Noyabr november miras



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə7/60
tarix04.07.2018
ölçüsü4,04 Mb.
#53242
1   2   3   4   5   6   7   8   9   10   ...   60

 NOYABR   NOVEMBER    MİRAS
 
| 
17
ArAŞdIrmA   REsEARCH
moured people are together with Sufis”. This is very important in 
the term of people’s attitude towards Sufis. Thus, people did not posi-
tively approach to Sufis.  It is not strange case at all. Because almost 
in every period there were many criticisms and worriness in respect 
of Sufis than good attitude.  
Seyid Bahaaddin’s public stand might be obstacle in his son’s becom-
ing Sufi.  Because the position of  head was very important (nagibul-
ashraf). Appropriation of Sufism, a low layer from public point of 
view by son of this position holder, respected by everyone could dam-
age his esteem and cause negative situation for his son’s future. Con-
sidering trade and rural affairs, the thought of his son’s non engaging 
of these and preferring asceticism could urge Seyid Bahaaddin to 
resist his son’s entering the sect. He made many efforts to prevent his 
son for these or other reasons. He criticized sometimes sheik’s behav-
iour and generosity and argued with the son. However, he could just 
səbəbləri  vardı.  Hulvinin  “Ləməzat”  əsərində  atasının  “Oğlum 
sufilərlə  və  özündən  bixəbərlərlə  birlikdə  ərbəinə  girdin.  Bu 
səbəbdən də xalq –sufilər ilə birlikdə olur – deyə dediqodu edirlər” 
deməsi, o dövrdə sufilərə qarşı insanların münasibətini göstərməsi 
baxımından  önəmlidir.  Demək  ki,  xalq  o  dövrdə  sufilərə  çox  da 
müsbət yanaşmırdı. Bu, əslində çox qəribə bir hal deyildi. Çünki 
demək olar ki hər dövrdə sufilərə xoş münasibətdən çox tənqid və 
narahatlıq ilə yanaşanlar olmuşdur. 
Seyid  Bəhaəddinin  ictimai  mövqeyi  də  oğlunun  sufi  olması 
istiqamətində maneə təşkil etmiş ola bilər. Çünki nəqibül-əşraflıq 
vəzifəsi olduqca mühüm bir mövqe idi. Hər kəsin ehtiram duyduğu 
bu  vəzifə  sahibinin  oğlunun  ictimai  baxımdan  aşağı  bir  yer  olan 
sufiliyi  mənimsəməsi  onun  etibarını  zədələyəcəyi  kimi,  oğlunun 
gələcəyi  baxımından  da  mənfi  bir  vəziyyət  hasil  etməkdə  idi. 
Ticarət və kənd işlərini də nəzərə aldıqda, oğlunun tərki-dünyalığı 
əsas  götürərək,  bunlarla  məşğul  olmayacağı  düşüncəsi  də,  Seyid 
Bəhaəddini,  oğulunun  təriqətə  girməsinə  qarşı  rəftar  almağa 
məcbur etmiş ola bilər. O, bu və başqa səbəblərlə oğlunu imtina 
etdirmək üçün çox səy sərf etmişdir. Bəzən şeyxin davranışlarını, 
hətta  kəramətlərini  belə  tənqid  edərək  oğlu  ilə  müzakirəyə 
girmişdir.  Ancaq  Yəhyanın  hər  dəfə  atasına  verdiyi  qaneedici 
cavablar  qarşısında  susmaq  məcburiyyətində  qalmışdır.  Bir  dəfə 
oğlunun bu israrlı mövqeyi qarşısında qəzəblənmiş, şeyxə qarşı güc 
tətbiq etməyi, hətta onu öldürməyi belə düşünmüşdür. Belə qəzəbli 
günlərindən birində Şeyx ilə müzakirəyə getmiş, onunla görüşüncə 
qənaəti dəyişmiş, şeyxin rəftarından və sözlərindən onun həqiqi bir 
Allah adamı, vəli olduğunu anlayaraq, şeyxə mürid olmuşdur.
Seyid Yəhyа şeyхinin vəfаtı ilə əlаqədаr 1420-ci illərdə Şаmахıdаn 
аyrılаrаq Bаkıyа gəlmiş, burаdа ömrünün sоnunаdək – qırх ildən 
çох  yаşаyıb  fəаliyyət  göstərmişdir.  Şаmахıdаn  аyrılıb  Bаkıyа 
getməsinə  səbəb  оlаn  hаdisə  Şeyх  Sədrəddinin  vəfаtındаn  sоnrа 
şeyхlik  məsələsində  Pirzаdə  ilə  аrаlаrındа  çıхаn  iхtilаfdır.  Şeyх 
Sədrəddin vəfаtındаn öncə tərəfdаrlаrını tоplаyıb S.Yəhyаnı yerinə 
təyin edərək, оnа itаət etmələrini tövsiyə etsə də, şeyхin vəfаtındаn 
sоnrа Pirzаdə оnun yerinə səccаdəyə оturmuşdur. S.Yəhyа Bаkıyа 
gəldiyi zаmаn Şirvаn hаkimi I Хəlilullаh хаn idi və Bakıya gəlməsi 
əslində  onun  dəvəti  səbəbiylə  olmuşdu.  Bаkıda  Хəlilullаh  хаnın 
yаrdımı ilə хəlvətiliyin ilk böyük хаnəgаhını qurmuşdu. Bаkıdаkı 
хаnəgаhın inşаsındа Хəlilullаh хаnın yаrdımçı оlmаsını S.Yəhyаnın 
qəbrinin ətrаfındа Şirvаnşаh tərəfindən inşа edilən məscid, türbə 
və digər binаlаrdаn аnlаmаq mümkündür. Mənbələrdə Хəlilullаh 
хаnın  оnа  böyük  hörmət  göstərdiyi  və  yаrdım  etdiyi  qeyd 
edilmişdir. Хəlilullаh хаn ilə аrаlаrındаkı yахşı münаsibəti göstərən 
əlаmətlərdən  biri  də  S.Yəhyаnın  “Kəşfül-qülub”  аdlı  əsərini 
Şirvаnşаhа ithаf etməsidir. 
Zöhd  Allahdan  başqa  hər  şeyi  könüldən  çıxarmaq  deməkdir. 
Mücahidə  isə,  insanın  nəfsani  arzularına  qarşı  çıxması  deməkdir. 
Sufiliyin  təməl  əsaslarından  olan  bu  iki  anlayış  təsəvvüf  yolunda 
irəliləyən hər sufinin mütləq riayət etməsi lazım gələn əsaslardandır. 
Seyid  Yəhyanın  təsəvvüfə  girməsindən  vəfatına  qədər  bütün 
həyatının zöhd və mücahidə içində keçdiyini görürük. Seyid Yəhya 
çox isti aylarda, azuqəsiz və susuz səhralara çıxar, oralarda günlərlə 
|   Məscid və türbənin planı. 
 
Scheme of mosque and tombş


18 

MİRAS   NOYABR   NOVEMBER
ArAŞdIrmA   REsEARCH
be calm after Yahya’s satisfactory answers. He got angry once after 
son’s insistence and thought of violation, even murder of the sheik. 
He argued with the sheik in one day, his views changed during the 
meeting with him and perceiving sheik’s being a real truthful reli-
gious person from his words and behaviour , turned to this disciple. 
Seyid Yahya left Shamakhi in connection with sheik’s death in 1420, 
arrived in Baku and lived and acted there till the end of his life, i.e. 
more than 40 years. The reason for his leaving Shamakhi and going 
to Baku was quarrel with Pirzade over becoming sheik after Sheik 
Sadraddin’s death. Sheik Sadraddin collected adherents before his 
death and appointed Seyid Yahya a sheik and advised to obey him. 
But  after  his  death    Pirzаde  replaced  him.  When  S.Yahyа  came 
to Baku, Shirvаn ruler was I Khalilullаh khan and his coming to 
Baku was on the basis of his invitation. He set up the first grand 
khanegah of Khalvatism in Baku with the assistance of Khalilullаh 
khаn. Khalilullah khan’s aid in the construction of Baku khanegah 
can be felt from mosque, tomb and other buildings constructed by 
Shirvanshah around S.Yahyа’s grave. It is fixed in the sources that 
Khalilullаh khan respected him a lot and helped him. One of the 
signs indicating his good relations between Khalilullаh khаn is his 
dedication “Kashful-gulub” work to Shirvanshah. 
Piety means taking out everything from heart except Allah. Muja-
hide (fighter for the Islamic faith) means a person’s resisting against 
his passion. Two concepts, the foundation bases of Sufism should be 
observed by each Sufi on the way of Sufism. We saw S. Yahya’s life 
spent in piety and Islamic fight from his entering Sufism up to death. 
Seyid Yahya used to go to deserts in summer months without food 
and water, stayed for days and practiced a religion. To shelter, to stay 
in a lonely place and to pray were his invariable habits. Author of 
“Lamezat” retells his habit via his mentor Sheik Mansur so: “One 
day we started 40-day worship together with Excellency Seyid Ya-
hya. I witnessed his renewing his ablution before Namaz every 12 
days and three times fast breaking”. There are interesting examples 
about this pecularity of his. It is written so in “Lamezat”: “He left 
qalar, ibadətlə məşğul olardı. Xəlvətə girmək, tək-tənha bir yerdə 
qalmaq və ibadət etmək onun dəyişməz adətlərindən idi. “Ləməzat” 
müəllifi onun bu adətini müridi Şeyx Mənsurun dilindən belə nəql 
edir: “Bir tarixdə Seyid Yəhya həzrətlərilə birlikdə qırx günlük bir 
ibadətə başladıq. Onun on iki gündə bir dəstəmazını yenilədiyinə 
və üç dəfə də iftar etdiyinə şahid oldum”. Mənqibələrdə onun bu 
xüsusiyyəti ilə əlaqədar maraqlı misallar görürük. Yenə “Ləməzat”da 
yer alan bir mənqəbəsində belə izah edilir: Bir yaz günü Şirvandan 
çıxıb, Şirvan çöllərində gəzərkən, yolu Gilan tərəflərinə düşdü. O 
sıralar iyul ayının çox isti günlərindən biri idi. Şeyx həzrətləri çox 
susamış və acımış halda çılpaq bir dəvə üzərində ərbəin çıxarmaq 
niyyəti ilə səhrada özünə uyğun bir yer axtarırdı. Bu şəkildə səhrada 
xəlvətxana axtarıb, ərbəinə girməyi ilk dəfə Seyid Yəhya üsul halına 
gətirmişdir.  Özü  xəlvətxanasında  olduğunda  mütləq  ərbəində 
olardı.  Xəlvət  və  etikaf  onun  adəti  idi.  Seyid  Yəhya  ömrünün 
sonlarında  dünyadan  tamamən  uzaqlaşmışdır.  Belə  ki,  yemək-
içməyi  olduqca  az  bir  səviyyəyə  endirir.  Hətta  vəfatından  öncəki 
son altı ayda demək olar ki, heç bir şey yeməmişdir. 
Mənbələrdə  S.Yəhyаnın  təsəvvüfi  həyаtı  ilə  yаnаşı,  аilə  həyаtı 
|  
Seyid Yəhya Bakuvinin türbəsi 
  Seyid Yahya Bakuvi`s Tomb
|  
Seyid Yəhya Bakuvi məscidinin 1918-ci il mart hadisələrində  
  ermənilər tərəfindən xarabalığa çevrilmiş halı. Fotoşəkil.
  Runs of Seyid Yahya Bakuvi Mosque by armenians, 1918 march events


Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə