Nəqliyyat fakultəsi Geomatika kafedrası Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi


Şəhərlərlə ətraf mühitin qarşılıqlı təsiri



Yüklə 400,16 Kb.
səhifə9/62
tarix26.04.2023
ölçüsü400,16 Kb.
#107083
1   ...   5   6   7   8   9   10   11   12   ...   62
17. Seher Torpaqların monitorinqi və muhafizəsi 2222

Şəhərlərlə ətraf mühitin qarşılıqlı təsiri
Şəhərlərin geoekoloji problemləri kifayət qədər müxtəlif-dir və onlar, bir tərəfdən təbiətin quruluşu, digər tərəfdən plan-laşdırılmış qərarlar və onların həyata keçirilməsi, şəhər ərazilərinin istismarı yolu ilə müəyyən olunur. Geoekoloji şərtlərin dəyişilmələrinin ümumi tendensiyalarına misal olaraq, su balansının üst, qrunt və dərin yeraltı sular arasında dəyişilmələrini göstərmək olar.
Qrunt sularının səviyyəsinin artması nəticəsində 2 eyni istiqamətli proseslər baş verir: təbii torpaq örtüyünün yenilən-məsi və ərazilərin asfaltlaşdırılması. Bu, praktiki olaraq, torpaq səthindən su balansının buxarlanması və qrunt suları resurs-larının illik doldurulmasını təmin edən kanalizasiya sistemləri və su borularının sızmasıdır. Ərazilərin planlaşdırılması ilə bağlı olan bu hər iki vəziyyət təbii drenlərin tam və ya qismən ləğv olunmasına, qrunt sularının şiddətli qalxmasına, bina və qurğuların fundament və əsaslarının zədələnməsinə, eləcə də onların deformasiya olunmasına, kritik vəziyyətlərdə isə bina və qurğuların dağılmasına gətirib çıxarır. Şəhər ərazisində yeraltı suların dərin horizontlarının sənaye cəhətdən istismarı baş verdikdə, adekvat deppersiv vəziyyət yaranır. Qrunt su-daşıyıcı horizontun daimi dolması şəraitində qrunt sularının infiltrasiyası və dərin horizontlar güclənir. Yeraltı suların maili hərəkətlərinin aktivləşməsi suffoziya və ya karst proseslərinin inkişafı ilə nəticələnir. Şəhərin yaradılmasında yeraltı sahənin temperatur rejiminin dəyişilməsi yerin üst qatının və binaların, qurğuların və şəhər kommunikasiyalarının istilik balansının dəyişilməsinə gətirib çıxarır.
Şəhər əraziləri hüdudlarında tikinti konstruksiyaları ma-teriallarının hesabına yerin üst qatının əlavə və ya qeyri-bəra-bər yüklənməsi geodinamiki vəziyyətlərin dəyişilməsi nəti-cəsində baş verir. Əlavə yüklənmənin bu faktoru içməli və ya texniki məqsədlər üçün istifadə edilən yeraltı suların çıxarılması ilə müşayiət olunur. Şəhərin atmosfer qatının çirklənməsi şəraitində yeraltı sürüşmə mərkəzləri aktivləşir.

Cədvəl 4.



Yüklə 400,16 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə