Nəqliyyat fakultəsi Geomatika kafedrası Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi



Yüklə 400,16 Kb.
səhifə15/62
tarix26.04.2023
ölçüsü400,16 Kb.
#107083
1   ...   11   12   13   14   15   16   17   18   ...   62
17. Seher Torpaqların monitorinqi və muhafizəsi 2222

Monitorinqin əsas məqsədi - ətraf təbii mühitin vəziyyətinin və onun çirklənmə səviyyəsinin müşahidəsi, eləcə də ətraf mühitin idarə edilməsi və ətraf mühitin mühafizəsinin informasiya dəstəyi. Eləcə də antropogen təsirlərinin vaxtında qiymətləndirilməsi əhəmiyyətlidir. Monitorinq – bu, yalnız amillərin izləmə və qiymətləndirməsi deyildir, həm də OS idarəsi vəziyyəti üzrə eksperimental modelləşdirmə, proqnozlaşdırılma və məsləhətlərdir.
Beləliklə, monitorinqin məqsədi qısa formada aşağıdakılardan ibarətdir:
- OS vəziyyətinin müşahidəsi;
- OS vəziyyəti haqda proqnozun formalaşması;
- Məlumatın müvafiq xidmətlərə, orqanlara verilməsi.
Monitorinqin məsələləri:
- Biosferin dəyişiklikləri üzrə müşahidələrin təşkili;
-Müşahidə dəyişiklikləri, antropogen təsirlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
- Proqnozlaşdırma və biosfer istiqamətlərinin müəyyənləşdirilməsi.
Y.A.İzrael-in sisteminin təklifləri əsasında, monitorinqin strukturu dörd blokdan ibarətdir: müşahidə, faktiki vəziyyətin qiymətləndirilməsi, vəziyyətin proqnozu və proqnozlaşdırılan vəziyyətin qiyməti (şəkil 2.).
İnformasiya sistemi (monitorinq) İdarə



birbaşa əlaqə tərs əlaqə

Şəkil 2. Monitorinq sisteminin blok-sxemi


«Müşahidə» və «vəziyyətin proqnozu» blokları öz aralarında bağlıdırlar, çünki OS vəziyyətinin proqnozu yalnız faktiki vəziyyət haqqında tam yetərli informasiyanın mövcudluğu ilə mümkündür (birbaşa əlaqə). Proqnozun düzülüşü təbii mühitin vəziyyətinin dəyişikliklərinin qanunauyğun biliyini nəzərdə tutur, sxemin və bu vəziyyətin hesabının mövcudluğunu təmin edir. Bundan savayı, proqnozun yönü müşahidə yolunun strukturunu və konsepsiyasını göstərməlidir.


Müşahidə və ya proqnozlaşdırılma nəticəsində ətraf mühit haqqında məlumatlar, insan fəaliyyətinin hansı sahəsində istifadə olmasından asılı olaraq qiymətləndirilməlidir. Qiymətləndirmə zərərin təsirdən və insan fəaliyyəti üçün opti-mal üsulların seçiminin müəyyənləşdirməsini, həm də mövcud olan ekoloji ehtiyatların müəyyənləşdirilməsini nəzərdə tutur.
Bu cür qiymətləndirmələrdə OS-ə verilən mümkün yük imkanları hesablanır.
Biosferin mövcud olan və proqnozlaşdırılan vəziyyətinin qiymətləndirilməsi nəticələri alt müşahidələr üçün tələblərin dəqiqləşdirilməsi imkanını verir. Bu, monitorinqin, təhsil tərkibinin, strukturun və müşahidə üsullarının elmi əsasını təşkil edir.
Monitorinq sistemi özü mühit keyfiyyəti ilə idarəetmə (tənzimlənmə) fəaliyyətini daxil etmir.

Yüklə 400,16 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə