Niyazi Mehdi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə8/60
tarix23.08.2018
ölçüsü0,95 Mb.
#63929
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   60

 
18 
tapmaqda kömək olursa, buyur, onu əsas məsələ et. Yox, əgər elə onların çəkişməsini unutmaq səni 
dərinliklərə buraxırsa, unut onu! 
Biz indiyəcən «fəlsəfə nəyi və necə öyrənir?» məsələsinin həndəvərində gəzirdik: 
 
Nəyi öyrənir? 
Hər şeyi! 
Necə öyrənir? 
Kateqoriyalarla, qanunlarla, bir də universallaşmış, qloballaşmış Doğrularla, gözəlliyi, dolğunluğu ilə 
mədəniyyətin bütün qatlarını özünə əsir edəcək həqiqətlərlə. 
Nə üçün öyrənir? 
Bu, bizim indiki bölməmizdə öyrənəcəyimiz axırıncı sualdır. 
 
 
Fəlsəfə dünyanı nə məqsədlə öyrənir? 
 
Ağıla gələn birinci cavab: «Dünyanı anlayıb, adamlara anlatmaq üçün». Ancaq bir məsələ var. Elmi 
həqiqət göstərir ki, bunu belə etsən, bunu bu qədər ona bağlasan (və s.) traktor alacaqsan.  
Fəlsəfənin verdiyi bilik isə belə göstərişləri vermir. Fəlsəfə insana konkret praktiki xeyir vermir, yəni bir 
işi görəndə, nəyisə düzəldəndə işi necə görməyi, nəyisə necə düzəltməyi ümumi sözlərlə yox, konkret 
olaraq öyrətmir. Ona görə də Haydeger kimi çağdaş filosoflar onu praktiki cəhətdən faydasız sayırlar. 
 
 
Fəlsəfə dünyagörüşü üçündür 
 
Fəlsəfənin konkret iş üçün faydası olmasa da bir önəmli şeyi insanlara deyir: bunu belə başa düşsən, onu 
bununla əlaqədə anlasan (və s.) düşüncə perspektivin, düşüncə üfüqlərin genişlənər və ya belə etsən, filan 
insan olmağı, filan dərdlərdən qurtulmağı bacarasan və s. İlkin, primitiv və ya adi psixolojidən, şüur, bilinc 
səviyyəsindən çıxıb yuxarı pilləyə qalxacaqsan.  
Fəlsəfə insana, topluma dünyagörüşü də verir. Xeyiri ən öncə odur ki, adamda dünyagörüşünün 
olmaması olmasından pisdir. Bir az yüngül cavabdır, ancaq neyləyəsən? 
Və sübut edək, niyə pisdir, çünki kimsə durub deyə bilər: niyə? Bilməmək daha yaxşıdır. 
Deyə bilər ki, fəlsəfədən aldığı dünyabiliyi insanın içini elə doldurur ki, insan qutu (ruhu) ağırlaşır, 
çevikliyini itirir. Hətta bu yerdə Dzen-Buddizmdən bir olayı da danışa bilər. Söyləyər ki, bir samuray süfrə 
başında oturub çay içən Dzen müəlliminin yanına gəlir, cığal səslə deyir: 
- Söylə mənə, görüm, nədir sizin həqiqətiniz. 
 
Müəllim qayıdır ki, hövsələn olsun, gəl əvvəlcə bir çay iç. Bunu deyib samurayı süfrə başında oturdur, 
qabağına fincan qoyur, başlayır çay süzməyə. Çayı süzür-süzür, bir də samuray baxır ki, çay fincandan 
daşıb süfrəyə axır. Qışqırır ki, bəsdir, day fincan doldu. Onda Dzen müəllimi deyir: 
 
- Bax, sən də bu fincan kimi köhnə biliklə dolusan, sənə nə desəm, qırağa töküləcək. 
 
Üzdə belə görünür ki, Dzen-Buddizm müəllimi bu məsələdə insanın şüurunun biliklə dolmasına pis 
baxır. Və bunu deyəndə onu da yada salmaq olar ki, Dao fəlsəfəsinin etgisi (təsiri) ilə Dzen boşluğu çox 
sevirdi və buyururdu ki, əsl bilgənin, bilgin (müdrik) adamın içi boş olmalıdır. İşə bax, azərbaycanlılarda 
«başıboş» söyüşdür, Çin və Yaponiyada isə başıboşluq müdrikliyin şərtlərindən biri sayılır. Hətta bunu 
yaxşı anlatmaq üçün görk də (obraz da) yaradılır: qarğının içi boş olduğu üçün ondan tütək düzəldib gözəl 


 
19 
havalar çalırsan. Özünü, başını birtərəfli biliklərdən boşaltmış müdrik, bax, belə bir tütəyə bənzəyir, tütək 
kimi içi boş olduğundan istənilən «havanı çala bilir». 
Ancaq baxın. Dzen fəlsəfəsi ziyan saydığı fəlsəfi biliklərdən yaranan dünyagörüşünü insan üçün dolub-
yöndəmsizləşmə sayır. Əvəzində dünyagörüşü yaratmaq üçün insana Dzen Doğrularını, məsəllərini 
(pritçalarını), simvollarını, anlayışlarını verir. Hərçənd Dzen dünyagörüşündə çoxbilmiş-çoxbilmiş susmaq, 
özünü bildiyini bilmirmişsən kimi duymaq var. 
Yenə sualı təkrar edək. Dünyagörüşü insanın nəyinə gərəkdir? Ancaq qabaqca gərək bunu anlayaq: 
dünyagörüşü nədir?  
Dünyagörüşü o deməkdir ki, gerçəkliyin, insanın, toplumun əsas önəmli yönlərini özündə göstərən 
anlayışlar, görüntülər (təsəvvürlər) sənin şüurunda var və onlar bu və ya başqa səviyyədə, bütövlükdə 
sistem əmələ gətirir. Bu sistem sənə dünyanı, toplumu və sənin özünü anladır. Səndə dünyagörüşü sistem 
kimi olduğu üçün də şəbəkəni andırır və oxuduğundan, gördüyündən, eşitdiyindən aldığın hər bilgini 
(informasiyanı, məlumatı) bu şəbəkədə uyğun yeri tapıb, ora «qoyursan». Məsələn, həmin şəbəkədə 
«qismət» ideyası özünə yer edir və sən sonradan qismətin olduğunu doğruldan, ya doğrultmayan nə varsa, 
həmin yerə «yığırsan». 
Dünyagörüşü sısqa olan adamların şüuru səhra qumuna bənzəyir, üstünə tökülən suyu çəkib udur: ona 
düşmüş bitki toxumu cücərti vermir. 
Bundan başqa. Sən bilgiləri özündəki anlayışlar əsasında açıb anlayırsan. Göz qabağına gətir ki, XX 
yüzilin ünlü ingilis filosofu Bertran Rasselin paradoksunu oxuyursan. Orada deyilir: saçlı bir adamın 
tüklərini bircə-bircə çıxartmağa başlasan, gəlib elə bir tükə çıxmayacaqsan ki, deyəsən: bunu çıxaranda bu 
adamın başı daz olacaq, yerinə qaytaranda isə tüklü. Yəni tük töküləndə dazlığın hansı, neçənci tükün 
düşməsindən başladığını göstərmək olmur. 
Kimlər üçünsə bu, məzəli bir olaydır. Dünyagörüşündə kəmiyyət (neçəlik) və keyfiyyət (necəlik) 
anlayışları olan adam isə həmin məsələdən bu anlayışlar üçün sonuc çıxaracaq. Nəsnənin nə, necə olması 
onun keyfiyyətidir, məsələn, stolun stolluğu. Stol ayrı-ayrı cəhətlərdən, tərəflərdən yığılıb, hamısının da 
ölçüsü (kəmiyyəti, neçəliyi) var. Məsələn, boyasının tündlüyü, açıqlığı, taxtasının ağırlığı və s. Və nəsnədə 
olan kəmiyyət dəyişmələri axırda yeni keyfiyyəti ortaya çıxarır: məsələn, stol köhnədir, sınır, sökülür 
(bunlar hamısı kəmiyyət dəyişmələridir), axırda taxta-tuxtaya (başqa keyfiyyətdir) çevrilir.  
Dünyagörüşündə kəmiyyət, keyfiyyət kateqoriyaları, onların arasındakı problemlər haqqında biliyi olan, 
sözsüz, Bertran Rasselin paradoksunu eşidəndə anlayacaq ki, kəmiyyət dəyişgilərinin hansı nöqtədən o biri 
keyfiyyətə çıxarmasını dəqiq göstərmək olmur. 
 
 
Dünyagörüşünün necə olmağa, necə etməyə təsiri 
 
Dünyagörüşünün necə olmasının insanın necə etməsinə tez-tez (ancaq həmişə yox) dəxli var. Eyni 
durumda, görürsən, iki adamın dünyagörüşləri ayrı-ayrı olduğu üçün tamam tərs davranırlar: biri ədəbsizə 
sakitcə və nəzakətlə baxdığı yerdə o birisi sillə çəkir. Görürsən, biri hövsələsiz olduğu üçün bəyənmədiyi 
adi hərəkətdə özünə qarşı qəsdli düşmənçilik tapır. Dalaşır, aradan pərdə götürülür, bütün yaxınlar-uzaqlar 
söyülür. Sabahısı gün isə bəlli olanda ki, dünən bəyənmədiyi hərəkət hələ o vaxt onu sayan adamın özü də 
bilmədən etdiyi səhv idi, aradakı söyüşlərdən sonra barışığa üz qalmır. 
Qurani-Kərimdə («kərim» sayğılı deməkdir) deyilir: «And olsun, sizi qorxu, aclıq, mallardan, canlardan 
və məhsullardan əskiltmə kimi şeylərlə yoxlayırıq, səbr edənləri müjdələ ki, onlara bir bəla yetişdiyi zaman 
«Biz Allah üçünük və biz Ona dönəcəyik» desinlər. İşdə, Rəblərindən bağışlanmalar və rəhmət tam 
onlaradır və doğru yolu tapanlar da onlardır» (2,154-157). 
Adamlar var ki, öz yaşamlarını, məsələn, bu ayələrdən güc almış dünyagörüşü əsasında qururlar və ona 
görə də yuxarıda göstərdiyimiz adamdan tamam fərqli (səbrlə) hərəkət edirlər. 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə