NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə26/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

 
Nяsiman Yaqublu 
 
 
92 
 
Mirzə Bala 
 
İSTİQLAL ZƏFƏRİNİN  
DASTANI 
 
(15 sentyabr 1918-ci il zəfəri münasibətilə) 
 
 
 Sentyabr  1918-ci  ildə  parlaq  zəfərlə  bitən  və 
Azərbaycanı  həqiqi  istiqlalına  qovuşduran  şanlı  is-
tiqlal savaşına dair bu günə qədər bir çox şeylər ya-
zılmış və daha bir çox şeylərin də yazılacağı şübhə-
sizdir. Bir tarixçi gözü ilə araşdırılacaq ilk qaynaqlar arasında ədəbiy-
yatımızın başqa şöbələri ilə birlikdə, şerin də mühüm bir mövqeyi ola-
caqdır. Vətən  və  hürriyyət  şairi Məhəmməd  Hadi    ilə istiqlalın ilk 
şerini  yazan  İbrahim  Tahirdən  bəhs  edərkən,  bunun  şahidi  olmuş-
duq. Fəqət, Məhəmməd Hadi hürriyyəti, İbrahim isə istiqlalı, istiqlala 
aid dadlı bir “Arzu” olaraq təhəyyül (vəsf etmək) və tərənnüm etmiş-
dilər. Harsı (mədəniyyəti), ictimai, iqtisadi və siyasi sahələrdəki milli 
həmlələrinin məntiqi və təbii bir nəticəsi olaraq, bu halından dinamik 
milli  bir  ideal  halına  inqilab  edən  bu  “Arzu”nun  yaratdığı  muazzam 
(böyük)  istiqlal  savaşını,  bütün  səhifələri  ilə  böyük  milli  şairimiz 
Əhməd Cavadın ölməz misralarında canlanmış sayırıq. Zalım və qəd-
dar  düşmən  tərəfindən  Sibirə  sürgün  edilmiş,  müqəddəratı  və  aqibəti 
bu gün məlum olmayan milli şairimiz o savaş günlərində qurtuluş or-
dusunun sıralarında idi. Bu baxımdan hərəkat və savaşların şahidi olan 
şair,  əsərini  realitedən  mülhem  olaraq  (reallıqdan  ilham  alaraq)  yaz-
mışdır.  Qurban  Bayramı  ərəfəsinə  təsadüf  edən  14  Sentyabrı  15 
Sentyabra bağlayan gecə, sabaha qarşı, ani basqını ilə düşməni sən-
gərlərindən atıb süngü ucuna almaq sürətilə qəti hücuma keçən qurtu-
luş  ordusunun  zəfər  topları  şairi  coşdurmuşdur.  Azərbaycan  istiqlal 
zəfərini dastanlaşdıran bu şerinə şair tam haqlı olaraq “Bismillah” baş-
lığını qoymuşdur. Tam haqlı olaraq dedik, çünki şair yepyeni bir döv-
rün başladığını müjdələməkdədir. Bu gün Azərbaycan Türkünün mən-
hus  taleyi  yenilmiş,  hürr  və  müstəqil  bir  həyata  girişmişdir.  Buna 
15 


 
Bakыnыn Qurtuluшu 
 
 
93 
“Bəs-i bədelmevt” dahi deyilə bilər. O halda Bakı civarındakı Yanar-
dağ, Şubanı və Yasamal yamaclarından atılan zəfər topları şairi nədən 
coşdurmasın?! 
 
Atıldı dağlardan zəfər topları, 
Yürüdü irəli əsgər, Bismillah! 
O Xan Sarayında çiçəkli bir qız,  
Gözləyir bizləri zəfər, Bismillah! 
 
İstiqlal  savaşının zəfər dastanına belə başlayan Cavad, min ildən 
çox tarixə malik olan Şirvanşahlar dövrünün parlaq xatirəsini yaşadan 
Bakıdakı Xan Sarayında özünün zəfər pərisini gözlədiyinə əmindir. 
Memarlıq və təbii gözəlliyinə yad bilgilərin də heyran olduqları və 
“Daşa dönmüş musiqi” şəklində tərif etdikləri  XV əsrin bu qüsursuz 
abidəsi yalnız gözəl bir sənət əsəri olmaqla qurtarmır, incə bir zövqün 
ifadəsi  olmaqla  bərabər  hər  şeydən  əvvəl,  milli  dövlət  ruhunu 
tərənnüm  edən  bir  simvol  rolunu  oynamaqdadır.  Bakıdakı  Xan 
Sarayında çiçəkli bir qız şəklində təsvir etdiyi zəfər pərisinin şəxsində 
şair  milli  hakimiyyət  idealının  zəfərini  müjdələyirdi.  Yalnız  milli 
dövlət  dövrünün  timsalı  olan  Xan  Sarayı  deyil,  belki  (bəlkə)  ümumi 
heyəti  ilə  bütün  Bakı,  nişanlısını  gözləyən  bir  gözəldir.  Bütün  irfan, 
kültür, iqtisadi həyat və müəssisələrini sinəsində barındıran (saxlayan) 
Bakı, o dumanlı şəhər, Azərbaycanın döyünən qəlbidir. 
 
Ey döyünən ürək, dumanlı şəhər, 
Bilmirsən bu zor gurultu nədir? 
Aç sisli qoynunu, ordumuz gəlir
Nişanlın qoynuna girər, bismillah! 
 
Fəqət  hərbin  taleyi  buna  imkan  verəcəkmi?  Bu  tale  nişanlısının 
qoynuna girməyə can atan qurtuluş ordusuna yol verəcəkmi? Əzəldən 
bəri bir Türk dənizi, bir Türk gülü olan Xəzər, Türkə, yəni əsl sahibinə 
ram olacaqmı? 
 
Ey hərbin taleyi bizə yol ver, yol! 
Sən ey gözəl dəniz, gəl Türkə ram ol! 
 


 
Nяsiman Yaqublu 
 
 
94 
-
 
deyə hayqıran şair bütün ümidini sağa-sola qılınc vuran qollara 
bağlamışdır. 
Çünki bu xilasedici qollara haqdan qüvvə verilmiş olduğuna şübhə 
yoxdur: 
 
Sən ey sağa-sola qılınc vuran qol, 
Qollarına qüvvə gələr, bismillah! 
 
Bu haqq qüvvəsinin qarşısında hərbin taleyi nə edə bilər? 
Qanlı savaşın seyrinə qapılmış və bir sel kimi axan orduya qatılmış 
şairdə  zəfərin  qələbəsinə  ümidi  də  artmaqdadır.  Bakını  da  bu  ümidə 
iştiraka çağıran şair qazi və şəhidləri də unutmur: 
 
Ey Bakı, sən qorxma, gəldik gələli
Səninçin atıldıq daim  irəli. 
Sağ qalanlar analara təsəlli, 
Şəhidlərin ruhu gülər, bismillah! 
 
Sağ qalanlar analara təsəlli bir qazi, ölənlər də məmnun və nəşəli 
bir  şəhiddir.  Əsasən,  artıq  alın  yazısının  qara  olduğu  anlaşılmış  olan 
düşmənin  atdığı  qurğuşunlar  da  bizləri  öldürmür.  Halbuki,  şairin  ər-
məğan   olaraq yolladığı qurğuşunlar düşmənin çirkli alnını öpməkdə-
dir: 
 
Ey düşmən, alnının yazısı qara, 
Öldürməz bizləri vurduğun yara. 
Yolladığım qurşun ərməğan sana, 
O kirli alnını öpər, Bismillah! 
 
Düşmən, “qudurğan saçmalı boş bir nöbet”dən (növbətdən) ibarət 
son müqavimətini göstərir. Əfsus, bu müqavimət faydasızdır: saxlan-
dığı torpaq onun qanını içəcək və şairin yurdu ona sipər olmayacaqdır: 
 
Sən mərd olub dursan qarşımda əgər, 
Qudurğan saçmalı növbətin keçər. 
Sağlamlığın olmaz sana sipər, Bismillah! 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə