Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə13/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   60

 
28 
 
Bu şüur növləri öz sahələri üzrə «ixtisaslaşmış» bilgi gətirmək üçün «ixtisaslaşmış» anlayışlara 
yiyələnirlər. Məsələn, estetik bilinc «gözəllik», «komiklik», «bədii əsər», «süjet» kimi anlayışları hazırlayıb 
işlədir. Dini şüurda isə «Tanrı», «möcüzə», «ibadət» kimi anlayışlar olur.  
 
Anlayışlar öz işlərini görmək üçün göstərdikləri nəsnələrdən ayrıntılar edib onları özlərinə 
«yazmalıdırlar». «Mücərrəd» sözü də ərəbcə ayırmaqla bağlıdır. Abstraktlaşdırmaq nə deməkdir? O 
deməkdir ki, nəsnənin hansı cəhətini isə o biri cəhətlərindən ayırıb, ayrı şəkildə sözə bağlayırsan. Məsələn, 
igid adamların hərəsində igidlik cürbəcür xasiyyətlərin içindədir. Sən isə bu hörgülərdən onu ayırıb ayrıca 
bir sözün mənasına çevirirsən: beləcə «igidlik» anlayışı yaranır. 
Nəsnələrin təkcəliyində, konkretliyində çoxlu-çoxlu cizgilər, yönlər var. Onların bir çoxu nəsnənin 
dərinliyindədir (məsələn, atomlar), qavrayışa, duyuya gəlmir. Bir xeyli cəhətlər də var ki, onlara duyusal 
(perseptiv, yəni duyulabilinər, qavranılan) demək olar. Bax bilincdəki görklər cisimlərin, olayların bu 
duyusal, qavranılan cəhətlərini çox göstərəndə konkret olur. Olur «bu masanın», «bu adamın» görkü. 
Deməli, şüur nəsnələrin şəklini alanda bu şəkildən nəsnələr haqqında soraq alır. Deməli, görklər, 
obrazlar şüurun başqa bilmək vasitələridir (açarlarıdır). 
Abstrakt olanlar soyuqdurlar, insanda duyğuları, -sevinci, kədəri və s.,-ni çətin törədirlər. Görklərsə tez-
tez bilincimizdə sevincə, hirsə və s.,-yə bürünürlər. Bir çox hallarda biz bilincimizdə görkü ortaya qoyub, 
üstündə baş sındırırıq, onu düşünüşümüzün hədəfi edirik. 
Bilincimizdə, şüurumuzda çox önəmli yeri anlayışlar tutur. Artıq, anlayışlar nədir, bilirik. Bilirik ki, 
anlayışda «bunun» görkü yox, «bunların» hamısına aid əsas əlamətlər, tanıdıcılar, göstəricilər yazılıb, 
saxlanılır. Düşünüş başlıca olaraq anlayışlarla işləyir, anlayışları işlədir. Anlayışları işlətmək üçün də 
məntiq qaydalarından (yəni qaydalı düşünmək prinsiplərindən) istifadə edir. 
Beləliklə, bir az da olsa, fəlsəfədə şüur anlayışının tanıdıcılarını (əlamətlərini) sadaladıq. Ancaq fəlsəfə 
yalnız bunları deməklə işini bitmiş saysaydı, çox darıxdırıcı elm olardı. 
Şüurun çoxlu bilməcələri, tapmacaları, gizliləri var və fəlsəfə onların üstündə baş sındırmaq üçün sirlər 
dünyasına gedən yolu andırır. 
 
 
Şüurun sirləri, paradoksları 
 
Şüurla materiyanın başlıca fərqləri: götürək odunu və onun şüurdakı görkünü, ya anlayışını. Baltanı alıb 
odunu doğramaq olar, onun obrazını, anlayışını isə ən incə alətlə də kəsimlərə ayırmaq olmaz. Bunun 
səbəbi nədir? 
Materiya kateqoriyası deyir ki, məndən olan cisimlərin hamısı məkan biçimindədir, yəni eni, uzunu, 
hündürlüyü var. Odunu doğramaq onu uzunu boyu parçalara bölməkdir. 
Şüur nəsnəl deyil, idealdır. İdeal olanınsa başlıca tanıdıcılarından biri onun laməkanlığıdır, yəni eninin, 
uzunluğunun, hündürlüyünün olmamasıdır. Bilincdəki (şüurdakı) obraz, anlayış ideal varlıqdırlar, onun 
üçün də odun obrazının uzunluğu yoxdur ki, onu parçalara bölmək olsun. 
Bizim şüurumuzda «parçalara bölünən odunun» şəkli yarana bilər (baxıb odunun doğranmasını 
görməyimiz). Ancaq bu obraz odunun doğranılmasını göstərmək üçün özü parçalara bölünməyəcək. 
İndi sual çıxır ortaya. Eni, uzunluğu, qalınlığı, bərkliyi olmayan şüuru necə beyində yerləşdirib, 
beyindən qırağa çıxmaz şəkildə onun içində qapamaq olar? Tüstünü sapla tikib, iplə bağlayıb bir şeyə 
sarımaq olar? Hələ tüstü maddidir (nəsnəldir), eni, uzunu, hündürlüyü var, sadəcə, molekulaları arasında 
bağlantı kövrək olduğundan onlar bir-birindən tez qopur, sıxlıqlarını saxlayammırlar. 
Tüstü maddi olduğu üçün də onu qazana yığıb, ağzını bağlamaq olur. Ancaq bilinci? 
O, əski çağlarda idi, ideal olanı çox incə, məsələn, havaya bənzər maddə hesab edirdilər. O, qədim 
yəhudilər idi, ruha «nefeş» (nəfəs) deyirdilər. Artıq, çoxdandır ruh, şüur haqqında öyrətilər (təlimlər) 
primitiv materializmdən uzaqlaşıb. Qəbul edilib ki, bilinc məkan biçimlərinə yaddır, uyuşmazdır.  


 
29 
Ancaq sual yaranır: tutulmağa, tikilməyə, yapışdırılmağa, qoyulmağa yeri, ətəyi, biçimi olmayanı necə 
beyində yerləşdirmək olar? 
Marksizm isə deyir: şüur yüksək quruluşu olan, yetkinliyə çatmış beyinin törəməsidir və beyində 
beyindən ayrılmaz şəkildə var olur. Bu fəlsəfi düşüncənin tarixi ta əskilərdən başlayır və o çağlardan da 
indiyənəcən özünə sübutlar yığa-yığa gəlir. 
Əski yunan həkimi və anatomu Alkmeon ruhun beyinlə bağlı olduğunu tapmışdı. Bu tapıntı idi, çünki 
çox vaxt ruhu ürəklə, qanla bağlayırdılar. Hipokrat da deyərmiş ki, insanlar bilməlidir: bəyəntimiz, 
sevincimiz, gülüşümüz, zarafatlarımız yalnız və yalnız beyinimizdə yaranır. Beyinin köməyi ilə insan görür, 
eşidir. 
XIX yüzilin başlanğıcında Avstriya araşdırıcısı F.Qall istəmişdi ki, beyini dürlü orqanların birliyi kimi 
açıqlasın. Qalla görə, beyindəki bir orqanda duyğular, birində huş, birində ata-ana sevgisi, birində hiylə, o 
birində isə poetik vergi və s. yerləşib. 
Sonralar, belə kobud olmasa da şüurun ayrı-ayrı işlərinin beyinin müxtəlif yerlərində həyata keçirildiyi 
anlaşdı. Bu müşahidələr əsasında hazırlanmış nəzəriyyələrə lokallaşdırıcı nəzəriyyələr deyirlər. 
«Lokallaşdırmaq» bir yerdə yerləşdirməkdir. Həmin nəzəriyyə də psixi eyləmləri (etmələri, fəaliyyəti) 
beyinin ayrı-ayrı bölümlərində yerləşdirdi. Məsələn, araşdırıcılar gördülər ki, beyinin sol gicgah tərəfdən 
yaralanmasından sonra insan eşitdiyi danışığı qavrayammır. Alının arxasındakı bölgənin yaralanması isə 
adamın danışıq bacarığını alır. 
Ünlü araşdırıcı Xose Delqado heyvan beyininin ayrı-ayrı nöqtələrinə tük kimi nazik metal mili sancırdı, 
sonra onlardan beyinə elektrik cərəyanı göndərirdi. Heyvan beyini isə hansı bölgəsinə elektrik cərəyanının 
gəlməsindən asılı olaraq haldan-hala düşürdü.  
Beyinlə məşğul olan çağdaş elm tapmışdır ki, onun qabığı (düşünüşü bu qabıqla bağlayırlar) 15 milyard 
sinir hüceyrələrini, yəni neyronları özünə toplayıb. Həmin neyronları yan-yana düzsən, beş min 
kilometrəcən uzanar. Beyin bu zənginliyinə görə də yüksək quruluşlu «aparat» sayılır və şüur daşıyıcısı 
kimi öyrənilir. 
Görürsünüzmü, yuxarıda saydığımız arqumentlər beyinin şüuru doğurduğunu sanki, güclü, inandırıcı 
şəkildə doğruldur. Ancaq bəzi psixoloqlar bütün bunları inkar edən düşüncə irəli sürürlər. Deyirlər, 
gözünüzün qabağına gətirin ki, kimsə ömrü boyu şüşə günbəzin altında yaşayıb. Ona elə gələcək ki, aşağı 
düşən işıq günbəzdən o taydakı günəşdən gəlmir, günbəzin özündən ələnir. 
Beyin də elə bir pəncərədir ki, dişarıda olan dünya Ruhunun «işığı» bizə yalnız oradan gəlir. Beyin 
zədələnəndə isə elə bil bu «pəncərəyə» «taxta vurulur» və ya şüşəsi korlanır, onun üçün də işığı pis keçirir. 
Biz isə elə bilirik ki, ruhun işığı «pəncərənin» özündən gəlir, «pəncərə» xarab olanda ruhun da pozulması 
bir daha bu asılılığı sübut edir. 
Görürsünüzmü, bir dənə tapılmış yaxşı obraz məsələni elə çevirir ki, elmin «şüur beyinin törətməsidir» 
fikri «şüur qeybdən gəlib beyin vasitəsilə bizə bilinir» şəklinə düşür və hansı fikrin düz olmasını tapmaq 
çətinləşir. 
XX yüzilin ünlü filosofu Lord Bertran Rassel tapmışdır ki, şüur ideal varlıq kimi fəlsəfə qarşısında 
gizlilərlə dolu başqa sual da qoyur. Buna baxaq. 
Bilinc, gördüyümüz kimi, bir damla da nəsnəliyi (maddiliyi) olmayan ideal varlıqdır. İndi götürək 
gövdəni (bədəni) və insan psixikasını, şüurunu. Bədəni nəsə incidir və bilincdə «filan yerim ağrıyır» sorağı 
yaranır. Deməli, soraq gövdədən, maddi olandan ideal olana adlayır. Ancaq axı, necə adlayır? Adlamaq 
üçün gərək körpü, keçid olsun. İndi soruşuruq: ola bilərmi ki, körpünün bir ucunu torpağa qoyasan, o biri 
ucunu havaya söykəyəsən? Hələ havanın özü də maddədir. 
Bədən necə «körpünü» uzadıb qırağı olmayan, qalınlığı, fiziki müqaviməti olmayan şüurun «ətəyinə» 
qoya bilər?  
Şüurla gövdə arasında elə keçidlər də tapmaq olmur ki, hər ikisindən olduğu üçün, yəni təbiətcə bir az 
şüur, bir az da maddə olduğu üçün onların arasında dursun və gövdədən gələn sorağı bilincə keçirsin. Bəs 
onda bilinc necə bədəndən sorağı alır? 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə