Ntizamın Gücü Brian Tracy



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix01.10.2023
ölçüsü1,53 Mb.
#125227
1   2   3   4   5   6   7   8   9   ...   23
Brayan-Treysi-Bəhanələrə-Yox

“İntizam, məqsəd və nailiyyətlər arasındakı körpüdür.” 
Cim Ron 
Aydın məqsədlər müəyyən etmək və hər gün bu 
məqsədlər istiqamətində işləmək intizamınız uğur üçün 
lazım olan ən əsas faktordur. Müəyyən bir nailiyyət əldə 
etmək üçün mütləq məqsəd olmalıdır. Yəqin ki, belə bir 
deyim eşitmisiniz: “Görmədiyin hədəfi vura bilmərsən!”. 
“Hara gedəcəyini bilmirsənsə istənilən yol səni ora apa-
racaq.” Və ya Veyn Qretskinin dediyi kimi: “İstifadə et-
mədiyin hər bir atışı itirmiş olursan.” Həyatınızın hər bir 
sahəsində məqsədlər müəyyən etmək üçün ayırdığınız 
vaxt sizin həyatınızı tamamilə dəyişmək iqtidarındadır.
3 faiz faktoru. 
Yetkin insanların yalnız 3 faizi məqsədlərini müəy-
yən etmiş, yazmış və plan qurmuşlar və bu 3 faiz yerdə 
qalan 97 faizdən qat-qat artıq pul qazanır. Nə üçün? Ca-
vab çox sadədi, əgər sizin məqsədiniz və bu məqsədə nail 
olmaq üçün planınız varsa deməli gündəlik fəaliyyətinizi 
müəyyən edən istiqamətiniz var. Hər gün bir fikirə düş-
mək, azmaq, ötəri həvəs və lazımsız işlərə vaxt itirmək 
əvəzinə siz hər gün eyni istiqamətdə - indi olduğunuz 
yerdən gələcəkdə olmaq istədiyiniz yer istiqamətində fəa-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
64 
liyyət göstərirsiniz. Məqsədi olan insanların digərlərindən 
daha çox nailiyyət əldə etməklərinin səbəbi də məhz bu-
dur. 
Əsl bəla isə ondadır ki, insanların çoxu artıq müəy-
yən bir məqsədə malik olduqlarını düşünürlər. Həqiqətdə 
isə onlar yalnız arzu və ümidlərə malikdirlər. Halbuki, 
ümid nailiyyət üçün strategiya deyil, arzu isə “hərəkət 
enerjisinə malik olmayan məqsəd” kimi müəyyən edilir. 
Kağız üzərinə yazılmayan və plan kimi inkişaf etdirilmə-
yən məqsəd barıtsız gülləyə bənzəyir. Yazılı məqsədə ma-
lik olmayan insanlar həyatlarını boş güllələr atmaqla keçi-
rirlər. Çünki onlar məqsəd qoymaq kimi ağır və intizam 
tələb edən prosesdə iştirak etmirlər, bu isə uğurun qaran-
tıdır.
Uğur qazanmaq şansınızı yüksəldin. 
2006-cı ildə “USA Today” qəzeti, Yeni İl məqsədlə-
rini müəyyən etmiş insanlar arasında aparılan araşdırma-
nın nəticələrini dərc etmişdi. Bu insanlar iki hissəyə, Yeni 
İl məqsədlərini yazan və yazmayanlara bölünmüşdülər. 
On iki ay sonra yenidən həmin insanlara müraciət edildi 
və nəticə heyrətamiz oldu. Yeni İl məqsədlərini müəyyən 
edən lakin hec yerə yazmayan insanların yalnız 4 faizi 
məqsədlərinə nail ola bilmişdi. Yeni İl məqsədlərini 
müəyyən edən və yazanların isə 44 faizi məqsədlərinə 
nail olmuşdu. Bu, uğurun 1100 faiz fərqi idi və sadəcə 
məqsədi kağız üzərinə köçürmək kimi bir neçə dəqiqəlik 
işin hesabına başa gəlmişdi. 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
65 
Yazmaq İntizamı. 
İyirmi beş il ərzində bir neçə milyon insanla iş təc-
rübəm göstərmişdir ki, məqsədləri yazmaq, plan qurmaq 
və hər gün həmin plan üzrə işləmək intizamı, məqsədə 
nail olmaq şansını on dəfə və ya 1000 faiz artırır. Bu o de-
mək deyil ki, məqsədin kağız üzərində qeyd edilməsi 
uğura 100 faiz təminat verir, o, uğurun əldə edilmə şansı-
nı on dəfə artırır. Məncə bu, yazmaq kimi sadə işə cəmisi 
beş dəqiqə vaxt ayırmaq üçün kifayət qədər dəyərli sə-
bəbdi. Yazmaq, Psixo-Neyro-mühərrik fəaliyyəti adlandı-
rılır. Yazı prosesi bizi düşünməyə və diqqətimizi cəmlə-
məyə vadar edir. O, sizi, özünüz və gələcəyiniz üçün va-
cib olanı seçməyə vadar edir. Və nəticə olaraq, məqsədini-
zi kağız üzərinə yazarkən onlar eyni zamanda alt-şüuru-
nuza həkk olunur ki, sonra da, günün iyirmi dörd saatı 
həmin məqsədlərin reallaşması istiqamətində işləyir. Mən 
adətən seminar dinləyicilərimə deyirəm: “Yetkin insan-
ların yalnız 3 faizi məqsədlərini yazırlar, yerdə qalanlar 
isə onlar üçün işləyirlər.” Həyatda hər kəsin iki seçimi 
olur, ya öz məqsədi üçün işləmək ya da başqalarının məq-
sədi üçün işləmək. Siz hansını seçəcəksiniz? 
Uğur, uğursuzluq mexanizminə qarşı. 
İnsan beynində iki mexanizm var, uğur və uğursuz-
luq mexanizmi. Uğursuzluq mexanizmi, az müqavimətli 
yolu seçmək, çətin lakin faydalı olanı deyil, asan, əyləncə-
li lakin faydasız olanı etməkdir. Uğursuzluq mexanizmi 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
66 
həyatımız boyu avtomatik olaraq fəaliyyət göstərir və 
məhz buna görə də insanların çoxu öz potensiallarını real-
laşdıra bilmirlər. Uğursuzluq mexanizmi avtomatik fəa-
liyyət göstərdiyi halda Uğur mexanizmi məqsəd vasitəsi 
ilə işə salınır. Qarşınıza məqsəd qoyduqda uğursuzluq 
mexanizmini saxlayır və həyatınızı yaxşı istiqamətə yön-
ləndirmək iqtidarında olursunuz. Artıq, dənizdə axarın 
ümidinə qalmış yelkənsiz qayıq deyil, müəyyən bir marş-
rut üzrə hərəkət edən tam naviqasiya sisteminə malik gə-
miyə çevrilirsiniz.
Məqsədin gücü. 
Bu yaxınlarda müştərilərimdən biri maraqlı bir əh-
valat danışdı. 1994-cü ildə, məqsədləri kağıza yazmağın 
vacibliyi haqda verdiyim seminarlardan birində iştirak et-
mişdi. O zaman onun otuz beş yaşı var idi və Naşvilldə 
avtomobil satışı ilə məşğul olaraq ildə 50 000 $ qazanırdı. 
Seminarda iştirak etdiyi həmin gün onun həyatını dəyiş-
mişdi. Məqsədlərini yazmağa, plan qurmağa və hər gün 
məqsədlərinin reallaşdırılması istiqamətində müəyyən iş-
lər görməyə başladı. On iki il sonra onun illik gəliri 1 mil-
yon dollardan çox idi və iri şirkətlərə xidmət göstərən sü-
rətlə inkişaf etməkdə olan şirkətin prezidenti idi. Onun 
dediyinə görə, o vaxt beş dəqiqə vaxt sərf edib əl boyda 
kağız parçasına məqsədlərini yazmasaydı həyatının hansı 
istiqamətdə inkişaf edəcəyini təsəvvür edə bilmir.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
67 
Həyatınızı nəzarət altına alın. 
Aristotel yazmışdır ki, insan teleologik orqanizm-
dir, yəni məqsədlə hərəkətə gələn. Aydın məqsədə malik 
olduqda və hər gün həmin məqsədlər istiqamətində mü-
əyyən işlər gördükdə həyatımıza nəzarət edirik və buna 
görə də özümüzü xoşbəxt hiss edirik. Bu həmçinin o de-
məkdir ki, ömür boyu məqsədlər qoymaq və həmin məq-
sədlər istiqamətində fəaliyyət göstərmək bacarığı özü-
müzdə aşılaya biləcəyimiz ən vacib xüsusiyyətlərdən bi-
ridir.
Göyərçin ən heyrətamiz quşdur. Onu heyrətamiz 
edən, minlərlə kilometr uzaqda olsa belə heç bir çətinlik 
çəkmədən evinin yerini tapması instinktidir. Siz onu qa-
palı qutuda gizlədib avtomobilinizin yük yerinə qoya və 
minlərlə kilometr uzağa gedə bilərsiniz. Amma göyərçini 
yenə də qutudan çıxarıb havaya buraxdıqda o tərəddüd 
etmədən konkret marşrut üzrə geriyə, evinə uçacaq. Bu 
heyrətamiz xüsusiyyət yer üzündə yalnız iki canlıya – gö-
yərçinə və insana xasdır. Sizdə də bu cür heyrətamiz xü-
susiyyət var! Lakin bu xüsusiyyət baxımından insan və 
göyərçin arasında xırda fərq var. Göyərçin havaya qalx-
dıqda evinə aparan marşrutu dəqiq tapır və həmin marş-
rut üzrə hərəkət edir. İnsanlarda isə əksinə, necə nail ola-
caqlarını, hansı yolla gedəcəklərini bilmədən məqsəd qo-
yurlar. Və hansısa möcüzə nəticəsində həmin məqsədə tə-
rəf irəliləməyə başlayır və nail olurlar. Ən təəccüblüsü isə 
odur ki, məqsədlər də insana doğru hərəkət etməyə başla-
yır.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
68 
Amma buna baxmayaraq insanların çoxu məqsəd 
qoymaqda yubanır və ya tərəddüd edir. Onlar, “Mən ma-
liyyə müstəqilliyi əldə etmək istəyirəm, amma bunu necə 
edəcəyimi bilmirəm.” deyirlər. Və nəticə olaraq onlar ar-
zuladıqları “maliyyə müstəqilliyi”ni məqsəd kimi müəy-
yən etmirlər. Cavab isə xoş sürprizdir: Məqsədə necə nail 
olacağınızı bilməyiniz vacib deyil! Siz sadəcə nə istədiyi-
nizi aydın bilməlisiniz, ona nail olmaq yolunu isə beyni-
nizdəki mexanizm axtarıb tapacaq və sizi ona doğru isti-
qamətləndirəcək. Misal üçün, ürəyinizə yatan insanlarla 
əhatə olunaraq sizin üçün əyləncəli və maraqlı olan bir iş-
də işləmək qərarına gəlirsiniz. Siz qarşınıza kağız parçası 
qoyur və təsəvvür etdiyiniz həmin ideal işin nədən ibarət 
olduğunu yazırsınız və bundan sonra həmin işi axtarmaq 
üçün fəaliyyətə başlayırsınız. Bir neçə intervüdən sonra 
siz nəhayət lazım olan vaxtda lazim olan ofisə daxil ola-
caq və arzuladığınız ideal işlə rastlaşacaqsınız. Demək 
olar hər kəs bu vəziyyətlə rastlaşıb. Bu təsadüfdən çox nə 
istədiyinizi dəqiq müəyyən etmək nəticəsində baş verir. 
Məqsədə nail olmağın yeddi addım metodu. 
Məqsəd qoymaq və ona nail olmaq üçün yeddi sadə 
addım var. Məqsədə nail olmağın müxtəlif mürəkkəb me-
todları var lakin, bu yeddi addım metodu vasitəsi ilə siz 
qısa müddət ərzində təsəvvür belə edə bilmədiyiniz 
nailiyyətlər əldə edəcəksiniz.
Addım 1. Nə istədiyinizi dəqiq müəyyən edin. 
Spesifik olun. Gəlirinizi artırmaq istəyirsinizsə, “daha çox 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
69 
pul” deyə ümumi anlayış yox, konkret nə qədər qazan-
maq istədiyinizi müəyyən edin. 
Addım 2. Bunu (birinci addımda müəyyən etdiyi-
niz istəyinizi) kağız üzərində yazın. Kağız üzərində 
yazılmamış məqsəd papiros tüstüsü kimidir, havaya üçüb 
yox olacaq. Bu həm maddi, həm də mənəvi cəhətdən 
qeyri-müəyyəndir. Yazılı məqsəd isə oxuya, toxuna, görə 
və lazım gəldikdə dəyişə biləcəyiniz bir şeydir.
Addım 3. Məqsədiniz üçün vaxt təyin edin. Məqsə-
dinizi nə vaxta reallaşdıra biləcəyiniz haqda düşünün və 
son tarixi kağızda qeyd edin. Məqsəd çox böyükdürsə 
ona doğru atacağınız addımlar üçün tarix müəyyən edin. 
Müəyyən edilmiş tarix təkanverici qüvvə rolunu oynayır. 
Belə bir təzyiqə məruz qaldıqda beyniniz daha iti və ef-
fektiv işləyir. Belə bir qayda var: “Qeyri-real məqsəd yox-
dur, yalnız qeyri-real vaxt var.” Qoyulan vaxtda məqsədi-
nizə nail olmasanız necə? Sadəcə yeni vaxt müəyyən 
edəcəksiniz. Qoyulmuş vaxt təxminidir. Bəzən məqsədi-
nizə qoyulmuş vaxtdan tez, bəzən həmin vaxtda və bəzən 
də gec nail olursunuz. Məqsəd qoyularkən o, şəraitin mü-
əyyənləşdirdiyi şərtlər daxilində olur və bu şərtlər sizin 
qoyduğunuz vaxtı dəyişməyə səbəb ola bilər. 
Addım 4: Məqsədinizə nail olmaq üçün edə biləcə-
yiniz hər şeyi sadalayın. Henri Fordun dediyi kimi: “Kiçik 
addımlara bölünərsə, ən ağlasığmaz məqsədlərə belə nail 
olmaq olar.”

Məqsədinizə nail olmaq istiqamətində qarşınıza çıxa 
biləcək daxili və xarici maneə və çətinliklərin siya-
hısını tutun. 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
70 

Məqsədinizə nail olmaq üçün tələb olunan əlavə bi-
lik və bacarıqların siyahısını tutun. 

Məqsədinizə nail olmaq üçün köməyinə ehtiyacınız 
olacaq adamların siyahısını tutun. 

Etməli olacağınız hər bir şey haqda düşünün və si-
yahısını tutun. Siyahı mümkün qədər uzun alınmalı-
dır. 
Addım 5: Siyahınızı Ardıcıllıq və Vacibliyə əsasən 
düzəldin. Siyahının ardıcıllığa görə düzəldilməsi, nəyi bi-
rinci, nəyi ikinci və nəyi daha sonra etmək lazım olduğu-
nu müəyyən etməkdir. Vacibliyə görə siyahını düzəltdik-
də isə nəyin daha vacib olmasını müəyyən etməkdir. Bəzi 
hallarda Ardıcıllıq və Vaciblik eyni olsa da çox zaman on-
lar müxtəlif olurlar. Misal üçün müəyyən bir sahədə 
biznesə başlamaq istədikdə ardıcıllıq baxımından görəcə-
yiniz birinci iş həmin biznesə aid kitab və digər məlumat 
mənbələrini əldə etməkdir. Vacibliyə görə isə əsas məsələ, 
bazar araşdırmasına əsaslanaraq Biznes Plan hazırlamaq-
dır.
Addım 6: Dərhal planınız üzrə işləməyə başlayın. 
Birinci addımı, sonra ikinci, sonra isə üçüncü addımı atın. 
Dərhal əməli fəaliyyətə keçin. Sabaha saxlamayın, iti ol-
un, yubanmadan işə başlayın. Yubatma yalnız vaxt oğru-
su deyil həm də həyat oğrusudur.
Uğurlu və uğursuz insanlar arasındakı fərq ondan 
ibarətdir ki, uğurlu insanlar ilk addımı atmağı, işə başla-
mağı bacaranlardır. Onlar hərəkətli insanlardır. Uğurlu 
insanlar, uğura heç bir təminat verilmədiyi halda işə baş-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
71 
layanlardır. Uğursuzluq və məyusluqla üzləşəcəkləri hal-
da belə hərəkət edirlər.
Addım 7: Hər gün, əsas məqsədiniz istiqamətində 
bir iş görün. Bu sizin uğurunuzu təmin edəcək həlledici 
addımdır. İlin 365, həftənin 7 günü nə isə edin. Sizi əsas 
məqsədinizə bir az da yaxınlaşdıracaq hər hansısa bir iş 
görün. Bu iş sizin təcilinizi artıracaq, ruhlandıracaq və 
enerji verəcək. Təciliniz artdıqca hərəkət etmək, növbəti 
addımları atmaq və məqsədinizə doğru daha sürətlə irəli-
ləmək asan olacaq. Vaxtınız olmadıqda belə məqsədlər 
qoymaq və onlara doğru hərəkət etmək asan olacaq və 
tezliklə avtomatik səviyyədə olacaq. Nəticədə aramsız şə-
kildə öz məqsədlərinizə doğru irəliləmək bacarığı forma-
laşdıracaqsınız.
On məqsəd tapşırığı. 
Bu mənim rast gəldiyim ən güclü məqsədə nail ol-
ma metodudur. Bunu bütün tələbələrimə öyrədirəm və 
özüm də hər gün istifadə edirəm.
Ağ vərəq götürün. Vərəqin baş tərəfində “Məqsəd-
lərim” sözü yazın və tarix qoyun. On iki ay ərzində nail 
olmaq istədiyiniz on məqsədi yazın. Məqsədlər maliyyə 
vəziyyəti, ailə münasibətləri, sağlamlıq və peşəkar həyata 
aid ola bilər. Yazdığınız məqamda onlara necə nail olaca-
ğınız barədə narahat olmayın. Sadəcə bacardığınız qədər 
sürətlə yazın. Üç və ya beş dəqiqə ərzində ən azı on məq-
səd yazmaq lazımdır.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
72 
Bir məqsəd seçin. 
On məqsəd yazdıqdan sonra təsəvvür edin ki, istə-
yiniz kifayət qədər güclü və aramsız olsa onların hamı-
sına nail ola bilərsiniz. Sonra isə təsəvvür edin ki, sehrli 
çubuğunuz var və onun vasitəsi ilə on məqsəddən hər 
hansı birini iyirmi-dörd saat ərzində gerçəkləşdirə bilərsi-
niz. Məqsədlərdən hansının reallaşması həyatınızda daha 
çox pozitiv təsirə malik olacağını müəyyən edin. Onlar-
dan hansı həyatınızı daha parlaq edəcək? Hansı məqsədin 
reallaşması sizi daha da ruhlandıracaq və o biri məqsəd-
lərin reallaşması üçün işləməyə həvəsləndirəcək? Həmin 
məqsədi müəyyən etdikdə onu qırmızı dairəyə alın və ye-
ni bir vərəqin başında onu yazın. Bu sizin “Əsas məqsəd” 
iniz olacaq. O, sizin gələcək planlarınız üçün istinad nöq-
təsi olacaq.
Plan qurun 
“Əsas məqsəd”i tam aydınlığı və dəqiqliyi ilə müəy-
yən etdikdən sonra onu reallaşdıracağınız vaxtı müəyyən 
edin. Sizin bütün varlığınızı məqsədinizin reallaşdırılma-
sına yönəltmək üçün beyninizə konkret tarix lazimdir.
Məqsədinizə nail olmaq üçün edə biləcəyiniz hər şe-
yin siyahısını tutun. Həmin siyahını Ardıcıllıq və Vacib-
liyə görə sıralayın. Planınızda ən vacib və ya məntiqə 
uyğun addımı seçin və hərəkətə keçin. İlk addımı atın. Nə 
isə edin, bir iş görün. 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
73 
Məqsədinizə nail olana kimi hər gün o istiqamətdə 
müəyyən bir iş görməyə qərar verin. Və bu andan, əgər 
istəyiniz səmimidirsə, “Uğursuzluq seçimi yoxdur”. Hə-
yatınıza ən çox pozitiv təsiri olacaq məqsədi müəyyən et-
dikdən sonra ona nail olana kimi yorulmadan, aramsız 
işləyəcəyinizi və heç vaxt təslim olmayacağınızı özünüzə 
söz verin. Sadəcə bu qərar sizin bütün həyatınızı dəyişə 
bilər.
Başlamaq üçün “Zehni hücum”dan
istifadə edin. 
Ən mühüm məqsədlərə nail olmaq şansını kəskin 
şəkildə artıran başqa bir üsul da var. Bu, rast gəldiyim ən 
güclü yaradıcı düşünmə texnikasıdır. Çox adam məhz bu 
metoddan istifadə edib varlanmışdır.
Boş vərəq götürün və baş tərəfdə “Əsas məqsəd” 
inizi sual formasında yazın. Misal üçün məqsədiniz mü-
əyyən vaxt ərzində müəyyən bir məbləğ qazanmaqdırsa 
onda sual təxminən belə olmalıdır: “Bu vaxt ərzində XXX 
$ necə qazana bilərəm?” Sonra özünüzü bu suala iyirmi 
cavab yazmağa vadar edin. Bu zehni tapşırıq yaradıcı-
lığınızı üzə çıxaracaq və əvəllər ağlınıza gəlməyən ide-
yalar doğuracaq. İlk beş-altı cavab asan olacaq. Növbəti 
beş cavab bir az çətin olacaq, yerdə qalan on cavab isə da-
ha çətin olacaq. Bu tapşırığı ilk dəfə etdiyinizdə xüsusilə 
çətinlik çəkəcəksiniz. Lakin buna baxmayaraq iradə və 
daxili-intizamınızdan istifadə edib özünüzü ən azı iyirmi 
cavab yazmağa vadar edin. Cavabları yazdıqdan sonra 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
74 
onları bir-bir nəzərdən keçirin və ən optimal olanı seçib 
dərhal işə başlayın. Cavablardan biri üzrə işləməyə baş-
ladıqda sanki o biri cavablar da işə düşür və sizi daha da 
çox işləməyə ruhlandırır.
Səbəb və Effekt Qanunu. 
Səbəb və Effekt qanununun ən geniş yayılmış təza-
hürü “düşüncə səbəb, vəziyyət isə effektdir”. Düşüncələ-
riniz olduğunuz vəziyyəti formalaşdırır. Düşüncələrinizi 
dəyişdikdə həyatınızı da dəyişmiş olursunuz. Xarici dün-
yanız daxili dünyanızın güzgüdəki əksidir. Düşüncə tari-
xindəki ən böyük kəşf çox güman ki, “siz ən çox düşün-
düyünüz olursunuz” fikridir. Jon Boyl bu fikri daha da 
genişləndirərək demişdir: “Ardıcıl düşündüyünüz şeyi əl-
də edə bilərsiniz” İlk dəfə 1939-cu ildə nəşr edilmiş və 
hələ də ən yaxşı satılan kitablar siyahısında olan “Düşün 
və Varlan” kitabının müəllifi Napaleon Hill demişdir: “İn-
san beyni düşünə bildiyi və inandığı hər bir şeyi əldə edə 
bilər”. Məqsədiniz haqda aramsız olaraq düşündükdə və 
gündəlik işlədikdə zehni imkanlarınız sizi həmin məq-
sədə və onu da sizə doğru hərəkət etdirəcək.
Gündəlik məqsəd qoymaq intizamı sizi güclü, məq-
sədyönlü və qarşısıalınmaz şəxsə çevirəcək. Sizdə özünə-
hörmət, inam və özünüqiymətləndirmə formalaşacaq. 
Məqsədinizə doğru aramsız irəlilədiyinizi hiss etdikcə 
qarşısıalınmaz olacaqsınız.
Növbəti hissədə, şəxsi mükəmməllik formalaşdır-
maq üçün daxili-intizamın maddi və mənəvi məqsədləri-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
75 
nizə nail olmaq istiqamətində nə qədər vacib addım ol-
ması haqda danışacağıq.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
76 
Tapşırıq: 
1.
Həyatdan nə istədiyinizi aydınlaşdırmaqla, Uğur me-
xanizmini işə salmaq və Məqsədə nail olmaq mexaniz-
mininin kilidini açmaq qərarını məhz bu gün verin.
2.
Nail olmaq istədiyiniz on məqsədi yazın. Onları, artıq 
nail olmuş kimi, indiki zaman formasında yazın. 
3.
Nail olduğunuz halda həyatınıza ən çox pozitiv təsiri 
olacaq məqsədi seçin və təzə vərəqə yazın. 
4.
Həmin məqsədə nail olmaq üçün görə biləcəyiniz hər 
bir işi yazın. Bu siyahını ardıcıllıq və vaciblik üzrə 
tərtib edin.
5.
Məqsədinizə nail olmaq üçün ən azı iyirmi vasitə mü-
əyyən etməklə “Zehni hücum” edin və onlardan ən 
səmərəlisi üzrə fəaliyyət göstərməyə başlayın.
6.
Ən əsas məqsədinizə nail olmaq üçün hər gün nə isə 
edin.
7.
Daim özünüzə “Uğursuzluq seçim deyil!” deyə tək-
rarlayın. Nə olur olsun, təslim olmayacağınıza söz ve-
rin. 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
77 
V HİSSƏ 
Daxili-İntizam və Şəxsi mükəmməllik 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə