"—
Qazan bəg, nədir halın? Dirilik yer altındamı xoşdur, yoxsa yer üzündəmi xoşdur? Həm şimdi
nə yeyərsən, nə içərsən və nəyə binərsən? — dedi.
Qazan
aydır:
—
Ölülərinə aş verdigin vəqt əllərindən alıram. Həm ölülərinizin yorğasına binərəm, kahılların
yedərəm, — dedi".
Təkur övrəti aydır:
— Dinin üçün, Qazan bəg, yeddi yaşında bir qızcuğazım ölmüşdür, kərəm eylə, ona binmə, —
dedi.
Qazan
aydır:
—
Ölülərinizdə ondan yorğa yoqdur. Həm ona binərəm, — dedi".
Qazanın hər şeyə inanan Təkur arvadına dedikləri öz nəticəsini verir: "Övrət aydır:
— Vay, sənin əlindən nə yer üzündə dirimiz və nə yer altında ölümüz qurtulmuş, — dedi, gəldi
Təkura aydır:
—
Kərəm eylə, ol tatarı quyudan çıqar. Qızcığazın belini üzər. Yer altında qızcığazıma binərmiş.
Qalan
ölülərimizi cəm edərmiş, həm ölülərimiz üçün verdigimiz aşı əllərindən çəkib alıb yeyərmiş. Onun
əlindən nə ölümüz, nə dirimiz qurtularmış. Dinin eşqinə, ol əri quyudan çıqar, — dedi.
Təkur bəglərini cəm eylədi. Aydır:
—
Gəlin Qazanı quyudan çıqarın, bizi ögsün, Oğuzu sındırsın. Ondan sonra şərt eləsin bizim
elimizə yağılığa gəlməyə, — dedi".
Qazanı quyudan çıxarıb gətirirlər. O yenə kafirə məhəl qoymur. Deyir ki, "mən yer üzündə adam
ögməzim. Bir adam gətirin binəyim, sizi ögəyim".
Kafiri at kimi minir, öldürür. Sonra qopuzunu istəyir...
Və kafiri belə "öyür":
Bin-bin ərdən yağı gördümsə, oyunum dedim,
Yigirmi bin ər yağı gördümsə, yıylamadım,
Otuz bin ər yağı gördümsə, ota saydım,
Qırq bin ər yağı gördümsə, qıya baqdım...
Məhəmməd dini eşqinə qılıc urdum,
Ağ meydanda yumru başı topca kəsdim!
...Ərqıc qırda yıqanır Ümman dənizində,
Sərp yerlərdə yapılmış kafir şəhri,
Sağa-sola çırpıntı urub yüzgücüləri.
Su dibində dönər bəhriləri,
Tanrı mənəm — deyü su dibində çığrışar asiləri,
Önün qoyub tərsin oqur qız-gəlini,
Altun aşıq oynar suncidanın bəgləri.
Altı qatla Oğuz vardı aləmmədi ol qələyim,
Altı baş ərlə mən Qazan vardım,
Altı günə qoymadım, onu aldım.
Kəlisasın yıqıb yerinə məscid yapdım,
ban banlatdım,
Qızını-gəlinini ağ köksümdə oynatdım,
Bəglərini qul etdim!..
Onda dəxi ərəm-bəgəm deyü ögünmədim,
Ögünən ərənləri xoş görmədim.
...Ərqıc qırda döndərdigim, mərə, kafir,
sənin baban,
Şaqqaqına imrəndigim sənin qızın-gəlinin.
Ağcaqala, Sürməlidə at oynatdım,
Atla
Qarun elinə çapqun etdim,
Ağ aqça gətirdilər, puldur dedim,
Qızıl-altun gətirdilər, baqırdır dedim,
Ala gözlü qız-gəlin gətirdilər, aldanmadım...
Kəlisasını yıqdım, məscid yapdım,
Altunu, gümüşü yağmalatdım,
Onda dəxi ərəm, bəgəm deyü ögünmədim...
...İt gibi gu-gu edən çirkin xırslı,
Küçük donuz şülənli,
Bir
torba saman döşəkli,
Yarım kərpic yasdıqlı,
Yonma ağac tanrılı
Köpəgim kafir!
Oğuzu görərkən səni ögməgim yoq,
İndi öldürürsən, mərə, kafir, öldür məni.
Öldürməzsən, qadir qoursa,
Öldürəyim, kafir, səni...
Qazanın kafirə bu müraciəti yalnız poetik mükəmməlliyi, möhtəşəm oğuz qəhrəmanının
xarakterini olduqca gözəl ifadə etməsi ilə diqqəti çəkmir, həm də müsəlman türk axıncısının, qazisinin
əxlaqı barədə aydın təsəvvür yaradır: O, qorxmazdır, Məhəmməd dini eşqinə min-min kafirə qarşı
durmağa hazırdır. Uzaq-uzaq səfərlərə gedən bir oğuz igidi sıldırım qayalar üzərində tikilmiş kafir
qalalarını almış, kilsələri yıxıb, yerində məscid yapdırmış, dinsizi dinə gətirmişdir.
Ona müqavimət
göstərən kafirləri amansızcasına cəzalandırmış, qızını-gəlinini əsir almış, kafir ellərində at oynatmışdır.
Düşmənin hədiyyəsinə, ona təklif edilən qadına, pula-qızıla, rüşvətə aldanmamış, kafiri adam
saymamışdır.. Və bütün bunları etməklə yanaşı heç zaman özünü öyməmiş, bunu elədim, onu elədim
deməmişdir.
"Bəkil oğlu Əmranın boyu"nda görürük ki, Qazan özünü öyməyən, təvazökar bir qəhrəmandır:
"Av çağırtdılar. Çün av yarağı oldu, kim atın ögər, kim qılıcın, kim çəkib ox atmağın ögər.
Salur Qazan
nə atın ögdü, nə kəndin ögdü. Amma bəglərin hünərini söylədi".
Qazan bir də ona görə güclüdür ki, o, böyük bir cəmiyyətin başçısıdır, oğlu, qardaşı var...
Kafirlər əsir düşmüş Qazanı öldürməkdən qorxurlar, "bunun oğlu var, qardaşı var, bunu öldürmək
olmaz" — deyirlər. Ümumiyyətlə, kafirlərə əsir düşmüş oğuz igidlərinə — qazilərinə cəza versələr də
onları öldürmürlər... Hətta xoş günlərində həmin igidləri gətirib qopuz çaldırır, qulaq asırlar.
Çox zaman
igidi ona görə əsir saxlayırlar ki, öz yerinə (Oğuza) qayıdıb yeni qüvvə ilə onların (kafirlərin) üzərinə
gəlməsin. Lakin həmin əsirləri ya atası, ya övladı gəlib xilas edir (Uruzu Qazanın, Qazanı isə Uruzun
xilas etdiyi kimi), ya da özləri imkan tapıb qaçırlar (Beyrək kimi). Çünki "Kitab"da təqdim edilən epik
zaman kafirlər üçün deyil, İslamı qəbul etmiş oğuz türkləri üçün işləyir.
"Qazan
bəg oğlu Uruz bəgin dutsaq olduğu boy"da Uruzun dustaqlıqda nələr çəkdiyi barədə
danışılır:
"Qanlı Qara Dərvənddə kafir dəxi qonmuş idi. Oğlana qara kəpənək geydirmişlərdi. Qapı eşigi
üzərində ərquri bıraqmışlardı. Girən basar, çıqan basardı. Qarı düşmən tatar oğlu əlimizə girmişgən
cəzayla öldürəlim... Bu məhəldə xan Qazan yetdi. Qonur atın oynatdı. Kafir Qazanın
gəldigin gördü, ürk-
dü. Kim atın binər, kim coşən geyər... Oğlan başını qaldırdı. Aydır:
― Mərə, kafir, nə haldır?
Kafir
aydır:
― Baban gəldi, tutalım deriz.
Oğlan aydır:
― Aman, mərə kafir, aman!
Tanrının birliginə yoqdı güman!
Kafirlər oğlana aman verdilər. Əlin çözdülər, gözün açdılar, babasına oğlan qarşı gəldi...".
Uruz
atasını kafirlərlə döyüşdən çəkindirmək istəyir, ona yalvarır ki, çıxıb getsin, vuruşmasın.
Düşünür ki, birdən kafirə məğlub olar... Çünki "oğul üçün ata ölmək eyib olur". Və bunu da əlavə edir ki:
Yaradan haqqıyçün, baba, qayıda döngil,
Evə varğıl
Qarıcıq anam qarşı gəlsə, məni sənə sorsa,
Baba, doğru xəbər vergil.
Gördüm, sənin oğlun dutsaq, degil,
Qarusundan ağ əlləri bağlı, degil,
Qara qıldan sicim boynuna taqılı, degil,
Qara donuz damında yatır, degil,
Qıl kəpənək boyuncuğun sürür degil,
Ağır buğağı topuqcığın dögür, degil,
Yanmış arpa ətməgi, acı soğan öynəsi, degil.
Mənim anam mənim üçün qayırmasın,
Bir ay baqsın, bir
ayda varmazsam, iki ay baqsın,
İki ay da varmazsam, üç ay baqsın,
Üç ay da varmazsam, öldügümü ol vaqt bilin.