Noyabr november miras



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə40/60
tarix04.07.2018
ölçüsü4,04 Mb.
#53242
1   ...   36   37   38   39   40   41   42   43   ...   60

74 

MİRAS   NOYABR   NOVEMBER
xəBər   NEWs
On 2-5th October, 2013 DHA 32- Dyes in History and Archaeology 
was held in historical La Rochelle City of France. Basic purpose of 
the conference held traditionally is to present to wide scientific world 
new explorations held in the topics of colorants: dyes and organic 
pigments, natural and synthetic dyes, their history, chemistry, ap-
plication and characterization. Chemists, conservators, historians, 
archaeologists and craftsmen from France, Great Britain, China, Ja-
pan, Italy, Spain, Portugal, the Netherlands, Turkey, Greece, Poland, 
Nigeria, US, Romania, Israel and others participated at the con-
ference. Azerbaijan was represented at international conference by 
chairman of MIRAS Organization, PhD Fariz Khalilli, art-restorer 
Vugar Guliyev, professional photographer Mammad Rahimov and 
translator-researcher Shola Bayramova. They had presented posters 
and oral presentations on ‘natural dyes in new archaeological and 
ethnographic researches in Azerbaijan and ‘dye in carpet-making 
art of Azerbaijan’. It was stated that a dye-house with large dye jugs 
inside was uncovered within archaeological explorations launched 
in Medieval Agsu Town since 2010 March. Dye layer on inner walls 
of the jugs and dyes mixed with the ground were analyzed by Prof. 
Dr. Recep Karadağ in Marmara University of Turkey. There was 
identified that madder (Rubia Tinctorium L.) was preserved inside 
the jugs. Generally, Azerbaijan’s export of madder was reflected in 
official documents in 18th century. Half of the tax got from Medi-
2013-cü  il  oktyabrın  2-5-də  Fransanın  tarixi  La  Rochelle 
şəhərində 32-ci Beynəlxalq Tarixdə və Arxeologiyada Təbii 
Boyaqlar (DHA) Konfransı keçirilib.
Hər il ənənəvi olaraq keçirilən konfransın əsas məqsədi bo-
yaqlar, orqanik piqmentlər, təbii və sintetik boyaqlar, onların 
tarixi, kimyəvi tərkibi, tətbiqi və xarakteristikasına dair möv-
zularda  aparılan  yeni  tədqiqatların  geniş  elmi  ictimaiyyətə 
təqdim  edilməsidir.  Konfransda  Fransa,  Böyük  Britaniya, 
Çin,  Yaponiya,  İtaliya,  İspaniya,  Portuqaliya,  Niderland, 
Türkiyə,  Yunanıstan,  Polşa,  Nigeriya,  ABŞ,  Rumıniya,  İs-
rail  və  digər  ölkələrdən  olan  kimyaçılar,  konservasiyaçılar, 
tarixçilər, arxeoloqlar, sənətkarlar iştirak ediblər.
Azərbaycanı  beynəlxalq  konfransda  MİRAS  İctimai 
Birliyinin  sədri,  tarix  üzrə  fəlsəfə  doktoru  Fariz  Xəlilli, 
bərpaçı-rəssam Vüqar Quliyev, peşəkar fotoqraf Məmməd 
Rəhimov və tərcüməçi-araşdırmaçı Şölə Bayramova təmsil 
edib.  Onlar  “Azərbaycanda  yeni  arxeoloji  və  etnoqrafik 
tədqiqatlarda  təbii  boyaqlar”  və  “Azərbaycanın  xalçaçılıq 
sənətində boyaq” mövzularında məruzə və poster-məruzə 
ilə  çıxış  ediblər.  Bildirilib  ki,  2010-cu  ilin  mart  ayından 
Orta  əsr  Ağsu  şəhərində  başlayan  arxeoloji  tədqiqatlar 
MİRAS LA RocheLLe ŞƏhƏRİnDƏ 
BeynƏLxALQ KonFRAnSDA 
  MiRAs At iNtERNAtiONAL CONfERENCE iN LA ROCHELLE CitY  


 NOYABR   NOVEMBER    MİRAS
 
| 
75
xəBər   NEWs
eval Agsu Town’s population was obtained from natural dye. It was 
particularly noted in the paper that, Basgal Village of Ismayilly re-
gion historically occupied with dyeing. Dyeing house in Basgal was 
restored  as  a  result  of  the  development  of  natural  dyeing  started 
with  public  initiative  and  project  of  re-deliver  to  the  community. 
Small Silk Museum was created there. Basgal dyers used branches 
of smoketree plant in dyeing, prepare local textile called ‘kalagayi’. 
Books, brochures, journals and CD printed by Ministry of Culture 
and Tourism of the Republic of Azerbaijan, Haydar Aliyev Foun-
dation and “Azer-Ilme” LLC were presented at the conference. To 
note, the organizer of the conference is Arrdhor Critt Horticole. The 
conference  was  previously  held  in  Manchester,  Lion,  Greenwich, 
Brussels, Edinburg, Amsterdam, Avignon, Riggisberg, Montpellier, 
Liverpool, Suceava, Vienna, Istanbul, Poznan, Lisbon, Derby and 
Antwerpen cities. In the end it was announced that DHA 33- Dyes 
in History and Archaeology will be held in Glasgow City of Scot-
land, Great Britain on 30-31 October 2014.
zamanı  içərisində  iri  boyaq  küplərinin  olduğu  boyaq  dü-
kanı aşkar olunub. Küplərin iç divarındakı boyaq təbəqəsi 
və  torpağa  tökülmüş  boyaq  tozları  Türkiyənin  Mərmərə 
Universitetində  Prof.Dr.  Recep  Karadağın  rəhbərliyi  ilə 
analiz  olunub.  Bəlli  olub  ki,  küplərdə  boyaqotu  (madder 
-  Rubia  Tinctorium  L.)  saxlanılıb.  Ümumiyyətlə,  XVIII 
əsrdə Azərbaycanın boyaqotu ixrac etdiyi rəsmi sənədlərdə 
də öz əksini tapıb. Orta əsr Ağsu şəhəri əhalisindən topla-
nan  vergilərin  yarısından  çoxu  da  təbii  boyaqdan  gəlirdi. 
Məruzədə İsmayıllı rayonu Basqal kəndinin tarixən boyaq-
çılıqla məşğul olduğu xüsusi qeyd edilib. İctimai təşəbbüslə 
başlanan  təbii  boyaqçılığın  inkişaf  etdirilməsi  və  yenidən 
topluma qazandırılması layihəsi nəticəsində Basqalda bo-
yaqçı emalatxanası bərpa edilib, burada kiçik İpək Muze-
yi yaradılıb. Sarağan adlanan kol bitkisinin budaqlarından 
boyaqçılıqda istifadə edən Basqal boyaqçıları kəlağayı adla-
nan yerli tekstil nümunəsini hazırlayırlar.
Konfransın  təşkilatçılarına  Azərbaycan  Respublikası 
Mədəniyyət  və  Turizm  Nazirliyi,  Heydər  Əliyev  Fondu  və 
“Azərilmə” xalça istehsalı şirkətinin nəşri olan kitab, broşür, 
jurnal və disklər təqdim olunub. 
Qeyd  edək  ki,  konfransın  təşkilatçısı  Fransanın  Arrdhor-
Critt Horticole təşkilatıdır. Bundan öncə konfrans Mançes-
ter, Lion, Grinviç, Brüssel, Edinburq, Amsterdam, Aviqnon, 
Riggisberg, Montpellye, Liverpul, Suceava, Vyana, İstanbul, 
Poznan, Lissabon, Derbi və Antverpen şəhərlərində keçirilib.
Sonda  33-cü  Beynəlxalq  Tarixdə  və  Arxeologiyada  Təbii 
Boyaqlar  (DHA)  Konfransının  30-31  oktyabr  2014-cü  il 
tarixdə Böyük Britaniyanın Qlazqo (Şotlandiya) şəhərində 
keçirilməsi elan olunub.


Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə