Nəqliyyat fakultəsi Geomatika kafedrası Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi



Yüklə 400,16 Kb.
səhifə32/62
tarix26.04.2023
ölçüsü400,16 Kb.
#107083
1   ...   28   29   30   31   32   33   34   35   ...   62
17. Seher Torpaqların monitorinqi və muhafizəsi 2222

Mövzu üzrə yoxlama sualları
1. Ətraf mühitin çirklənmənin təsnifatı dedikdə nə başa düşülür?
2.Şəhərlərin çirklənməsinin əsas mahiyyəti nədir?
3.Şəhərlərin çirklənməsinin əsas tərkib hissəsi nədir?
4.Şəhərlər torpaqlarının kimyəvi çirklənməsi nədir?
5.Mənşəyinə görə çirklənmə hansı hissələrə bölünür?


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Nəqliyyat fakultəsi
Geomatika kafedrası
Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi
Mövzu: 10. Bakı şəhərində urbanizasiya prosesinin yaratdığı problemlər

MÜHAZİRƏNİN PLANI

  1. Urbanizasiya problemi haqqında ümumi məlumat.

  2. Urbanizasiya qlobal problem kimi.

  3. Bakı şəhərində urbanizasiya problemləri


Ədəbiyyat siyahısı

  1. İsmayılov A.İ. Azərbaycan torpaqlarının informasiya sistemi. Bakı, "Elm", 2004. -308 s.

  2. İsmayılov A.İ. Kadastrın əsasları. Ali məktəblər üçün dərslik.Bakı,2008. -212 s

  3. Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi informasiya sistemləri. Dərslik. Bakı, "Müəllim", 2011. - 232 səh.

  4. Варламов А.А. Мониторинг земель:Учебное пособие. Москва,2000. -156 с

  5. Наджафова С.И., Исмаилов Н.М. Экологическое состояние почвенного покрова города Баку и пути улучшения его качества. Москва, ИНФРА – М. 2018. -173 с.

  6. Сизов А.П. Мониторинг и охрана городских земель 2-е изд. перераб. и доп. Москва. Из-во МИИГАиК, 2009. -265 с.

  7. www.vevivi. Мониторинг и охрана городских земель.


Bakı şəhərində urbanizasiya prosesinin yaratdığı problemlər
Urbanizasiya prosesinə ictimai və elmi münasibət XX əsrin ortalarında daha da ciddiləşir. Çünki bu dövrdə bütün dünyada şəhər əhalisinin sayının durmadan artması və şəhər-lərin rolunun artması müşahidə olunmuşdur. Berlində keçiril-miş “Urban XX” – Beynəlxalq konfransda qeyd olunmuşdur ki, yaxın zamanlarda dünya əhalisinin əksəriyyəti böyük şəhərlərdə yaşayacaqdır. Yaxın 20 il ərzində şəhər əhalisinin sayı 5 mlrd. keçəcək, 2025-ci ildə artıq dünyada 5 adamdan 3-ü böyük şəhərlərdə yaşayacaqdır. Bu isə öz növbəsində iri şəhər-lərdə ekoloji şəraitin yüksək dərəcədə gərginləşməsinə və tor-paq ehtiyatlarının azalmasına səbəb olacaqdır. Digər tərəfdən iri şəhərlər, onların torpaqları, o cümlədən ətraf mühiti antropo-gen təsirə məruz qalırlar və həmin ərazilər əhalinin yüksək sıxlığı ilə xarakterizə olunurlar. Bir çox şəhərlərdə əhalinin optimal sıxlığı – 3000/ha üstələyir və daha da artmağa meyilli-dir.
Azərbaycan Respublikası da qlobal proses olan sürətli urbanizasiyadan kənarda qalmamışdır. N.M.Əyyubovun məlu-matlarına görə hələ SSRİ dövründə Azərbqaycan şəhər əhalisinin xüsusi çəkisinə görə RSFSR, Estoniya, Latviya, Ermənistan, Litva, Ukrayna, Belarusiya respublikalarından sonra İttifaq respublikaları arasında 8-ci yeri tuturdu. Həmin illərdə şəhər əhalisinin miqdarca sürətlə artmasına baxmayaraq, artım tempi ittifaq göstəricilərindən həmişə geri qalırdı. Əgər 1939-1959-cu illərdə şəhər əhalisinin xüsusi çəkisi 12%, 1959-1970-ci illərdə 2%, 1970-1979-cu illərdə 3%, 1979-1989-cu illərdə cəmi 1% çoxalmışdırsa, ittifaq üzrə bu göstərici müvafiq olaraq 16%, 8%, 6% və 3,3% olmuşdur.
Son dövrdə Azərbaycanda 1991-1998-ci illərdə ölkə əhalisinin ümumi sayı 10,77% artaraq 7186,6 min nəfərdən 7952,5 min nəfərə, o cümlədən şəhər əhalisinin sayı 6,4% artaraq 3864,9 min nəfərdən 4113,3 min nəfərə, kənd əhalisinin sayı isə 15,6% artaraq 3321,7 min nəfərdən 3842,2 nəfərə çatmışdır. 2007-ci il aprel ayının biri üçün olan məlumata görə ölkə əhalisinin sayı 8557 min nəfər olmuş və cari ilin 3 ayı ərzində 24 min nəfər və yaxud 0,3 faiz artmışdır. Əhalinin ümumi sayından 4 milyon 398 min nəfəri (52,7 faizi) şəhər və 4 milyon 135 min nəfəri (48,3 faizi) kənd sakinləridir.
Urbanizasiya müasir dövrdə Bakı şəhərində və onun ətraf ərazilərində sürətlə baş verdiyindən, onun şəhərin ekoloji vəziyyətinə geniş təsirinin öyrənilməsi və qiymətləndirilməsi çox böyük elmi və praktiki aktuallıq kəsb edir. Atmosferin nəqliyyat vasitələri tərəfindən çirklənməsi, o cümlədən şəhər torpaqlarının çirklənməsi, içməli suyun keyfiyyətinin aşağı düşməsi, radioaktivliyin, akustik diskomfortun, vibrasiyanın səviyyəsinin öyrənilməsi şəhər mühitinin ekoloji mühitinin qiymətləndirilməsində mühüm rola malik olan faktorlardır. Bunları nəzərə alaraq, Bakı şəhərinin ayrı-ayrı rayonlarında bu faktorların ekoloji təsirinin öyrənilməsi elmin qarşısında duran əsas məqsədlərdəndir.
Müəyyənləşdirilmişdir ki, burada 3 ekoloji faktor, atmos-fer havasında karbon oksidinin qiymətləndirilməsi, adambaşına düşən yaşıl zonaların sahəsinin hesablanması, akustik diskom-fortun ölçülməsinin ilkin nəticələri öz əksini tapmışdır.
Bakının mərkəzi rayonlarında atmosfer havasında karbon 2 oksidin miqdarının qiymətləndirilməsi Beqma və digərlərinin və Şapovalovun təklif etdiyi düsturla hesablanmışdır. Düstura görə:

Kco=(0.5+.001N·kt)·kA·km·kc·kR·kk


Burada: 0,5 – atmosfer havasının qeyri-nəqliyyat vasitə-ləri ilə çirklənmə fonu – mq/m3, N ˗ şəhər yollarında avtomobil hərəkətinin yüklənməsinin intensivliyi – avtomobil/saat; kt – atmosferə karbon oksidi tullamasına görə avtomobillərin toksik əmsalı; kA ˗ ərazinin aerasiyasını nəzərə alan əmsal; kc – külə-yin sürətindən asılı olaraq karbon oksidinin konsentrasiyasının dəyişməsini nəzərə alan əmsal; kR – nisbi rütubətdən asılı olaraq karbon oksidinin konsentrasiyasının dəyişməsini nəzərə alan əmsal; kk ˗ yol ayrıclarında atmosfer havasında karbon oksidinin artması əmsalıdır.


Adambaşına düşən yaşıl zonaların sahəsinin hesablanma-sı riyazi metodla həyata keçirilmişdir. Adambaşına düşən yaşıl zonaların sahələrinin tapılması üçün riyazi metodun əsasında əhalinin sayı ilə yaşıl ərazilərin sahəsi arasındakı mütənasiblik durur.
Beynəlxalq Səhiyyə Təşkilatının hesablamalarına görə şəhərdə yaşayan hər nəfərə 50 m2, şəhər kənarında yaşayan əhali üçün isə hər nəfərə 300 m2 yaşıl sahə düşməlidir.
Akustik diskomfortun səviyyəsi İŞV1 cihazı vasitəsilə qiymətləndirilmişdir. Bu cihaz küyün (və ya vibrasiyanın) ümumi səviyyəsini, həm də oktava daxilində onun spektral tərkibini və desibellərlə səs təzyiqini ölçməyə imkan verir. Cihaz indikatoru desibellərlə dərəcələnmiş, cihazın qidası isə batareya vasitəsilə həyata keçirilir.
Azərbaycanda stasionar mənbələrdən atmosfer havasına 1995-ci ildə 879 min ton zərərli maddə atılmışdır. 2000-ci ildə bu rəqəm 515 min tona düşmüş, 2005-ci ildə bu rəqəm 426 min ton olmuşdur. Avtomobil nəqliyyatından atmosferə 1995-ci ildə 447 min ton, 2000-ci ildə 393 min ton 2015-ci ildə isə bu rəqəm 550 min tona çatmışdır. 1995-ci ildə atmosferə 50,0 min ton kükürd anhidridi, 31,6 min ton azot 4 oksid; 21,6 min ton dəm qazı buraxılmışdır. 2000-ci ildə isə 35,1 min ton kükürd anhidridi; 24,2 min ton azot 4 oksidi; 26,3 min ton karbon 2 oksid havaya buraxılmışdır. Son müşahidələrə görə bu rəqəmlər iki dəfəyə qədər artmışdır.
Hər bir iri şəhərdə olduğu kimi, Bakı şəhərində də atmos-fer havası müxtəlif mənbələrdən çirklənməyə məruz qalır. Karbon oksidi əmsalını tapmaq üçün Bakının mərkəzi rayonlarında təcrübələr apararaq avtomobillər tərəfindən atmosfer havasının daha az və daha çox çirkləndiyi rayonları müəyyənləşdirmişik.
Karbon oksidi əmsalının hesablanmasından alınan nəticələrə görə Binəqədi rayonunda bu göstərici – 274 mq/m3, Nərimanov rayonunda – 102 mq/m3, Nizami rayonunda – 72,4 mq/m3, Səbail rayonunda – 394 mq/m3, Yasamal rayonun-da isə bu göstərici – 175 mq/m3 olmuşdur. Aldığımız nəticələr-dən məlum olur ki, atmosfer havası ən çox Səbail rayonunda karbon 2 oksidlə çirklənməyə məruz qalmışdır. Bakı şəhərinin mərkəzi rayonlarında bundan asılı olaraq mühafizəedici tədbir-lərin həyata keçirilməsi çox vacib məsələlərdəndir. Xüsusən bu tədbirlərin ayrı-ayrı hissələrdə həyata keçirilməsi əhəmiyyətli hesab edilməlidir.



Yüklə 400,16 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə