Noyabr november miras



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə10/60
tarix04.07.2018
ölçüsü4,04 Mb.
#53242
1   ...   6   7   8   9   10   11   12   13   ...   60

 NOYABR   NOVEMBER    MİRAS
 
| 
21
ArAŞdIrmA   REsEARCH
böyük şeyxlər üçün istifadə olunan bütün vəsfləri onun haqqında 
söyləmişlər:  “Nəqiblər  nəqibi”,  “nəciblər  nəcibi”,  “şeyхlər  şeyхi”, 
“seyidlərin  görkəmlisi”,  “аrifi-billаh”,  “Хəlvətilik  təriqətinin  feyz 
qаynаğı”, “qüdvətüs-sаni”, “həqiqət məşrəbində imаmür-rəbbаni”, 
“qütbül-аrifin”,  “cəlаlül-milləti  vəl-həqqi  vəd-din”,  “qütbü-vəqtihi 
və fəridi-əsrihi” kimi təsəvvüf böyükləri hаqqındа istifаdə оlunаn 
sifətlərin hаmısı оnun epiteti оlаrаq verilmişdir. Öz хəlifələrində və 
dаhа sоnrаkı Xəlvəti şeyхlərində müşаhidə оlunаn bir хüsusiyyət 
оnlаrın hаmısının intellektuаl təbəqədən аlim şəхsiyyətlər оlmаsı 
ilə bаğlıdır. Ümumiyyətlə, elmi təbəqəyə mənsub оlаnlаr təsəvvüfə 
аz  meyl  göstərirdilər.  Аncаq  Xəlvətilik  təriqəti  nümаyəndələri 
içərisində elm əhli çохdur. Bu, S.Yəhyаnın elm sаhibləri üzərində 
хüsusi təsirini göstərir. Əsərlərində görüldüyü kimi, о, “elmsiz bu 
yоlа girilməz” - deyərək müridlərini elmi bахımdаn dа yetişdirmiş, 
təkkəsini mədrəsə hаlınа gətirmiş, əsərlər yazmışdır. 
Müridləri ona uzun ömür verməsi üçün Аllаhа duа edərkən “Хəlil 
bəyə duа edin, çünki mənim ömrüm оnun həyаtıdır” - demişdir. 
Həqiqətən də, Şirvаnşаh I Хəlilullаh хаnın vəfatından  dоqquz аy 
sоnrа 1463-cü ildə Bakıda vəfat etmişdir.
Seyid  Yəhyanın  qəbri,  dərgahının  qiblə  tərəfində,  səkkiz  guşəli 
olaraq  klassik  üslubda  inşa  edilmiş  türbəsindədir.  XVI  əsrdə 
şəhərlə  birlikdə  saray  və  xanəgah  da  dağıntılara  məruz  qalır.  III 
Muradın  səltənəti  dövründə  Bakı  Osmanlı  idarəsinə  keçincə 
Şirvan  valisi  Özdəmiroğlu  Osman  paşa  tərəfindən  yenidən 
abadlaşdırılır və xanəgahın girişində, dövrün və bölgənin arxitek-
tura xüsusiyyətlərini əks etdirən bir tac qapı bina edilir. Bu qapı hələ 
də salamat qalıb Sultan Murad qapısı adlandırılır. Saray və məscid 
Bakının XIX əsrin əvvəllərində rus işğalı əsnasında və 1918-ci ilin 
martında  ermənilərin  şəhərdə  törətdiyi  qırğınlar  zamanı  məhv 
olmuşdur. Dərgahın avlusundakı şeyx qəbirləri və məscidin qalan 
hissəsi  Sovet  dövründə  tamamilə  ortadan  qaldırılır.  Külliyyədən 
yalnız  türbə  salamat  halda  günümüzə  qədər  gəlmişdir  və  indi  də 
Şirvanşahlar saray-muzeyi içərisindədir.
Seyid  Yəhyanın  Bakıda  qırx  ildən  çox  davam  edən  irşad  xidməti 
nəticəsində  iyirmi  minə  yaxın  müridi  olduğu,  bunlardan  üç  yüz 
altmışına  xilafət  verdiyi  qeyd  edilir.  Yetişdirdiyi  məşhur  sufi 
mürşidlər arasında Məhəmməd Bəhaəddin Ərzincani, Aydınlı Dədə 
Ömər  Rövşəni,  Aksaraylı  Həbib  Qaramani,  Afyonlu  Şükrullah, 
Əlaəddin  Rumi,  Yusuf  Ziyaəddin  Müsküri  Şirvani,  Kastamonulu 
Seyid  Əhməd  Sünnə,  Çankırılı  Həmzə  əfəndi  kimi  şəxsiyyətlər 
vardır.  Xəlvətilik  təriqəti  Seyid  Yəhyanın  xəlifələri  və  onların 
davamçıları  vasitəsi  ilə  Anadolu,  İran,  Azərbaycan,  Orta  Şərq, 
Şimali Afrika və Balkanlarda geniş şəkildə yayılmışdır. Xəlvətilik XV 
əsrin ikinci yarısından etibarən, türk və islam dünyasının ən böyük 
təriqətlərindən biri halına gəlmişdir. Seyid Yəhyanın vəfatından bir 
əsr sonra isə, qırxdan çox şöbə və qol ilə islam dünyasında ən çox 
müntəsibi və təkkəsi olan təsəvvüf məktəbi olmuşdur. Bu vəziyyət 
XX əsrə qədər davam etmişdir. Günümüzdə də Xəlvətilik dünyanın 
bir çox ölkəsində yaşamaya davam etməkdədir. 
There can be said many things about this Sufism person. He sur-
passed  Pir  Omar,  founder  of  Khalvatism;  was  accepted  as  real 
founder of the sect and a capable mentor. All sources dealt with him 
appraised his virtue and perfection and glorified him like all sheiks. 
Adjectives used for all Sufi greats were given as his epithet: “the most 
gentle of gentle”, “the most sheik of sheiks”, “the most known of sey-
ids”, “аrifi-Billаh”, “delight source of Khalvatism sect”, “gudvatus-
sаni”,  “imаmur-rabbаni  in  reality  disposition”,  “gutbul-аrifin”, 
“jalаlul-milleti vel-haqqi ved-din”, “gutbu-vegtihi and faridi-asrihi”. 
One  feature  observed  in  their  caliphs  and  successor  Khalvatism 
sheiks is connected with all of their’s being scientists of intellectual 
sphere. Generally, people of scientific sphere are inclined to Sufism 
less. However, there are many scholars amongst Khalvatism sect rep-
resentatives. This shows S.Yahyа’s special impact over scholars. As is 
seen from his works he saying “no entrance without science” brought 
up his disciples from scientific aspect, turned a lodge to madrasah 
and wrote works.  
When his disciples worshipped Allah to give him long life, he told 
them to worship for Khalil bey, because Khalil’s life meant his life. In 
fact, he died in Baku in 1463 in 9 months after death of Shirvаnshаh 
I Khalilullah. 
Seyid Yahya’s grave is in gibla (direction to which a Moslem turns 
when praying) of his lodge, in the tomb built as eight-corner and 
classic style. In 16th century palace and khanegah were exposed to 
destructions together with the town. Baku was renovated by Shir-
van governor Ozdamiroghlu Osman pasha in the power of Murad 
III,  during  Ottoman  rule.  A  crown  gate  was  built,  which  reflects 
architectural pecularities of the time and region in the entrance of 
the khanegah. This gate could preserve and called Sultan Murad. 
The palace and mosque were ruined as a result of Baku’s occupation 
by Russian army in early 19th century and Armenians’ committing 
massacres in the city in March 1918. Sheik graves and the rest part 
of the mosque in the lodge were eliminated totally during the Soviet 
rule. Only the tomb could be preserved till today and is now inside 
Shirvanshahs Palace-Museum. 
It is noted that within the term of Seyid Yahya’s service as a mentor 
lasted for more than 40 years in Baku, he had about 20 thousand 
disciples and he gave caliphate only 360 of them. There are well-
known  Sufi  teachers  among  them:  Muhammad  Bahaaddin  from 
Arzinjan,  Dede  Omar  Rovshani  from  Aydin,  Habib  Garamani 
from Aksaray, Shukrullah from Afyon, Alaaddin Rumi, Yusuf Zi-
yaaddin Muskuri Shirvani, Seyid Ahmad Sunna from Kastamonu, 
Hamza efendi from Chankiri. Khalvatism sect was spread in Ana-
tolia, Iran, Azerbaijan, Middle East, North Africa and the Balkans 
widely through Seyid Yahya’s caliphs and successors. Khalvatism be-
come one of the greatest sects of Turkic and Islamic world since the 
second half of 15th century. After a century of Seyid Yahya’s death, 
there existed Sufi school which has the most dervish lodge and co-
religionists with 40 sections and branches in Islamic world. This situ-
ation lasted till 20th century. Nowadays Khalvatism could preserve 
in many countries of the world. 


Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə