Nitq mədəniyyətinin əsasları


Dil, nitq, söz haqqında görkəmli Ģəxsiyyətlərin



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə141/145
tarix26.05.2022
ölçüsü2,09 Mb.
#88123
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   145
Azf-277620

Dil, nitq, söz haqqında görkəmli Ģəxsiyyətlərin 
 fikirlərindən seçmələr 
 
Müxtəlif səciyyəli insanların ürəyinə nüfuz etməyi bacarmayan, onları 
həyəcana gətirən və ya sakitləşdirməyin səbəblərini bilməyənlər öz nitqləri ilə 
arzu etdikləri məqsədə çata bilməzlər 
(Siseron). 
Ədibin əsası sözdür. Gözəl söz söyləməsini bilən şərəfə çatar 
(Ədib 
Əhməd Yüknəki). 
Ürək bulud, sözüm inci, könülsə bir dərya 
Dilim bu gövhərə çarçı, zəmanə isə bəha 
Əbül-Üla Gəncəvi 
Dilim qılınc, oxum isə səhər vaxtı çəkdiyim ah, 
Sındıraram səflərini olsa da yüz eylə ləşkər. 
Mücirəddin Beyləqani 
 
Sözün kəsər və kəskinliyi qılıncA sirayət edərək onu itiləşdirmiş, 
materialını saflaşdırmışdır 
(Xətib Təbrizi). 
 
İztirab çəkən könüllər sözdən aram tutur. 
Qətran Təbrizi 
 
Bəzən dil sıyrılmış qılınca bənzər, 
Ayıq ol, başını bədəndən üzər. 
Xəqani
Sözün qanadları var, quş kimi incə-incə, 
Dünyada söz olmasa, nəyə gərək düşüncə? 
Nizami 


265 
Artıq söz danışma, başı ağrıdar, 
Hər deyilən sözə çıxma özündən, 
Ötən bülbül olma məclisdə gəl sən. 
Marağalı Əvhədi 
 
Bu babda gərçi paz çoxdur, 
Söz qapusu xatirə açuqdur. 
Liykən qüləlüm muna qənaət, 
Ta rəf olə işvəyi-şəfaət. 
Məsihi 
 
Bənd olmuşam şirin-şirin sözünə, 
Sözləri qənd, ağızları piyalə, 
Tutilər lal olur şirin dilindən. 
Vaqif 
Acı sözdən öz dilini dişlərsən. 
Saib Təbrizi 
Dilin qanunlarına itaətkarlıqla tabe olun və birdəfəlik möhkəm bilin ki, bu 
qanunlar sizin üçün müqəddəsdir 
(Bialo). 
Uşaq ana dilini öyrənərkən yalnız şərti səsləri öyrənmir. O, eyni zamanda 
ana dilinin doğma döşündən mənəvi həyat və qüvvət içir. Ana dili, təbiəti ona heç 
bir təbiətçinin izah edə bilmədiyi bir şəkildə izah edir; o, uşağı onu əhatə edən 
adamların xarakteri ilə, içərisində yaşadığı cəmiyyətlə, onun tarixi ilə heç bir 
tarixçinin tanış edə bilməyəcəyi bir tərzdə tanış edir; o, uşağı xalq poeziyasına heç 
bir bədiiyyatçının edə bilməyəcəyi bir tərzdə daxil edir; nəhayət, o, elə məntiqi 
anlayışlar və fəlsəfi görüşlər verir ki, əlbəttə, bunu heç bir filosof uşağa verə 
bilməz 
(K.D.Uşinski). 


266 
İnsanlar nəyi hiss edir və başa düşürlərsə, onu ifadə edirlər, onlar yalnız 
özləri yaxşı başa düşmədiklərini ifadə etməkdə söz tapa bilmirlər 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə