Nəzakət səLİmova


Bildirişin tərtibi qaydası



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə31/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   ...   27   28   29   30   31   32   33   34   ...   41
N zak t s L mova

Bildirişin tərtibi qaydası
– Blankın ortasında 
“BİLDİRİŞ” sözü yazılır. Ondan sonra ayın tarixi və saatı 
göstərilməklə tədbirin xarakteri göstərilir. Daha sonra təd-
birdə iştirak edənlərin adı və soyadı, habelə kimliyi və ti-
tulları göstərilir. Mətnin axırında isə tədbirin keçiriləcəyi 
yer, nəhayət, tədbiri keçirən təşkilatın adı yazılır. Bundan 
fərqli formada da bildiriş vermək olar. Yenə ilk cümlədə 
tədbirin keçiriləcəyi tarixdən sonra keçiriləcəyi yer göstə-
rilir. Bildiriş qəzetdə, televiziyada, radioda və afişa 
şəklində verilə bilər. Dil xüsusiyyəti – Bildiriş rəsmi ədəbi 
dildə yazılmamalı, fikir aydın və dəqiq olmalıdır. Qarışıq 
ifadələrə və ikimənalılığa yol vermək olmaz.Əgər bildiriş 
konfrans, qurultay, elmi şura və s. haqqında verilmişsə, 
sırf rəsmi xarakterlı olmalıdır. Burada bədii və emosional 
ifadələrə yer vermək olmaz. Müxtəlif xarakterı bayram 
tədbirləri, yubiley gecəsi, habelə konsert haqqındakı bildi-
rişlərdə bədiiliyə və emosional ifadələrdən istifadə olun-
malıdır. məsələn, 
Bildiriş 
 
Oktyabr ayının 28-də Bakı Biznes Unversitetinin 
zalında Şuşa Dram Teatrının “...........................”tamaşası 
göstəriləcəkdir. 
Biletlər teatrın kassasında satılır. 
Unvesitetin TələbəGənclər təşkilatı. 
20 oktyabr 2016 –cı il. 


88 
Arayış 
 
Arayışlar
- hadisə və faktları yazılı surətdə təsdiq 
edən sənəd növüdür. Arayışlar sadə və mürəkkəb məz-
munlu ola bilər. Hər hansı şəxsin kimliyini təsdiq etmək 
məqsədi ilə bu va digər təşkilat tərəfindən verilir.Bu tipli 
arayışlarda bəzən bir neçə şəxs haqqında da məlumat 
verilir. Məsələn,” Ailə tərkibi haqqında arayış”. Mürəkkəb 
məzmunlu arayışları isə təşkilatlar bir-birinə təqdim edir. 
Belə arayışlarda müəyyən hadisələr əks olunur. 
Arayışlar aşağıdakı formada tərtib olunur: 
- blankın sol tərəfindən üst küncdə idarənin ştampı 
vurulur; 
- ortada “Arayış” sözü yazılır; 
- aşağıda məzmun yazılır; 
- arayışın təqdim olundugu yer qeyd olunur; 
- sonda arayışı təsdiq edən idarə rəhbərinin imzası və 
möhürü vurulur. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə