Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə17/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   60

 
36 
Tanrı 
 
Materiya və bilinc probleminə fəlsəfə girişəndə mütləq gəlib çıxır Tanrı ideyasına, ya onu danmaq üçün, 
ya da onu sübut etmək üçün. Fəlsəfə tarixi bu problem üzrə cürbəcür çəkişmələrlə dartışmalarla doludur. 
Tanrı daha çox dini təsəvvürdür. İdealist fəlsəfə isə bu dini təsəvvürü tez-tez ayrı-ayrı kateqoriyalarla əvəz 
edib. Özü də, sadəcə, ad dəyişmək xatirinə yox. Fəlsəfi təhlil Tanrını bildirmək üçün ad seçəndə bunula həm 
də Tanrı problemini necə anladığını göstərib. 
 
 
Aristoteldə Tanrı ideyası 
 
Aristotel Anaksaqorun ardınca öz fəlsəfəsində Tanrıya Nus (yəni Ağıl) deyirdi.  
 
(Çox qəribədir, üst-üstə düşməyə bax. Əski türklər ağıla «us» deyirdilər. Ortaçağ Azərbaycan dilində 
«us» sözü qalmaqla bərabər başqa şəkillərə də düşürdü. Məsələn, «düş» formasını alıb, yenə ağılı, bir də 
yuxunu bildirirdi. «Düş» indi bizdə «huş» sözündə qalıb, yaddaşı və bəzən də ağılı bildirir. «Düş – 
ünmək»də isə o söz kökü əmələ gətirir). 
 
Qayıdaq Aristotelə. Aristotel Tanrıya Ağıl, Us deməklə, onu anladır ki, bütün gerçəklik, - nəsnələrin, 
olayların formasından görünür ki, ağılla ölçülüb-biçilib. Dünyanı öyrənmək istəyən insan ağlının özünə də 
ən doğma olan formalardır. Götürək misdən düzəldilmiş iki şeyi: adam heykəlini və kasanı. Maddəsinə 
görə, onlar birdirlər. Onların hər birinin ayrıcalığını, necəliyini tapmaq üçün şüur onların maddəsini 
düşünməməlidir, çünki onlar maddəcən fərqlənmirlər. Onların hər birinə özəlliyi verən formaları, 
biçimləridir. Onun üçün də bilincimiz formaları bilməklə onları bilir (indiki elm də bu fikirdədir ki, bir şeyi 
bilmək üçün onun strukturunu, quruluşunu bilmək gərəkdir. Forma isə elə struktur deməkdir). 
Aristotelə görə, anaforma, formaların forması, bütün formaların anaprinsipi Ağıldır, dünyaya düşüb, 
ayrı-ayrı nəsnələrin fərqli formalarına əsas verir. Deməli, Aristotelə görə, dünyadakı formalar göstərir ki, 
nəsnələr ağılla ölçülüb-biçilib. Və bu da Tanrının Ağıl olduğunu aydın edir.  
Fikir verirsinizmi, hansı xalqlar üçünsə, kimlər üçünsə Tanrının möcüzələr yarada bilməsi, Tanrının 
cəzalandırması və s. önəmlidir. Aristoteli isə fəlsəfəsində bunlar maraqlandırmır. Onu bir şey maraqlandırır: 
gerçəklik başdan-ayağı ağılın, usun (yunanca nusun) tapdığı ölçü-biçimlərdə, hesablanıb-
uyğunlaşdırmalarda qurulub. Deməli, belə gerçəkliyi yaradan Ağıl ola bilər. Aristotel öz teologiyasında 
(«teo» Tanrıdır, «logiya» öyrəti, təlim) Tanrının gerçəkliyə təsirini tamam özgün (orijinal) şəkildə açır. 
Həmişə deyiblər ki, Tanrı varlığı öz həmişəliyinə (əbədiliyinə) görə dünyadan öncədədir. Yəni Tanrı 
həmişə var və həmişəliyi olmayan dünya isə Onun haçansalığa düşən yaradıcılığının sonucudur. Bunu bir 
az da anladaq: dini gələnəklərdə (ənənələrdə) və bir çox fəlsəfələrdə Tanrı Yaradıcı Ustad kimi götürülür və 
bu ustad materialda (materiyada) haçansa gerçəkliyi yapıb-düzəldir. 
İndi dünyanı yapmaqla bağlı gözünüzün qabağına başqa variantı gətirin: adamlar qarşısında ideal 
durur, yaxşı olmaq istəyənlərin hamısı ona can atır, ona oxşamaq istəyir. Beləliklə, ideal gerçəklikdən 
öncədə durub, sonra gerçəkliyi özünə uyğun düzəltmir. İdeal gerçəkliyi arxasınca çəkir. Gerçəkliyə örnək 
olmaqla ona oxşamaq, onu yamsılamaq istəyənləri özünə cəlb edir. 
Aristotelə görə, Nusun (Ağılın) ucalığı, Tanrılığı ondadır ki, özündə qala-qala, tərpənməyə-tərpənməyə 
var olmaq istəyən, hər şeyi özünə cəzb edərək olmaq üçün düzəlməyə məcbur edir.  
 
 
Plotində Tanrı ideyası 
 


 
37 
Yunan filosofu Plotin (eramızın III yüzili) Platon və Aristotel fəlsəfəsini sintez edib, Tanrı haqqında xeyli 
yeni öyrəti (təlim) yaratmışdı. Plotin bütün varlıq budaqlanmalarının kökü kimi Bircəni götürürdü. Onun 
Tanrıya Bircə deməsi, sadəcə, ad vermək deyildi, həm də konsepsiya idi. Əgər Plotin Tanrıya Bircə 
deyirdisə, deməli, bu qatda onun üçün Tanrının Aristoteldəki kimi, Düşüncə olması, hər şeyi bilən olması 
və s. önəmli deyildi. Önəmli olan onun Bircəliyi və Çoxcaya qarşı durması idi. 
Plotinin bu Bircəsi Lao-szının Daosuna çox oxşayır, onun kimi içində nələr olduğu, nələrlə nələrin 
ilişgilərə girməsi və s. bilinmir. Bu Bircə də sanki boşluqdur. O, sözsüz, Parmenidin Bircə olan, içində 
bölünməyən, boşluqları, dəyişmələri olmayan Varlığına da çox oxşayır. Platonun «Parmenid» adında bir 
yazısı var, orada həmin filosofun Bircəlik haqqında konsepsiyası məntiqi bitginliyinəcən açılmışdır. Sözsüz, 
Plotinə həmin yazının təsiri olmuşdu. 
Plotin nəyə görə Varlığın qaynağı kimi Bircəni götürür? Görünür, ona görə ki, bu gerçəklikdə nə qədər 
çəkişmə, ayrımlanmalar olsa da hamısı birlikdədirlər. Elə əslində, öncə birlikdə olmalıdırlar ki, sonra 
çəkişsinlər, didişsinlər. Birlikdə olmasalar, uçub biri-birindən elə uzaqlaşarlar ki, biri-birilərinə əlləri də 
çatmaz ki, çəkişsinlər. 
Buradan çıxan sonuc: birlik nəsnələr, olaylar aləminin olmasının ilkin şərtidir. Deməli, dünya birlikdirsə 
və öncə olanların birlikdə olması gərəkdirsə, Bir, dünyanın əsasında durur. Deməli, varlığın yaradıcısı Bir 
olandır, Bircədir.  
Dünyanın əsası, kökü birlik olsa da bu kökdən fərqlər, budaqlanmalar çıxır; ona görə dünya həm də 
çoxluqdur, çoxcadır. Necə ki, riyaziyyatda bütün saylar birin üstünə birlərin gəlməsindən törəyib, 
ontologiyada da elənçinə bircə çoxcanın çoxluğunun kökündə durub. Götürək hər hansı bir nəsnəni, 
məsələn, masanı. Masaya biz deyirik bir dənədir. Ancaq əslində, masada çoxluq var (ayaqları, bucaqları, 
üstü və s.). Onun bir dənəliyi onun bütövlüyüdür (masalığıdır) ki, içindəki çoxluğu bütövə salmışdır. 
Deməli, gerçəklikdə hər nəsnənin nəsnə kimi olması üçün də onda birliyin, bircəliyin olması vacibdir. 
Tüstüdə bu birgəlik pozulan kimi tüstü dağılıb yox olur. 
Varlığın kökündə duran Birsə bu anlayışın əsl mənasında bircədir, yəni içində kəsimləri olmayan tam, 
mütləq Bircədir. Plotinin fəlsəfəsində ontologiya bu Bircədən dünyanın hansı pillələrlə törədiyini açmaq 
istəyir. Dində bir az asandır. Deyilir ki, hər şeyi Allah yaradıb. Necə yaradıb? İstəyib, yaradıb, vəssalam.  
Fəlsəfədə bu yaranışın səbəbi, necəliyi, nə üçünlüyü sübutlarla açılmalıdır. Plotin yəqin öz 
metafizikasında belə açardı: gəlin baxaq görək, varlıqda tanıdıcı, önəmli nə var? Birincisi, artıq, yuxarıda 
dediyimiz kimi birlik var. Birgəliyin sayəsində hamı varlığa yığışır, nə birgəlikdən ayrılırsa, uçub yox olur, 
varlıqdan yoxluğa çevrilir. 
İkincisi, varlıqda sayca düzlənmə var. Məsələn, bir – nöqtədir. İki, yəni iki nöqtə... düz cızığın açılması 
üçün elə iki nöqtə bəsdir (yəni ikinin və ya iki nöqtənin olması düz cızığın olmasının şərtidir). Üç – üç 
nöqtədir, genliyin yaranması üçünsə elə üç nöqtə də bəsdir: ikisi düz cızıq üçün, üçüncüsü də eninə açılmaq 
üçün. Üç nöqtədən üçbucaq əmələ gəlir. 
Sonra bir boyda olan iki üçbucağı elə bitişdirmək olar ki, dördbucaqlı yaransın. Deməli, üç nöqtə 
üçbucaq, həm də dördbucaq olmasının şərtidir. Dördbucaqlı yaranandan sonra cürbəcür dördbucaqlıları, 
üçbucaqları birləşdirib dürlü fiqurlar almaq olar. Nəsnələr hərəsi bir fiqura yaxınlaşır, məsələn, adam var ki, 
üzü üçbucağa oxşayır, adam var ki, dördbucağa və ya çevrəyə oxşayır. Deməli, nəsnələrin necə olması üçün 
öncə saylar, saylardan törəmə anafiqurlar olmalıdır ki, nəsnə də olsun. Götürək alovu. Alov üçbucaqlılardan 
törəmiş piramid fiqurunda olmağa can atır. Di gəl, piramid fiqurunun olması hələ alovun olması deyil, heç 
olmasa ona görə ki, piramid görünüşünü alan çox şey var və onlar bir-birindən yerlə-göy qədər fərqlənirlər. 
Ancaq piramid görünüşü, quruluşu üstəgəl yanmaq, istilik və s. (bir sözlə, alovun başqa tanıdıcıları, 
əlamətləri) əmələ gəlir alov. 
Biz söhbətimizin lap əvvəlində görmüşdük ki, nəsnə soylarının, nəsnə dürlərinin tanıdıcıları, necəliyinin 
göstəriciləri anlayışda «yazılır». Anlayış isə düşünməyin vasitəsi (aləti) və işidir. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə