Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə14/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   60

 
30 
Və ya tərsinə. Yoqalardan bilirik ki, insan öz psixi enerjisini, şüurunu, özünü inandırma gücünü yığıb, 
bədənə göndərərək ona təsir edir, onda yaranı sağaldır və s. Belə çıxır ki, bilinc içində olduğu bədənin 
molekulalarına da etgi (təsir) göstərə bilir (məsələn, hirslənəndə qanımızda gedən dəyişmə). Bəs körpü 
yoxdursa, psixi təsir harada, necə maddi etgiyə çevrilir?  
Fəlsəfədə psixofizioloji paralelizm ideyası var. Burada psixi ideal olanı bildirir, fizioloji isə sinirdə gedən 
proseslərin adıdır. Psixofizioloji paralelizm onu bildirir ki, onlar ikisi heç vaxt kəsişməyən, biri-birinə 
toxunmayan taylardır və aralarında keçilməz uçurum var. Bu fikrin məntiqini elə-belə danmaq olmaz. 
Ancaq, o biri yandan, bu məntiqə uyuşmaz faktlar da var. Məsələn, üzün mimikası maddi tərəfdir, sevinc , 
şadlıq isə psixolojidir. Di gəl ki, psixoloqların göstərdikləri kimi, əgər insan qaşqabağını sallayıb içəridə 
sevinmək, gülmək istəyəcəksə, bir şey alınmayacaq. Oxucu bunu özündə yaxşı yoxlaya bilər. 
Və ya başqa bir vəziyyət. Kefiniz olmayan vaxt başlayın üzdə, üzünüzlə gülməyə. Bir azdan görəcəksiniz 
ki, ruhunuz işıqlanıb. Onun üçün də bəzi təbiblər gündə tez-tez yalandan da olsa, gülməyi faydalı sayırlar. 
Bizimsə sualımız yenə öncəki qalır: necə olur ki, ruh sevinci, sevinməyi üzə ötürür və tərsinə, üzün 
gülüşü ruha xoş əhval gətirir? 
Bilincdən gövdəyə, gövdədən bilincə keçməyin yolları hələ də fəlsəfə üçün anlaqsızdır. 
Marksizmə görə, bilinc biliyimizə çevrilmiş gerçəklikdən başqa bir şey deyil. Şüur gerçəkliyin başın içinə 
qoyulub, orada dəyişilməsidir (Marks). Yəni ideal «vərəqə» yazılmasıdır. Leninsə deyirdi: şüur obyektiv 
gerçəkliyin subyektiv obrazıdır. 
Bütün bu deyilənlərdə əsas olanı biz, artıq, açmışıq: şüur dünyadakıların insanın içində görünməsidir. 
Şüur dünyanın şəklidir. Ancaq bu şəkil kətandakı kimi eni, uzunu, hündürlüyü, qalınlığı olan şəkil deyil, 
subyektiv obrazdır. Hərçənd düzü, bu «subyektiv obraz» bilincin təbiəti ilə bağlı heç nə anlatmır. 
Nə deməkdir «subyektiv obraz?» Yəni məndə olan, necəliyi bir az da mənim necəliyimdən asılı olan 
obraz? 
Əsas sirr nədir? Odur ki, şüur özü görünmədən göstərir. Nəsnəl olanı güzgü də göstərir, ancaq biz 
güzgünün özünü görə bilirik. Necə görürük? Məsələn, güzgünün çərçivəsinə görə, şüşəsindəki əyri-üyrüyə 
, toza və s.-yə görə güzgüdə görünənlə yanaşı bir az güzgünü də görürük. Güzgü hətta ideal təmizlikdə, 
hamarlıqda olsa belə, əlimizlə yoxlayıb güzgü olduğunu tapa bilərik. 
Bilincə gəldikdə isə biz onun göstərdiyi görkləri görürük. Di gəl, bir məsələ var. Əgər göstərilən varsa, 
göstərən də var. Şüur görklərdə, anlayışlarda, düşüncələrdə iştirak etsə də onların özü deyil. Şüur elə bir 
«ekrandır» ki, düşüncələr onun üstündə baş verir. Ancaq di gəl ki, həmin ekranı heç vaxt görmək olmur. 
Göstərdiklərinə baxanda göstərdiklərini görürsən. Göstərdiklərini götürüb arxasına baxanda isə heç nə 
görmürsən, «ekran» yox olur. Marksın, Leninin şüur anlatımında bu tərəf deyilməyib. 
Ancaq fəlsəfədə «şüuru öyrənmək, «tutmaq» olmaz» inamında olanlar elə bu məsələni də qoyublar. 
Dyubua-Raymon deyərmiş ki, öz şüurunu anlamaq pəncərədən baxıb özünün harasa getdiyini görmək 
qədər ola bilməzdir. 
Bu, məsələnin obrazlı deyilişidir. Məntiqlə, anlayışlarla deyilişi də var. Götürək şüurun bir qatı olan 
düşünüşü (ağılın fəaliyyətini, eyləmini). Mənim düşünməyim bilincimin işləməsidir. Düşünməyim 
ruhumun hərəkəti, axımıdır. Birdən mən istəyirəm ki, düşünüşümün özünün necəliyinə baxam. İstəyirəm 
düşünüşümün gətirib-çıxardığı görkə, anlayışa yox, onun özünə baxam. Və baxanda... Mən elə bil, bir 
addım qırağa çıxıram ki, qıraqdan düşünüşümə, onun necə baş verməsinə baxım. Ancaq qırağa çıxanda 
düşünüşüm də mənimlə birlikdə qırağa çıxır, axı, qıraqdan baxanda da düşünürəm, məndə iki şüur yoxdur 
ki, birini «burada» qoyum, o birisini isə özümlə qırağa çıxartıb, oradan birincini düşünüm. 
Beləliklə, necə düşündüyümə baxmaq üçün qırağa çıxanda «baxışımın» qarşısında duran, artıq, 
düşünüşüm yox, düşünüşümün daşlaşmış tör-töküntüləri və ya görklər, anlayışlar, donmuş düşüncələr 
olur. 
Düşünüş anlamağı işə salandır. Ona görə də həmişə anlamağın üz tutduğu hədəfdə yox, anlamağın 
çıxdığı başlanğıcda olur. 


 
31 
Biz bilincimizi anlamaq üçün «çönüb ona baxanda» bilincimizdə göstərilənləri görürük, göstərəni yox. 
Bax, bu göstərənin görünməməsi də bir çox sirləri, gizliləri törədir. 
Lenin deyəndə ki, şüur obyektiv gerçəkliyin subyektiv inikasıdır, obrazıdır, bəlkə də bununla anlatmaq 
istəyirdi ki, şüurda göstərən özü «Mən» (subyekt) duyumunda, bilimindədir. Görünənlər isə «Mən»in bilib, 
duyub, anlayıb-düşündükləridədir. Leninin fikrini əsaslandırmaq istəsək, söyləyə bilərik ki, «Mən» 
güzgüdə, başqa bir nəsnənin üzündə şəklini görməsə, özünü bütövlükdə görə bilməz, yalnız özünə baxıb, 
əllərini, ayağını və s.-ni görər. Deməli, şüur göstərdiklərini yox, özünü, göstərəni «görmək» üçün 
«güzgülər» axtarmalıdır. Belə güzgülərin axtarılması fəlsəfə, psixologiya üçün önəmli bir problemdir. 
Ancaq biz yenə qayıdaq «subyektiv obraz»da subyektiv tərəfə. 
Sözsüz, insanda adi psixikanın (sadəcə, görmənin, eşitmənin, alıb duymanın və s.,-nin) sayəsində 
yaranan görklərin üstündə yeni ruh faktının, yəni şüurun yaranmasında özünübilmə çox önəmlidir. Uşaq 
«Mən» əvəzliyini işlətməyə başlayanda, özünü başqalarından ayırıb-seçməyə başlayanda onun şüuru açılıb 
gəlişməyə başlayır. 
Hegel fərdlə şəxsiyyəti fərqləndirirdi. Deyirdi ki, fərd ibtidai toplumların adamıdır. O hələ özünü 
toplumdan, başqalarından kəskin ayırmır. Ona elə gəlir ki, hamı eyni cürdür, hərə hamının biridir, 
ayrılmalar boyca, güccə, adına görə ayrılmalardır. 
O zaman ki, fərd özünün iç dünyasının dərinliklərinə gözünü açır, öz dünyasının bənzərsizliyini, 
bircəliyini duyur, öz istəkləri, öz canatımlarıyla başqalarına uyuşmadığını görür, bax, o zaman da o, 
şəxsiyyətə çevrilir. Bu da özünü bilməyin bir dürüdür və bilincin inkişafının səbəbidir. 
Özünübilmə və «Mən» duyğusu... «subyektiv obraz» olan şüurda da «subyektiv» sözü özünübilməyi və 
«Mən»i anladır. Di gəl ki, bu məsələdə də hər şey qaydasında deyil. «Mən» şüurda müəllifliyi bildirir. 
Ancaq tarixdən bizə elə bilinc (şüur) tipləri bəllidir ki, şüurda görünənləri göstərəni «Mən» kimi qəbul 
etmir. Məhəmməd peyğəmbər şüurunda peyda olan Quran ayələrini öz «Mən»inin dedikləri saymırdı. 
İnanırdı, ya bilirdi ki, onlar onun bilincinə Allah qatından göndərilir. Düzdür, sonralar bəzi psixoloqlar 
dedilər: elə mistik adamlar var ki, içlərində peyda olan hikmətli düşüncələri özlərinki saymırlar. Hesab 
edirlər ki, bu düşüncələr onlara qeyb aləmindən, İlahi dünyadan gəlir.. 
Daha kobud açıqlamalar da var: guya peyğəmbərlər öz sözlərini Tanrı sözləri adlandırmaqla adamlara 
kələk gəlib, özlərini hörmətə mindiriblər. 
Hər halda psixoloqlar gərək öncə sübut etsinlər ki, Tanrı gerçəkliyi bürümüş Ruh deyil. Ondan sonra 
deyə bilərlər ki, bu adamın şüurundakı hikmətli deyimlər onun özününküdür, ancaq psixi sapıntıya görə 
elə düşünür ki, ona qıraqdan göndərilib. 
Avanqard musiqinin ünlü bəstəkarı Qubaydullina bir intervyüsündə söyləmişdi: - «Musiqini mən 
yazmıram. Musiqi özü-özlüyündə məndən qıraqda yaşayır və bir dəfə mənim qulağıma eşidiləndə 
eşitdiklərimi nota köçürürəm». 
Bütün Ortaçağ sufiləri «Allah onun ürəyinə bir nida atdı» deyirdilər və sözsüz, bu inam başqa şüur 
konsepsiyasına söykənirdi.  
İndi isə şüur probleminin başqa dolaşığından danışaq. Hegelin təsiri ilə Marksizm bilincin bir tanıdıcı 
özəlliyi kimi şüurun sosial (toplumsal) hadisə, olay olduğunu göstərirdi. 
 
 
Şüur sosial hadisə kimi... 
 
Bu o deməkdir ki, şüur toplumda formalaşır. Doğrulducu faktlar çoxdur. Məsələn, uşaqlıqdan 
canavarlar arasına düşmüş oğlan... onun psixikası olur, yəni gördükləri, qoxuladıqları onun içində görklər, 
obrazlar yaradır, ancaq biz demirik ki, onun şüuru da var. Nəyə görə? 
Açaq görək toplum psixikaya nə verir ki, onun bir kəsimi şüura çevrilir. Toplumda əxlaqi ilişgilər 
formalaşır: məsələn, dostluqda sədaqət, yaxşılıq etmək və s. Cəmiyyətdə estetik təsəvvürlər formalaşır, 
məsələn, bu xalqın gözəllik, faciəvilik, komiklik təsəvvürləri. Toplumda dini ilişgilər, siyasi baxışlar və s. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə