Nəqliyyat fakultəsi Geomatika kafedrası Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi


Şəhər ərazilərində müəyyən edilən landşaft tipləri və onların təsnifatı



Yüklə 400,16 Kb.
səhifə7/62
tarix26.04.2023
ölçüsü400,16 Kb.
#107083
1   2   3   4   5   6   7   8   9   10   ...   62
17. Seher Torpaqların monitorinqi və muhafizəsi 2222

Şəhər ərazilərində müəyyən edilən landşaft tipləri və onların təsnifatı

Ərazinin müəyyənləşmiş landşaft tipləri



Torpaqların növ qrupları, % -lə

Tikilmiş


Döşənmiş


Örtülü olmayan və su ilə örtülü sahələr

A ˗ tikilmiş və zəif
Yaşıllaşdırılmış

10-100

0-90

0-30

B ˗ tikilmiş ˗ qis-
mən bitki
əkilmiş

10-70

0-60

30-70

C ˗ tikilməmiş və
zəif
yaşıllaşdırılmış

0-10

60-100

0-30

D ˗ tikilməmiş və
bitki əkilmiş

0-10

20-70

30-70

E ˗ yaşıllaşdırılmış

0-30

0-30

70-90

F ˗ təbii sahələr

0-10

0-10

90-100

Mövzu üzrə yoxlama sualları

1.Şəhər torpaqlarında landşaftın rolu?


2. Şəhər torpaqlarında istifadəçilik tipləri hansılardır?
3.Şəhər torpaqlarında landşaft tipləri ?
4.Şəhər torpaqlarının əsas landşaft xüsusiyyətləri hansılrdır?
5. Şəhər ərazisinin müəyyənləşdirilmiş landşaftları nədir?


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Nəqliyyat fakultəsi
Geomatika kafedrası
Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi
Mövzu: 4. Şəhər ekoloji mühitinin fiziki-coğrafi xüsusiyyətləri və
monitorinqi

MÜHAZİRƏNİN PLANI

  1. Şəhər torpaqlarının fiziki-coğrafi-xüsusiyyətləri

  2. Şəhər torpaqlarının ekoloji problemləri

  3. Şəhərlərlə ətraf mühitin qarşılıqlı təsiri

Ədəbiyyat siyahısı

  1. İsmayılov A.İ. Azərbaycan torpaqlarının informasiya sistemi. Bakı, "Elm", 2004. -308 s.

  2. İsmayılov A.İ. Kadastrın əsasları. Ali məktəblər üçün dərslik. Bakı, 2008. -212 s

  3. Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi informasiya sistemləri. Dərslik. Bakı, "Müəllim", 2011. - 232 səh.

  4. Варламов А.А. Мониторинг земель: Учебное пособие. Москва, 2000. -156 с

  5. Наджафова С.И., Исмаилов Н.М. Экологическое состояние почвенного покрова города Баку и пути улучшения его качества. Москва, ИНФРА – М. 2018. -173 с.

  6. Сизов А.П. Мониторинг и охрана городских земель 2-е изд. перераб. и доп. Москва. Из-во МИИГАиК, 2009. -265 с.

  7. www.vevivi. Мониторинг и охрана городских земель.


Şəhər ekoloji mühitinin fiziki-coğrafi
xüsusiyyətləri və monitorinqi
Şəhər ekoloji mühiti özündə süni yaradılmış elementlər və həyat şərtlərini (yollar, səkilər, binalar, mühəndis qurğuları, şəhər iqlimi və s.), təbii mühitin elementlərini və mədəni mühiti, eləcə də sosial-iqtisadi mühitlə əlaqəli insan təsirini də birləşdirir. Həyatın əsas mühitlərindən biri sənaye mühiti, daha dəqiq desək, sənaye müəssisələrində fiziki-kimyəvi və bioloji şərtlərdir.
Sosial-iqtisadi mühit özündə sosial-psixoloji, sosial, demoqrafik, milli-mədəni, etnik, sənaye-iqtisadi elementləri əks etdirir. Ekoloji mühitin tələbatlarının uyğunsuzluğu nəticəsində müxtəlif münaqişələr yarana bilər. Ekoloji mühitin keyfiyyəti həyatın davamlılığına, insanların sağlamlığına və onların fiziki və psixoloji xəstəliklərinin səviyyəsinə təsir göstərir. Ekoloji mühitin qiymətləndirilməsində ətraf mühitin vəziyyəti əsas faktor rolunu oynayır, onun parametrlərini moni-torinqin köməyilə ayırd etmək olar.
Şəhər ekoloji mühitinin vəziyyətinin qiymətləndirilməsi, adətən, özündə aşağıdakı mühit və faktorları birləşdirir:
- hava kütləsi (rayon və ya şəhərin təbii-iqlim faktorların-dan asılı olaraq çirklənməsi təhlükəsinin təzahürü);
- su obyektləri (çirklənmə mənbələrinin yaranması, içmə-li və texniki su təchizatı, becərilmə, balıqtutma, elektrik enerjisinin əldə olunması, su sərfinin müəyyən olunması, yeraltı suların, yağıntıların sanitar-gigiyenik vəziyyətinin qiymətləndirilməsi);
- geoloji mühit və ərazilərin pozğunluqları (hidrogeoloji və landşaft-iqlim şərtləri, relyeflə əlaqəli geoloji proseslərin mühəndis-geoloji xüsusiyyətlərinin yaranması, ərazi pozğun-luqlarının yaranması və onların inkişafının qiymətləndirilməsi);
- torpaq (sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi, eroziya və digər amillər nəticəsində yaranan pozğunluqlar, kimyəvi və bakterioloji çirklənmələrin yaranması);
- bitki aləmi (yaşıllaşdırılmış ərazilərin qiymətləndirilmə keyfiyyəti, landşaftın formalaşması, ekoloji amillər – yaşıl-laşdırmanın deqradasiya mümkünlüyü, müdafiə rolu, yaşıllaşdırılmış ərazilərin rasional münasibliyi, sanitar-gigiye-nik amillər – atmosferin təmizliyi və mikroiqlimin yaxşılaşdırılması, estetik amillər və s.);
- heyvanat aləmi (növ tərkibinin qiymətləndirilməsi, antropogen yüklənmənin təsiri ilə onun dəyişilmə tendensiyası, nadir heyvanların qorunmasının vacibliyi, deqradasiya səbəb-lərinin yaranması);
- ərazinin səs-küy rejimi (səs-küy mənbələrinin yaranma-
sı, onların akustik xüsusiyyətlərinin alınması);
- zonaların titrəyiş, elektromaqnit, temperatur amilləri və mühitə təsiri (nəqliyyat, qurğular, radio və televiziya stansi-yaları, generatorlar, radiolokatorlar).

Yüklə 400,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə