiqi quyu dibində dərinlik manometri, ya da barometrik düsturla hesablama apararaq quyu ağzındakı statik təzyiqə ğörə təyin edilir. Bağlı quyunun quyu ağzındakı təzyiq – statik təzyiq adlanır.

Lay təzyiqi aşağıdakı düsturla təyin olunur:

play =. pstat  es, burada

s = 0,03415H / Torta orta

play - lay təzyiqi, MPa ilə,

pstat - statik təzyiq, MPa ilə,

Torta - quyu ğövdəsində orta mütləq temperaturdur:

Torta= (Tq.ağ.+ Tq.d) / 2,

Tq.ağ - quyu aqzında qazın mütləq temperaturu, 0S ilə;

Tq.d - baqlı quyunun dibində qazın mütləq temperaturu,0S ilə;

orta - quyu ğövdəsində qazın orta sıxılma əmsalı;

 - havaya ğörə qazın nisbi sıxlığı (xüsusi çəkisi);

H-quyunun dərinliyi (quyu ağzından süzğəcin ortasına qədər) m ilə.



45 . Lay təzyiqinin azalmasına əsasən qaz ehtiyatının

hesablanması.
Bu üsul müəyyən dövrə qədər laydan çıxarılmış qazın həcmi ilə yataqda baş verən təzyiq düşgüsü arasındakı asılılığa əsaslanır.

Əğər yataqlar tükənənə qədər işlənildikdə layın qazla tutulmuş həcmi dəyişməzsə, sərbəst qaz ehtiyatını hesablamaq üçün bu üsul ən sadə üsul hesab olunur. Bunun üçün aparılan tarixə ğörə ilk və cari lay təzyiqləri, çıxarılmış qazın miqdarı, təzyiqdən asılı olaraq qazın sıxılma əmsalı haqqında məlumatlar olmalıdır.

Beləliklə, əğər birinci tarixdə (işlənmənin başlanğıcında) Q1 həcmdə qaz hasil edilmişdir və yataqda təzyiq P1 idi sə, və ikinci, daha sonrakı tarixdə Q2 həcmdə qaz hasil edilmişdirsə və layın təzyiqi P2 bərabər idi sə, onda işlənmə müddətinin birinci tarixdən ikinciyə qədər 0,1 MPa təzyiqin düşməsi hesabına qazın hasilatı (m3 ilә) aşağıdakı kimi hesablanır:

Qq = Q2 - Q1 / P1 1 - P2  2

Burada: Qq - təzyiqin 0,1 MPa düşməsinə uyqun gələn qaz hasilatı, m3;

Q1 ,Q2 –müvafiq olaraq birinci və ikinci tarix üçün hasil edilən qazın miqdarı, m3 ;

P1 , P2 - həmin tarixlərə müvafiq olan lay təzyiqləri, MPa;

1,2 - P1 və P2 təzyiqlərində qazın sıxılmasına edilən düzəlişlər :

 = 1 / Z , burada Z - qazın sıxılma əmsalıdır. O ya laboratoriya şəraitində (PV / RT), yaxud da xüsusi qrafiklərdən (Braun qrafiki) təyin oluna bilər.

Hesab olunur ki, qaz rejimində işləyən yataqlarda bu asılıq sabitdir, yəni təzyiqin 0,1 MPa düşməsinə uyqun gələn qaz hasilatı (Qq) bütün istismar dövründə sabit qalır. Onda lay tәzyiqinin 0,1 MPa düşmәsi zamanı çıxarılan qazın miqdarının sabit qalması qәbul edilirsә (bütün istismar dövründә) qazın ilk balans eһtiyatı aşağıdakı düstur ilə hesablanır:

Vq = (Q2 - Q1) ( P2 2 – Ps s) / (P11 - P2 2) ,

burada Vq – qazın ilk balans eһtiyatı, m3 ilә;

Ps – işlənmənin son dövründə qalıq lay təzyiqi, bu da texniki hesablamar üçün 1MPa qiymətində şərti olaraq qəbul olunur.

Lay təzyiqinin azalması üsulu ilə qaz ehtiyatının hesablanmasında qazlılıq sahə, effektiv qalınlıq və layın məsaməliyi haqqında bilgi tələb olunmur. Lakin qeyd etmək lazımdır ki, layın qalınlığını və ümumiyyətlə həcminin nəzərə alınmaması (orta çəki lay təzyiqinin hesablanmasında) bəzən böyük xətalara yol verir, xüsusən, quyularda təzyiqlər fərqlənəndə. Bu üsulun istifadəsi qaz yatağının bütöv olduğu halda və qırılmalarla ayrı-ayrı müstəqil sahələrə bölünmədikdə mümkünlüyü nəzərə alınmalıdır.

Yataqda subasqı müşahidə olunanda yuxarıdakı düstura müəyyən düzəliş etmək zəruridir. Р1 və Р2 arasında təzyiqin düşküsü zamanı ayrıca subasqı nəticəsində çıxarılmış qazın miqdarı qeyd olunan düzəlişdə öz əksini tapmalıdır. Bunun üçün təzyiqin dəyişməsinə ciddi nəzarət olunmalıdır və həmin intervalda istismar zamanı təzyiqin dəyişmədiyi müddət müşahidə olunub qeydə alınmalıdır. Beləliklə, həmin müddət ərzində subasqı nəticəsində çıxarılmış qazın miqdarı təyin edilməlidir. Bu halda qazın ehtiyatı (subasqı rejimində qalıq lay təzyiqinin nəzərə alınmasına ehtiyac yoxdur) aşağıda göstərilən düstur ilə hasablanır:

V = ( Q2-Q1-Q`) p22 / p11 – p22

Subasqı nəticəsində çıxarılmış qazın miqdarının təyini mümkün olmadıqda, qazın ehtiyatının hesablanması həcm üsulu ilə aparılmalıdır.

Lay təzyiqinin azalmasına əsasən qaz ehtiyatının hesablanması quyu ağzında sistematik olaraq təzyiqin (heç olmasa quyuların qısa müddətə bağlanması ilə) ölçülməsi və laboratoriyada karbohidrogen qazların sıxılmasının Boyl-Mariott qanunundan fərqlənməsinin təyini tələb olunur.

Qaz ehtiyatının hesablanmasını lay təzyiqinin azalmasına əsasən aparılması sənaye əhəmiyyətli neft ehtiyatlarının olmadığı yataqlarda, yaxud neft və qazın eyni zamanda istismarı nəzərdə tutulanda və aktiv subasqı rejimi ilə xarakterizə olunmayan laylarda mümkündür.

Bu üsula əsasən qaz ehtiyatının hesablanması məqsədi ilə quyuların sınaq istismarı zamanı işləyən quyularda qazın işçi və statik təzyiqlərinə, müşahidə quyularında statik təzyiqə və pyezometrik quyularda suyun statik səviyyəsinə böyuk diqqət verilməlidir. Təzyiqin ölçülməsində 2-3 atm dəyişilməni göstərə bilən yüksək dəqiqlikli nəzarət manometrlərindən istifadə olunmalıdır və beləliklə xırda və orta yataqların qaz ehtiyatını çox hallarda kifayət qədər etibarlı təyin edilməsi mümkündür.




Yüklə 131,79 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə