Neft və qaz ehtiyatlarının hesablanma üsulları


Beləliklə, yatağın modeli ehtiyatların hesablanması üçün əsas kimi götürülür və burada əsasən geoloji obyektlər statik və dinamik sistemlər kimi təsəvvür olunur



Yüklə 131,79 Kb.
səhifə6/24
tarix19.01.2022
ölçüsü131,79 Kb.
#82980
1   2   3   4   5   6   7   8   9   ...   24
Neft qaz hesablama usullari imtahan suallar

Beləliklə, yatağın modeli ehtiyatların hesablanması üçün əsas kimi götürülür və burada əsasən geoloji obyektlər statik və dinamik sistemlər kimi təsəvvür olunur.



  1. . Statik model sistemində aparilan tədqiqatlar. ***

Statik sistemli yataqlar hərəkətsiz təsəvvür olunur, yəni işlənilmə başlanıldıqdan əvvəl onlar nisbi sabit vəziyyəttədir. Yatağın bu yanaşma ilə öyrənilməsi buna görə zəruridir ki, neft və qazın yatma şəraitlərini və onların ilk ehtiyatlarının aydınlaşdırılması üçün neft və qazın çıxarılmasının texnoloji üsullarının hamısını hərtərəfli əsaslandırmaq, yəni yatağın işlənilmə sistemini layihələşdirmək lazımdır.

Yatağın statik sistem kimi iyerarxik struktur əsasında kompleksli öyrənilməsi, yəni dəqiq desək onun prosesi spiral kimidir. Spiralın hər bir yeni burumu yataqda aparılan işlərin daha da yüksək mərhələsinə cavab verir.

Yataq hər bir yeni mərhələyə qədəm qoyduqda bütün səviyyələrdə kompleks tətqiqatların növbəti mərhələsi başlanır. O mərhələ, sahə və kəsiliş boyu tətqiqatların dəqiqliyinin artması ilə səciyyələnir və yatağın hüdudları çərçivəsində daha da xırda elementar obyektləri ayırmağa imkan verir. Beləliklə də, axtarış mərhələsindən sonrakı hər bir daha da yüksək kəşfiyyat yaxud işlənilmə mərhələsi

yatağın statik modelinin dəqiqləşdirilməsini və faydalı qazıntı ehtiyatllarının hesablanmasının etibarlılığının artmasını təmin edir.

Yatağın statik geoloji modeli aşağıdakılar ilə təsvir olunur: müfəssəl korrelyasiya sxemləri, geoloji profillər, məhsuldar layların və laycıqların sahə üzrə xəritələri, parametrlərin paylanma və onların arasındakı asılılıq qrafikləri və i.a.

Statik model yatağın dinamik modelinin quruluşunun əsasını təşkil edir və əksinə, dinamik modelin tədqiqatları statik modeli xeyli dəqiqləşdirməyə imkan verir. Səviyyələrin hər birində məhsuldar layın müvafiq qeyri-bircinslilik göstəriciləri qiymətləndirilir. Süxur nümunələrinin xassələrinin dəyişmələri tədqiq olunur. Quyudibi zonaya istiqamətləndirilmiş təsir ilə əlaqədar tədbirlərin effektivliyi qiymətləndirilir və yatağın sahəsi boyu hər bir layın işlənmə prosesi ilə əhatə olunması öyrənilir. Ehtiyatların çıxarılma templəri, neftin cari çıxarılma əmsalı, işlənilmiş zonaların və qalıq karbohidrogen ehtiyatlarının yeri, forması və ölçüləri müəyyən edilir. Tətbiq olunan təsir üsulunun, işlənilmə sistemlərinin və işlənilmənin tənzimlənməsi üzrə tədbirlərin effektivliyi öyrənilir.



  1. .Yatağın öyrənilməsində dinamik modelin rolu. ***

Dinamik sistem nöqteyi nəzərdən yataq işlənilmə prosesində insan fəaliyyəti nəticəsində təsirə məruz qalan obyekt kimi baxılır. Qeyd etmək lazımdır ki, işlənilmə zamanı karbohidrogenlər və onları sıxışdıran agentlər yataqda hərəkətedici vəziyyətdə olurlar. Burada yatağın həcminin tədricən azalması baş verir, qalıq ehtiyatların paylanma səciyyəsi dəyişir, yatağın iş rejimi, onun bəzi parametrləri və istismar xüsusiyyətləri də dəyişə bilər. Yataq, dinamik sistem kimi, işlənilmənin başlanğıcından onun tam başa çatdırılmasına kimi öyrənilir. Yatağın dinamik modelinin tədqiqi onun statik modelini xeyli dəqiqləşdirməyə imkan verir.

Qeyd etmək lazımdır ki, yatağın mürəkkəb materiya sistemi kimi hər iki təzahür şəklində (statik və dinamik) öyrənilməsi müxtəlif iyerarxiya səviyyələrində aparılır.

Yatağın iyerarxik quruluşu müvafiq səviyyələrdə qarşılıqlı əlaqədə rezervuarın strukturunu, kollektor süxurlarının xassələrini, lay flüidlərinin xassələrini, nefti və qazı quyu dibinə hərəkət etdirən qüvvələrin səciyyəsini əks etdirməlidir.

Dinamik model aşağıdakılar ilə təsvir olunur: müxtəlif xəritələr ( təsir ilə əhatə, layın qalıq neft-qazladoyma və suvurulan qalınlıqları, qalıq ehtiyatların paylanılması, izobar və i.a. ), modelin qurulması tarixinə işlənilmənin cari və tonlanmış göstəricilərini səciyyələndirən qrafiklər və i.a.

Beləliklə, neft və qaz ehtiyatlarının hesablanması və yenidən hesablanması yataqların quruluşunun öyrənilməsi üzrə geoloji-mədən yekun nəticələri deməkdir.

Bu nəticələr mineralogiya, petroqrafiya, geofizika, geokimya, hidrodinamika, layın fizikası üsullarının köməyi ilə əldə edilmişdir. Bu kimi öyrənilmələr əsasında yataq, statik və dinamik sistemlər baxımından bütöv geoloji-texnolodji obyekt kimi təsvir edilir.




  1. Yüklə 131,79 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə