Nəqliyyat fakultəsi Geomatika kafedrası Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi



Yüklə 400,16 Kb.
səhifə33/62
tarix26.04.2023
ölçüsü400,16 Kb.
#107083
1   ...   29   30   31   32   33   34   35   36   ...   62
17. Seher Torpaqların monitorinqi və muhafizəsi 2222

Mövzu üzrə yoxlama sualları
1.Urbanizasiya problemi dedikdə nə başa düşülür?
2.Urbanizasiya probleminin həlli istiqamətləri hansılardır?
3. Urbanizasiya qarşı tədbirlərin əsas tərkib hissəsi nədir?
4.Şəhərlərdə demaqrafiya probleminin ətraf mühitə təsiri
5.Hava, su və torpağın qarşılıqlı əlaqəsi dedikdə nə başa düşülür?

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Nəqliyyat fakultəsi
Geomatika kafedrası
Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi
Mövzu: 11. Torpaqların çirklənməsinin istiqamətləri və mənbələri

MÜHAZİRƏNİN PLANI

  1. Torpaqların çirklənmə səbəbləri və mənbələri.

  2. Torpaqların çirklənmə istiqamətləri.

  3. Torpaqların çirklənmə tipləri

Ədəbiyyat siyahısı

  1. İsmayılov A.İ. Azərbaycan torpaqlarının informasiya sistemi. Bakı, "Elm", 2004. -308 s.

  2. İsmayılov A.İ. Kadastrın əsasları. Ali məktəblər üçün dərslik. Bakı, 2008. -212 s.

  3. Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi informasiya sistemləri. Dərslik. Bakı, "Müəllim", 2011. - 232 səh.

  4. Варламов А.А. Мониторинг земель: Учебное пособие. Москва, 2000. -156 с.

  5. Наджафова С.И., Исмаилов Н.М. Экологическое состояние почвенного покрова города Баку и пути улучшения его качества. Москва, ИНФРА – М. 2018. -173 с.

  6. Сизов А.П. Мониторинг и охрана городских земель 2-е изд. перераб. и доп. Москва. Из-во МИИГАиК, 2009. -265 с.

  7. www.vevivi. Мониторинг и охрана городских земель.


Torpaqların çirklənməsinin istiqamətləri və mənbələri
Hal-hazırda Yer kürəsi əhalisinin sayı artır. Get-gedə insanlara daha çox ərzaq lazım olur. Çox ərzağı isə torpağın məhsuldarlığını artırmaqla almaq olar. Ona görə də insanlar torpağa gübrə verir ki, ondan alınan məhsul çoxalsın. Əgər 1 hektar təmiz torpaq 2 ton buğda verirsə, gübrə verilmiş torpaq 5-6 ton buğda verir.
Torpağa gübrəni çox vermək olmaz. Gübrənin tərkibində çoxlu zərərli maddələr də var. Bu maddələr torpağın məhsul-darlığını çoxaltsa da, onu çirkləndirir. Çox gübrə verilmiş torpaqda bitən meyvə-tərəvəz yemək təhlükəlidir. Bu, insanlarda çoxlu xəstəlik yaradır.
Torpağı çirkləndirən təkcə gübrələr deyil. İri zavodların ətrafında da torpaqlar çox çirklənir. Gəncə alüminium za-vodunun ətrafında çoxlu çirklənmiş torpaq var. Zavodun boru-larından çıxan zəhərli maddələr yavaş-yavaş ətrafa çökür. Bu torpaqlarda heç nə bitmir. Bakının neft mədənlərində isə tor-paqlar neftlə çirklənir. Son illər plastik qablardan çox istifadə olunması da torpaqların çirklənməsinə səbəb olur. Plastik tullantılar heç vaxt çürümür və daim torpaqda qalır.
Bu gün bütün insanlar torpaqların çirklənməsinin qarşısını almaq üçün yollar axtarırlar. Alimlər zəhərli gübrələri əvəz edə bilən təmiz gübrə növləri tapmaq istəyirlər.
İstehsalat sektorunun, nəqliyyatın, energetika, kənd təsər-rüfatında sənayeləşmənin inkişafı antropogen təsirin kəskin artmasına səbəb olub. Hər il milyonlarla ton bərk və qaz halın-da olan tullantılar təbiətə atılır, milyard kubmetrlərlə çirkab sular su hövzələrinə axıdılır.
İnsanların məskunlaşdığı yerlər səslə, elektromaqnit sahələrlə və radioaktiv şüalanma ilə “çirkləndirilir”, oksigen ehtiyatları tükənir, Yer kürəsinin ozon təbəqəsi dağılır.
Təbii mühitin çirklənməsi nəticəsində insanların sağlamlığı pisləşir, bitki və heyvanat aləmi məhv olur, materialların, bina və tikililərin dağılması sürətlənir. Ekoloji böhran təhlükəsi getdikcə reallaşır.
Ekoloji böhran – təbiət və ictimaiyyət arasında dinamik tarazlığın pozulması olub, təbii mühitin, həyatın varlığı və inkişafı üçün vacib olan şəraiti qoruması, maddələr və enerji mübadiləsi funksiyasının pozulması ilə təzahür edir.
Ətraf mühitin çirklənməsi riskinin aşağı salınmasında əsas vəzifələrdən biri əmtəə istehsalında, xidmətlərdə, texniki sistemlərin istismarında yeni, tullantısız texnoloji proseslərin yaradılıb tətbiq edilməsidir. Bununla yanaşı yaranan ekoloji böhran vəziyyətində insanların dəyişilmiş və çirklənmiş mühitin təsirindən qorunması qarşıda dayanan problemlərdən biridir. Bizim sağlamlığımız tənəffüs etdiyimiz havadan, qida-lardan, işləyib yaşadığımız şəraitdən çox asılıdır.
Hava bizim yaşamağımız üçün vacib komponentdir. İnsan 5 həftə qidasız, 5 sutka susuz, 5 dəqiqə havasız yaşaya bilər. Buna beşliklərin üçlüyü qanunu deyilir.
İnsanların təsərrüfat fəaliyyətləri nəticəsində hava mühiti müxtəlif maddələrlə çirklənmiş olur:
- Müxtəlif qazlar, bunlar arasında karbon oksid daha çoxdur.
- Karbohidrat və turşu buxarları.
- Metallar, üzvi və qeyri-üzvi mənşəli müxtəlif tozlar.
Zəhərli maddələr, çirklənmiş hava insanların səhhətinə təsir edir ki, bu təsiri biz birdən-birə hiss etmirik. Buna misal olaraq karbon oksidi göstərmək olar. O, iysiz, rəngsiz və dadsız qaz olub, yüksək dozalarda ağır nəticələrə gətirib çıxarır. Və ya civə buxarları bilavasitə tənəffüs edənədə hiss olunmasa da, mərkəzi sinir sisteminin və böyrəklərin işini pozur.
Avtomobil vasitələrinin havaya buraxdığı qurğuşun birləşmələri də insan sağlamlığına təsir edir, sinir pozğunluğuna, qanazlığına, yaddaşsızlıq və korluğa səbəb olur. Hava çirklənmələrinin ən ağır formalarından biri də turşulu yağışlardır. Kükürd birləşmələri atmosferdə toplanıb sulfat turşusu yaradır. Buna görə də kimyəvi zavodlar, istilik stansiyalarının ətrafında olan rayonlara turşulu yağışlar yağır ki, nəticədə bitki örtüyü məhv olur, yeraltı və yerüstü sular çirklənir.
Mənzillərdə olan hava da insan sağlamlığı üçün az zərər törətmir. Tədqiqatçıların verdiyi məlumata görə mənzillərimiz-də olan hava ümumi şəhər havasından 4-6 dəfə çirklidir, 8-10 dəfə toksikdir. Bəs bizim mənzillərimizi nə çirkləndirir?
Əlbəttə ki, qurğuşunlu boyalar, linoleum, sintetik liflərlə olan plastik xalçalar, yuyucu tozlar və s. Amma mənzillərimizdə olan çirkli havanın çox hissəsi müasir mebellərlə əlaqəlidir. Mebellərin ağac-yonqar lövhələrində çoxlu miqdarda yapışdırıcı vasitələrdən istifadə edilir. Bundan başqa polimerlər, laklar da havanı toksiki kimyəvi maddələrlə çirkləndirir.
Otaq havasının çirklənməsi birbaşa səhhətimizə təsir etmir. Əvvəlcə özümüzü pis hiss edirik, sonra baş ağrıları, yuxusuzluq, əsəbilik, yorğunluq yaranır.
Gündəlik həyatımızda havada olan toksik maddələrin zərərli təsirini necə zəiflədə bilərik? Bunun üçün bəzi qayda-lara əməl etmək lazımdır. Hər şeydən öncə burnunuzla nəfəs almağı öyrənin. Burunun selikli qişasında çoxlu kiprikciklər olduğu üçün nəm şotka kimi zərərli tozların, mikrobların çox hissəsini özündə toplayır. Tez-tez burnunuzu təmizləyin. Avto-magistralların, zavodların yaxınlığında dərindən tənəffüs etməyin.
Yüksək miqdarı biosferdə və onun tərkib hissələrində neqativ toksikoloji şərait yaradan kimyəvi maddələrə pollyutanlar deyilir. Bu maddələri aqreqat halına görə bərk, maye və qazabənzər maddələrə bölmək olar. Canlı orqanizmlərə təsiri nəticəsində çirkləndirici maddələr mutagen təsir (nəsilvermə sistemində pozğunluqlar əmələ gətirirlər) göstərir. Bu təsir həm də kanserogen xarakterli (bədxassəli şişin əmələ gəlməsi) ola bilər. Antropogen yaradıcılıq nəticəsində meydana gələrək ətraf mühitə yayılan, yəni daxil olan tullantılar texnogenezin ayrılmaz hissəsidir (texnogenez dedikdə, insanın yaradıcılığı ilə bağlı olan geokimyəvi və geofiziki proseslərin məcmuyu başa düşülür).
Fiziki halına görə bu tullantıları qazlı-tozlu, maye, bərk, qazlı-buxarlı kimi 4 qrupa bölürlər. Müxtəlif sənaye sahələrinin tullantıları həm tərkibinə, həm də miqdarına görə fərqlənirlər. Bunu aşağıdakı təsnifatdan görmək olar:

Yüklə 400,16 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə