Ntizamın Gücü Brian Tracy



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix01.10.2023
ölçüsü1,53 Mb.
#125227
1   ...   4   5   6   7   8   9   10   11   ...   23
Brayan-Treysi-Bəhanələrə-Yox

“Cəsarət, qorxunun yoxluğu deyil, onun idarə edilməsi, 
nəzarət altında saxlanmasıdır.” 
Mark Tven 
Həyatınızda baş verən bütün qorxu doğuran hadisə-
lərin öhdəsindən cəsarətlə gəlmək üçün sizə güclü daxili-
intizam lazımdır. Yəqin ki, Çerçil məhz buna görə demiş-
dir: “İnsanın bütün digər xüsusiyyətləri ondan asılı oldu-
ğundan cəsarət haqlı olaraq başlıca xüsusiyyət hesab edi-
lir.” Bütün insanların çox şeydən qorxması faktdır. Bu tə-
bii və normaldır. Adətən qorxu, həyatımızı qorumaq, zə-
dələrin və maliyyə səhvlərinin qarşısını almaq üçün vacib 
hiss olur. Bəs qorxu hər kəsə xasdırsa onda cəsarətli və 
qorxaq adam arasında nə fərq var? Yeganə fərq, cəsarətli 
adamın özünü qorxusuna rəğmən hərəkət etməyə vadar 
etmək bacarığı – intizamıdır. Qorxaq adam isə əksinə qor-
xu hissini cilovlaya bilmir və onun diktəsi ilə hərəkət edir. 
Bir dəfə kimsə demişdi (bilavasitə döyüş meydanına aid 
olsada, həyatın hər bir sahəsi üçün doğrudur) : ”Qəhrə-
man və qorxaq arasındakı fərq, qəhrəmanın öz yerində 
beş dəqiqə daha çox dayanmasıdır.” 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
102 
Qorxunu tərgitmək olar. 
Xoşbəxtlikdən qorxu sonradan qazanılandır, heç 
kim qorxu ilə doğulmayıb. Və uyğun olaraq, daxili-inti-
zamdan istifadə edərək onu (qorxunu) tərgitmək də olar.
Təsirinə məruz qaldığımız qorxuların əksəriyyəti 
uğursuzluq, pul itkisi və kasıblamaq qorxusudur. Bu qor-
xular insanı riskdən yayınmağa və qarşıya çıxan fürsəti 
əldən buraxmağa səbəb olur. Uğursuzluq qorxusu o qə-
dər güclüdür ki, fürsətdən istifadə edib hərəkət etmək za-
manı gəldikdə insanın bütün sağlam düşüncəsini iflic 
edir. Bəzi qorxular isə xoşbəxt olmaq istəyindən qaynaq-
lanır. İnsanlar kiminsə sevgisini, işlərini və ya pullarını 
itirməkdən qorxurlar. Utanmaq və pis vəziyyətdə qal-
maqdan qorxurlar. İstənilən növ etiraz və tənqiddən qor-
xurlar. Digərlərinin hörmət və ya dəyərini itirməkdən 
qorxurlar. Bu və digər oxşar qorxular insanı bütün ömrü 
boyu geriyə sürükləyir.
Qorxu fəaliyyəti iflic edir. 
Müəyyən bir situasiyada qorxunun ən geniş yayıl-
mış təzahürü: “Bacarmaram!”dır. Bu bizi hərəkət etməyə 
qoymayan uğursuzluq və ya itki qorxusudur. Tibb elmi 
bunu artıq sübut etmişdir. Qorxan adamın dili və ağzı 
quruyur, ürəyi şiddətlə döyünməyə başlayır. Nəfəs dərin-
ləşir və qarında sancılar olur. Bütün bunlar, qarşısı alına 
biləcək neqativ adətin fiziki təzahürləridir. Qorxuya düş-
müş insan, avtomobil işığı qarşısında donub qalmış cü-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
103 
yürə bənzəyir. Bu qorxu hərəkəti iflic edir. Və adətən 
beyini qapayaraq, “döyüş ya qaç” reaksiyasını oyadır. 
Qorxu, xoşbəxtliyimizi boğan və bizi ömür boyu geri sü-
rükləyən dəhşətli emosiyadır.
Əksinə et. 
Aristotel cəsarəti, qorxaqlıq və ağılsızlıq arasındaki “Qızıl 
yatağı” adlandırmışdır. O öyrədirdi: “Müəyyən bir xüsu-
siyyətə malik olmaq istəyirsənsə, həmin xüsusiyyətin tə-
ləb olunduğu situasiyalarda artıq o xüsusiyyətə malik bir 
adam kimi davranmalısan.” Özünə təlqin və özünüzü 
arzuladığınız xüsusiyyətə malik adam kimi aparmaqla 
xarakterinizi istədiyiniz tərəfə dəyişə bilərsiniz. Qorxdu-
ğunuz zaman “Mən bacararam!” deyə özünüzə təlqin et-
məklə, “Mən bacarmaram!” hissinin qarşısını ala bilər-
siniz. Hər dəfə inamla “Mən bacararam!” dedikdə qorxu-
nuzu silir, inamınızı artırırsınız. Hər dəfə qorxduğunuz 
zaman bu kəlməni təkrarladıqca inam və cəsarətiniz daha 
da artır və sonunda qorxusunu nəzarətdə saxlayan cəsa-
rətli adama çevriləcəksiniz.
Özünüzü qorxmaz kimi təsəvvür edin. 
Qorxduğunuz məqamlarda özünüzü inamlı və sə-
riştəli təsəvvür etdikdə, altşüurunuz bu təsəvvürü hərə-
kətləriniz üçün təlimat kimi qəbul edir.
Özünüzü arzuladığınız adam kimi təsəvvür etmək, 
onun kimi düşünmək sonunda bu təsəvvürün pozitiv tə-
sirindən qaynaqlanmış real fakt kimi qayıdaraq sizi daha 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
104 
yaxşı olmağa vadar edir. “Rola girmək” metodundan isti-
fadə etməklə, müəyyən bir situasiyada qorxmayan adam 
kimi hərəkət edirsiniz. Siz dik dayanır, inamla gülüm-
səyir, qətiyyətlə hərəkət edir və bütün vücudunuzla, artıq 
arzularınızda olan cəsarətə malik imiş kimi görünürsü-
nüz. 
Qayıdış qanununa görə, “biz, hisslərimizə uyğun 
hərəkət edirik.” Və biz bu qanunu əks istiqamətdə tətbiq 
edə bilsək, yəni müəyyən bir hissə uyğun hərəkət etsək 
nəticədə bu hissi özümüzdə formalaşdıra bilərik. Bu, psi-
xologiyada siçrayış nöqtəsidir. Özünüzü, qorxduğunuz işi 
görməyə vadar etməklə qorxunu ram etmiş və cəsarət 
qazanmış olursunuz.
Qorxunu partladın. 
Satış şirkətləri ilə işləyərkən tez-tez məndən, xüsu-
silə çətin iqdisadi vəziyyətdə dövriyyənin aşağı düşməsi 
zamanı satış menecerlərinə necə kömək etmək lazım ol-
duğunu soruşurlar. Mən onlara istənilən vəziyyətdə işə 
yarıyacaq sadə formul verirəm. Bu “100 zəng” metodu 
adlanır. Bu metodun praktikası zamanı, satış menecerin-
dən siyahını qarşısına qoyub, etirazla üzləşəcəyinə fikir 
vermədən mümkün qədər qısa vaxtda yüz abunəçiyə 
zəng etməsini xahiş edirəm. Etirazla üzləşəcəyinə fikir 
verməyən satış menecerlərinin “uğursuzluq qorxusu” 
əhəmiyyətli dərəcədə azalmış olur. Telefonda ona qulaq 
asan adamın etiraz edib-etməyəcəyi artıq onu maraqlan-
dırmır. Onu yalnız bir şey maraqlandırır: bacardığı qədər 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
105 
qısa vaxt ərzində yüz abunəçiyə zəng etmək. Əməkdaşlıq 
etdiyim satış şirkətlərindən biri, hər gün, on etirazla üzlə-
şən ilk satış menecerini mükafatlandırır. Hər səhər 8:30-
da bütün satış menecerləri artıq öz yerlərində oturub 
zənglər edərək mükafatı qazanmağa çalışırlar. Yarışma-
nın sonuna, bu adətən saat 10:00 radələri olur, hər kəsin 
“etiraz qorxusu” yox olur. Və bütün günlərini, etirazla üz-
ləşəcəklərinin fərqinə varmadan zənglər etməyə başlayır-
lar.
Ayaq üstdə danışmağı öyrənin. 
1923-cü ildə “Beynəlxalq Sağlıq ustaları" təşkilatı ya-
radıldı. Təşkilatın əsas məqsədi, kütləvi çıxışlardan qor-
xan adamları cəlb edib onlara böyük auditoriya qarşı-
sında ayaq üstdə çıxış etmək inamı və səriştəsi vermək 
idi. Statistikaya əsasən, yetkin insanların 54 % - nin kütlə-
vi çıxış qorxusu ölüm qorxusundan daha güclü olur. 
"Sağlıq ustaları" təşkilatı isə çıxış yolunu bilirdi. Onlar, 
psixoloqların “həssaslığın sistematik azaldılması” adlan-
dırdıqları nəzəriyyə əsasında sistem hazırladılar. Həftədə 
bir dəfə, nahar və ya şam vaxtlarında “Sağlıq ustaları” 
kiçik qruplarla yığışır. Bu yığıncaqlar zamanı, hər kəs 
ayağa qalxıb digərləri üçün müəyyən bir mövzuda qısa 
çıxış etməli olur. Hər çıxışın sonunda “natiq” alqış, tərif 
və pozitiv şərhlərə “məruz” qalır. Və yığıncağın sonunda, 
çıxışı bir dəqiqədən belə az olanlar da daxil olmaqla hər 
kəs müəyyən balla qiymətləndirilir. “Sağlıq ustaları”nın 
yığıncağında altı aylıq iştirakdan sonra iştirakçılar, alqış-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
106 
larla qarşılanmış iyirmi altı çıxışlıq təcrübəyə malik olur-
lar. Bu, aramsız pozitiv təsir iştirakçıların inamını əhə-
miyyətli dərəcədə artırmış olur. Bu prosesin nəticəsi ola-
raq, “Sağlıq ustaları təşkilatı”nın siyasət, biznes və digər 
sferalarda böyük uğurlar qazanmış saysız “məzunları” 
olmuşdur. Onların, kütləvi çıxış qorxuları birdəfəlik yox 
olmuşdur.
Eyni vaxtda iki qorxunu məhv edin. 
Psixoloqlar müəyyən etmişlər ki, müəyyən qorxular 
insanın alt şüurunda cüt şəkildə mövcuddurlar. Bu qor-
xulardan birinin öhdəsindən gəlməklə siz onun ekizi olan 
qorxunu da ram etmiş olursunuz. Etiraz və ya satış zəngi 
qorxusunun kütləvi çıxış qorxusu ilə cütlük təşkil etməsi 
kimi. Kütləvi çıxış qorxusun ram etmək üçün “Sağlıq 
ustaları təşkilatı”na qoşulduqda və ya Deyl Karneginin 
kurslarına yazıldıqda, biz, etiraz qorxusunun da öhdəsin-
dən gəlmiş oluruq. Digərləri ilə münasibətdə özünəinam 
hissimiz dramatik şəkildə artır. Bütün həyatımız müsbət 
tərəfə dəyişir.
Qorxularınıza sinə gərin. 
Qorxuya sinə gərmək, onu ram etmək və onun əley-
hinə hərəkət etmək bacarığınız xoşbəxtlik və uğurun aça-
rıdır. Praktiki təlim olaraq ən yaxşısı, qorxduğunuz adam 
və ya situasiyanı müəyyən etmək və bu qorxunun öhdə-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
107 
sindən gəlmək üçün dərhal işə keçməkdir. Həyatınızı 
növbəti dəfə zəhərləməsinə imkan verməyin. Qorxduğu-
nuz adam və ya situasiyanın öhdəsindən gəlin və qorxu-
nuzu ram edin.
Seminarlarımın birində bir qadın, rəisinin çox neqa-
tiv adam olduğunu dedi. İdarənin ən yüksək səviyyəli 
işçilərindən biri olmasına baxmayaraq daim onu tənqid 
edir və lazımınca qiymətləndirmirdi. Bütün bunlar qadı-
nın peşəkar həyatını cəhənnəmə çevirmişdi. İşindən vaz 
keçmək istəmirdi və etirazını bildirməyə də cəsarət etmir-
di. Məndən nə etməsinə dair məsləhət istədi. Mən ona, 
sonralar çox adama verdiyim bir məsləhəti verdim: bir 
insanın digərinə təzyiq etməsinin yeganə səbəbi həmin 
adamın bu işin cavabsız qalacağına əmin olmasıdır. Təz-
yiqin öhdəsindən gəlməyin yeganə yolu cavab vermək, 
qarşıdurmaqdır. Başqasına təzyiq edənlər əslində daxilən 
qorxaq adamlar olurlar və qarşıdurmaya cəsarətləri çat-
mır. O növbəti dəfə sizi tənqid edərək təzyiqə məruz qo-
yanda inamla onun gözünün içinə baxın və cəsarətlə: 
“Mənimlə bir daha bu tonda danışmamağınızını xahiş 
edərdim. Çünki bu mənim şəxsiyyətimə toxunur və işimi 
siz istəyən səviyyədə görməyimə mane olur!” deyin. Bu 
sözləri dedikdən sonra da onun gözlərinə baxmaqda da-
vam edin.
Qadın cəsarətli oldu. Növbəti dəfə rəisi onu tənqid 
edərkən həmişəki kimi susmaq əvəzinə həmin sözləri 
deyərək onun təzyiqinin qarşısını aldı. Bundan sonra nə 
baş verdiyini mənə məktubunda yazdı. Kəskin cavabla 
üzləşən rəis donub qalmışdı. Özünə gəldikdə isə dərhal 
üzr istəyib öz otağına qayıtdı. Və bir daha heç zaman onu 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
108 
tənqid etmədi. Qadın cəsarətini toplayıb bir dəqiqəlik işi 
indiyə kimi görməyərək bu qədər vaxtı özünə əziyyət ve-
rərək təzyiqə dözməsinə görə təəssüf edirdi. Eleanor 
Ruzveltin dediyi kimi: “Özümüz imkan verməsək kimsə 
bizə təzyiq göstərə bilməz.” 
Qorxuya tərəf gedin. 
Qorxunuzu müəyyən edib özünüzü onun əleyhinə 
getməyə vadar etdikdə qorxunuz kiçilir və daha asan ida-
rə edilən olur. Qorxunuz kiçildikcə isə özünəinam hissi-
niz artır. Və tezliklə qorxu sizin üzərinizdə nəzarəti itirir. 
Əksinə hərəkət etdikdə isə, qorxunuzdan qaçdıqda o 
daha da böyüyür. Qısa bir vaxt ərzində düşüncə və his-
slərinizə hakim kəsilir, gün ərzində sizi öz təsirində saxla-
yır və gecələr rahat yatmağınıza mane olur.
Liderlər iki cür cəsarətə malik olurlar. 
Liderlərin əsas xüsusiyyətləri istəklərini aydın tə-
səvvür etmələridir. Rəhbərlik etdikləri komandanı hansı 
istiqamətdə apardıqlarını aydın təsəvvür edirlər. Onlar 
həmçinin şəxsi həyatlarının da gələcəyini aydın təsəvvür 
edirlər.
Liderlərin ikinci ümumi xüsusiyyətləri cəsarətdir. 
Onların, təsəvvürlərində olan məqsədə nail olmaq üçün 
lazım olanı etməyə cəsarətləri çatır. Liderlər öndə olurlar 
və irəli addımlamağa cəsarət edirlər.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
109 
Sizə iki cür cəsarət lazımdır:
Birincisi, başlamaq, əməli işə keçmək üçün lazım 
olan cəsarətdir. Siz uğura heç bir təminat olmadığı halda 
hər şeyinizi oyuna qoyacaq qədər cəsarətli olmalısınız. 
İnsanların başlıca səhvi, bacarıqlı olmalarına rəğmən belə 
ilk addımı atmaq üçün kifayət qədər cəsarətli olmamaları-
dır.
İkincisi isə “Səbir cəsarəti”dir. Bu cəsarət sizə, işə 
başladıqdan sonra, uzun müddət heç bir nəticə olmadıq-
da belə işinizdə davam etmək üçün lazımdır. Çox adam, 
cəsarət edib ilk addımı atdıqdan sonra müəyyən bir müd-
dətdə nəticə əldə etmədikdə dərhal işlərini yarımçıq qo-
yur, cəsarətsizlik və qorxaqlıq edərək dərhal əvvəlki işlə-
rinə, təhlükəsiz zonaya qayıdırlar. Başladıqları işi sona 
çatdırmağa cəsarətləri çatmır.
Qorxunun öhdəsindən birbaşa gəlin. 
Qorxunun öhdəsindən gəlməyin yeganə yolu ona 
qarşı getməkdir. Özünüzə xatırladın ki, “inkar” Misirdə 
çay deyil. İnsanların çoxunun, müəyyən bir qorxu ilə bağ-
lı problemlərinin olmasını inkar etmək kimi təbii tenden-
siyası vardır. Ona qarşı getməyə qorxurlar. Nəticədə isə 
bu onların əsas stress, narahatlıq və psixoloji sarsıntı mən-
bəyinə çevrilir.
Sizi qorxudan situasiya və ya şəxsin öhdəsindən 
birbaşa gəlməyə hazır olun. Şekspirin dediyi kimi: “Qol 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
110 
çırmayın çətinliklər dəryasına, son qoyun onlara birdə-
fəlik.” 
Qorxunun ortağı narahatlıqdır. Onlar cüt geyinən 
əkizlər kimidirlər. Bir dəfə Mark Tven demişdir: “Mən 
həyatımda çox şey üçün narahat olmuşam və onların isə 
heç biri baş verməyib.” Müəyyən edilmişdir ki, narahatlı-
ğını çəkdiyimiz hadisələrin 99 faizi heç vaxt baş vermir. 
Və baş verənlər də o qədər tez baş verir ki, ilkin məqamda 
narahat olmağa imkan tapmırıq.
Fəlakət məruzəsi. 
Nə üçünsə narahat olduqda onun həlli üçün “Fəla-
kət məruzəsi” yazın. Bu, qorxu və narahatlığınızı demək 
olar həmin dəqiqə yox edəcək. Bunu bəzən “qorxu dağı-
dıcı” da adlandırırlar. Fəlakət məruzəsi dörd hissədən 
ibarət olur: 

Birincisi, narahatlığın mənbəyini, situasiyanı dəqiq 
müəyyən edin. Sizi narahat edən nədir? Çox zaman 
bizi narahat edən situasiyanı tam aydınlaşdırmaq və 
analiz etməklə dərhal çıxış yolunu tapmaq olur.

İkincisi, bu situasiyanın ən pis nəticəsini aydınlaş-
dırın. İşinizi itirəcəksiniz? Münasibətləriniz korlana-
caq? Pul itirəcəksiniz? Baş verə biləcək ən pis şey nə 
olacaq? Bunu dəqiq aydınlaşdırdıqda, baş verəcək ən 
pis hadisənin belə sizi məhv etməyəcəyini görəcək-
siniz. Müəyyən qədər diskomfort və ya çətinliklərlə 
üzləşəcəksiniz amma bu da tezliklə ötüb keçəcək. Və 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
111 
üzləşəcəyiniz itkilər heç də bu qədər narahatlıq və 
daxili təlatümə dəyməz.

Üçüncüsü, ən pis nəticə ilə üzləşməyə hazır olun. 
Öz-özünüzə deyin: “Bu baş versə mən ölməyəcəm. 
Çıxış yolu tapıb yoluma davam edəcəm.” Narahatlı-
ğın verdiyi stresin çoxu inkar etmək, baş verəcək ən 
pis şeyi görməmək üçün gözünü yummaq nəticəsində 
yaranır. Ən pis nəticəni belə təsəvvür edib onu qəbul 
etməyə hazır olduqda isə bütün narahatlıq və stress 
yoxa çıxır.

Dördüncüsü, pis nəticənin baş verməsinin qarşısını 
almaq üçün indidən əməli fəaliyyətə keçin. Ən pis 
nəticənin qarşısını ala biləcək bütün mümkün işləri 
görün. Dərhal işə keçin. Nə isə edin. Cəld olun, hərə-
kətli olun! Pis nəticənin təsirini azaltmaqla o qədər 
məşğul olun ki, onun haqda narahat olmağa vaxtınız 
olmasın.
Əsl Zərdab. 
Bütün təhqiqatların nəticəsi olaraq, qorxu və nara-
hatlığın yeganə həlli yolu, məqsədyönlü, intizamlı fəa-
liyyətdə tapılmışdır. Məqsədləriniz istiqamətində fəaliy-
yət sizi o qədər məşğul etməlidir ki, narahatlıq və qorxu-
ya vaxtınız olmasın. Kifayət qədər cəsarətli və intizamlı 
olub qorxu və narahatlığa rəğmən irəli getməkdə davam 
etdikdə özünüzə hörmətiniz artır və öz gözünüzdə ucalır-
sınız. Və nəhayətdə, qorxu hissini tam ram etmiş cəsarətli 
bir insan olursunuz. İnamla irəliləmək üçün lazım olan 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
112 
cəsarəti özünüzdə aşıladıqdan sonra özünüzdə inadkar-
lıq xüsusiyyəti formalaşdırmalısınız ki, bu haqda növbəti 
hissədə danışacağıq. 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
113 
Tapşırıq: 
1.
Beş ən böyük qorxunuzu müəyyən edin. Elə bu də-
qiqə kağız və qələm götürüb onları yazın. 
2.
Uğurunuza tam təminat verilsəydi nələri edərdiniz?
3.
Nəyi həmişə arzulamısınız lakin etməyə qorxmusu-
nuz? Uğura tam təminat olsaydı nəyi fərqli edərdi-
niz? 
4.
Uğursuzluq və itki qorxusu şəxsi və peşəkar həyatını-
zın hansı sahələrində daha çoxdur? Onları aradan qal-
dırmaq üçün dərhal nə edə bilərdiniz?
5.
Tənqid, etiraz və utancaqlıq qorxusu həyatınızın hansı 
üç sahəsində daha güclü olur? Onların öhdəsindən 
necə gələ və yox edə bilərsiniz? 
6.
Nəticənin uğurlu olacağına əmin olsaydınız özünüz 
üçün hansı nəhəng məqsədi müəyyən edərdiniz? 
7.
Bank hesabınızda 20 milyon dollar, həyatınızın sonu-
na isə cəmisi on iliniz qalsaydı nəyi fərqli edərdiniz? 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
114 
VII HİSSƏ 
Daxili-İntizam və İnadkarlıq 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə