Ntizamın Gücü Brian Tracy



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix01.10.2023
ölçüsü1,53 Mb.
#125227
1   ...   15   16   17   18   19   20   21   22   23
Brayan-Treysi-Bəhanələrə-Yox

"İnsanlar şəraiti yaxşılaşdırmaq üçün narahat olduqları 
halda özlərini yaxşılaşdırmaq haqda düşünmürlər. Əziyyətdən 
qorxmayan adam mütləq qarşısına qoyduğu məqsədə nail ola-
caqdır. " 
Ceyms Allen 
Bütün daxili resurslarınızı inkişaf etdirmək və po-
tensialınızı üzə çıxarmaq üçün güclü daxili-intizam tələb 
olunur. Bütün dövrlərdə bütün dinlərdə ən başlıca insan 
nailiyyəti sakin beyin olmuşdur. Beyninizin sakitliyinə 
nail olmaq bacarığı sizin uğur və xoşbəxtliyinizin müəy-
yənedicisidir. Daxilən zənginləşmək və şəxsiyyət kimi ye-
tişmək üçün düşüncə, hissiyyat və hərəkətlərinizə daim 
daxili-intizam və özünüidarə tətbiq etməlisiniz. Mənəvi 
yetkinlik, daxili sakitlik və həqiqi sevinc hissini yaşamaq 
üçün güclü intizam tələb olunur.
Xarici uğur, Daxili uğura qarşı. 
Xarici aləmdə uğur qazanmaq üçün, özünüzü diq-
qətli olmağa, işinizə məsuliyyətlə yanaşmağa, daha yaxşı 
olmağa vadar etməlisiniz. Daxili aləmdə uğur qazanmaq 
üçün isə bunların demək olar tam əksi lazımdır. Budda 
təliminə əsasən insanın xoşbəxt olmasına mane olan əsas 
amil "bağlılıqdır". İnsanlar müəyyən bir ideyaya, fikirə və 
maddi varlıqlara bağlanır və daha onlardan ayrıla bilmir. 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
256 
Bu bağlılıq onların fiziki və psixoloji xəstəliklərinə də sə-
bəb ola bilir. Özünüzü bu bağlılıqdan azad etdikdə onun-
la bağlı neqativ hisslər də yoxa çıxır.
Haqlı olmaq ehtiyacı. 
İnsanların çoxu güclü haqlı olmaq istəyinə malikdir-
lər. Lakin haqlı olub-olmamaq haqda narahat olmaqdan 
vaz keçdikdə bununla bağlı neqativ emosiyalar da itir. 
Doktor Cerald Janpolski dahi sual vermişdi: "Haqlı olmaq, 
yoxsa xoşbəxt olmaq istəyirsiniz?" 
Bəzi insanlar kimdənsə öyrəndikləri siyasi mövqelə-
ri və ya dini inanclarına dair çox ehtiraslı olurlar. Qısa 
müddətə olsa da bu inamları kənara qoyduqda onlar öz 
əhəmiyyətini və düşüncəniz üzərindəki hakimiyyətini iti-
rir.
Müxtəlif siyasi və dini baxışları olan dostlarım var-
dır. Çox zaman bu baxışları sadəcə kənara qoymaqla bir-
likdə vaxtımızı çox yaxşı keçiririk. Fikir ayrılığına malik 
olduğumuz məsələləri şüurlu şəkildə kənara qoyur və 
əvəzində həmfikir olduğumuz məsələləri ortaya çıxarıb 
onları müzakirə edirik.
Heç kimi nəyəsə görə ittiham etməyin. 
Neqativ emosiyalar və daxili sakitliyin pozulması-
nın əsas səbəbi günahlandırmadır. Kitabın əvvəlində 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
257 
qeyd etdiyim kimi, günahlandırılası bir adam və ya bir 
şey olmadan neqativ hisslərə malik olmaq mümkün deyil.
Günahlandırma, iki faktor tələb edir. Birincisi, mü-
əyyənləşdirmədir. Bu, nəyisə şəxsi məsələ kimi qəbul et-
dikdə baş verir. Siz bununla müəyyənləşdirirsiniz. Kimin-
sə sizin şəxsi maraqlarınıza toxunduğunu düşündükdə 
dərhal həmin adama əsəbiləşir və onu günahlandırırsınız. 
İşə tələsən və ya həyat yoldaşı ilə dalaşıb evdən acıqlı çı-
xan yad bir adam sizin yolunuza çıxıb qəza şəraiti yara-
dırsa dərhal həmin adama əsəbiləşir və onu günahlandı-
rırsınız, çünki onun hərəkətini şəxsi məsələ kimi qəbul 
edirsiniz. Lakin özünüzü, bu cür məsələləri şəxsi-qərəzlik 
kimi götürməməyə vadar etdikdə bu məsələ ilə bağlı ne-
qativ emosiyalar yox olur. Misal üçün kimsə sizin yolu-
nuza girib qəza şəraiti yaradarkən öz-özünüzə deyin: 
"Vay, vay, yazıq yəqin ki, işə gecikir..." Bunu deyən kimi 
hadisə və həmin sürücü ilə bağlı mənfi emosiyalar dərhal 
məhv olur, siz özünüzü sakit, rahat və asudə hiss edir-
siniz.
İztirablarınıza son qoyun. 
Günahlandırmanın ikinci səbəbi bəraət qazandır-
maqdır. Bu, özünüzə və ya digərlərinə nə üçün bu situ-
asiyada acıqlı və ya yüklənmiş olduğunuzu sorduqda baş 
verir. Çox adam öz iztirablarına vurğun olur. Keçmiş 
problemləri həyatlarının əsas hissəsi olur. Daima bu 
haqda düşünürlər. Gecə-gündüz nə vaxtsa onları "incit-
miş" indi isə yanlarında olmayan insanlarla "mübahisə" 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
258 
edərək dolaşırlar. İstənilən adamla istənilən mövzulu söh-
bət zamanı iztirablarını yeri gəldi-gəlmədi ortaya atır və 
uzun-uzadı bu haqda danışırlar. Baş vermiş hadisəni, ona 
qarşı pis hərəkət etmiş adamı ətraflı təsvir etməkdən və 
özlərinin nə qədər əzabkeş olduqlarını dönə-dönə vurğu-
lamaqdan həzz alırlar.
Baş vermiş hadisəyə görə günahkar şəxsi bağışla-
dıqda və həmin hadisəni unutduqda onunla bağlı neqativ 
hisslər də yoxa çıxır.
Bağışlamağı bacarın. 
Mənəvi inkişafda daxili-intizam tətbiqinin pik nöq-
təsi bağışlamağı bacarmaqdır. Bağışlama Qanununa əsa-
sən: "mənəvi və emosional sağlamlıq dərəcəniz, sizi incit-
miş birini nə dərəcədə bağışlaya bilməyinizdən asılıdır." 
Siz özünüz də daxil olmaqla hər kəs nə vaxtsa, kəskin tən-
qidə, neqativ münasibətə, mədəniyyətsiz rəftara, ədalət-
sizliyə və satqınlığa məruz qalmışdır. Sözsüz ki, bunlar 
arzuolunmaz hallardır, lakin insan cəmiyyətində onlar-
dan yayınmaq mümkün deyil. Bütün bunlardan yayınma-
ğın yeganə yolu mağarada tək-tənha yaşamaqdır.
Neqativ hal yaşadıqda özünüzə yalnız bir sual ver-
məlisiniz: "Bunu unudub rahat həyatıma qayıtmaq üçün 
mənə nə qədər vaxt lazım olacaq?" Sualın cavabını yalnız 
özünüz qəbul etdiyiniz qərar əsasında verə bilərsiniz. Hə-
qiqi xoşbəxtlik əldə etmək üçün bu cür qərarlar ən vacib 
qərarlardır. Bundan başqa, bu sizin mənəvi intizamınız 
üçün əsl imtahandır.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
259 
Unutma əyrisi.
Hər bir insanın "Unutma əyrisi" və ya "Bağışlama 
əyrisi" vardır. Bu əyri sizin neqativ hadisəni nə qədər tez 
bağışlamaq və unutmaq bacarığınızı ölçür və mənəvi sağ-
lamlığınızı müəyyən edir.
Zaman və neqativ hadisə xətlərindən ibarət qrafik 
təsəvvür edin. Şaquli xətdə məruz qaldığınız neqativ 
emosiyalar və ya hadisələr, üfüqi xətdə isə aylar və illər 
göstərilir. Bu qrafikdə üfüqi xətt üzrə düz uzanan və ya 
qalxıb enən əyri ola bilər. Düz xətt, sizin hər hansı bir 
neqativ emosiyadan aylar və hətta illərlə qurtula bilmə-
məyinizi göstərir. Bəzi insanlar hətta illər öncə valideyn-
lərinin dediyi sözə və ya etdiyi hərəkətə görə hələ də 
acıqlı olurlar. Bundan başqa onlar sizinlə görüşən kimi bu 
hadisə haqda danışmağa başlayırlar. Neqativ emosiyalar-
dan əziyyət çəkən insanlarla işləyən psixoloqlar pulu 
səbirli olduqları üçün alırlar. Müştərilərin əsas söhbəti nə 
vaxtsa onları incitmiş insan və ya hadisə haqda və bunun 
onları bu gün də nə qədər incitdiyini danışmaq olur.
Adlayın və həyatınıza davam edin. 
Sağlam və xoşbəxt adamlar isə qrafikdə üzü aşağı 
istiqamətlənmiş xəttə malik olurlar. Onlar da digərlərinin 
məruz qaldığı çətinlik və problemləri yaşayırlar, lakin 
çoxlarından fərqli olaraq onlar özlərini, mümkün qədər 
tez bağışlamağa və unutmağa vadar edə bilirlər. Problem-
ləri və neqativ hissləri özləri ilə daşımaqdan vaz keçirlər. 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
260 
Fikirlərini onları xoşbəxt edən şeylər üzərində cəmləyirlər. 
Mənəvi rahatlığın sirri bağışlamaq intizamıdır. Zehni sa-
kitliyə yalnız sizə qarşı pis hərəkət etmiş insanları bağışla-
maq intizamına adət etməklə nail olmaq olar.
Bağışlamaq eqoistlikdir. 
Bəzi insanlar bağışlamanı yalnış anlayırlar. Onlar 
kimisə bağışlamağın həmin vəziyyətlə barışmaq və ya 
hətta alqışlamaq olduğunu düşünürlər. Əslində isə tam 
əksinədir. Bağışlamaq tam eqoistlikdir. Bunun qarşı tərə-
fə qətiyyən dəxli yoxdur. Bir kəsi bağışlamaqla siz yalnız 
özünüzü azad etmiş olursunuz və bu yükü daşımaqdan 
imtina edirsiniz.
Sizin heyrətamiz beyniniz var. Olduqca ağıllı və 
fərasətlisiniz. Siz beyninizi xoşbəxt və şən olmaq üçün öz 
xeyrinizə və ya öz əleyhinizə işlədə bilərsiniz. Beyninizi 
öz xeyrinizə, insanları bağışlamaq üçün səbəb axtarmaqla 
işlədə bilərsiniz. Hansısa bir hadisəni şəxsi məsələ qəbul 
etmək, məqsədyönlü şəkildə sizin əleyhinizə yönəldiyini 
sübut etmək üçün dəlillər axtarmaq əvəzinə intellektinizi 
işə salaraq cavabdehlik götürün və neqativ emosiyaları 
dağıdın.
Cavabdehlik götürün və bağışlayın. 
Cavabdehliyi öz üzərinizə götürüb baş vermiş hadi-
səyə görə insanları bağışladıqda özünüzü tam azad etmiş 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
261 
olursunuz. Bütün neqativ emosiyalarınız itir. Neqativ 
emosiyaların yerini daxili sabitlik, rəvanlıq, məhəbbət, 
xoşbəxtlik və sevinc tutur. 
Bağışlamaq üçün daim daxili-intizam tətbiq etmək 
heyrətamiz nəticələr verir. Xoşbəxtliyinizə mane olan si-
tuasiyadan azad olmaq üçün daxili-intizam, özünüidarə 
və iradənizdən istifadə etdikdə həyatınız heyrətamiz şə-
kildə gözəlləşir.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
262 
Tapşırıq: 
1.
Bağışlama testi edin: Haqlı olmaq, yoxsa xoşbəxt ol-
maq istəyirsiniz? 
2.
Nə vaxtsa sizi incitmiş bir adamı yadınıza salın və hə-
min hadisənin neqativ emosiyalarından azad olmaq 
üçün onu etdiyi əmələ görə bağışlayın.
3.
Günahlandırma və ya əsəbiləşməyinizə haqq qazandır-
mamaq üçün səbəblər tapın və əvəzində cavabdehliyi 
öz üzərinizə götürmək üçün intellektinizdən istifadə 
edin. 
4.
Zehni sakitliyi qarşınıza məqsəd qoyun və sizi bundan 
yayındıran mənfi emosiyaları özünüzdən kənarlaşdı-
rın.
5.
Hər səhər, gününüzü ruh yüksəkliyi yaradan bir şey 
oxumaqla başlayın. Bu adət həyatınızı dəyişəcək.
6.
Bu andan etibarən hadisələri şəxsi məsələ kimi qəbul 
etməkdən imtina edin. Bunun beş ildən sonra nə mə-
nası olacağını düşünün. 
7.
Pul və digər material varlıqlara bağlılıqdan azad ol-
maq üçün Budda metodundan istifadə edin.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
263 
MÜNDƏRİCAT 
Giriş: Daxili-İntizam Möcüzəsi..............................................6 
Bu kitab kimin üçündür........................................................10 
Qarşıya çıxan imkan uğurun
səbəbini müəyyən edir.....................10 
İki ən qatı düşməniniz ..........................................................11 
Özünüzə nəzarət edin...........................................................12 
Uzaqgörənliklə düşün...........................................................13 
Bu günün əyləncələri gələcəyin
ağrılarına çevrilə bilər.....................15 
Uğurun sadə müəyyənedicisi..............................................15 
Desertdən öncə Nahar..........................................................16 
Daxili intizam adəti...............................................................17 
Böyük gəlir.............................................................................18 
Bu kitab necə yazılmışdır.....................................................19 
I KİTAB 
Daxili İntizam və Şəxsi müvəffəqiyyət.................21 
I HİSSƏ: Daxili-İntizam və Uğur........................................22 
II HİSSƏ:Daxili-İntizam və Xarakter.................................36 
III HİSSƏ:Daxili-İntizam və Cavabdehlik........................50 
IV HİSSƏ:Daxili-İntizam və Məqsədlər............................63 
V HİSSƏ:Daxili-İntizam və Şəxsi mükəmməllik.............77 
VI HİSSƏ:Daxili-İntizam və Cəsarət................................101 
VII HİSSƏ:Daxili-İntizam və İnadkarlıq.........................114 
II KİTAB 
Biznes, Satış və Maliyyə işlərində Daxili –
İntizamın tətbiqi...............121 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
264 
VIII HİSSƏ:Daxili-İntizam və İş........................................122 
IX HİSSƏ:Daxili- İntizam və Liderlik...............................137 
X HİSSƏ:Daxili-İntizam və Biznes....................................147 
XI HİSSƏ:Daxili-İntizam və Satış......................................157 
XII HİSSƏ:Daxili-İntizam və Pul.......................................168 
XIII HİSSƏ:Daxili-İntizam və
Vaxtın idarə edilməsi.......................179 
XIV HİSSƏ:Daxili-İntizam və
Problem həll etmə............................189 
III KİTAB 
Daxili-İntizam və Yaxşı həyat...............................198 
XV HİSSƏ:Daxili-İntizam və Xoşbəxtlik..........................199 
XVI HİSSƏ:Daxili-İntizam və Şəxsi sağlamlıq................203 
XVII HİSSƏ:Daxili-İntizam və
Fiziki hazırlıq..................................212 
XVIII HİSSƏ:Daxili-İntizam və Evlilik.............................219 
XIX HİSSƏ:Daxili-İntizam və Uşaqlar..............................231 
XX HİSSƏ:Daxili-İntizam və Dostluq...............................244 
XXI HİSSƏ:Daxili-İntizam və
Beyninizin Sakitliyi..........................255 

Document Outline


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə