Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə137/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   145
Azf-277620

Hipotetik 
(fərziyyəyə əsaslanan, təxmini) suallar. Məs.: “Əgər belə 
bir vəziyyətə düşsəydiniz, siz nə edərdiniz?”. Bu cür suallar əqli prosesi fəal-
laşdırır. Dinləyici bu və ya digər situasiyanı təsəvvür edir, müvafiq çıxış yolunu 
müəyyənləşdirir. 
2.
DüĢünməyə təhrik edən suallar
- Məs.: “Belə bir problemlə qarşı-
laşsaydınız, onun həllinə necə kömək edə bilərdiniz?”. 
3.
Həvəsləndirici suallar 
– Məs.: “Hadisə nə ilə qurtara bilərdi?”, 
“Sonra nə oldu?”. Belə suallara dinləyici şəxsi təcrübələri əsasında cavab tapmağa 
çalışır. 
4.
Rəy söyləmək məqsədini qarĢıya qoyan suallar
– Məs.: “Bu haqda 
sizin fikriniz?, “Deyilənlərlə razısınızmı?”. Belə suallar dinləyicilərin söylənilən 
fikrə maraq və diqqətini artırır. 
5.
Yoxlama xarakterli suallar 
– Məs.: “Siz niyə belə düşünürsünüz?”, 
“Məsələni başqa cür həll etmək olmazmı?”, “Siz səhv etmirsinizmi?”. 
Bu suallar dinləyiciləri dərindən düşünməyə və öz fikrini bir daha götür-
qoy etməyə,diskussiyaya təhrik edir, onlar belə bir idrak fəaliyyəti nəticəsində 
aldıqları bilik və məlumatlar uzun müddət yadda saxlayır, yeri gəldikdə istifadə 
edirlər. Hələ qədim Çində bu məqam (dinləyicilərin tədqiqat xarakterli xüsusi 
təşkil olunmuş idrak fəaliyyəti) məşhur filosof Konfisi tərəfindən belə ifadə 
olunmuşdur: “Qulaq asıram – unuduram, görürəm – yadda saxlayıram, özüm 
edirəm – anlayıram (dərk edirəm)”. Mühazirənin passiv dinlənməsi ona gətirib 
çıxarır ki, alınan biliklər tez bir vaxtda unudulur. Lap yaxşı ənənəvi mühazirəni 


255 
dinləyən üç saatdan sonra materialın 70%-ni, üç gündən sonra isə 10%-ni bərpa 
edə bilir. 
Deyilənlərdən bu nəticəyə gəlirik ki, natiq öz mühazirə, çıxış və 
söhbətlərində öyrədən və öyrənənin qarşılıqlı fəaliyyətinə, əks əlaqəsinə əsaslanan 
interaktiv şərhetmə metodlarına daha geniş yer verməli, eşidilənlərdə marağın 
yaranmasına nail olmalıdır. 
Hər bir şəxs gözəl danışığa, yüksək nitq mədəniyyətinə sahib ola bilər. 
Lakin burada təkcə arzu kifayət deyildir. Bu cür çətin işin öhdəsindən gəlmək 
möhkəm iradə, böyük həvəs, müvafik bilik və bacarıqlar tələb edir. Gözəl səslə, 
fikrə müvafiq intonasiya seçməklə, normativ tələffüzlə danışmaq üçün hər bir 
şəxsin keçdiyi yol idmançının keçdiyi inkişafın dinamikası ilə müqayisə edilə 
bilər. Bu və ya başqa şəxs hər iki halda yeni keyfiyyət qazanır, lakin bu 
keyfiyyətlərin bir-birinə heç bir oxşarlığı yoxdur. Yaxşı idmançı pis natiq ola 
bildiyi kimi, yaxşı natiq də pis idmançı ola bilər. Oxşarlıq ancaq onların seçdiyi 
inkişaf yolunun xüsusiyyətlərindəndir. Mahir idmançının keçdiyi həyat yolunu 
xatırlayaq. Məlumdur ki, idmançının böyük müvəffəqiyyətlər əldə etmək üçün 
lap kiçik yaşlardan məşqə başlamağı vacib hesab edilir. İllər keçdikcə həmin 
məşqlərin forma və məzmunu dəyişə bilər, ancaq fasilələrə yol verilə bilməz. 
Məşqçilər öz xatirələrində şagirdləri necə yetişdirdiklərindən bəhs edərkən bəzən 
ayrı-ayrı günlərdə əldə edilən nailiyyətləri belə qeyd edirlər. Tədricən qazanılmış 
belə nailiyyətlərin toplusundan mahir idmançı meydana çıxır. Mahir natiq də belə 
yaranır. O, kiçik yaşlarından öz səsinin, tələffüzünün məşqinə başlayır. Tədricən 
nitqini təkmilləşdirir, yeni keyfiyyətlər əldə edir., nəhayət, mahir natiqə çevrilir. 
Mahir idmançı bir-iki ildə yaranmadığı kimi, mahir natiq də birdən-birə yetişmir. 
Mahir idmançı olmaq üçün məşqsiz keçinmək mümkün olmadığı kimi, mahir 
natiq olmaq üçün də müntəzəm şəkildə məşqin aparılması lazımdır. Bütün bu 
xüsusiyyətlərinə görə idmançı ilə natiqin keçdiyi inkişaf yollarının xüsusiyyət-
lərini tutuşdurmaq olar. Belə bir əməliyyatı icra etsək, zahirən tamamilə bir-
birinə oxşayan həmin keyfiyyətlərin yaranması üçün keçilən yolun inkişaf 
dinamikası əksər hallarda bir-birinin eyni olacaqdır. Hər iki keyfiyyət fasiləsiz 


256 
aparılan məşq nəticəsində əldə edilir. Nitq qüsurları olan adamın tələffüzünü 
təshih etmək üçün aparılan məşqlərin fəqərə sütununu, yaxud da əyri ağacı 
cilalamaq, düzəltmək üçün aparılan məşqlərə nə qədər bənzədiyini (metodik 
baxımdan) təsəvvür etmək çətin deyil. Müsiqiçilər məşq yolu ilə təkcə mahir 
pianoçu, ya da tarçı hazırlamırlar, onlar həmin yolla xanəndənin də səsini 
cilalayır, onun mahir ifaçı kimi yetişməsinə nail olurlar. 
Buraya qədər biz “mahir natiq” ifadəsini tez-tez işlətdik. Natiqlik 
sənətində gözəl danışıq qabiliyyətinə yiyələnmək, şifahi və yazılı nitq texnikasını 
mənimsəmək həmişə qarşıda duran vəzifələrdən biri olmuşdur. Bununla belə
natiqlərin də hamısı bu mühüm vəzifənin öhdəsindən günün tələbləri səviyyəsində 
gələ bilməmişdir. Onların nitqi, xüsusən şifahi nitqi çox zaman qüsurlu olmuşdur. 
Nitq mədəniyyəti üzrə aparılan işlərdə ciddi dönüş yaradılmalıdır. Belə 
dönüş ancaq müasir təlim texnikasından, xüsusən elektro-akustik texnikadan 
bacarıqla istifadə etməklə yarana bilər. 
Müasir texniki vasitələr natiqin öz nitqini dinləyə bilmək imkanlarını 
xeyli genişləndirmişdir. Natiq öz mühazirəsini, məruzəsini, nitqini, müəyyən bir 
bədii parçanın ifadəli oxusunu və s. maqnitofon lentinə köçürüb istədiyi qədər 
təkrar-təkrar dinləyə, sözlərin tələffüzünə, cümlələrin düzgün qurulmasına, 
intonasiyasına və sairəyə nitq mədəniyyəti baxımından qiymət verə bilər. Radio 
və televiziya verilişləri etalon səviyyəli nitqi, ifadəli oxunu, ədəbi tələffüzü 
dinləmək üçün əvəzsiz vasitələrdir. “...ədəbi dilin orfoepiya normalarına, eləcə də 
digər normalarına, ədəbi tələffüzə televiziya verilişləri qədər qayğı və 
tələbkarlıqla yanaşan ikinci bir şifahi nitq tribunası təsəvvür etmək çətindir. 
Teleekran ədəbi dilin, onun normalarının, o cümlədən ədəbi tələffüz və vurğu 
qaydalarının təbliğatçısı, yayıcısı və öyrədicisidir” (45, 30). Natiqlik məharətini 
təkmilləşdirmək arzusunda olan hər bir kəs bu verilişləri, xüsusilə məşhur aktyor, 
diktor, söz ustası, maarif, mədəniyyət, elm adamları və b. çıxışlarını dinləməli, 
danışanların öz nitqlərini necə qurmalarına, fikrin dəqiq ifadəsi üçün hansı sözləri 
işlətmələrinə, yığcam, qısa, aydın, mənalı danışmalarına, dilin ifadəlilik vasitə-


257 
lərindən istifadə edə bilmək bacarığına və s. diqqət verməli, lazım gələrsə, qeydlər 
aparmalıdır. 
Ulu öndərimiz H.Əliyev cənablarının çıxışları bu baxımdan ən yaxşı 
nümunədir. Onun nitqlərində natiqlik sənəti özünün ən yüksək zirvələrinə ucala 
bilmişdir. H.Əliyevin ağıllara, düşüncələrə asanlıqla yol tapa bilən çıxışları, 
nitqləri, məruzələri adamları vətəndaşlıq həmrəyliyinə, mənəvi-siyasi birliyə, milli 
dövlətçiliyimizin möhkəmləndirilməsinə, suverenliyimizin qorunub saxlanılma-
sına səsləyir, vətən övladlarını ana yurda məhəbbət ruhunda tərbiyə edir. 
Natiq nitqinin ədəbi dil normalarının gözlənilməsi baxımından lazımi 
səviyyəyə qaldırılması məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi tövsiyə 
olunur: 
1. Natiqlik sənəti, onun təkmilləşdirilməsi məqsədilə xüsusi kurslar 
yaratmaq, həmin kurslara natiqlik sənətinin mütəxəssisləri – tanınmış natiq, 
diktor, söz ustaları, aktyorlar, müəllimlər və başqaları cəlb etmək. 
2. Radio və televiziya vasitəsilə “Mühazirəçiyə kömək” verilişi təşkil 
etmək, orada natiqlik məharəti, nitq mədəniyyəti ilə bağlı söhbətlər aparmaq, 
seminarlar, dəyirmi masalar, konfranslar təşkil etmək, müəyyən ixtisas və sənət 
sahiblərinin: yazıçıların, dilçi alimlərin, jurnalistlərin, mətbuat, radio və televi-
ziyanın yaradıcı əməkdaşlarının, teatr, mədəniyyət xadimlərinin çıxışlarını, 
söhbətlərini vermək, canlı nitqdən nümunələr, etalonlar səsləndirmək. Bunun 
üçün birinci növbədə kütləvi informasiya sahəsində çalışan mütəxəssislərin - 
xüsusilə diktor və aparıcıların dil hazırlığının yüksəldilməsi, onun qloballaşma 
dövrünün tələblərinə uyğunlaşdırılmasını təmin etmək 
3. Nitq mədəniyyəti ilə bağlı müasir tələblərə cavab verə bilən dərslik, 
dərs vəsaiti hazırlamaq. Nitq mədəniyyəti haqqında natiqlərin, müəllimlərin, eləcə 
də tələbələrin əlində sanballı bir vəsait, demək olar ki, yoxdur. Mövcud olanlarda 
da natiqlik sənəti, mədəni nitqin daha çox ümumi məsələlərindən bəhs olunur. 
İkinci bir tərəfdən, onlar birbaşa və ya dolayı yolla tərcümədir, oradakı şərhlər, 
mülahizələr dilimizin təbiəti ilə istənilən dərəcədə bağlana bilmir. Nitq mədəniy-
yəti hal-hazırda ali məktəblərin bir çoxunda ayrıca fənn kimi tədris olunur. Lakin 


258 
həmin fənnin dərsliyi yoxdur. Natiqlik sənəti, ölkəmizdə bu sənətin yaranması və 
tarixi inkişaf mərhələləri, nəzəri qaynaqları, nitq mədəniyyəti, mədəni və savadlı 
nitqə yiyələnməyin vacibliyi və s. haqqında ədəbiyyat, dərslik və digər vəsait bu 
sahə ilə məşğul olanlara, natiqlərə, müəllimlərə, tələbələrə və b. böyük fayda verə 
bilər. 
4. Nitq mədəniyyəti, natiqlik məharəti ilə bağlı respublika miqyasında 
yığıncaqlar, konfranslar keçirmək. Orada nitq mədəniyyətinin aktual məsələləri 
geniş şəkildə müzakirə etmək. 
5. Bugünkü tələbə sabahın müəllimi, həkimi, mühəndisi, alimi, xalq 
təsərrüfatının müxtəlif sahələri üzrə mütəxəssisidir. Respublika prezidenti 
İ.Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun 
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı”nın təsdiq 
edilməsi haqqında sərəncamından irəli gələn tələblər nitq mədəniyyəti fənninin 
bütün ali məktəblərdə ayrıca fənn kimi tədris olunmasını vacib bir məsələ kimi 
qarşıya qoyur. Ali məktəbdə oxuyan, təhsil alan gənc ana dilinə sevgi və hörmət 
ruhunda tərbiyə olunmalı, ədəbi dilin normalarını mənimsəməli, onlara ciddi 
şəkildə riayət etməyi bacarmalı, başqa sözlə, o, ixtisası ilə yanaşı, həm də söz 
ustası, natiq kimi yetişməlidir. 


259 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə