Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə7/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   60

 
16 
taydakı nəsnələr fəlsəfi həqiqətin yalanını çıxaranda, o biri taydakı nəsnələr onun doğruluğuna «and 
verirlər» və beləcə, qalırsan iki daşın arasında. 
Ancaq, insafən, belə də demək olar: fəlsəfədə doğrular, əsasən, fəlsəfi həqiqət qütbünə can atır. Bəzi 
fəlsəfi nəzəriyyələrdə isə görürsən, həqiqətlər çalışır, elmi həqiqətlər biçiminə düşsünlər. Niderlandda 
yaşamış yəhudi kökənli Spinoza (XVIII yüzil) «Etika» kitabında fəlsəfi doğrularını teoremlər kimi sübut 
etməyə çalışırdı. Qabaqca aksiomlardan, yəni həndəsədəki kimi sübuta gərəyi olmayan, özü-özünə aydın, 
inandırıcı olan düşüncələrdən başlayırdı. Məsələn, yazırdı: 
 
Bütün olanlar ya özü-özündə olur, ya da nəsə başqa nəsnədə olur. 
Bir nəsnəni başqası ilə göstərmək olmursa, deməli, özündə göstərmək gərəkdir və s.  
 
İndi Spinozanın teoremlərinə fikir verin. 3-cü teorem: bir-biri ilə ümumi (ortaq) heç nəyi olmayan 
nəsnələrdən biri o birisinin səbəbi ola bilməz. 
Sübutu: əgər onların arasında ortaq heç nə yoxdursa, deməli, birinin əsasında o birisini öyrənib-bilmək 
olmaz və deməli, biri o birisinin səbəbi kimi açılmaz. 
Hərçənd Spinozanın bu «dəqiq» elmi həqiqəti sual doğurur: niyə bir nəsnənin əsasında o birisini 
anlamaq olmayanda bu o deməkdir ki, biri o birisinin səbəbi ola bilməz? 
Nə isə... 
Onu da deyək ki, elmdə də, əsasən, həqiqətlər elmi həqiqətlər qütbünə can atır, ancaq bir də görürsən, 
kimsə elmin doğrusunu fəlsəfi doğru qütbünə doğru çəkir. Məsələn, Çarlz Darvinin təkamül nəzəriyyəsini 
Spenser qloballaşdırıb, onunla toplumun tarixi dəyişgilərini anlatmağa çalışmışdı. 
Onu da deyək ki, XX yüzildə elm də öz doğrularında gözəllik axtarmağa başladı. Məsələn, Eynşteyn 
söyləyirdi: - «Qravitasiya (cazibə) nəzəriyyəsi elə gözəldir ki, yanlış ola bilməz» (Fotini yada salın). Ancaq 
qravitasiya nəzəriyyəsinin özü, axı, qloballığa, universuum tutumuna can atan nəzəriyyədir. 
Fəlsəfənin öz tapdığını qloballaşdırmasına, universallaşdırmasına başqa örnək. Biz burada, əslinə 
baxsan, fəlsəfə necə öyrənir sualının yeni bir probleminə çıxırıq. 
 
 
Marksizm fəlsəfənin əsas məsələsi haqqında 
 
Engelsin «Lüdviq Feyerbax və alman klassik fəlsəfəsinin sonu» kitabçasından sonra marksist fəlsəfə – 
«fəlsəfənin əsas məsələsi» deyilən bir məsələni qoydu: materiya ilkindir və hər şeyin törədicisidir, yoxsa 
ideal olan (yəni ideya təbiətində olan) ilkindir və hər şeyin yaradıcısıdır?  
Bu məsələni başqa cür də söyləmək olar: bütün olanların substansiyası materiyadır, yoxsa şüur? 
«Substansiya» latınca ilk öncə «dayaq» mənasını verir, fəlsəfədə isə «olanların əsası, mahiyyəti» anlayışına 
çevrilib. 
Və ya başqa cür deyək: dünya özü-öz qanunları ilə içində olanları törədib-dəyişdirir, yoxsa, Tanrıdır, 
İlahi güc, İstəmdir (iradədir) dünyanı yaradan və ondakı dəyişmələrə «müəlliflik» edən? 
Materialistlər deyir: materiya ilkindir və hər şeyin, hətta şüurun da törədicisidir. İdealistlər isə deyir: 
ideal olan (Ağıl, Ruh, Tanrı) hər şeyin yaradıcısıdır. 
Marksistlərə görə, materiya və ruh məsələsi ona görə əsas məsələdir ki, filosof harada, hansı problemlə 
əlləşir, əlləşsin, gərək həmin problemin həllində də «materiya, yoxsa ideal olan ilkindir?» sualına cavab 
versin. 
 
 
Materializm və idealizm 
 


 
17 
Marksistlərə görə, tarix boyu filosoflar ya materialist olublar, ya da idealist. Bəzilərisə materializmlə 
idealizmin arasında vurnuxublar, necə deyərlər, ala-yarımçıq (eklektik) olublar. «Eklektika» sözü yunanca 
«seçməyi bacaran», «seçən» mənasını verib. Fəlsəfədə isə eklektizm prinsipləri pozaraq ayrı-ayrı soydan 
(qəbildən) olan ideyaları, baxışları, bir-birinə yabançı olanları bir təhər, üzdəngetmə uyuşdurmaqdır. Nə 
üçünsə marksist fəlsəfə belə şeylərə yaman pis baxır. 
Ancaq iş burasındadır ki, İsgəndəriyyəli Filon (yəhudidir, I yüzillə yaşayıb) eklektik adlandırılsa da 
böyük filosofdur. İndiki memarlıqda isə neokonservativizm deyilən gözəl bir sənət cərəyanı (axımı) var ki, 
eklektcəsinə dürlü üslubları bir-birinə qovuşdurur. Bu birincisi. 
İndi ikincisi: elə fəlsəfi cərəyanlar var ki, «materialistdir, yoxsa idealistdir?» sualı onlarla bağlı tam 
mənasızlaşır. Məsələn, götürək Çindəki Dao fəlsəfəsini. 
 
 
Daosizm materializmdir, yoxsa idealizm? 
 
Bu fəlsəfəyə görə, bütün olanlar Dao-dan törəyir. «Dao»nun söz mənası «yol», «başlanğıc», «mahiyyət» 
deməkdir. Bu fəlsəfənin yaradıcısı böyük Lao-szı deyərdi: «Dao Göyün və Yerin başlanğıcıdır». 
O biri yandansa, heç yerdə deyilmirdi ki, Dao ruhdur, şüurdur, düşünəndir. Bizim hər maraqlı fəlsəfədə, 
imkan olduqca, materializm və ya, bilməzə, «materializmə yuvarlanmışları» axtaran filosoflar sevinclə 
söyləyiblər: «Əgər Dao hər şeyin başlanğıcıdırsa və düşünən varlıq deyilsə (Çində bunu deməyiblər, axı), 
onda Tanrı və ya Qut (Ruh) da deyil. Deyilsə, onda materiyadır. 
Ancaq deyəsən, heç Lao-szının özünə də aydın deyildi, Dao nədir? Və görünür, Daonun aydınsızlığı 
Böyük filosofa öz sirri ilə yaman həzz verirdi. Bizim Marksizmdə isə 60-cı illərin axırınacan (Azərbaycanda 
isə lap 80-ci iləcən) bir şakər vardı. Bütün yaxşı fəlsəfi qurmalarda materializmin, heç olmasa, rüşeymini 
axtarmaq. Sanki Nizamidə materialist düşüncələri tapmasaydın, onu əskiltmiş olardın. Sanki Fərabidə güclü 
materializm olduğunu göstərməsəydin, onu sayğısızlaşdırmış olardın. 
Dao-ya qayıdaq. Dedik ki, deyəsən, heç Lao-szı da aydın bilmirdi, o nədir. Onun üçün də söyləmişdi: 
«Sözlə bildirilən Dao əbədi Dao deyil (Dao-nun özü deyil)». Bu nə deməkdir? O, deməkdir ki, Dao-nun 
nəliyini anlayışla göründürmək olmur. Sonra söyləyirdi: «Dao nəsnəl deyil və özlüyündə formasızdır, ancaq 
törətdiyi formalar sayca, soyca tükənməzdir. Yəni dünyada nə varsa, hamısı Dao-dan alınmış formalardır. 
Sonra.  
Çin fəlsəfəsində deyilirdi ki, Dao varlığın, gerçəkliyin (olanların hamısının) qaynağıdırsa da tam 
boşluqdur, heçnəlikdir, nəsizlikdir. 
Dao heç nəlik kimi... materiya da heç nə ola bilərmi? 
Çin düşünüşü hansı məntiqlə Dao-ya heç nəlik deyirdi? 
Bunu açaq. Götürək qurbağanı... Qurbağa nəyə görə qurbağadır? Ona görə ki, siçan, ilan, ayı, taxta, Vəli, 
Pirvəli, ulduz və s. və i. deyil. Sadalamanı sonsuzluğacan aparmaq olar. İndi, gözünüzün qabağına gətirin 
ki, qurbağa eyni zamanda, həm də tamamilə siçandır, ilandır, ayıdır, taxtadır, Quludur, çinli balası Li-dir, 
bir sözlə, sonsuz sayda hər şeydir. Biz ona heç bir ad verə bilməyəcəyik, biz onu heç görə də bilməyəcəyik, 
çünki görmək üçün gərək qurbağanı – arasına girdiyi otlardan, çevrəsindəki havadan və s. və i. a.,-dan 
seçək. Ancaq o həm otdursa, həm havadırsa, nə isə, hər şeydirsə, o heç görünməyəcək də! 
İndi, Dao da... dünyadakı bütün sonsuz sayda olan nəsnələrin, olayların hamısı ondan çıxıb, deməli, 
qabaqca onda olub. Deməli, Dao sonsuz sayda hər şeydir, ona görə də konkret heç nə deyil, ona görə də heç 
nədir. Ona görə də Dao tam (absolyut) Boşluqdur. İndi gəl bu boşluğu materiya say! 
Gördüyümüz kimi, Engelsdən sonra və Leninin yüngül əli ilə marksist fəlsəfə materiya ilə ruhun ilişgisi 
məsələsini universallaşdırmışdı. Universallaşdıranda isə dolaşıq məsələlər yaranır.  
Ancaq bəlkə fəlsəfədə materializm və idealizm probleminə başqa cür də yanaşmaq olar? Məsələn belə: 
əgər hər hansı fəlsəfəni öyrənəndə materiya ilə ideyanın çəkişmələri sənə maraqlı yozumlar, açıqlamalar 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə