Ntizamın Gücü Brian Tracy



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix01.10.2023
ölçüsü1,53 Mb.
#125227
1   2   3   4   5   6   7   8   9   ...   23
Brayan-Treysi-Bəhanələrə-Yox

köçür və orada torpaq sahəsi alıb 3 milyon dollarlıq ticarət mər-
kəzi tikir və onu nəhəng əmlak konqlomeratına satır və özü də 
həmin şirkətdə işləməyə başlayır. 1978 – ci ildə, 265 milyon dol-
larlıq kapitala və qərbi Kanadada külli miqdarda əmlaka sahib 
olan Patrisiya Əmlak Şirkətinin İcraçı Direktoru olur. 1981 – 
ci ildə şirkət Fideliti İnvestment tərəfindən alındıqda Brayan 
şirkəti tərk edir və peşəkar biznes natiqi və treneri kimi müstəqil 
fəaliyyətə başlayır.
Yeni işin təşkilinə və planlaşdırılmasına sərf edilən bir 
ildən sonra Brayanın seminarlarına yüzlərlə və minlərlə insan 
gəlməyə başlayır. Onun amalı fərdi insanlara və biznesmenlərə 
öz məqsədlərinə tez və asan yolla nail olmağı öyrətmək olur. 
Uğur və nailiyyətə dair audio proqramları müxtəlif dillərə təcü-
mə edilir və bu sahənin ən çox satılan audio proqramları sıra-
sına daxil olur. 28 dilə tərcümə edilmiş audio proqramları mil-
yondan çox nüsxə ilə Avropa, Asiya, Amerika, Kanada və Latın 
Amerikasında satılır.
Brayan Treysi dünyanın 61 – dən çox ölkəsində 1000 – 
dən çox şirkətin beş milyona yaxın əməkdaşı üçün treninqlər 
keçirmişdir. Mativləşdirici natiq və seminar lideri kimi hər il 
250 mindən çox insanla ünsiyyətdə olur. Bu illər ərzində Bra-
yan Treysi, 28 dilə tərcümə edilmiş, bütün dünyada tanınan 
Nailiyyət Psixologiyası bestselleri də daxil olmaqla 500 – dən 
artıq audio və video proqram istehsal etmişdir.
Onun xidmətindən istifadə edən insanların sırasında, 
İBM, FedEx, Hewlett Packard, Caterpillar və PepsiCo kimi 
məşhur şirkətlərin yüksək səviyyəli menecer heyəti də vardır. 
Onun, “Liderlik”, “Satış”, “Biznes uğuru”, “İdarəçilik Effek-
ti”, “Məqsəd”, “Strategiya”, “Yaradıcılıq və Uğur Psixologiya-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 

sı” mövzusunda dolğun və dəyərli seminarlarının müsbət nəti-
cəsi özünü gözlətmir və uzun müddətli olur.
Muzdlu iş, satış, marketinq, investisiya, avtomobil ix-
racı, daşınmaz əmlak biznesi, distribyutorluq və menecer sahə-
lərində uzun müddətli təcrübə və təhqiqatlarına əsaslanan 55 
kitabı 42 – dən artıq xarici dilə tərcümə edilmiş və 60 – dan çox 
ölkədə satılmaqdadır. Brayan Treysi şəxsi inkişaf və biznes 
uğuru sahəsində ən yaxşı trenerlərdən hesab olunur.
Mükafatları: 
2009 – cu il « Tvitterdə ən yaxşı məzmuna görə » mükafat 
2010 – cu il « Ən yaxşı kitaba görə Harold Lonqmən » mükafatı 
2011 – ci il « Milli Bestseller Müəllifi » mükafatı
2011 – ci il « Məsləhət Ustası » mükafatı 
2012 – ci il “Kiçik Biznes Məsləhətçisi” mükafatı 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 

Giriş 
Daxili-İntizam Möcüzəsi. 
“Uğursuzluq üçün minlərlə bəhanə olduğu halda bircə dənə də 
olsun real səbəb yoxdur". 
 
 
Mark Tven. 
Nə üçün bəziləri digərlərindən daha uğurlu olur? 
Nə üçün bəziləri yaşanan eyni illər ərzində digərlərindən 
daha çox pul qazanir, həyatlarını daha xoşbəxt yaşayır və 
ümumiyyətlə, həyatda daha çox şeyə nail olurlar? Uğu-
run “əsl sirri” nədir? 
Mən, adətən, seminarlarımı belə bir sualla başlayı-
ram:" Kim öz gəlirini iki dəfə artırmaq istərdi?" 
Demək olar, hamı gülümsəyərək əlini qaldırır.
Sonra növbəti sual:
-Kim artıq çəkidən azad olmaq istərdi? Kim borclar-
dan azad olmaq, maliyyə müstəqilliyi əldə etmək istərdi? 
Yenə də hamı gülümsəyir və həvəslə əlini qaldırır. 
Onda mən deyirəm: 
-Çox gözəl! Biz hamımız bu gözəl istəklərə malikik. 
Daha cox pul qazanmaq, ailəmizə daha çox vaxt sərf et-
mək, sağlam olmaq və maliyyə mütəqilliyi əldə etmək 
istəyirik. Biz nəinki sadəcə bu istəklərə malikik, hətta on-
lara nail olmagın yollarını da bilirik. Və nə vaxtsa qol çır-
mayıb həmin işləri görmək məramındayıq. Amma qolu-
muzu çırmayıb işə girişməzdən öncə tətil götürüb, “Nə 
vaxtsa” adlı gözəl tropik adaya istirahətə getməyi qərara 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 

alırıq. “Nə vaxtsa filan kitabı oxuyacağam. Nə vaxtsa 
məqsədimə nail olmaq üçün lazim olan işləri görəcəyəm. 
Nə vaxtsa...” Əhalinin 80%-i “Nə vaxtsa adası”nda yaşa-
yır. “Nə vaxtsa” görəcəkləri işlər və əldə edəcəkləri nai-
liyyətlər haqda düşünür, xəyallar qurur. 
-Bəs onların “Nə vaxtsa adası”ndakı qonşuları kim-
lərdir?
-‘‘Nə vaxtsa adası”nın digər sakinləri!
-Bəs bu adadakı əhalinin əsas söhbət mövzusu nə-
dir? 
-Bəhanələr!
Onlar bir yerə toplaşıb, bu adada olmaqlarına müx-
təlif bəhanələr gətirirlər. “Niyə buradasan?”- deyə bir-bi-
rilərindən soruşurlar. Və bu suala verilən cavabların oxşar 
olmaları hec də təəccüblü deyil. “Uşaqlığım pis keçdiyin-
dən...”, “Yaxşı təhsil almadığımdan....”, “Başlanğıc kapi-
talım olmadığından”, “Mənim bosum pis adamdır...”, 
“Kimsə məni həvəsləndirmir...” və ya “İqtisadiyyat bər-
bad vəziyyətdədir...” 
Onların hər biri, uğur üçün öldürücü təsirə malik 
“bəhanə” xəstəliyinə tutulublar. Onlar hamısı xoş məram-
lıdırlar, amma necə deyərlər, “Cəhənnəmin yolu xoş mə-
ramla salınmışdır.”
Uğurun birinci qaydası çox sadədir: adanı tərk et! 
Bəhanələrə son qoy! İşi ya gör, ya da görmə, amma 
bəhanə gətirmə. Beynini fəaliyyətsizlik üçün müxtəlif bə-
hanələr uydurmağa sərf etməyi dayandır. Nə isə et. Bir iş 
gör. İşə başla. Özün üçün təkrar et: “Görüləcək iş, sadəcə, 
məndən asılıdır!” 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 

Ugursuzlar bəhanə gətirir, qaliblər isə inkişaf edir.
Gətirdiyiniz bəhanənin tutarlı və ya dəyərli olmasını necə 
müəyyən edə bilərsiniz? Çox sadə, ətrafıniza baxın və so-
ruşun:“Mənim gətirdiyim səbəbi gətirən uğurlu adam 
varmı?” Özünüzə qarşı səmimi olsanız görərsiniz ki, eyni 
şəraitə düşmüş yüz minlərlə, hətta milyonlarla adam var 
ki, heç bir çətinliyə baxmayaraq öz həyatlarını dəyişmiş 
və uğur qazanmışlar.Əgər cəhd etsəniz, milyonların edə 
bildiyini siz də edə bilərsiniz. 
Deyirlər, insan, bir işə bəhanə gətirməyə sərf etdiyi 
qədər enerjini səmərəli bir işə sərf etsə, aldığı nəticə özü-
nü belə təəccübləndirər. Amma öncə adanı tərk etməlisi-
niz!
Çox az adam start xəttindən müəyyən üstünlüklərlə 
tərpənir. Şəxsən mən ali təhsil almamışam. Bir neçə il fizi-
ki işdə işləmişəm. Məhdud təhsil, məhdud qabiliyyətlər 
və məhdud gələcəyə malik idim. Və sonra sual verdim: 
“Nə üçün bəziləri digərlərindən daha uğurlu olur?” Bu 
sual həyatımı dəyişdi. Uğur və nailiyyətə aid minlərlə ki-
tab və məqalə oxudum. Sanki nailiyyət əldə etməyin yol-
ları, 2000 il ərzində bütün mümkün vasitələrlə müzakirə 
edilmiş və yazılmışdır. Bütün filosof, müəllim və eksper-
tlərin qeyd etdiyi vacib bir keyfiyyət var – daxili intizam. 
Bəhanə kamfortuna müqavimət göstərmək üçün məhz 
intizam tələb olunur. Demək, adanı tərk etmək üçün sizə 
intizam lazımdır. Məhz parlaq gələcəyin açarı budur-
intizam, bunsuz heç bir uğur dayanıqlı olmaz.
Daxili intizamın aşılanması mənim həyatımı dəyişdi 
və sözsüz ki, sizinkini də dəyişəcək. Özümdən daima da-
ha artığını tələb etməklə mən əvvəlcə satışda sonra isə 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 

idarəçilikdə uğurlar qazandım. Təhsilimi davam etdir-
dim, otuz yaşımda, ağır zəhmət və kitabxanalarda minlər-
lə saat sərfi tələb edən magistr dərəcəsinə yiyələndim. Ka-
nadada ilk Suzuki importçusu oldum, altmış beş diller 
məntəqəsi açdım, 25 milyon dollarlıq avtomobil satdım 
və bütün bunları avtomobil sənayesindən heç bir şey an-
lamadığım halda edə bildim. Cünki mənim daxili intiza-
mım və lazım olan bilikləri əldə etmək məqsədim güclü 
idi.
Daşınmaz əmlak bazarına qoşularkən, bu sahə haq-
da heç bir məlumatım və təcrübəm yox idi, sadəcə əvvəlki 
işlərdə aşılanmış daxil intizamım var idi. Sonralar mən, ti-
carət mərkəzləri, sənaye şəhərcikləri və ofis binaları ilə 
məşğul olmağa başladım.
Daxili intizam hesabına, treninq, konsultasiya, na-
tiqlik və satış sahəsində uğurlu biznes qurdum. Audio və 
video proqramlarım, kitablarım, seminar və treninq proq-
ramlarım otuz altı dilə tərcümə edilərək əlli dörd ölkədə 
yayıldı və 500 milyon dollardan çox gəlir gətirdi. Mindən 
çox şirkətə konsultasiyalar verdim,seminarlarımda 5 mil-
yondan artıq insan iştirak etdi. Bütün bu uğurlarımın əsa-
sında isə daxili intizam dayanırdı. Kəşf etdim ki, qarşıya 
qoyulan istənilən məqsədə nail olmaq olar, yetər ki, onun 
haqqını ödəmək və heç vaxt ruhdan düşməmək üçün da-
xili intizam olsun. 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
10 
Bu kitab kimin üçündür. 
Bu kitab, ambisiyalı və həyatda mümkün olan hər 
şeyi əldə etmək istəyən məqsədyönlü insanlar üçün yazıl-
mışdır. Daha çox nailiyyət əldə etmək və əvvəlkindən da-
ha uğurlu olmaq istəyi ilə alışıb yanan insanlar üçün ya-
zılmışdır.
Uğurun ən əsas və vacib sirri, fərqli bir insan ol-
maqdır. Nailiyyətləriniz, əldə etdiyiniz material varlıqlar-
dan daha çox şəxsiyyətinizin necə olmasıdır ki, sizi 
digərlərindən fərqləndirən və daha uğurlu edən də məhz 
bu olacaq. Daxili intizamın formalaşdırılması, sizi uğura 
aparan yoldur.
Bu kitab sizin böyük işlər görən uğurlu adam olma-
ğınızda sizə bələdçilik edəcək.
Qarşıya çıxan imkan uğurun səbəbini
müəyyən edir. 
Bir neçə il öncə Vaşinqtonda keçirilən bir konfransın 
iştirakçısı idim. Nahar fasiləsi zamanı boş qalan sonuncu 
masanın arxasına əyləşdim. Bir neçə dəqiqə sonra, gözum 
masa axtaran yaşlı kişi və gənc qadına sataşdı. Əyləşdi-
yim masa dörd nəfərlik olduğundan əlimi qaldırıb onları 
masaya dəvət etdim. Kişi tərəddüd etsə də, mən israr 
etdim. Söhbət etməyə başladıq və məlum oldu ki, qarşım-
da oturan bu adam Kop Kopmeyerdir. Uğur və nailiy-
yətlər sahəsinin canlı əfsanəsi. Yazdığı dörd bestsellerin 
hər birində 250 uğur prinsipi vardır ki, bunlar da əlli illik 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
11 
təhqiqat və araşdırmalar nəticəsində aşkar edilmişdir. 
Mən bu kitabların dördünü də dəfələrlə oxumuşdum. Bir 
az söhbət etdikdən sonra mən, hər kəsin verəcəyi sualı 
verdim: “Müəyyən etdiyiniz 1000 uğur prinsipindən han-
sını ən vacib hesab edirsiniz?” O mənə baxıb gülümsədi 
və gözlərinin qəribə şəkildə parlamasında anladım ki, ona 
bu sualı verən ilk adam deyiləm. Heç düşünmədən cavab 
verdi: “Uğurun ən vacib prinsipi, hələ 20-ci əsrin əvvəllə-
rində Amerikanın ən məhsuldar yazıçılarından biri olan 
Elbert Habbart tərəfindən qeyd edilmişdir: Daxili inti-
zam, istəyinizdən asılı olmayaraq, lazım olan işi görmək 
bacarığıdır. Təhsilim və təcrübəm sayəsində aşkar etdi-
yim yerdə qalan 999 prinsip daxili intizam olmadan işə 
yaramaz.” 
Beləliklə, daxili intizam şəxsi inkişafın açarıdır. Bu, 
bütün qapıları açan və hər şeyi mümkün edən möcüzəli 
xüsusiyyətdir. Daxili intizam hesabına orta səviyyəli ad-
am, istedad və ağlının imkan verdiyi qədər sürətli inkişaf 
edə bilər. Lakin bu xüsusiyyətə malik olmayan, ən ağıllı, 
savadlı və bacarıqlı adam belə orta səviyyədən yuxarı 
qalxa bilməz.
İki ən qatı düşməniniz. 
Daxili intizamın varlığı uğur təminatçısı olduğu ki-
mi, onun yoxluğu da uğursuzluğun əsas səbəbidir. Onun 
yoxluğu bizi bəhanələr gətirməyə və özümüzü ucuz sat-
mağa vadar edir. Uğur, xoşbəxtlik və nailiyyətin iki ən 
qatı düşməni, Az müqavimətli yol və Səmərə Faktorudur. 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
12 
Az müqavimətli yol, insanları istənilən vəziyyətdə 
daha asan olana qaçmağa vadar edən amildir. Biz hər bir 
işdə kəsə yol axtarırıq. İşə son dəqiqədə gəlirik və saat 
tamam olan kimi ofisi tərk edirik. Asan qazanc və tez var-
lanmaq yolları axtarırıq. Zamanla, zəhmət tələb edən la-
kin uğur üçün lazımlı işləri görmək əvəzinə asana qaçma-
ğa adət edirik.
Səmərə Faktoru isə Az müqavimətli yolun başqa bir 
forması olub, uğursuzluğa səbəb olaraq daha böyük fə-
sadlar törədir. Bu prinsipin məğzi: insanlar istədiklərinə 
nail olmaq üçün daha asan və qısa yollar axtararaq hərə-
kətlərinin nəticəsinin gələcəkdə nəyə səbəb olması haqda 
qətiyyən narahat olmurlar. Başqa sözlə, insanlar, lazım 
olanı etmək əvəzinə, asan, maraqlı və səmərəli görünəni 
edirlər.
Hər gün və hər dəqiqə bizim daxilimizdə, lazımlı, 
düz, amma çətin olan işi görməklə, daha asan, maraqlı və 
heç bir faydası olmayan işi görmək arasında mübarizə 
gedir. Əldə edə biləcəyimiz uğurları qazanmaq istəyimiz 
həqiqidirsə, onda hər gün və hər dəqiqə Az müqavimətli 
yola tərəf axının qarşısını alaraq, özümüzü lazım olan işi 
görməyə vadar etməklə daxilimizdəki mübarizəni udma-
lıyıq.
Özünüzə nəzarət edin. 
Daxili intizamın başqa adı özünə nəzarətdir. Uğura 
yalnız öz emosiyalarımıza, iştahımıza və sapmalarımıza 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
13 
nəzarət etməklə nail olmaq olar. Özünə nəzarət edə bil-
məyən insan zəif və bütün aspektlərdə etibarsız olur.
Daxili intizam özünüidarə kimi də ifadə oluna 
bilər. Özünü idarə etmək qabiliyyəti - danışığının və hərə-
kətlərinin əsas məqsədinə uyğun idarə edilməsi uğurlu 
adamlara xas xüsusiyyətdir.
İntizam, həmçinin özünə etiraz da adlandırıla bilər. 
Bu, qarşınıza qoyduğunuz məqsədə doğru aparan lazımlı 
işləri görərək asan yolu seçməyə qarşı etiraz etməkdir. 
Gələcəkdə daha böyük nailiyyətlərdən həzz almaq 
üçün indiki məmnuniyyətlərin təxirə salınması bacarığı 
daxili intizamın tələbidir.
Uzaqgörənliklə düşün. 
Harvard universitetinin sosioloqu doktor Edvard 
Banfild Amerika sosioiqtisadiyyatinin mobilizə edilməsi 
məqsədi ilə əlli illik təhqiqat aparmişdır. Və bu təhqiqat-
dan sonra belə bir nəticə çixarmişdir ki, böyük uğur əldə 
etmiş insanların hamısı üçün əsas səciyyəvi cəhət - gələ-
cək perspektivi görmək - bacarığıdır. Banfild, “zaman 
perspektivini”, “şəxsin indiki addımlarını hansı gələcəyə 
hesablayıb atması” kimi izah etmişdir. Başqa sözlə, ən 
uğurlu insanlar, uzaqgörənliklə düşünən insanlardır. On-
lar necə gələcək istədiklərini, hansı nailiyyətlərə can at-
diqlarını müəyyən etmək üçün bacardıqları qədər uzaga 
baxırlar. Onlar həmin bu məqsədləri nəzərə alaraq bu gün 
müəyyən işləri görmək, müəyyən işlərdən isə imtina et-
məyi qərara alırlar.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
14 
Uzaqgörənliklə düşünmək praktikası isə karyeraya, 
şəxsi münasibətlərə, evliliyə və pula tətbiq edilir ki, qarşı-
dakı hissələrdə bunları ətraflı müzakirə edəcəyik. Uğurlu 
adamlar, indiki fəaliyyətlərinin gələcəkdə əldə etmək istə-
dikləri nailiyyətlərinə uyğun olmasını təmin edirlər. On-
lar daim şəxsi intizama riayət edirlər.
Yəqin ki, uzaqgörənliklə düşünmədə ən önəmli söz 
qurban verməkdir. Uğurlu insanlar ömürləri boyu gələ-
cək böyük nailiyyətlər naminə bugünkü cılız mükafatlar-
dan imtina edirlər.
Qurban vermək bacarığını gunlərlə, aylarla, hətta il-
lərlə kiçik əyləncələri qurban verib vaxtlarını, uğurlu gə-
ləcək qurmaq üçün vacib olan şəxsi inkişaflarına və təhsil-
lərinə sərf edən insanlarda görə bilərsiniz.
Lonqfellou bir dəfə yazmışdır: 
“Uca zirvələr güclü insanlar tərəfindən, 
Edilməmişdir fəth qəfil sıçrayışlarla. 
Yatarkən digərləri şirin yuxuda, 
İrəliləyirdilər onlar gecələri də.” 
Sizin bu gün planlaşdırmaq və zəhmət çəkmək ba-
carığınız əyləncəli olmasa da, lazım olan işləri görmək 
intizamınız uğurlu gələcəyinizin açarıdır. Uzaqgörənliklə 
düşünmək bacarığı inkişaf etdirilə bilən xüsusiyyətdir. Bu 
bacarığınızı inkişaf etdirdikcə, bugünkü hərəkətlərinizə 
tam nəzarət edə bildiyinizdən, gələcəyinizin nə qədər 
uğurlu olacağını daha dəqiqliklə deyə biləcəksiniz. Bu 
fərqli düşünənlərin xüsusiyyətidir. 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
15 
Bu günün əyləncələri gələcəyin ağrılarına
çevrilə bilər. 
Daxili intizama əməl etmədikdə iki qanunun qurba-
nı olursunuz. Birincisi “Gözlənilməyən nəticə”dir. Bu qa-
nuna görə, “Uzaqgörənlik bacarığının çatışmazlığı üzün-
dən hər hansısa bir hərəkətin gözlənilməyən nəticəsi göz-
lənilən nəticəsindən dəfələrlə pis ola bilər.” İkinci qanun 
“Yanlış nəticə”dir və bu qanuna görə, dərhal qazanılacaq 
mükafata yönəldilmiş hərəkət gələcəkdə səhv və ya göz-
lənilməyən nəticələr verə bilər. Misal üçün biz, daha yaxşı 
olmaq və xoşbəxt gələcək qazanmaq üçün vaxt, zəhmət 
və pul yatırımları edirik. Amma ev tapşırığını etməyə 
lazımi diqqət və zəhmət sərf etmədiyimizdən nəticə göz-
lədiyimizin əksinə olur və hətta tam fəaliyyətsizliyimiz-
dən də pis olur. Belə bir halı demək olar hər kəs dəfələrlə 
yaşayıb.
Uğurun sadə müəyyənedicisi. 
Tanınmış biznesmen Herbert Qrey, “Uğurun sadə 
müəyyənedicisi” adlandırdığı uzun illik təhqiqat apar-
mışdır. On bir illik təhqiqatın sonunda belə bir nəticəyə 
gəlmişdir ki, “Uğurun ən sadə müəyyənedicisi, uğurlu 
adamların, uğursuz adamların sevmədiyi işləri özləri 
üçün adətə çevirmələridir”. Bəs bu işlər nədir? Uğursuz 
adamların sevmədikləri işlər elə uğurlu adamların da sev-
mədiyi eyni işlərdir. Sadəcə, fərq ondadır ki, uğurlu 
adamlar gələcək nailiyyətlər üçün həmin işləri görməyin 
Примечание [E41]: 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
16 
vacibliyini dərk edir və özlərini buna məcbur edə bilirlər. 
Qrey, həmçinin müəyyən etmişdir ki, uğurlu adamlar 
ürəyəyatan nailiyyət haqda düşündükləri halda, uğursuz 
adamlar ürəklərinə yatan vasitə haqda düşünürlər. 
Motivasiya natiqi Denis Voltey qeyd etmişdir ki, 
yüksəkdə olan uğurlu adamlar “gələcək nailiyyət”lərə hə-
dəflənmiş hərəkətlərə, adi adamlar isə gərginliklərini 
götürəcək, asan hərəkətlərə meyl edirlər.
Desertdən öncə Nahar. 
Daxili intizamın ən sadə qaydası “Naharı desertdən 
öncə yemək”dir. Nahar, zamanı sadə qanunauyğunluq 
var: desert ən sonda yeyilir. Öncə əsas yeməklər yeyilir və 
boşqab boşaldılır və yalnız bundan sonra desert verilir. 
Adi adamlar arasında yanlışlığa səbəb olan deyim var: 
Həyat qısadır, öncə deserti ye! Təsəvvür edin, işdən evə 
gəlirsiniz və şam yeməyindən öncə iri bir şirniyyatı həzmi 
rabidən keçirirsiniz. Bundan sonra, sərf etdiyiniz enerjini 
bərpa etmək üçün zəruri olan qidaları qəbul etmək üçün 
iştahınız qalacaqmı? Şəkər dolu qarınla özünüzü necə 
hiss edəcəksiniz? Enerjinizi bərpa edəcək və hansısa məh-
suldar bir iş həvəsində olacaqsınızmı? Yoxsa, yorğunluq-
dan günü bitmiş elan edəcəksiniz? 
İşdən sonra yoldaşlarla bir-iki bakal pivə içdikdən 
sonra evə gedib televizorun qarşısındakı divanda otur-
duqda da eyni nəticəni alacaqsınız. Bunlar hamısı, sizin 
günün ikinci yarısını məhsuldar keçirməyinizə mane olan 
“desert”lərdir. Və bütün bunların ən pis tərəfi isə, tək-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
17 
rarlanan işlərin adətə çevrilməsidir. Adəti isə tərgitmək 
çox çətin olur. Asan yolu seçmək, əyləncəli olan işləri 
görmək və deserti birinci yemək adəti get-gedə güclənə-
rək mənəvi zəiflik və uğursuzluğa səbəb olur. 
Daxili intizam adəti. 
Xoşbəxtlikdən siz, özünüzə daxili intizam adəti aşı-
laya bilərsiniz. Xoşunuza gəlib-gəlməməyindən asılı ol-
mayaraq özünüzü lazım olan işi lazım olan vaxtda gör-
məyə vadar etməklə, daxili intizamınızı daim məşq etdir-
məklə onu daha da gücləndirə bilərsiniz. Bəhanələr tap-
mağa son qoyacaqsınız.
Pis adətlərə alışmaq asan, onlarla yaşamaq isə çətin-
dir. Yaxşı adətləri isə aşılamaq çətin onlarla yaşamaq isə 
asandır. Və Qoezin dediyi kimi “Hər iş asan olmazdan 
öncə çətin olur”. Daxili intizam və özünə nəzarət kimi 
adətlərə alışmaq çətindir, amma adət etdikdən sonra on-
lar avtomatikləşir və asan idarə olunur. Daxili intizam 
adəti xarakterinizə tam oturub, xüsusiyyətlərinizdən biri-
nə çevrildikdən sonra, siz intizamsızlığa yol verdikdə 
özünüzü narahat hiss etməyə başlayırsınız.
Ən yaxşı xəbər isə bütün adətlərin öyrənilə bilən 
olmasıdır. İstədiyiniz adam olmaq üçün sizə lazım olan 
istənilən adəti özünüzə aşılaya bilərsiniz. İstədiyiniz vaxt 
daxili intizamınızdan istifadə etməklə istədiyiniz şəxsiy-
yətə çevrilə bilərsiniz. Daxili intizamınızı gücləndirmək 
istiqamətində göstərdiyiniz hər bir səy sizin digər xüsu-
siyyətlərinizi də gücləndirir. Təəssüf ki, daxili intizamda 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
18 
göstərilən hər bir zəiflik də bütün digər xüsusiyyətlərin 
zəifləməsinə səbəb olur. 
Daxili intizamınızı gücləndirmək üçün, öncə müəy-
yən bir sahədə konkret necə rəftar edəcəyinizi qərara 
almalısınız. Və həmin sahədə tam intizama nail olmayana 
kimi hec bir kənaraçıxmaya – istisnaya yol vermirsiniz. 
Hər dəfə ayagınız büdrədikdə, yolunuzdan yayındıqda 
(bu isə mütləq baş verəcək) siz yenidən ayağa qalxıb yol-
unuza davam edərək daxili intizamınızı daha da güc-
ləndirəcəksiniz və sonunda sizin üçün intizamlı hərəkət 
etmək intizamsızlıq etməkdən daha asan olacaq.
Böyük gəlir. 
Yüksək daxili intizama yiyələnməyin gətirdiyi gəlir 
qeyri-adidir. Daxili intizam və özünü qiymətləndirmə 
arasında düz mütənasiblik var: 
-
özünüidarə və nəzarət bacarığınızı artırdıqca özünüzə 
olan hörmətiniz də artır. 
-
daxili intizamınızı artırdıqca özünüzlə fəxr edəcəksiniz. 
-
daha intizamlı olduqca özünüzü daha ucalarda görə-
cəksiniz. Özünüz haqda daha pozitiv düşünəcəksiniz. 
Özünüzü daha xoşbəxt və qüdrətli hiss edəcəksiniz.
Daxili intizam xüsusiyyətinin aşılanması bütün öm-
rün boyu davam edən uzun bir mübarizədir. Asan yola 
qaçmaq həvəsi daim alt şüurunuzda parlayacaq. O, sizi 
yalnış yola çəkmək, lazım olanı deyil, əyləncəli olanı seç-
məyə həvəsləndirərək daxili intizamınızı pozmaq üçün 
əlverişli məqam gözləyəcək.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
19 
Napaleon Hill, bestsellerə çevrilmiş kitablarından 
birini bu sözlərlə bitirmişdir: “Daxili intizam, sərvətin 
açarıdır”. Daxili intizam, özünü dəyərləndirməyin, özü-
nəhörmətin və fəxrin açarıdır. Daxili intizam, bütün çətin-
liklərinizi aşıb istədiyiniz xoşbəxt həyata nail olmağınızın 
qarantıdır.
Bəzi insanların digərlərindən daha xoşbəxt və zən-
gin olmaqlarının səbəbi daxili intizam aşılamaq bacarığı-
dır.
Bu kitab necə yazılmışdır. 
Qarşıdakı səhifələrdə mən, öz potensialınızdan isti-
fadə edib bacardığınız hər şeyi əldə etmək üçün daxili 
intizamın zəruri oldugu iyirmi bir sahəni şərh edəcəm. 
Daha asan istifadə olunması üçün bu kitab üç hissəyə 
ayrılmışdır.
Birinci hissə “Daxili intizam və şəxsi müvəffəqiy-
yət” adlandırılmışdır. Buradakı yeddi başlıqda siz, məq-
sədlər qoymaq, xarakterinizi gücləndirmək, daha məsuli-
yyətli olmaq, gördüyünüz hər bir işi dəqiqliklə sonuna 
çatdırmaq kimi xüsusiyyətlər də daxil olmaqla, şəxsi 
həyatınızda daxili intizamdan istifadə edərək şəxsi həya-
tınızın potensialını daha da artırmağı öyrənəcəksiniz.
İkinci hissənin yeddi başlığında isə, biznes, satış və 
şəxsi maliyyə məsələlərində indikindən dəfələrlə çox 
nailiyyətlər əldə etməyi öyrənəcəksiniz. Öz sahənizdə li-
der olmaq, biznesi daha məhsuldar idarə etmək, satış həc-
mini artırmaq, daha ağıllı yatırımlar etmək və vaxtınızı 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
20 
daha səmərəli idarə etməkdə daxili intizamın nə qədər və 
nə üçün vacib olduğunu öyrənəcəksiniz. 
Nəhayət üçüncü hissənin yeddi başlığında, daxili 
intizam sehrinin şəxsi həyata necə tətbiq edilməsini öyrə-
nəcəksiniz. Xoşbəxtlik, sağlamlıq, ailə, uşaq tərbiyəsi və 
dostluqda daxili intizamın tətbiq edilməsini öyrənəcəksi-
niz. Həyatınızın və bütün sahələrdəki münasibətlərinizin 
keyfiyyətini artırmağı öyrənəcəksiniz. 
Hər bir hissədə mən sizə, gördüyünüz hər bir işdə 
yüksək daxili intizam və özünüidarə tətbiq etməyi göstə-
rəcəm. Qarşıdakı səhifələrdə siz, şəxsi və peşəkar inkişafı-
nızı idarə etməyi və həyatınızın hər bir sahəsində daha 
güclü, daha xoşbəxt və özünə güvənən biri olmağın yolla-
rını öyrənəcəksiniz. Sizi geri dartan köhnə adətlərinizi 
tərgitməyi və onları, məqsədinizə nail olmaq üçün lazım 
olan daxili intizam, özünüidarə və qətiyyət kimi adətlərlə 
əvəz etməyi öyrənəcəksiniz. Düşüncələrinizi, emosiyaları-
nızı və gələcəyinizi idarə etməyi öyrənəcəksiniz. 
Daxili intizam xüsusiyyətinə yiyələndikdən sonra 
siz, təbiət qüvvəsi kimi qarşısıalınmaz olacaqsınız. Bir 
daha inkişaf etmədiyinizə görə bəhanələr gətirməyəcək-
siniz. Cəmisi bir neçə ay ərzində adi insanların bütün 
ömürləri boyu əldə etdiyindən daha çox nailiyyət əldə 
edəcəksiniz.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
21 
I KİTAB 
Daxili İntizam və Şəxsi müvəffəqiyyət. 
Buradakı yeddi başlıqda siz, məqsədlər qoymaq, 
xarakterinizi gücləndirmək, daha məsuliyyətli olmaq, 
gördüyünüz hər bir işi dəqiqliklə sonuna çatdırmaq kimi 
xüsusiyyətlər də daxil olmaqla, şəxsi həyatınızda daxili 
intizamdan istifadə edərək şəxsi həyatınızın potensialını 
daha da artırmağı öyrənəcəksiniz.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
22 
I HİSSƏ 
Daxili-İntizam və Uğur 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə