Nəqliyyat fakultəsi Geomatika kafedrası Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi


Şəhər torpaqlarının monitorinqinin aparılması qaydaları



Yüklə 400,16 Kb.
səhifə20/62
tarix26.04.2023
ölçüsü400,16 Kb.
#107083
1   ...   16   17   18   19   20   21   22   23   ...   62
17. Seher Torpaqların monitorinqi və muhafizəsi 2222

Şəhər torpaqlarının monitorinqinin aparılması qaydaları
Şəhər torpaqlarının monitorinqinin informasiya sistemi
BMT-nin Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə Təşkilatının (YUNESKO) “İnsan və biosfer proqramında” göstərilir ki, “Monitorinq ˗ daimi və uzunmüddətli müşahidə aparmaqla ətraf mühitin vəziyyəti haqqında informasiya əldə etməklə ərazinin keçmişi, bu günü və gələcəyi haqqında proqnoz verməkdir”. Monitorinq işləri vaxtdan asılı olmayaraq davamlı olmalıdır. Təbiətdə mənfi halları azaltmaq, yaxud sabitləşdirmək üçün ilk öncə, onların yaranma səbəbi aşkar edilməli, ətraf mühitin hazırki vəziyyətinə qiymət verilməlidir.
Elmdə monitorinq işləri ilə bağlı kifayət qədər informasi-ya mövcuddur. İ.P.Gerasimova görə monitorinq yerli, regional və qlobal olur.
Yerli, yaxud sanitar-gigiyenik monitorinq. Bu moni-torinqin məqsədi – insanlar üçün təhlükəli çirklənmələrə nəzarət etməkdir. Nəzarət yerli və nöqtəvi xarakter daşıyır. Belə monitorinqin məqsədi konkret müdaxilələr nəticəsində, təbiətdə gedən ayrı-ayrı konkret komponentlərin dəyişmələrini izləməkdən ibarətdir. Bunlara suların, havanın çirklənməsi, müəssisə tullantıları hesabına çirklənmələr, tikintilərin təsiri daxildir.
Qlobal monitorinq – bu sistem biosfer obyektlərində dəyişilən proseslərə nəzarətdir. Belə dəyişikliklər ən çox atmosfer və hidrosferdə müşahidə olunur və qlobal şəkildə çirklənmələrin mənbəyinə çevrilir.
Regional, yaxud geosistem monitorinqi – bilavasitə insanların təbiətə müdaxiləsinə yönəlir. Bu müdaxilələr təbii resursların istifadəsi və təsərrüfat işlərinin aparılması nəticəsin-də təbiətdə gedən proseslərə müdaxilə etməkdən ibarətdir. Belə hallarda nəinki çirklənmələr qiymətləndirilir, hətta təbii sistemə daxil və xaric olan elementlər və enerji mənbələri nəzərə alınır.
Regional monitorinq hidrometeoroloji, aqrokimyəvi xidmət, hidrokimyəvi, meşəsalma, seysmoloji xidmətlər tərəfindən həyata keçirilir. Regional monitorinqin keçirilməsi kənd təsərrüfatında istifadə olunan torpaqlarda və etalon sahə-lərdə nəzərdə tutulur. Biosferin komponentlərinin ayrı-ayrılıq-da öyrənilməsi mümkün deyildir. Ona görə monitorinq kompleks şəkildə keçirilməlidir. Bu sistemdə torpaq moni-torinqinə çox mühüm yer ayrılır. Bunun səbəbi torpağın münbitliyinin mühüm əhəmiyyət kəsb etməsidir. Digər tərəfdən torpaq başqa komponentlərdən fərqli olaraq, özündə biosferin bütün dəyişikliklərini (atmosfer, hidrosfer, canlı orqanizmlər) cəmləşdirir. Torpaq su və havadan fərqli olaraq, nisbətən çox çirklənmələrə meyllidir və uzun müddət onlardan azad ola bilmir. Bu zərərli maddələr (Çernobıl hadisəsi) bitkilər vasitəsi ilə insan orqanizminə keçdikdə çox böyük təhlükə törədə bilirlər.
Ən təhlükəli qlobal çirklənmələr ümumi atmosfer çirklənməsindən irəli gəlir. Hal-hazırda planetin quru hissə-lərinin çirklənməsi haqqında kifayət qədər material toplanmış-dır. Çirklənmə mənbəyindən uzaqda yerləşən nəzarət sahələrin-də ağır metallar və aqrokimyəvi maddələr müşahidə olunur.
A.E.Fersman belə bir “texnogenez” anlayışını irəli sürmüşdür: Sənayenin ətraf mühitə və landşaftın geokimyasına təsiri nəticəsində, konsentrat olunan maddələr ətraf mühitə püskürülür və qayıtmaz olur. Maddələrin antropogen dağılma-larının sürəti elmi-texniki inkişafdan və geoloji proseslərin artmasından asılı olur.
İnsanların geokimyəvi fəaliyyəti ətraf mühitdə antropo-gen dəyişmələrin qlobal xarakter daşımasına səbəb olur. İnsan-ların metalların geokimyəvi tarixini dəyişdirməklə, element-lərin tarazlığını pozması haqqında ilk dəfə 1934-cü ildə V.İ.Vernadski məlumat vermişdir. İnsanların geoloji proseslər-də intensiv fəaliyyəti V.A.Kovda tərəfindən aşağıda göstərilən məlumatlarda öz əksini tapmışdır.

Yüklə 400,16 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə