Nəqliyyat fakultəsi Geomatika kafedrası Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi



Yüklə 400,16 Kb.
səhifə21/62
tarix26.04.2023
ölçüsü400,16 Kb.
#107083
1   ...   17   18   19   20   21   22   23   24   ...   62
17. Seher Torpaqların monitorinqi və muhafizəsi 2222

Ətraf mühitin çirklənməsi aşağıdakı hallarla nəticələnə bilər:
1. Zərərli maddələrlə təmasda olan xəstə insanların sayının artması;
2. Bitkilərin məhv edilməsi, məhsulun kəmiyyət və keyfiyyətinin aşağı düşməsi;
3. Çirklənmiş sularda hidrobiontların məhv olması;
4. İçməli suyun tərkibində kimyəvi maddələrin olması, balıqçılıq təsərrüfatlarında suların texniki məqsədlə istifadəsi;
5. Havanın çirklənməsi nəticəsində xüsusi texnoloji əməliyyatların aparılmasının qeyri-mümkünlüyü.
Ətraf mühitin çirklənməsi insanların sağlamlığı üçün təhlükə mənbəyidir. Belə hallar insanların doğulmasına, hətta onların yaşaması üçün real təhlükə yaradır. Zəhərli maddələrin xroniki təsiri həmin maddələrin kəsafətliliyindən asılıdır. Bu maddələr insan orqanizmində az miqdarda olduqda belə xəstələrin artmasına səbəb olur. Yüksək konsentrasiyalı maddələr isə insanlara spesifik təsir göstərir. Belə hallarda ayrı-ayrı xəstəliklər insanların xəstələnməsində özünü biruzə verir. Laboratoriya müşahidələri, heyvanlar üzərində qoyulmuş eksperimentlər, xəstəliyin törənmə mənbəyinin analizi, statistika məlumatları onu göstərir ki, çirkləndirici maddələr sinir sisteminə, qan xəstəliklərinə, daxili orqanlara ciddi təsir göstərir. Spesifik təsirlərdən biri insanların və heyvanların reproduktiv (doğum) funksiyasını zəiflətməklə, konserogen prosesləri yaradır.
Müasir dövrdə qlobal miqyasda sənayenin sürətli inkişafı və kənd təsərrüfatının intensivləşdirilməsi şəraitində təbii komplekslərin, ayrı-ayrı ekosistemlərin, o cümlədən biosferin və ekosistemlərin vacib komponenti olan torpaq örtüyünün, onun əsas xassəsi olan münbitliyinin qorunması bütün dünya-da, o cümlədən ölkəmizdə çox aktual məsələlərdən hesab edilir. Qlobal iqlim dəyişmələri, atmosfer və su hövzələrinin çirklənməsi, səhralaşması və aridləşmə, biomüxtəlifliyin tükən-məsi və son dövrdə bütün bəşəriyyəti narahat edən digər ekoloji problemlər Azərbaycan Respublikasında da diqqət mərkəzindədir.
Azərbaycanın sabit sosial-iqtisadi inkişafı və cəmiyyətin maddi rifahı bu ekoloji problemlərin törədəcəyi fəsadların qarşısının alınmasından çox asılıdır. Ətraf mühitin mühafizəsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalar ölkə daxilində qanunların, normativ aktların və digər hüquqi sənədlərin qəbul olunması ilə nəticələnir. Nəhayət ki, ətraf mühitin mühafizəsi sahəsində konkret tədbirlərin həyata keçirilməsi bu problemin həllində böyük ümidlər yaradır.
Bütün dünyada olduğu kimi, respublikamızda da mühafi-zə tədbirləri içərisində təbii landşaft komplekslərinin və torpaq örtüyünün qorunması əsas istiqamətlərdən hesab olunur. Bununla belə, son 100 ildə respublikamızda ölkə torpaq ehti-yatlarının intensiv şəkildə mənimsənilməsi, yaşayış məskən-lərinin sürətlə genişlənməsi, kollektor-drenaj şəbəkəsinin salınması və digər tədbirlər torpaq örtüyünün və onun münbitlik parametrlərinin həm keyfiyyət, həm də kəmiyyətcə pisləşməsinə gəitirib çıxarmışdır. Nəticədə torpaqların erozi-yası, şorlaşma, şorakətləşmə və digər deqradasiya prosesləri sürətlənmişdir. Bu həm təbii, həm də antropogen ekosistemlər altındakı torpaqların qorunmasını, digər mühafizə tədbirləri içərisində ön plana çəkmişdir. Buna səbəb ölkəmizdə demək olar ki, bütün region və zonaların bu və ya digər dərəcədə torpaq problemləri ilə üzləşməsidir. Əgər respublikamızın hüdudları daxilində başqa ekoloji problemlər ˗ atmosfer hövzəsinin çirklənməsi, nadir bitki və heyvan növlərinin qorunması, regional və lokal xarakter daşıyırsa, torpaqlarımızın ekoloji problemləri regional və lokal səviyyədən ümumilli problemə çevrilmişdir.
Son illər torpaq monitorinqinin respublikamızda təşkili ilə bağlı dövlət səviyyəsində bir sıra işlər görülməyə başlanmışdır. Bunun içərisində ən əhəmiyyətlisi "Dövlət torpaq kadastrı, monitorinqi və yer quruluşu haqqında" Azərbaycan Respublikasının vahid Dövlət fondunda aparılır.
Torpaqların monitorinqinin əsasında ekoloji vəziyyət, onun istifadəsi və mühafizəsi barədə proqnozlar hazırlanır. Torpaqlar üzərində ekoloji monitorinqin aparılma vaxtı müşahidələr xarakteri və tempi ilə bağlı dəqiqləşdirmələrin müəyyənləşdirilməsinə ehtiyac vardır. Üzvi maddələrin və qida elementlərinin mənfi balansının baş verdiyi regionların aşkar-lanması, turş yağışların intensiv düşdüyü (Bakı, Sumqayıt, Şirvan və s.), həmçinin aqrokimyəvi maddələrin yüksək dozada torpağa verildiyi regionları müəyyənləşdirməkdir. Torpaqlarda turşuluq və qələviliyin dəyişkənliyinə nəzarət, torpaqda pestisidlərin miqdarına nəzarət, sənaye obyektləri və iri nəqliyyat yolları ətrafında, torpaqların ağır metallarla çirklənməsi üzərində nəzarət təşkil edilməsidir. Suvarma əkinçlik tətbiq edildiyi və meliorasiya işləri həyata keçirildiyi ərazilərdə torpağın su-fiziki xassələri üzərində müvəqqəti nəzarətlər təşkil edilməlidir. Torpaq münbitliyinin göstəriciləri üzərində ekoloji monitorinqin təşkili antropogen və təbii səbəblərdən torpaq münbitliyinin dəyişkənliyini proqnozlaşdırmaq üçün onların qarşısını almağa imkan verir. Torpaq üzərində ekoloji monitorinqin nəzəri müddəaları torpağın vəziyyətini qiymətləndirməkdən ötrü indikator parametrlərinin seçilməsini tələb edir. İlk dəfə bu parametrlər biosferin vəziyyətinin kompleks qlobal monitorinqi III Beynəlxalq Simfoziumunda irəli sürülmüşdür.
Uzun illər ölkədə aqrar sənaye kompleksinin ekstensiv inkşafı, əkinçilik mədəniyyətinin aşağı səviyyədə olması və il ərzində bir neçə öhdəlikləri özünə yük edən dövlət planları tor-paqlarımızda şoranlaşma, eroziya, kimyəvi çirklənmə, əkinaltı qatın kipləşməsi kimi mənfi proseslərin təsiri altında böyük ərazilərdə torpaq deqradasiyasına (torpağın bioloji və iqtisadi məhsuldarlığının itməsi) səbəb olmuşdur.
Eroziya proseslərinin əsas səbəbləri yamaclarda, maili ərazilərdə eroziya təhlükəsini və torpaq-relyef xüsusiyyətlərini nəzərə almadan torpaq istifadəçiliyinin düzgün təşkil edilməməsi ilə, yay otlaqlarında və kənd ətrafı otlaq sahələrdə isə mal-qaranın nizamsız otarılması ilə əlaqədardır. Dağlıq və dağətəyi rayonlarında tətbiq olunan aqrotexniki qaydalar aran zonası üçün nəzərdə tutulan qaydalardan heç cür fərqlənmirdi. Eyni zamanda dağ yamaclarında meşələrin sistemsiz qırılması və ərazidə nəzərdə tutulan meşə-meliorativ tədbirlərin həyata keçirilməməsi vəziyyəti daha da gərginləşdirmişdi. Dövlət Statistika Komitəsinin 1980-ci ildən etibarən bu günə qədər təqdim olunan illik hesabatları bunu təsdiq edir.
Azərbaycanda torpaqların şorlaşması prosesi kənd təsər-rüfatına böyük ziyan vuran ən təhlükəli prosesdir. Hal-hazırda kənd təsərrüfatına yararlı torpaq sahələrinin 1.62 mln. ha-ı şorlaşmaya məruz qalmışdır və bunun da 627 min ha suvarılan ərazilərin payına düşür. Torpağın şorlaşması suvarmanın düz-gün normallaşdırılmaması, sistemsiz təşkili, ərazidə torpaq- meliorativ xüsusiyyətləri nəzərə alınmadan su hövzələrinin və su anbarlarının inşası nəticəsində qrunt sularının səviyyəsinin qalxması səbəbindən baş verir. Digər tərəfdən suvarma kanal-larında və kollektor-drenaj sistemlərində olan nasazlıqlar şorlaşmanın əsas səbəblərindən sayıla bilər. Son 30-40 il Azərbaycanda suvarma şəbəkəsində mövcud olan bərbad vəziyyət, o cümlədən bərpa işlərinin aparılmaması və bu sahədə hökm sürən nəzarətsizlik torpaqlarımızın təkrar şorlaşmasına səbəb olmaqla yanaşı, ölkədə ərzaq təhlükəsizliyi proqramının yerinə yetirilməsinə böyük maneə yaradaraq iqtisadiyyatımıza milyon manatlarla ziyan vurmuşdur. Əgər belə bir faktı nəzərə alsaq ki, 1 ha şorlaşmış torpaq sahəsini özünün əvvəlki münbit vəziyyətinə qaytarmaq üçün 1 milyon dollar vəsait tələb olunur, onda ölkəmizdə şoran torpaqların meliorasiyası üçün milyard manatlarla vəsaitin tələb olunduğunu görərik.
Buna baxmayaraq, bu gün də vəziyyət gərgin olmaqla davam edir. Ölkədə mövcud olan təsərrüfatlararası və təsər-rüfatlardaxili kanalların yalnız 4.1%-i örtüklənmişdir, yəni mövcud kanalların 95%-dən çoxu səth örtüyü olmadığından bu kanallarda hər il 2.5-3.5 mlrd. mP3 P su itkisi baş verir. Əgər bu itkini 50% azaltmaq olarsa, bu da suvarılan sahələrin həcmini 150-200 min ha artırmağa yetərli olan bir faktdır.
Uzun illər ölkəmizin təsərrüfatlarında (keçmiş kolxoz və sovxozlarda) kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə və xəstəliklərinə qarşı mübarizə üçün milyon tonlarla kimyəvi preparatlardan və gübrələrdən (pestisidlər və herbisidlər və s.) istifadə olunmuşdur.
Bu illərdə həmin məqsədlə tətbiq olunan kimyəvi maddə-lərin miqdarı tələb olunan normadan 10-15 dəfə, bəzən isə daha çox olmuşdur. Bu səbəbdən ölkə ərazisinin 13-15%-i bu maddələrlə çirkləndirilmişdir. Hələ indi də respublikanın pambıqçılıq və üzümçülük rayonlarında 1 ha torpaq sahəsində mövcud olan qalıq toksiki maddələrin miqdarı 30-180 kq arasında dəyişməklə, beynəlxalq normativlərlə icazə verilən həddən 50-60 dəfə yüksəkdir.
Son 30-40 il ərzində dağ-mədən işlərinin tullantıları, neft məhsulları tikinti-inşaat tullantıları vasitəsilə ölkədə 30 min ha-dan çox torpaq sahəsi çirklənmişdir. Bu torpaqların inventari-zasiyası 1986-cı ildə çox səthi aparılmasına baxmayaraq, ölkədə müxtəlif səbəblərdən çirklənmiş torpaqların dəqiq inventarizasiyası və onların rekultivasiyası istiqamətində aparılan işlər nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nə də Respublika Nazirlər Kabineti tərəfindən hələ də həyata keçirilməmişdir.
Azərbaycan üçün xarakterik olan və çox qorxulu proses-lərdən biri də səhralaşma prosesidir. Bu gün bu proses Azər-baycanda çox intensiv və özünəməxsus xüsusiyyətlərlə baş verir. Bunun əsas səbəblərindən birisi ölkə ərazisinin 60%-ə qədərinin arid iqlim şəraitinə mənsub olmasıdır. Ərazimizin 40%-də quraqlıq əmsalı səhralarla analoji xarakter daşıyır. Quraqlığın il boyu üstünlük təşkil etməsi əhalimizin təxminən 4.5 mln. nəfəri yaşayan arid zonada torpaqların deqradasiya-sına və nəhayət səhralaşmaya səbəb olur.
Arid ərazinin yüksək dağ silsilələri ilə sərhədlənməsi yarımsəhra, quraqlıq-çöl və kserofit-kol formalarının yaran-masına şərait yaradır. Digər tərəfdən insanın intensiv təsərrüfat fəaliyyəti, landşafta düşən “yükün ağırlığı” arid və semiarid zonalarda təbii komplekslərin təbii strukturunun pozulmasına səbəb olaraq, antropogen landşaftın formalaşmasını sürətləndir-mişdir.
Nəticədə ekzogen-geoloji proseslər güclənmiş, geo-komplekslərin biopotensialı zəifləmiş və bu səbəbdən də səhralanma prosesi sürətlənmişdir.
Respublikamızın ərazisi geomorfoloji baxımından düzənlik (dəniz səviyyəsindən aşağı və yüksəkliyi 200 m-ə qədər olan ərazi), dağətəyi (200 m-dən 500 m-ə qədər yüksəkliyi olan), dağlıq (500 m-dən 2000 m-ə qədər yüksəkliyi olan) və yüksək dağlıq (yüksəkliyi 2000 m-dən çox olan ərazi) zonalara bölünür. Düzənliyin ümumi sahəsi 3690 min ha olmaqla, ərazinin 42.7%-ni təşkil edir. Dağətəyi zonanın ərazisi 2099.9 min ha olub, ərazinin 24.3%-ni, dağlıq və yüksək dağlıq ərazinin sahəsi isə 2851.8 min ha olub, ərazinin 32.5%-ni təşkil edir. Ərazinin 46.8%-nin mailliyi 1°-dən aşağı olmaqla, bura Kür-Araz düzənliyinin əsas hissəsi daxildir. Ərazimizin 14.6%-nin mailliyi 1-3°, 9.3%-nin mailliyi isə 3-5°təşkil edir. Yüksək dağlıq hissə, əsasən, çox dik yamaclara malik olmaqla, ərazinin 4.3%-nin mailliyi 20°-dən çoxdur. Elə bu səbəbdən sıldırımlı dağ yamaclarında ekzogen-geoloji proseslər, o cümlədən Yerin üst qatının və torpağın deqradasiyası çox intensiv baş verir.
Azərbaycanın coğrafi yerləşməsi və çox mürəkkəb relyef şəraiti atmosfer prosesləri ilə qarşılıqlı əlaqədə ərazidə öz xüsusiyyətləri ilə fərqlənən müxtəlif relyef tiplərinin formalaşmasına səbəb olmuşdur. Düzənlik ərazilərdə yay bürkülü və quraq olmaqla qış soyuq və rütubətli keçir, amma bu proses vaxtaşırı yazın soyuq və isti hava axınları ilə müşayiət olunur. Dağlarda çox pilləli yüksəklik sistemləri daima qar zolaqları ilə örtülü olmaqla intensiv işıqlanan və kölgəli dağ yamaclarının iqlim göstəriciləri bir-birindən kəskin fərqlənir.
İlin ən yüksək temperaturu Kür-Araz düzənliyində və Lənkəran zonasında müşahidə olunmaqla əsasən 14°-dən yüksək olur. Dağlıq zonada isə temperatur 4-6°-dən aşağıdır.
Atmosfer çöküntülərinin miqdarı müxtəlif rayonlarda müxtəlifdir. Abşeronda ildə ən az (160 mm), Lənkaran düzənliyində isə lap çox(1600 mm) yağıntı düşür.



Yüklə 400,16 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə