Kiçik Asiya yarımadasının içərilərinə hərəkəti xüsusi ehtiyaca çevrilir. İslamın türklər arasında
daha geniş
yayılması, kafirlər üzərinə yürüşün ideologiyasına çevrilməsi ilə həmin ehtiyac böyük bir mənəvi qüvvə
alır. Və İslam bayrağı altına toplaşmış səlcuqlar, sonra isə osmanlılar Bizansı diz çökdürürlər... Həmin
tarixi hadisələr "Dədə Qorqud" eposunun ilk süjetlərini "redaktə" edir, yeni süjetlərin (xüsusilə
qəzavətnamə formasında) yaranmasına səbəb olur. Haqqında söhbət gedən "redaktə" işi epos yazıya
alınarkən (və üzü köçürülərkən) daha sistemli şəkildə aparılır...
"Azərbaycanın qədim, erkən orta əsrlər tarixinin tarixşünaslığı" kitabında "Azərbaycan xalqının
şah əsəri — "Kitabi-Dədə Qorqud"un tarixşünaslığına geniş yer ayırmış Y. H. Səfərov yazır: "Qeyd
etmək lazımdır ki, boylarda oğuzların qonşu məmləkətlərə qəsdən basqın edib onların torpaqlarını zəbt et-
mək, əhalisini əsir almaq, qarət etmək və s. kimi neqativ hallar əsla yoxdur".
Biz
müəllifin məşhur "tarix üzü keçmişə doğru siyasətdir" tezisinə uyğun olaraq mənsub
olduğumuz xalqı tərifləmək üçün belə dediyini başa düşürük. Lakin məsələnin mahiyyəti o cür deyil —
axına, qəzaya getmək, din uğrunda döyüşmək, kafirləri ya dinə gətirmək, ya məhv etmək orta əsrlərin
qazilərinin, artıq qeyd olunduğu kimi, əsas vəzifəsidir. Və bu, xalqın tarixi üçün "neqativ hal" deyil, məhz
"yüksək əxlaqi keyfiyyətdir.
Qəzaya gedən igidlər kafirdən qənimət, əsir gətirirlər. "Kitab"da
göstərilir ki, "məgər, xanım,
Aruz oğlu Basat qəzaya getmiş idi. O1 məhəldə gəldi.
Qarıcıq aydır:
—
Basat
şimdi aqından gəldi. Varayın, bulay ki, mana bir əsir verəydi, oğlancığım qurtaraydım,
— dedi".
Və qarı gedib öz oğlunun əvəzində Təpəgözə vermək üçün Basatdan, həqiqətən, bir əsir alır.
Qənimət kimi gətirilmiş "qara gözlü, örmə saçlı, əlləri biləgindən qınalı, barmaqları nigarlı,
boğazları birər qarış kafir qızları" oğuz bəylərinin məclislərində saqilik edirlər... İslamı qəbul etmiş oğuz
igidləri — qazilər kafirlərin "məhbub qızlarını çalıb bir-bir boynun qucması, yüzündən, dodağından
öpməsi", "qızını, gəlinini ağ köksündə oynatması" ilə fəxr edirlər.
Kafirin
üzərindəki hər bir qələbə onunla nəticələnir ki, düşmənin var-yoxu yağmalanır, hətta
xanlar xanı Bayındır xana da hədiyyə aparılır... Lakin qazilər, adətən, qaçanı qovmurlar, aman diləyəni
öldürmürlər.
Kafirlər
Oğuza bac-xərac verirlər, "Kitab"da "Doqquz tümən Gürcüstanın xəracı gəldi" deyə bəhs
olunur. Bəzən xərac az göndərilir və bu zaman Oğuz hökmdarı Bayındır xan narahat olur.
Elə hallar da olur ki, kafirlərin (burada söhbət yalnız xristianlardan gedir, çünki müsəlmanlar,
məsələn, bütpərəstlərdən, yaxud ibtidai dinlərə sitayiş edənlərdən xərac almırlar — onlar mütləq İslamı
qəbul etməli idilər) xərac vermələrinə baxmayaraq oğuz igidləri onların üzərinə yürüş edirlər. Məsələn,
"Salur Qazan dutsaq olub oğlu Uruzu çıqardığı boy"da kafirlər əsir düşmüş Qazanın qarşısında belə bir
şərt qoyurlar ki, "xəraca müti olalım. Sən dəxi and iç kim, bu bizim elə yağılığa gəlməyəsən...".
Bu isə
onu göstərir ki, qazilər o hallarda kafirin xərac verməsi ilə razılaşırlar ki, onları məğlub etmək üçün
kifayət qədər qüvvətləri yoxdur; elə ki, lazımi səviyyədə güclənirlər, dərhal axına, qəzaya getmək yolunu
seçirlər.
Axına bir qayda olaraq, gənclər gedirlər, — bu da onların xarakterinə, ailədəki,
cəmiyyətdəki
mövqelərinə əhəmiyyətli təsir göstərir. Və ümumiyyətlə, ictimai maraq oğlan uşaqlarını tezliklə böyüyüb
igid olmağa, "baş kəsib, qan töküb" ad çıxarmağa təhrik edir.
"Kitab"da
qəzaya gedən igid nişanlısına belə müraciət edir:
Qız, sən mana bir yıl baqğıl,
Bir yılda gəlməzsəm, iki yıl baqğıl,
İki yılda gəlməzsəm, üç yıl baqğıl...
Gəlməzsəm, ol vaxt mənim öldügümü biləsən.
Ayğır atım boğazlayub aşım vergil,
Gözün kimi tutarsa,
Könlün kimi sevərsə,
Ona varğıl.
Həmin müraciətdə, bir tərəfdən, cəmiyyətdə ailə sabitliyinin gözlənilməsi, digər tərəfdən, ailəsiz
(dul)
qalmamaq tələbi əks olunur ki, bunların hər ikisi, əslində, eyni bir ictimai əxlaqın ifadəsidir. Oğuz
müsəlman cəmiyyətinin hərbi demokratiya sistemi vaxtaşırı qəzaya gedən gənclərin, kişilərin nişanlı-
larının, xatunlarının (övrətlərinin) onları gözləməsi məcburiyyətini qoyduğu kimi, kafirlərlə döyüşdə
həlak olanların xatunlarına yenidən ərə getmək səlahiyyəti verir, hətta buna məcbur edir.
Qəzaya gedən igid öz xanımına, yaxud nişanlısına nə qədər sərbəstlik verirsə, xanımı, yaxud
nişanlısı o qədər ona sədaqətli olacağını deyir:
Yigidim!
Mən sənə bir yıl baqam,
Bir yılda gəlməzsən, iki yıl baqam,
İki yılda gəlməzsən, üç-dört yıl baqam,
Dört yılda gəlməzsən, beş yıl, altı yıl baqam...
Altı yol ayrıdına çadır dikəm,
Gələndən-gedəndən
xəbər soram -
Xeyir xəbər gətirənə at, don verəm,
Qaftanlar geydirəm,
Şər xəbər gətirənin başın kəsəm,
Erkək sinəgi üzərimə qondurmuyam...
Beləliklə, "Dədə Qorqud" eposu (və "Kitab"), birinci növbədə İslam dininin yayılması uğrunda
mübarizə aparan, yürüşlərə çıxan qazilərin eposuna (və "Kitab"ına) çevrilir ki, bu özünü yalnız abidənin
ideya-məzmununda deyil, bir sıra poetik-forma göstəricilərində də təsdiq edir.
Və heç də təsadüfi deyil ki, əksər boyların sonunda Dədə Qorqud"gələrək məhz "qazi ərənlər
başına nə gəldiyini" söyləyir, xüsusi olaraq nəzərə çarpdırır ki, onun danışdığı dastan məhz qazilər
haqqındadır — o məhz qaziləri öyür... Eyni
zamanda yeni dövr gəldiyi, "bəg ərənlər"in yoxa çıxması,
"fani dünya"nın qazisiz qalması ("fani dünya kimə qaldı?!") barədə danışılır.
Eposu
yazıya alan, "Kitab"ın üzünü köçürən katiblər onun ideyasını dərindən başa düşdüklərinə
görə, abidəni məhz qəzavatnamə formasına salmağa çalışmış, sonralar hər cür imkan olduğu halda
(söhbət XIII—XVI əsrlərdən gedir) "Kitab" İslamın dini-fəlsəfi ehkamları ilə yüklənməmiş, ilk orta əsrlər
sadəlövh dünyagörüşü son orta əsrlərin polemik mühakimələri ilə ağırlaşdırılmamışdır.
Oğuzun kafir elləri ilə sərhədi mövcuddur ki, həm oğuz türkləri (müsəlmanlar), həm də kafirlər
tez-tez bu sərhədi pozur, biri digərinin ərazisinə müdaxilə edirlər. Xüsusi ehtiyac
olarsa, Oğuz
igidlərindən biri sərhədçilik — qaraulçuluq edir. "Kitab"da təsvir edilir ki, Bəkil adlı igid xismini,
qövmini ayırdı,
evini çözdü, Oğuzdan köç elədi. Bərdəyə, Gəncəyə varıb vətən tutdu. Doqquz tümən
Gürcüstan ağzına varıb qondu qaraulluq eylədi. Yad kafir gəlsə, başın Oğuza ərməğan göndərdi. Yılda bir
kərrə Bayındır xanın divanına varırdı".
Oğuzun-müsəlman türklərin kafir ellərində casusu olduğu kimi, kafirin də Oğuzda casusu var,
məsələn, Qazan xanın ova getməsini, Bəkilin atdan yıxılıb ayağını sındırmasını, hətta nə o tərəfdən, nə də
bu tərəfdən olan bazirganların Qara Dərvənd ağzında olmalarını casus dərhal kafirə xəbər verir.
Məsələn:
"Məgər kafirin casusu vardı. Bu xəbəri eşidib vardı kafirə xəbər verdi. Təkur aydır:
Qalqubanı yerinizdən uru durun,
Yatır yerdə bəg Bəkili tutun.
Ağ əllərin qarusundan bağlayın,
Qafillicə görklü başın kəsin.
Alca qanın yer üzünə tökün,
Elin-günün çapın,
Qızın-gəlinin yesir edin, — dedi.
Məgər Bəkilin də anda casusu hazırdı. Bəkilə xəbər göndərdi. Aydır:
—
Baş yarağın eləyin, üzərinizə yağı gəlir, — dedi".
"Kitab"da kafir üzərinə hücuma keçən müsəlman türklər həmişə belə bir dini ayini yerinə
yetirirlər: "Arı sudan abdəst aldılar. Ağ alınların yerə qoydular. İki rükət namaz qıldılar. Adı görklü
Məhəmmədə salavat götürdülər".
Yaxud: "Yaradan — Allahdan mədəd! — dedi, — Qoşun atından yerə endi. Aqıb gedən arı sudan
abdəst aldı. Ağ alnını yerə qoydu, namaz qıldı. Ağladı, qadir Tanrıdan hacət dilədi. Yüzün yerə sürdü.
Məhəmmədə salavat gətirdi. Dəvə gibi kükrədi,
aslan gibi ökürədi, nərə urub hayqırdı. Yapa yalnız kafi-
rə at dəpdi, qılıc urdu...".
Yaxud da: "Arı sudan abdəst aldılar. İki rükət namaz qıldılar. Adı görklü Məhəmmədə salavat
gətirdilər. Bitəkələf kafirə at saldılar, qılıc urdular. Ol gün cigərində olan yigitlər bəlirdi. O1 namərdlər
səpa yerə gözətdi. Bir qiyamət savaş oldu, meydan dolu baş oldu. Qiyamətin bir günü oldu".
Göründüyü kimi, burada abdəst almaqdan, alın yerə qoyub namaz qılmaqdan, Məhəmməd
Peyğəmbərə salavat gətirməkdən, qadir Tanrıya yalvarıb hacət diləməkdən söhbət gedir — bunlar İslam