Nəqliyyat fakultəsi Geomatika kafedrası Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi



Yüklə 400,16 Kb.
səhifə31/62
tarix26.04.2023
ölçüsü400,16 Kb.
#107083
1   ...   27   28   29   30   31   32   33   34   ...   62
17. Seher Torpaqların monitorinqi və muhafizəsi 2222

Mənşəyinə görə çirklənmə bölünür:
• təbii – təbiətdə müşahidə olunan hadisə və proseslərin
nəticəsində yaranır (vulkan püskürməsi, sel hadisələri,
atmosferin Yerə yaxın təbəqələrinə daxil olması, meşə
yanğınları və s.);
• antropogen – insanın fəaliyyəti ilə bağlı bütün
çirklənmələr.
Çirklənmə obyektinə görə:
• suyun;
• atmosferin;
• torpağın;
• təbii landşaftın çirklənməsi.
Əhatə etdiyi əraziyə – miqyasına görə:
• lokal – kiçik əraziləri əhatə etməklə, məhdud, yerli
xarakter daşıyır;
• regional – ölkə daxilində ərazinin hər hansı hissəsini
əhatə edir;
• transsərhəd – bir neçə ölkənin ərazisinə aid edilir (Kür
çayının, Xəzər dənizinin və s. çirklənməsi);
• qlobal – ölkələr çərçivəsindən kənara çıxaraq bütün
sivilizasiya üçün təhlükə yaradır (Dünya okeanının
çirklənməsi, ozon təbəqəsinin deqradasiyaya uğraması
və s.).
Radioaktiv və elektromaqnit şüalanmaları ən təhlükəli çirklənmə növləri olub, insanla bərabər bütün canlı aləmə (bio-senoza) güclü təsir göstərir.
Kimyəvi çirklənmə ətraf mühitə ona yad olan və ya qatılığı təbii fondan çox olan maddə və birləşmələrin gətirilməsi ilə mühitin kimyəvi xassələrinin dəyişdirilməsi nəticəsində baş verir. “İstənilməyən yerdə, istənilməyən zaman və istənilməyən miqdarda” aşkar olunan bütün kimyəvi maddə və birləşmələr çirkləndirici adlandırılır. Kimyəvi çirklənmənin əsas mənbələri sənaye, energetika, nəqliyyat vasitələri və kənd təsərrüfatı istehsalı olub, çirkləndiricilərin tərkibi çox geniş diapazona malikdir:
• karbon birləşmələri (CxOy);
• kükürd birləşmələri (SxOy);
• azot birləşmələri (NxOy);
• karbohidrogen məhsulları;
• ftorlu birləşmələr;
• ağır metallar;
pestisidlər;
• üzvi metal birləşmələri;
• mərgümüş birləşmələri;
yuyucu maddələr;
• plastik kütlə;
• aerozollar;
sintez olunmuş üzvi maddələr;
• radioaktiv elementlər (bəzi mənbələrdə fiziki çirklən-
məyə aid edirik) və s.


Yüklə 400,16 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə