Nəqliyyat fakultəsi Geomatika kafedrası Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi



Yüklə 400,16 Kb.
səhifə5/62
tarix26.04.2023
ölçüsü400,16 Kb.
#107083
1   2   3   4   5   6   7   8   9   ...   62
17. Seher Torpaqların monitorinqi və muhafizəsi 2222

Mövzu üzrə yoxlama sualları
1.Şəhər torpaqlarının ekoloji funksiyaları nədən ibarətdir?
2.Şəhər torpaqlarının funksiyalarının istiqamətləri hansılardır?
3.Şəhər torpaqlarının çirkləndiricilərlə əlaqəsi necədir?
4.Şəhər torpaqlarının mühafizə edici funksiyası nədir?
5.Şəhər torpaqlarının hava və su ilə qarşılıqlı əlaqəsi nədir?

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Nəqliyyat fakultəsi
Geomatika kafedrası
Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi
Mövzu: 3 Şəhər torpaqlarının landşaft xüsusiyyətlərinə görə təsnifatı

MÜHAZİRƏNİN PLANI

  1. Şəhər torpaqları istifadəçiliyinin tipləri

  2. Şəhər ərazilərində müəyyən edilən landşaft tipləri

  3. Şəhər ərazilərində landşaft tiplərinin təsnifatı

Ədəbiyyat siyahısı

  1. İsmayılov A.İ. Azərbaycan torpaqlarının informasiya sistemi. Bakı, "Elm", 2004. -308 s.

  2. İsmayılov A.İ. Kadastrın əsasları. Ali məktəblər üçün dərslik. Bakı, 2008. -212 s.

  3. Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi informasiya sistemləri. Dərslik. Bakı, "Müəllim", 2011. - 232 səh.

  4. Варламов А.А. Мониторинг земель: Учебное пособие. Москва, 2000. -156 с.

  5. Наджафова С.И., Исмаилов Н.М. Экологическое состояние почвенного покрова города Баку и пути улучшения его качества. Москва, ИНФРА – М. 2018. -173 с.

  6. Сизов А.П. Мониторинг и охрана городских земель 2-е изд. перераб. и доп. Москва. Из-во МИИГАиК, 2009. -265 с.

  7. www.vevivi. Мониторинг и охрана городских земель.


Şəhər torpaqlarının landşaft xüsusiyyətlərinə görə təsnifatı
Şəhər torpaqlarının landşaft xüsusiyyətləri təbii landşaft-lardan kəskin fərqlənir. Bu, şəhərin meydana gəlməsi, şəhər mədəniyyətinin inkişafı ilə bağlıdır. Şəhərləşmə dünyada böyük tarixi dövr keçmiş bəşəriyyətin və o cümlədən mədəniy-yəti əks etdirən mədəni landşaftın formalaşmasında həlledici rola malikdir.Yer kürəsində ilk şəhərsalma mədəniyyəti və memarlı-ğının əsasını qoyan eramızdan əvvəl 5-ci əsrdə yaşamış, əslən Milettdən olan Hippodane fəaliyyət göstərdiyi şəhərin planını hazırlamışdır. Bu planda şəhər landşaftının yaradılmasına önəm vermişdir, onun hazırladığı landşaft planlaşdırması Makedoniyalı İskəndərin yaratdığı şəhərlərdə və sonralar Avro-panın şəhərlərinin formalaşmasında istifadə edilmişdir. Müasir dövrdə şəhər landşaftlarının yaranmasına istehsalın ərazi təşkili və onun yerləşdirilməsi, məskunlaşmasının təşkili və şəhərlərin idarə edilməsi prosesləri təsir göstərir. Elmi-texniki tərəqqi dövründə inkişafın çoxtərəfliyi, şəhərlərin inkişaf prosesi onun landşaftının formalaşmasını dəyişdirmişdir. Belə ki, landşaftlar ictimai həyatın bütün istiqamətlərində təsviri mövcud olmuşdur. Nəticədə müasir təsəvvür etdiyimiz landşaftlar formalaşmışdır.
Şəhərlərin inkişaf prosesi ilk növbədə, onun ictimai əsasları ilə yanaşı, landşaftlarına təsir göstərir. Burada əhalinin artımı qeyri-kənd təsərrüfatı fəaliyyətlərinin genişlənməsi, tikinti işlərinin intensivləşməsi, nəqliyyat şəbəkələrinin yaradılması, məskunların sahəcə böyüməsi, cəmiyyət və təbiət arasında böhrani münasibətlər yaradır. Şəhərlərdə bu istiqamət-də inkişaflar yaranır, landşaftların sahəsinin və tiplərinin artma-sı ilə nəticələnir. Amma bu zaman süni və təbii mühitin arasın-da gərgin qarşılıqlı təsirlərin nəticəsi olaraq, şəhər landşaftları genişlənir.
Yaranmış və inkişaf edərək formalaşan şəhər landşaftları torpaqları istifadəçiliyə görə müxtəlif tiplərə ayrılır. Bu torpaq istifadəçilyininin tipləri landşaftın əsas komponenetlərini yara-dır. Sxematik olaraq biz bunu Cədvəl 2.-də göstəririk. Şəhər torpaq istifadəçiliyinin on tipini müəyyən etmişik. Bu tiplər əsas komponentlərə görə bir-birindən fərqlənir. Məsələn: yaşa-yış tikintisi olan torpaq tipində əsas komponentlər yaşayış rayonları və ya massivləri, mikrorayonlar, kvartallar və xüsusi yaşayış komponentləridir. İctimai tikili torpaqlarda isə ictimai məskənlər, obyektlər, məktəbəqədər tərbiyə müəssisələri, təh-sil, sağlamlıq, elmi, ticarət, tarixi tikililər və s. əsas yer tutur.

Cədvəl 2.



Yüklə 400,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə