Nəqliyyat fakultəsi Geomatika kafedrası Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi


Monitorinqin aparılmasında aerokosmik üsullardan istifadə olunması



Yüklə 400,16 Kb.
səhifə23/62
tarix26.04.2023
ölçüsü400,16 Kb.
#107083
1   ...   19   20   21   22   23   24   25   26   ...   62
17. Seher Torpaqların monitorinqi və muhafizəsi 2222

Monitorinqin aparılmasında aerokosmik üsullardan istifadə olunması
Axırıncı onilliklərdə insan amilinin təbiətə təsiri o qədər güclənmişdir ki, ənənəvi üsullarla (yerüstü stasionar tədqiqat-lar, tematik xəritələşdirmələr və s.) təbii mühitə nəzarət müasir tələblərə cavab vermir. İlkin olaraq bu amil özünü biosferin mürəkkəbliyində, onun dinamikasında, transformasiyaya uğra-mış ekosistemlərin böyük əraziləri əhatə etməsində və nəhayət ekotexniki sistemlərin meydana çıxmasında özünü göstərir. Son illərdə təbiətə nəzarətin effektivliyini yüksəltmək üçün biosferdə antropogen təsirlərin intensivliyinin artması şəraitində ənənəvi üsullarla alternativ olaraq monitorinq konsepsiyası geniş tətbiq olunmağa başlamışdır.
Ekosistemlərin monitorinqinin xüsusiyyəti ondan ibarət-dir ki, müxtəlif ekosistemlər bir-birilə qırılmaz qarşılıqlı əlaqə-də olurlar və bir ekosistemdə zamana və fəzaya görə baş verən dəyişikliklər digər ekosistemlərdə öz təsirini göstərə bilər. Ona görə alınan informasiyanın bu və ya digər ekosistemə təsir mexanizmini tam aydınlaşdırmaq məqsədi ilə monitorinq qurularkən ölçülər kompleks şəkildə həyata keçirilməlidir.
Ekosistemlərdə baş verən təbii və antropogen dəyişməsi-nə operativ aerokosmik nəzarət sistemi 70-ci illərdən mövcud-dur. Aerokosmik monitorinqin əsas mahiyyəti, insan fəaliyyəti nəticəsində ekosistemlərdə mövcud olan antropogen dəyişmə-lərin ölçülərini, formalarını və onlarm nəticələrinin ətraf mühitə göstərdiyi təsiri nəzarətdə saxlamaqdır.
Bir çox tədqiqatçılar monitorinqin əsas elementi kimi, antropogen təsirlərə məruz qalmış ekosistemlərdə, onları xarakterizə edən müxtəlif parametrlərin dəyişilmə dinamika-sının nəzarətdə saxlanılmasına daha çox üstünlük verirler. Bu zaman antropogen proseslərin dərinliyi, dəyişkənliyin yol verilə biləcək həlli və eksosistemin dayanıqlığı qiymətləndiri-lir. Aerokosmik ekoloji monitorinqin yaradılmasında kontakt üsulu ilə aparılan ölçmələrin böyük əhəmiyyəti vardır. Belə ölçülərin aparılması bir tərəfdən aerokosmik ölçü nəticələrinin dəqiqliyini yoxlamağa imkan verir, digər tərəfdən isə tədqiqat-çının bilavasitə tədqiq etdiyi ekosistemlə təmasda olmasına şərait yaradır. Adətən, aerokosmik ölçmələr aparılan ərazilərdə kontakt üsulu ilə ölçülər aparılması üçün xüsusi sınaq sahələri seçilir ki, bu sahələr haqqında tədqiqatçı böyük həcmdə informasiyaya malik olur.
Aerokosmik monitorinq dedikdə, ətraf mühitin xüsusiy-yətlərindən asılı olaraq, əks olunmuş Günəş şüasının, Yerin məxsusi istilik şüalanmasının və aktiv radiolokasiya sistem-lərinin şüalandırdığı, ətraf mühitdən əks olunan elektromaqnit dalğasının qeydə alınması başa düşülür. Aerokosmik monito-rinqin əsas məğzi aerokosmik ölçmələr nəticəsində alınmış informasiyanın interpretasiyasıdır. İnterpretasiya obyekti dedikdə, aero və kosmik fotoşəkillər, skaner təsvirlər, təbii mühiti təşkil edən elementlərin spektral xarakteristikaları, müxtəlif fiziki parametrlərin ölçü nəticələri və vizual nəzarət zamanı əldə olunan informasiya başa düşülür.
Yer səthinin aerokosmik tədqiqatları özü-özlüyündə yeni metod deyil. Məlumdur ki, onilliklər ərzində insan yer səthində müxtəlif hündürlüklərdə müşahidələr aparmış və yer haqqında daha çox məlumat toplamaq istəmişdir.
Gündəlik təcrübələrdə «aerokosmik tədqiqatlar» dedikdə, əsasən yer səthinin fotoçəkiliş və qeyri-fotoçəkiliş üsullarla tədqiqi başa düşülür. Tədqiqatlar vertolyot, təyyarə, kosmik qurğular və digər daşıyıcı sistemlər vasitəsi ilə həyata keçirilir.
Fotoçəkiliş üsulu, bir növ klassik üsul hesab olunur və yer səthinin müxtəlif cihaz və avadanlıqlarla təbii obyektin təsvirinin alınmasına əsaslanır. Şəkilçəkmə, tək kanallı çox-zonalı, multispektral və televiziya sistemləri ilə aparılır.
Keçmiş SSRİ - ərazisində aerofotoçəkilişdən ilk dəfə 1927-ci ildə Özbəkistanın Fərqanə vadisində istifadə olunmuş-dur. O vaxtdan keçən 70 il ərzində aerofotoçəkiliş də daxil olmaqla, aerokosmik araşdırmalar müasir və qlobal elm sahələrindən birinə çevrilmişdir.

Yüklə 400,16 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə