Neft və qaz ehtiyatlarının hesablanma üsulları



Yüklə 131,79 Kb.
səhifə4/24
tarix19.01.2022
ölçüsü131,79 Kb.
#82980
1   2   3   4   5   6   7   8   9   ...   24
Neft qaz hesablama usullari imtahan suallar

Təbii qazlar- aşağıdakı qruplara bölünür:

1. Tərkibi ağır karbohidrogenlərdən təcrid olunmuş və quru qazlardan ibarət təmiz qaz yataqları.

2. Neftlə bərabər çıxarılan qazlar ( neftdə həllolmuş, yaxud səmt qazı). Bu qazların fiziki tərkibi təmiz qaz, propan-butan fraksiyası ( zəngin qazlar) və qaz benzinlərinin qarışığından ibarətdir.

3. Qaz-kondensat yataqlarından çıxarılan qazlar – quru qaz və maye karbohidrogen kondensat qarışığından təşkil olunur. Karbohidrogen kondensat ağır karbihidrogenlərdən (C5+yüksək, C6+yüksək və s.) ibarət olub, benzinli, liqroinli, kerosinli və bəzən daha ağır fraksiyalara ayrılır.



15.Kondensat haqqında ümumi məlumat. **



Kondensat - əsasən yüngül karbohidrogen birləşmələrindən ibarət olan təbii qazlardır. Kondensat temperatur və təzyiqdən asılı olaraq lay şəraitində qaz şəklində, standart şəraitdə isə yəni, yer səthinə çıxanda, maye halında olur. Demək olar ki, fiziki-kimyəvi xüsusiyyətlərinə görə kondensat neftlə qazın arasındakı vəziyyəti saxlayır. Kondensatın tərkibinə kükürd və parafin daxil ola bilər. Əsas komponentlərdən qaza daxil olan komponentlərdir - etan, propan, butan, helium və s. Qaz və qaz-kondensat qarışıqlarında mövcud olan su buxarı karbohidrogen sistemlərinin dəyişmə fazasına təsir edir. Müəyyən termodinamiki şəraitdə su qazdan ayrılaraq, damcı-maye halına keçir. Qaz – kondensat sistemlərində eyni zamanda su və kondensat ayrıla bilər. Lakin, suyun mövcudluğunda karbohidrogenlərdə kondensasiyanın başlanğıc təzyiqi artır ki, bu da qaz-kondensat yataqlarının işlənilməsi zamanı nəzərə alınmalıdır.

Təzyiqin azalması nəticəsində qazdan ayrılan karbohidrogenlərin maye fazasına kondensat deyilir. Lay şəraitində kondensat adətən bütünlükdə qazda həll olmuş halda olur. Kondensata sabit və xam vəziyyətdə rast gəlinir.





  1. .Kondensatın miqdarına görə qaz-kondensat yataqların təsnifatı. **



Qaz-kondensat yataqlarının vacib xüsusiyyətlərindən biri də kondensat-qaz amilidir ki, bu da 1 m3 separasiya qazına düşən (sm3) xam kondensatın miqdarını göstərir.

Təcrübədə qaz- kondensat amilindən də istifadə olunur ki, bu da 1 m3 qazdan kondensatın çıxarılmasının miqdarını göstərir. Qaz-kondensat amilinin qiyməti müxtəlif yataqlar üçün 1500-dən 25000 sm3/m3 hüdüdlarında dəyişilir.

Sabit kondensat pentan və yüksək (C5+yüksək) maye karbohidrogenlərdən təşkil olunmuşdur. Onu xam kondensatdan qazsızlaşma yolu ilə alırlar. Kondensat komponentlərinin qaynama temperaturu əsasən 40-2000C hüdüdundadır. Onun molekul kütləsi 90-160-dır. standart şəraitdə sabit kondensatın sıxlığı 0,60-0,82 q/sm3 hüdudlarında dəyişilir.

Kondensatın miqdarına görə qaz-kondensat yataqları - zəif (150sm3/m3), orta (150-300 sm3/m3), yüksək (300-600 sm3/m3) və çox yüksək (600 sm3/m3-dən çox) növlərə bölünür.

Neft yataqlarından fərqli olaraq, qaz və qaz-kondensat yataqlarının öyrənilməsində dərin qaz nümunələrinin tədqiqi olmadıqda lay şəraitində flüidlərin xüsusiyyətlərini adətən standart şəraitdəki qazların məlumatları əsasında müəyyən edirlər. Belə hesablamaların əsasında laboratoriya avadanlıqlarında karbohidrogen qarışıqlarının faza dəyişmələrinin modelləşdirmə nəticələri təşkil edir. Lakin bu üsul kifayət qədər dəqiq və etibarlı nəticələr alınmasına imkan verir.



  1. .Neft yataqlarının suları haqqında ümumi məlumat. ***

Neft və qazla yatan bütün sular mineral sular adlanır. Lay suların mineralaşma dərəcəsi onların əsas xüsusiyətlərindən biridir və onlar suda həll olmuş bütün duzların ümumi miqdarını ifadə edir. Lay sularının mineralaşma dərəcəsi neft-qaz yataqlarında müxtəlif olur.

Yeraltı sular. – Neft və qaz yataqlarının kəşfiyyatın və işlənməsi zamanı qazılan quyular vasitəsilə müəyyən edilmişdir ki, yeraltı sular çökmə süxurlarda həm neft və qaz ilə birlikdə (bir layda), həm də ayrıca yataraq müstəqil su layları əmələ gətirir. Neft yataqlarının suları, yatağın quruluşundan və neftli laylar ilə ələqələrindən asılı olaraq müxtəlif siniflərə ayrılır (bax şəkil):

  1. kənar (kontur) sular, bu sular neftli layın alt hissələrində yataraq onu yanlardan basır;

  2. daban suları, bu sular neftli layın aşağı daban hissəsini bütün yataq boyu (yataqın tağ hissəsi də daxil olmaqla) tutur;

  3. aralıq sular, bu sular vahid istismar obyekt olan layın neftli təbəqəciklərinin arasında yerləşən təmiz sulu təbəqəciklərdə rast ğəlir;

  4. yuxarı sular, bu sular neft layından yuxarı yatan təmiz su layında yerləşirlər;

  5. alt sular, bu sular isə neft layından aşağıda yatan təmiz su layında yerləşirlər.



  1. .Suların mədən təsnifatı. ***

Neft yataqlarının suları, yatağın quruluşundan və neftli laylar ilə ələqələrindən asılı olaraq müxtəlif siniflərə ayrılır (bax şəkil):

  1. kənar (kontur) sular, bu sular neftli layın alt hissələrində yataraq onu yanlardan basır;

  2. daban suları, bu sular neftli layın aşağı daban hissəsini bütün yataq boyu (yataqın tağ hissəsi də daxil olmaqla) tutur;

  3. aralıq sular, bu sular vahid istismar obyekt olan layın neftli təbəqəciklərinin arasında yerləşən təmiz sulu təbəqəciklərdə rast ğəlir;

  4. yuxarı sular, bu sular neft layından yuxarı yatan təmiz su layında yerləşirlər;

  5. alt sular, bu sular isə neft layından aşağıda yatan təmiz su layında yerləşirlər.



  1. .Yataqların öyrənilməsi və karbohidrogen ehtiyatlarının hesablanması üçün modellərin sistemi. ***


Yüklə 131,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə