Nəqliyyat fakultəsi Geomatika kafedrası Fənnin adı: Şəhər tоrpaqlarının monitorinqi və mühafizəsi


Şəhər torpaqları istifadəçiliyinin tipləri



Yüklə 400,16 Kb.
səhifə6/62
tarix26.04.2023
ölçüsü400,16 Kb.
#107083
1   2   3   4   5   6   7   8   9   ...   62
17. Seher Torpaqların monitorinqi və muhafizəsi 2222

Şəhər torpaqları istifadəçiliyinin tipləri

Sıra №-si

Torpaq istifadəçiliyinin tipi

Əsas komponentlər

1

Yaşayış tikintisi olan
torpaqlar

Yaşayış rayonları,
mikrorayonlar, kvartallar,
xüsusi yaşayış kompleksləri

2

İctimai obyektlərin
tikildiyi torpaqlar

İctimai mərkəzlər, obyektlər, məktəbəqədər tərbiyə, təhsil, sağlamlıq, elmi, ticarət,
tarixi tikililər və ictimai
təyinatlı tikililər

3

Sənaye müəssisələrinin
torpaqları

Sənaye, elmi-istehsalat,
hasilat, kommunal-anbar
obyekt zonaları

4

Küçə-yol şəbəkəsi

Şəhərdaxili yollar – küçə,
prospekt, meydan, şoselər,
keçidlər

5

Xarici nəqliyyat
torpaqları

Dəmiryolu, dəniz, çay
və hava nəqliyyatı
obyektləri

6

Kənd təsərrüfatında
istifadə edilən
torpaqlar

Kənd təsərrüfatı yerləri,
əkin, çoxillik əkinlər,
otlaq, istixanalar, istixana
kombinatları, fermalar

7

Təbii yaşıllıqlar və
yaşıllaşdırılmış
torpaqlar

Şəhər meşələr, meşə-parklar, bağlar, bulvarlar, qorunan
xüsusi təbii ərazilər

8

Xüsusi istifadədə olan
torpaqlar

Məzarlıq,tullantı poliqonları, hərbi obyektlər

9

Ekstensiv istifadədə
olan torpaqlar

Boş sahələr, ehtiyat əraziləri

10

Su sahələri

Sututarlar və su borular

Şəhər torpaqlarında və ya onun ərazisi daxilində landşaft tipləri və onu təsnifat etmək mümkündür. Ərazilərin müəyyənləşdirilmiş landşaft tipləri torpaqların növ qruplarının tutduğu sahənin faizlə miqdarına görə təsnif edilirlər. Bu Cədvəl 3.-də verilmişdir.


Şəhər ərazisinin müəyyənləşdirilmiş landşaftlarını altı tipə ayırmaq mümkündür. Bura daxildir:
A – tikilmiş və zəif yaşıllaşdırılmış landşaftlar. Bu, landşaftın 10-100 %-i daxilində tikilmiş, 0-90 %-i səthi döşənmiş və 0-30 %-i örtülməmiş və ya su ilə örtülmüş landşaftlardır.
B – tikilmiş – qismən bitki əkilmiş, bunun 10-70 %-i tikilmiş, 0-60 %-i döşənmiş və 30-70 %-i isə örtülməmiş və su ilə örtülü sahələrdir.
C – tikilmiş və zəif yaşıllaşdırılmış landşaft tipinin 0-10 %-i tikililər, 60-100 %-i döşənmiş və 0-30 %-i örtülü olmayan və ya su ilə örtülü sahələrdir.
D – tikilməmiş və bitki əkilmiş landşaftların isə 0-10 %-i tikililər, 20-70 %-i döşənmiş və ya 30-70 %-i isə örtülməmiş və ya su ilə örtülmüş sahələrdir.
E – yaşıllaşdırılmış landşaftlar – 0-30 %-i tikilmiş, 0-30 %-i döşənmiş və 70-90 %-i örtülü olmayan və ya su ilə örtülü sahələrdir.
F – təbii sahələrin landşaftları – 0-10 %-i tikilmiş, 0-10 %-i döşənmiş və 90-100 %-i isə örtülü olmayan və su ilə örtülü sahələrdir.

Cədvəl 3.



Yüklə 400,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə