Nəqliyyat fakultəsi Geomatika kafedrası Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi


Şəhər torpaqlarının ekoloji monitorinqinin predmeti və vəzifələri



Yüklə 400,16 Kb.
səhifə19/62
tarix26.04.2023
ölçüsü400,16 Kb.
#107083
1   ...   15   16   17   18   19   20   21   22   ...   62
17. Seher Torpaqların monitorinqi və muhafizəsi 2222

Şəhər torpaqlarının ekoloji monitorinqinin predmeti və vəzifələri
Azərbaycan Respublikasının Torpaq məcəlləsinə əsasən torpaqların münbitlik xassələrini səciyyələndirən kəmiyyətlərin dəyişkənliklərini vaxtında aşkar etmək üçün Torpaq fondunun vəziyyətinə uzunmüddətli müşahidə-nəzarət sistemi – monito-rinq yaradılmalıdır. Bununla əlaqədar olaraq, torpaq örtüyünün pasportlaşdırılması, bonitirovkası, iqtisadi-ekoloji qiymətlən-dirmə həyata keçirilməlidir. Monitorinq aktual problemdir və onun yaradılması müvafiq elmi-tədqiqat müəssisələrinə dövlət tapşırığı ilə həyata keçirilir. Qeyd etmək lazımdır ki, Azərbay-canda təbii komplekslərin vəziyyətinə nəzarət etmək üçün ekoloji monitorinq və geoinformasiya sistemi yaradılması çox vacibdir. Belə olduqda, torpaq monitorinqi ekoloji monito-rinqin bir bloku kimi yaradılmalıdır.
Torpaq məcəlləsinin 12-ci bölməsində bunun məzmunu və aparılması qaydası şərh olunur.
Şəhər torpaqlarının monitorinqi aşağıdakı prinsiplərə əsaslanır:
1. dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin sənədləşdirilməsinin vahid sistem üzrə aparılmasının zəruriliyi;
2. dövlət torpaq kadastrı və torpaqların monitorinqi məlumatlarının uçotunun və dövlət qeydiyyatının məcburiliyi;
3. torpaqların monitorinqi üzrə müşahidələrin ardıcıllığı, kompleksliyi və fasiləsizliyi;
4. dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri üzərində dövlət nəzarəti;
5. yerquruluşu layihələrinin geodezik koordinatlar sis-temi əsasında həyata keçirilməsi;
6. dövlət torpaq kadastrının və torpaqların monitorinqinin digər müvafiq kadastr və monitorinq işləri ilə əlaqələndirilməsi və uzlaşdırılması.
Şəhər torpaq monitorinqi AR-nın inzibati ərazi vahidləri üzrə vahid metodologiya əsasında aparılır. Torpaqların monito-rinqinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Burada müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbay-can Respublikasının Nazirlər Kabineti həyata keçirir.
Şəhər torpaqlarının monitorinqinin informasiya sistemi Dövlət Torpaq Kadastr fondunun tərkib hissəsi kimi, Azərbaycan Respublikasında bütün torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri üzrə məlumat bankının yaradılmasını nəzərdə tutur.
Şəhər torpaqlarının monitorinqinin informasiya sistemi müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra olunur. Burada müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbay-can Respublikası Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikasının Torpaq Məcəllə-sinin 12-ci bölməsində Dövlət Torpaq Kadastrı və Monito-rinqinin məzmunu və aparılması qaydaları şərh olunur. Lakin qeyd edilməlidir ki, keçmiş SSRİ-də, o cümlədən Azərbaycan-da monitorinqin aparılması qaydaları hələ XX əsrin əvvəllərin-də Çar Rusiyası Dövlət Duması tərəfindən 1912-ci ildə qəbul edilmiş Yer quruluşu işlərinə əsaslanır. Rusiya Federasiyası, o cümlədən keçmiş SSRİ-də mövcud olan ölkələr də əvvəlki aparılma qaydalarından imtina edib. Respublikamızda torpaq monitorinqi aparmaq üçün geodeziya, topoqrafiya, yer quruluşu, torpaq, aqrokimya və geobotanika xəritələri, kartoq-ramları tərtib etmək və digər layihə-axtarış işləri aparmaq üçün xüsusi elmi-tədqiqat işlərinin nəticəsi kimi metodiki əsaslar yaradılmalı və bunun əsasında torpaq monitorinqi aparılmalıdır.
Ətraf mühitin mühafizəsinin təşkil edilməsində əsas göstəricilərdən biri ˗ monitorinqdir (latınca monitor ˗ yadasal-ma, ehtiyatlanma deməkdir). Müasir dövrdə monitorinq – antropogen təsir nəticəsində, ətraf mühitdə müşahidə olunan çirklənmənin aşkarlanmasından ibarətdir.



Yüklə 400,16 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə