Nəqliyyat fakultəsi Geomatika kafedrası Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi


Operativ xəritələrin tərtib edilməsi



Yüklə 400,16 Kb.
səhifə24/62
tarix26.04.2023
ölçüsü400,16 Kb.
#107083
1   ...   20   21   22   23   24   25   26   27   ...   62
17. Seher Torpaqların monitorinqi və muhafizəsi 2222

Operativ xəritələrin tərtib edilməsi
Operativ xəritələrin tərtib edilməsi – kosmik materiallarından istifadənin daha bir vacib növüdür. Bunun üçün daxil olan məsafədən alınana məlumatların sürətli avtomatik işlənməsini və onların xəritəçəkmə formatına çevrilməsini icra edirlər. Daha məşhur olanlar operativ meteoroloji xəritələrdir. Operativ rejimdə və hətta real miqyasda meşə yanğınları, sellərin, əlverişsiz ekoloji vəziyyətlərin yaranması və digər təhlükəli təbii hadisələrin xəritələrini tərtib etmək mümkündür. Kosmik fotoxəritələri, kənd təsərrüfatı əkinlərinin yetişməsi və məhsulun proqnozlaşdırılması, geniş məkanlarda qar örtüyünün yaranması və enişi və bu kimi vəziyyətlərin, dəniz buzlarının mövsümi dinamikasının üzərində müşahidə aparmaq üçün tətbiq edirlər.
Ətraf mühitin monitorinqi xidmətinin yaradılması proqramını həyata keçirmək üçün məsafədən (aerokosmik) vasitələr və üslublar əsas əhəmiyyət daşıyırlar.
Məsafədən zondla tədqiq etmənin materialları və xəritə-lər üzrə ətraf mühitin və onun ayrı-ayrı komponentlərinin vəziyyətinin operativ izlənməsi və üzərində müşahidə aparılmasına aerokosmik (məsafədən) monitorinq deyilir.
Bəzi hallarda bu anlayışa, Yerin çətin qət edilən məkan-larında (dağlarda, Uzaq Şimalda) quraşdırılmış cihazlar vasitəsi ilə mühitin müşahidəsi daxildir ki, haqqında göstərişlər məlumatın uzağa ötürülməsi üslubları ilə (radio, naqillərlə, peyk vasitəsi ilə və s.) müşahidə mərkəzlərinə ötürülür.
Aerokosmik monitorinq aviasiya və kosmik monitorinqə bölünür.
Aviasiya monitorinqi təyyarələr, helikopterlər və digər, kosmik yüksəklərə (əsasən troposfer hüdudlarından) qalxma-yan uçan aparatlar (hava şarları və s. daxil olmaqla) vasitəsi ilə həyata keçirilir.
Kosmik monitorinq – kosmik müşahidə vasitələrinin köməyi ilə aparılan monitorinqə deyilir. Aviasiya monitorinqi regional və ya lokal hadisələrə yönləndirilib. Məsələn, o, meşələrin inventarizasiyası, yanğına, sənaye tullantılarına, ziyanvericilərə məruz qalmış sahələrin müəyyən edilməsi üçün geniş isifadə edilir. Kosmik monitorinq, digər metodlarla aşkar olunmayan biosferdə ayrı-ayrı dəyişikliklər haqqında təsəvvür formalaşdırmağa imkan yaradır.
Yerin ilk ekoloji süni peyki (YSP) “Kosmos – 1906” 1987-ci ilin sonunda buraxılmışdır. YSP-in uçuş proqramı Yerin məsafədən zondla tədqiq etmə məlumatlarının alınması və işlənməsini, MDB, Antarktida və Dünya okeanının bir sıra ərazisinin çəkilişlərinin yerinə yetirilməsini nəzərdə tutur. Kosmik məlumatlar əsasında təbii sərvətlərin planauyğun, genişmiqyaslı tədqiqatları keçirilir, Oİ, təsərrüfat fəaliyyətinin ona olan təsirinin nəticələri öyrənilir.
Peyk 8000 km2-dən 40000 km2 qədər dərhal, 10 dəqiqəlik iş ərzində isə – təxminən 1 mln. km2 qədər yer səthinin çəkilişini təmin edə bilir. Belə nəhəng məlumat həcmi, təbii ki, EHM-ın tətbiqi ilə işlənilir. Peyk məlumatları vasitəsi ilə tundra və meşətundranın sərhədlərinin dəyişilməsini (bu, qlobal istiləşmənin dinamikasını xarakterizə edir), meşələrin dinamikasını və vəziyyətini öyrənirlər, kənd təsərrüfatı bitkilərinin ziyanvericilərinin yayılma mənbələrini müəyyən edirlər, bitkilərin dinamikasını izləyirlər. Hal-hazırda xalq təsərrüfatında kosmik çəkilişlərin materialları üzrə təxminən 300-ə yaxın müxtəlif məsələlər həll olunur və onların siyahısı artmaqda davam edir.
Monitorinq yalnız proses və ya hadisə üzərində müşahidəni deyil, həmçinin də onun qiymətini, yayılmasının və inkişafının proqnozlaşdırılmasını nəzərdə tutur, bundan əlavə isə təhlükəli nəticələrin qarşısının alınması və ya əlverişli tendensiyaların dəstəklənməsi üzrə ölçü sisteminin işlənməsini nəzərdə tutur, operativ xəritələşdirilmə hadisələrinin və proseslərinin inkişafı üzərində müşahidə vasitəsi olur və idarəetmə qərarlarının qəbul edilməsini təmin edir. Qlobal monitorinq sisteminin yaradılmasının xəritəçəkmə üsulu istənilən ərazinin tədqiq edilməsində və öyrənilməsində işlərin aparılmasının iki əsas istiqamətdə həyata keçirilməsini nəzərdə tutur:
1. Təbii sərvətlərin müasir vəziyyətini və qiymətini əks etdirən əsas inventarizasiya xəritəçəkmə sənədləşməsinin yaradılması;
2. İnventarizasiya xəritələrin yenilənməsini nəzərdə tutan təbii mühitin dəyişməsinin dinamikasının xəritələşdirilməsi, xüsusi dinamika və proqnoz xəritələrinin yaradılması, yəni təbii mühitin vəziyyəti və onun insanların təsərrüfat fəaliyyətindən irəli gələn dəyişiklikləri üzərinə sistematik xəritələşdirilmiş izləmə.
Xəritələşdirilmə təsvirinin miqyası və monitorinqin operativ tematik xəritələrin tərtib edilməsinin dövriliyi bir çox şeydə torpaqdan istifadənin xarakterindən və təbii - ərazi kompleksin inkişaf dərəcəsindən asılıdır.
Müxtəlif regionlarda təbii mühitin monitorinqinin xəritələrinin miqyası və dövriliyi cədvəl 6.-da göstərilib.

Cədvəl 6.



Yüklə 400,16 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə