Nəqliyyat fakultəsi Geomatika kafedrası Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi


Şəhər torpaqlarının ekoloji funksiyaları



Yüklə 400,16 Kb.
səhifə3/62
tarix26.04.2023
ölçüsü400,16 Kb.
#107083
1   2   3   4   5   6   7   8   9   ...   62
17. Seher Torpaqların monitorinqi və muhafizəsi 2222

Şəhər torpaqlarının ekoloji funksiyaları

Urbanoekosistemlərin komponentlərinə təsir



Su

Torpaq

Hava

Biota

1. Səthi axın
sularının qrunt sularına çevrilməsi və onların təmizlən-məsi.
2. Çay və
sututarların
sularını çirklənmə-dən müha-
fizə edən
sorbsiyae-dici qoru-
yucu maneə.

1. Kimyəvi
bioloji
çirklənmənin şaquli
yayılmasının qarşısını
alan qoruyucu maneə.
2. Qruntun,
zibil və
zibilxanala-rın bio-
geokimyəvi dəyişməsi.

1.Antropogen
(avtomobil nəqliyyatı,
teplosentral və zavod-
lardan çıxan)
qaz qatışıq-
larından mühafizə edən qazu-
ducu maneə.
2. Atmosfe-
rin qaz
tərkibinin tənzim­lən­­məsi və onun
təmiz­­lən­məsi (tor­paq tərə­-
findən qaz­-
ların udulma-sı və
ayrıl­ması).

1. Makro,
mezo və
mikrobiota-ların yaşayış
mühiti.
2.Bioməhsul-darlı­ğın əsası.
3. Sanitar
maneə.

Spesifik biogeokimyəvi xassələrin və narın xırdalanmış hissənin böyük fəal səthi nəticəsində torpaq çirkləndirici mad-dələri tutub saxlayan “depo”ya çevrilir. Eyni zamanda torpaq onlardan çoxları (ağır metallar, pestisidlər, neft məhsulları və s.) üçün ən mühüm biogeokimyəvi maneələrdən biri olub, onların şəhər atmosferindən qrunt sularına və çay şəbəkəsinə keçməsinin qarşısını alır.



Şəhər torpaqlarının ekoloji xüsusiyyətləri
Hər hansı təbii mühitin monitorinqinin metodologiyası istər mühitlərdən hər birinin spesifik xassələri, istərsə də onun ekoloji funksiyaları ilə müəyyən edilir. Bütün təbii mühitlər, o cümlədən torpaqlar üçün onlar tərəfindən yerinə yetirilən bütün qarşılıqlı əlaqə – təbii funksiyalardır. Biosferdə əsas yeri tutan əvəzolunmaz təbii obyekt kimi torpaqların ekoloji funksiya-larının əhəmiyyəti torpaqların ekoloji monitorinqinin spesifik xüsusiyyətləri və onun digər təbii mühitlərin monitorinqindən fərqlənməsi ilə əlaqədardır. Tədqiqat obyekti kimi Bakı şəhəri ərazisi olduğu üçün bu torpaqların monitorinqinin aparılması şərtdir.
Bakı şəhərində torpaqların monitorinqi aparılarkən birin-ci növbədə, torpaqla onun utilitar funksiyalarının yerinə yetirilməsinə nəzarət təmin edilməlidir. Onlar isə artıq qeyd edildiyi kimi əvəzolunmazdır. Torpağın əvəzedilməz funksiya-sı – onun münbitliyidir. Ərazidə torpaqların münbitliyini təmin edən fiziki, kimyəvi və bioloji xassələrin antropogen təsir şəraitində qorunub saxlanmasına nəzarət – torpağın ekoloji monitorinqinin ən mühüm spesifik məsələlərindən biridir.
Şəhər ərazisində torpağın protektor ekoloji funksiyası da əvəzolunmazdır (şəkil 1.). Bu funksiya torpaqlar tərəfindən onların çirkləndirici maddələri udmaq və tutub saxlamaq qabi-liyyəti nəticəsində yerinə yetirilir. Bununla əlaqədar olaraq, su, hava və bitkilər həmin çirkləndirici maddələrdən mühafizə olunur. Texnogen pozulmuş landşaftlarda çirkləndirici maddə-lərin miqrasiyasının məhdudlaşdırılmasında torpaqların effek-tivliyinə nəzarət – torpağın ekoloji monitorinqinin ən mühüm spesifik məsələlərindən biridir. Lakin torpaq çirkləndirici mad-dələrin miqrasiyasını yalnız bu maddələri udmaqla və torpaq komponentlərilə möhkəm bərkitməklə məhdudlaşdıra bilər. Torpaqların bu funksiyanı yerinə yetirmək qabiliyyətini qiy-mətləndirərkən nəzərdə tutmalıyıq ki, pollütantların möhkəm tutulub saxlanılmaması nəticəsində onlar torpaqların mün-bitliyinin pisləşməsinə səbəb ola bilər. Buna görə də, torpaq tərəfindən yerinə yetirilən həm münbitlik funksiyalarına, həm də mühafızəedici funksiyalarına nəzarət kompleks olmalıdır.





Yüklə 400,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə