Ntizamın Gücü Brian Tracy



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix01.10.2023
ölçüsü1,53 Mb.
#125227
1   2   3   4   5   6   7   8   9   ...   23
Brayan-Treysi-Bəhanələrə-Yox

Özünüzə qarşı digərlərindən daha çox tələbkar olun. 
Bəhanə axtarmayın, özünüzə acımayın. 
Özünüz üçün sərt rəhbər digərlərinə isə anlayışlı olun. 
Henri Vardş 
Xarakterin inkişaf etdirilməsi, həyatınızın ən böyük 
işidir. Öz xarakteri və şərəfi olan insan reputasiyası qa-
zanmaq sosial və işgüzar həyatın ən böyük nailiyyətidir. 
Ralf Valdo Emerson yazmışdır: “Hərəkətləriniz o qədər 
ucadan danışır ki, sizin özünüzün nə dediyinizi eşidə bil-
mirəm!” 
Bugünkü şəxsiyyətiniz və daxili aləminiz, bu günə 
kimi gördüyünüz işlərin və düşüncələrinizin yekunudur. 
Hər dəfə düzgün seçim etdikdə və hərəkətləriniz dəyərlə-
rinizlə üst-üstə düşdükdə şəxsiyyətiniz güclənir və daha 
mükəmməl biri olursunuz. Və əksinə: hər dəfə güzəştə 
getdikdə, asan yol seçdikdə və ya dəyərlərinizin əksinə 
hərəkət etdikdə xarakterinizi zəiflədirsiniz.
Böyük dəyərlər. 
Hər bir insan xarakteri müəyyən dəyərlər toplusuna 
malik olur. Bunların arasında mərdlik, cəsarət, təmkin, 
dostluq və digərləri olur. Onların bəziləri haqda III hissə-
də danışacağıq. Bütün bu dəyərlərin arasında, xarakteri-
nizin dərinliyini və gücünü müəyyən edən digərlərindən 
Примечание [E414]: 
STATUS 
Примечание [E415]: 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
37 
daha üstün biri var ki, bu da düzgünlükdür. Özünüzə və 
digərlərinə qarşı nə qədər düzgün olmağınız xarakterini-
zin keyfiyyətinin ən yaxşı göstəricisidir. Məhz düzgünlük 
sizin bütün digər dəyərlərinizin qarantıdır. Nə qədər düz-
gün və səmimi olsanız onda dəyər verdiyiniz digər key-
fiyyətləri də yaxşı qavrayar və onlara uyğun yaşayarsınız.
İstənilən halda möhkəm xarakterə malik olmaq 
üçün güclü daxili intizam tələb olunur. Daima lazım olan 
düzgün işi görmək iradə tələb edir. Və kəsə yolla getmək, 
asan olanı seçmək və lazım olan əvəzinə əyləncəli olan işi 
görmək istəyini də üstələmək üçün güclü daxili intizam 
və iradə lazımdır.
Bütün həyat, bizim daxili aləmimizin nə qədər dərin 
və güclü olmasını müəyyən etmək üçün sınaqdır. Müd-
riklik təhsil və həyat təcrübəsi ilə əldə edilir, güclü xarak-
ter isə gündəlik həyatın vurhavurunda, xırda amma vacib 
işlərin daim nəzarətdə saxlanması nəticəsində qazanılır.
Xarakterin sınağı. 
Yalnız təzyiq altında olaraq müəyyən bir seçim qar-
şısında qalanda, prinsiplərinizə sadiq qalmaq və ya gü-
zəştə getmək seçimi edərkən sizin xarakteriniz bəlli olur. 
Emerson demişdir: “Düzgünlüyünüzü müqəddəs bir var-
lıq kimi qoruyun, son məqamda müqəddəs və sizə sadiq 
qalan yalnız daxili düzgünlüyünüz olacaq”. 
Siz “seçən orqanizmsiniz”. Daim müəyyən bir seçim 
qarşısında qalırsınız. Və etdiyiniz hər bir seçim sizin xa-
rakteriniz və dəyərlərinizdən xəbər verir.
Примечание [E416]: 
Примечание [E417]: 
Примечание [E418]: 
Примечание [E419]: 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
38 
Güzəştə getmək və az müqavimətli yolu seçmək is-
təyinə qarşı qoyulacaq yeganə faktor xarakterdir. Xarakte-
rinizi gücləndirməyin yeganə yolu isə gündəlik həyatını-
zın hər saat və dəqiqəsində iradənizi tətbiq edərək, lazım 
olan faydalı işin əvəzinə lazımsız amma əyləncəli işi gör-
mək həvəsini boğmaqdır.
Böyük ödəniş. 
Güclü xarakterə malik insan olmağın, iradə və daxili 
intizam tətbiq edərək düzgün bildiyiniz prinsiplərə uy-
ğun yaşamağın qarşılıqlı ödənişi heyrətamizdir. Hər dəfə, 
cılız əvəzinə yüksək dəyərləri seçmək, asan əvəzinə çətinə 
qaçmaq, yalnış əvəzinə düzgün işi görmək bacarığınız si-
zin özünüzə hörmətinizi artırır. Özünüzlə fəxr edirsiniz. 
Bütün bunlardan başqa siz xarakter göstərdikdə, əziyyətli 
olsa belə düzgün olanı etdikdə ətrafdakıların da sizə olan 
münasibəti dəyişir, hörmətləri artır. Sizə pərəstiş edəcək-
lər. Hər bir qapı üzünüzə açıq olacaq. Gəliriniz artacaq, 
karyeranız daha sürətlə inkişaf edəcək və sizə daha böyük 
öhdəliklər verəcəklər. Siz şərəfli və güclü xarakterli insan 
olduqda daha da geniş imkanlarınız olacaq. Digər tərəf-
dən isə, insanlar sizə güvənməsələr, dünyanın ən istedad-
lı, ağıllı və bacarıqlı adamı olsanız belə irəliləyə bilməyə-
cək, karyeranızı inkişaf etdirə bilməyəcəksiniz. Sizi işə gö-
türməyəcək, götürsələr belə tezliklə işdən çıxaracaqlar. 
Maliyyə qurumları sizə kredit verməyəcək. Çünki, “qu-
şun lələkləri birlikdə uçur”, sizinlə ünsiyyətə can atan in-
sanlar yalnız zəif xarakterli insanlar olacaq. Və bütün 
Примечание [E420]: 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
39 
bunlara əlavə olaraq, həmin o zəif xarakterli insanlar sizin 
xarakter və hərəkətlərinizə təsir edərək vəziyyətinizi daha 
da pisləşdirəcəklər.
Xarakterin inkişafı. 
Aristotel yazirdi: “Cəmiyyətin bütün inkişafı gənc 
xarakterin inkişaf etdirilməsi ilə başlayır”. Bu, həyatınız-
dakı bütün inkişafın, dəyərlərin müəyyən etdirilməsi və 
gündəlik həyatda tətbiq etdirilməsi ilə başlayır. Dəyərlər 
üç yolla qazanılır: təlimat, təhsil və praktika. Gəlin bunla-
rın üçünü də dərindən öyrənək.
Övladlarınıza dəyərləri öyrədin. Valideynin başlıca 
fəzifələrindən biri övladlarına dəyərlər öyrətməkdir. Bu, 
uşaqlar böyüdükcə səbirlə onlara dəyərləri izah etmək və 
aşılamaq deməkdir. Bircə dəfə kifayət etmir. Dəyərlər və 
bu dəyərlərə uyğun yaşamağın vacibliyi izah edilməlidir. 
Valideyn hər hansı bir dəyərin adını çəkmək və ona əməl 
etmək lazım olduğunu deməklə kifayətlənməməlidir. Də-
yərin məğzini izah etməli və uşağın gündəlik həyatda tət-
biq etməsinə yardımçı olmalıdır.
Uşaqlar dəyər verdikləri insanlardan aldıqları məs-
ləhət və dərslərə qarşı çox həssas olurlar. Valideyinlərinin 
dediklərini bir fakt, sübuta ehtiyacı olmayan aksiom kimi 
qəbul edirlər. Onlar bizim dediklərimizi hopdurucu kağız 
kimi çəkirlər. Onlara dediyimiz dəyərlər yağlı boya kimi 
onların təmiz qəlblərinə yazılır, quruyur və həmişəlik ora-
da qalaraq böyüdükcə necə insan olmalarını və həyata ba-
xışlarını müəyyən edir. 19-cu başlıqda izah edəcəyimiz ki-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
40 
mi hərəkətləriniz dəyərləriniz haqda sözlərinizdən daha 
aydın danışır. Uşaqlarınız sizi müşahidə edir və sadəcə si-
zin dildə dediyiniz deyil, həmçinin əməldə göstərdiyiniz 
dəyərləri də öyrənirlər. Unutmayın onlar daim bizi müşa-
hidə edirlər.
Rokfeller ailəsində yetişən uşaqlar erkən yaşların-
dan maliyyə dəyərlərini öyrənmələri ilə məşhurdurlar. 
Valideyinlərin dünyanın ən zəngin insanlarından olmala-
rına rəğmən, uşaqlar məktəb pulunu onlara verilən tapşı-
rıqlar vasitəsi ilə qazanmalı olurdular. Sonra isə həmin 
pulu necə xərcləyəcəkləri haqda məsləhətlər alırdılar. Və 
təbii nəticə olaraq onlar, varlı ailələrdə böyüyüb bu cür 
tərbiyə edilməmiş uşaqlardan fərqli olaraq uğurlu biznes-
men və iş adamları olurdular.
Bəyəndiyiniz dəyərləri öyrənin. Siz dəyərləri, də-
rindən araşdırdıqca öyrənirsiniz. “Diqqətin cəmlənməsi 
qanunu”na əsasən: “Diqqətinizi üzərində cəmləşdirdiyi-
niz şey böyüyür və həyatınızda əhəmiyyəti artır”. Bunu 
belə izah etmək olar: əgər siz xoşladığınız dəyərlərə malik 
insanlar haqda kitab oxuyur və ya filmə baxırsınızsa və 
sonra həmin dəyər və hadisə haqda uzun müddət düşü-
nürsünüzsə o zaman həmin dəyər sizin beyninizdə daha 
da dərinə oturur. Dəyərlər altşüurunuza oturduqdan son-
ra siz, vəziyyət tələb etdikdə qeyri-iradi olaraq həmin də-
yərlərə uyğun davranırsınız. Misal üçün hərbi təlimlər za-
manı əsgərlərə vətənpərvərlik, mərdlik, cəsarət, intizam 
və yoldaşına kömək etmək kimi dəyərlər haqda hadisələr 
və rəvayətlər danışırlar. Bu cür söhbətlərə qulaq asdıqca, 
müzakirə etdikcə və düşündükcə onların döyüş meyda-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
41 
nındakı vurnuxma zamanıda bu dəyərlərə uyğun rəftar 
etmək ehtimalları artır.
Xarakterin özəyi həqiqətdir. Maraqlarınıza uyğun 
gəlmədikdə belə həqiqəti söylədikdə özünüzü daha yaxşı 
hiss edir və ətrafdakıların hörmətini qazanırsınız. İnsanla-
ra verəcəyiniz ən böyük qiymət onlara: “Sən düzgün 
adamsan” deməyinizdir. 
Pərəstiş etdiyiniz insanları yamsılayın. Xarakteri-
nizin əsas hissəsi pərəstiş etdiyiniz insanların təsiri ilə for-
malaşır. Onlar kimlərdir? Həyatınızdakı insanlar və tarixi 
şəxsiyyətlər arasında pərəstiş etdiklərinizin adlarını yazın 
və həmin insanlardan örnək götürdüyünüz dəyərlərin si-
yahısını tutun. 
Sağ və ya ölü olmasindan asılı olmayaraq istədiyiniz 
adamla bir gün keçirmək imkanınız olsaydı o kim olardı? 
Nə üçün məhz həmin adamı seçərdiniz? Onunla nə haqda 
danışardınız? Ondan hansı məsləhətləri almaq istərdiniz? 
Bir məqamı da nəzərə alın: həmin adam nə üçün sizinlə 
vaxt keçirməyə razı olardı? Sizi dəyərli edəcək hansı xü-
susiyyət və dəyərləri aşılamısınız ozünüzdə? Sizi fərqlən-
dirən nədir? 
Xoşladığınız dəyərləri tətbiq edin. Dəyərləri özü-
nüzə lazım olduqda tətbiq etməklə aşılayırsınız. Roma fi-
losofu Epiktetusun dediyi kimi: “Şərait şəxsi formalaşdır-
mır, sadəcə özünü tanımasını təmin edir”. Problemlə üz-
ləşdikdə insan indiyə kimi özündə yetişdirdiyi dəyərlərə 
uyğun davranır. Biz dəyərləri, xarakterimizin bir hissəsi 
olana – adət halını alana kimi daim tətbiq etmək və tək-
rarlamaqla aşılayırıq. Güclü xarakterə malik insanlar, istə-
nilən şəraitdə düşünmədən və tərəddüd etmədən öz də-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
42 
yərlərinə uyğun davranırlar. Onlar özlərinə, düz və ya 
səhv etməkləri haqda sual vermirlər.
Şəxsiyyətin strukturu. 
Xarakterin psixikası şəxsiyyətin üç hissəsini özündə 
birləşdirir: idealınız, təsəvvürünüz və özünüzə verdiyiniz 
qiymət.
İdealınız. İdealınız, dəyərləriniz, məqsədləriniz, ar-
zularınız və maksimum nə ola biləcəyiniz haqda təsəvvü-
rünüzdən ibarətdir. Başqa sözlə sizin idealınız, digərlərin-
də ən çox qiymətləndirdiyiniz və özünüzdə aşılamaq istə-
diyiniz dəyərlər toplusudur. İdealınızın ən əsas hissəsi 
“aydınlıqdır” sözü ilə ifadə oluna bilər. Güclü insanlar 
nəyə inandığını və kim olmaq istədiyini aydın görən 
adamlardır. Onlar hansı dəyərlərə önəm verdiklərini və 
bu dəyərlərin nə demək olduğunu yaxşı bilirlər. Çaşqınlıq 
və ya qətiyyətsizlik onlara yaddır. Dəyərlərə aid istənilən 
məsələdə qətiyyətli və möhkəm olurlar.
Zəif və qətiyyətsiz insanlar isə əksinə, hansı dəyərlə-
rə inanmaqları barədə qeyri-müəyyən və dağınıq olurlar. 
Müəyyən bir şəraitdə nəyin yaxşı nəyin pis olması haqda 
düşüncələri dumanlı olur. Nəticə olaraq da az müqavi-
mətli yolu seçərək impulsiv hərəkət edirlər. Yaxın məq-
sədlərinə nail olmaq üçün, son nəticə haqda düşünmədən 
daha asan və qısa olan yolu seçirlər.
Xarakterin tərəqqisi. Biologiyada, canlılar aşağıdan 
yuxarı, birhüceyrəli planktonlardan üzü yuxarı, ən mü-
rəkkəb varlıq olan insana doğru sıralanmışlar. İnsanlar da 
Примечание [E421]: 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
43 
öz növbəsində ən sadədən ən inkişaf etmişlərə dögru sıra-
lana bilərlər. Ən bəsitlər, mənəvi dəyərləri və xarakteri ol-
mayanlardır. Bu insanlar impulsiv olaraq, yaxın və cılız 
məqsədlərinə nail olmaq üçün asan və qısa görünən yolu 
seçirlər. Ən mürəkkəb və inkişaf etmişlər isə əksinə heç 
bir halda, nə maliyyə böhranı, nə fiziki və mənəvi əziyyət 
və nə də ölüm qorxusu qarşısında belə öz dəyərlərinin ək-
sinə getməzlər.
Corc Vashinqtonun son dərəcə vicdanlı olması, alba-
lı ağacını sındırmasını boynuna alması haqda rəvayətlə 
sübut olunmuşdur. Birləşmiş Ştatların baniləri eyni dü-
şüncələrlə Müstəqillik Bəyanatında belə yazmışdılar “Be-
ləliklə də biz həyatımızı, gələcəyimizi və vicdanımızı gi-
rov qoyuruq”.
“Etibar: Sosial Dəyərlər və Cəmiyyətin inkişafı” 
kitabında filosof Frensis Fukiyama qeyd etmişdir ki, bü-
tün dünyada cəmiyyət iki hissəyə “Çox etibarlı” və “Az 
etibarlı”ya bölünə bilər. O, həmçinin iddia edirdi ki, vic-
dan, mənəvi dəyər və əxlaqa önəm verilən “Çox etibarlı” 
cəmiyyətlər həm də ən qanunpərəst, azad və perspektivli-
dir. Şkalanın əks tərəfində isə tiraniya, oğurluq, əxlaqsız-
lıq və rüşvətin hökm sürdüyü cəmiyyətlər dayanır. Və 
heç bir istisna olmadan bu cəmiyyətlərin hər biri qeyri-de-
mokratik və kasıbdırlar.
Etibar açardır. Etibar insan münasibətləri üçün yağ-
layıcı maddədir. İnsanlar arasında etibar olduğu yerdə iq-
tisadi aktivlik yüksək olur və hər kəs inkişaf etmək imka-
nına malik olur. Digər tərəfdən, etibar olmayan yerdə iqti-
sadi inkişaf əvəzinə insanlar oğurluqdan müdafiə yolları 
axtarırlar.
Примечание [E422]: 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
44 
Birləşmiş Ştatlarda “Konstitusiya” və “Hüquqlar 
Billi” var. Bu sənədlər, Amerikalıların riayət etməyə razı 
olduqları qanunları əks etdirir. Onlar hakimiyyətin struk-
turunu müəyyən edir və bizim haqlarımıza təminat verir. 
Lakin bu qanunların düzgün işləməsi seçdiyimiz insanla-
rın vicdanlı olmasından və qanunları qorumaqlarından 
asılıdır. Yalnız güclü xarakterə malik olub gələcəyi düşü-
nən insanlar iqtisadiyyatımızın və sosial sistemimizin da-
vamlı inkişafını təmin edə bilərlər. Və qanunlar məhz bu 
cür insanların inkişaf edərək cəmiyyətin yüksək təbəqəsi-
ni təşkil etmələrinə yönəlmişdir. Lakin sistem ideal deyil, 
qısa müddətə olsa belə, bəzən layiq olmayanlar da yüksək 
pillələrdə yer ala bilirlər. Amerikalıların sadəcə vicdan və 
ləyaqət tələbləri sonunda cəmiyyətin vicdansız və ləya-
qətsiz adamlarının üzə çixib ifşa edilməsi ilə nəticələnir. 
Güclü xarakterə malik ləyaqətli insanlara olan tələb tü-
kənməzdir.
Təsəvvürünüz (Özünüzü necə təsəvvür etməyiniz): 
Daxili Güzgünüz. Xarakterinizin ikinci hissəsi təsəvvürü-
nüz – özünüzü necə təsəvvür etməyinizdir. Bu özümüzü 
necə təsəvvür etməyimiz, necə görməyimiz və nə fikirdə 
olmağımızdır. İnsanlar daim özlərini daxildə gördükləri 
kimi hərəkət edirlər. Bu hər kəsin müəyyən bir hərəkət-
dən öncə göz atdığı “daxili güzgüdür”. Biz özümüzü təm-
kinli, pozitiv, ləyaqətli və güclü xarakterə malik biri kimi 
gördükdə hərəkətlərimizdə də buna uyğun davranırıq. 
Özünüzü və vəziyyəti kontrolda saxladığınızı hiss edirsi-
niz. Ətrafınızdakı insanların sizə qarşı hörmətləri artır. 
Əlavə olaraq siz öz prinsip və dəyərlərinizə uyğun hərə-
kət etdikdə öz gözünüzdə ucalırsınız. Özünüz haqda da-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
45 
ha yaxşı fikirdə olursunuz, daha xoşbəxt və özünə əmin 
olursunuz. Daxilinizdəki bu dəyişiklik isə hərəkətləriniz-
də də əks olunur və sizi yüksək dəyərlərə malik güclü xa-
rakterli biri kimi göstərir. Sizin özünüzü daha yüksək qiy-
mətləndirməyiniz digər insanlarında sizi yüksək qiymət-
ləndirməsinə səbəb olur. Özünüzü ləyaqətli və güclü xa-
rakterli biri kimi gördükdə digər insanlara qarşı daha mə-
dəni, alicənab və anlayışlı olursunuz ki, bunun da nəticəsi 
olaraq onlar sizi güclü xarakterə malik ləyaqətli bir insan 
kimi görürlər.
Özünüzü nə qədər dəyərləndirirsiniz. Xarakterini-
zin üçüncü hissəsi özünüzü dəyərləndirməyinizdir. Bu 
özünüz haqda nə fikirdə olmağınız, emosional əsasınız-
dır. Özünüzü dəyərləndirməyiniz “özünüzü nə qədər 
xoşlamağınız” kimi izah edilə bilər ki, əslində bu daha ge-
niş bir anlamdır. Özünüzü nə qədər çox qiymətləndirsə-
niz bir o qədər optimist və pozitiv olarsınız. Özünüzü hə-
qiqətən də əhəmiyyətli insan kimi dəyərləndirdikdə di-
gərlərini də bir o qədər əhəmiyyətli insan kimi dəyərlən-
dirəcəksiniz.
Özünüzü dəyərləndirməyiniz, əsasən özünüzü necə 
təsəvvür etməyinizdən asılıdır ki, bu da sizin arzuladığı-
niz insan olmaq istiqamətində fəaliyyətinizi nizamlayır.
İdeal hesab etdiyiniz insan xarakterinə uyğun dav-
randiqca öz gözünüzdə daha dəyərli olursunuz və özünü-
zə hörmətiniz artır. Özünüzü daha xöşbəxt hiss edir və ət-
rafdakı insanlara qarşı məhəbbətiniz artır. Və bunun da 
qarşılığı olaraq onlarında sizə qarşı məhəbbəti və hörmət-
ləri artır. İdeal hesab etdiyiniz xarakterə və yüksək mənə-
vi dəyərlərə uyğun hərəkət etdikcə həyatınızı inkişafa 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
46 
doğru nizamlayırsınız. Həyatınızın bütün sahələrində 
uğurla üzləşməyə başlayacaqsınız.
Xəyalınızdakı ideal insan modeli xarakterinizin for-
malaşdırılmasında çox böyük təsirə malikdir. İdeal hesab 
etdiyiniz insanın xarakterinə pərəstiş etdikcə həm iradi və 
həm də qeyri–iradi olaraq ona oxşamağa çalışırsınız. Bu-
nun üçün də oxşamaq istədiyiniz insan modelinin müm-
kün qədər aydın olması vacibdir.
Daima Uyğun davranın. 
Mənəvi dəyərlərinizə uyğun davrandıqca özünüzü 
xoşbəxt hiss edirsiniz. Hər hansı bir səbəbdən güzəştə ge-
dib dəyərlərinizə uyğun davranmadıqda özünüzü pis 
hiss edirsiniz. Və uyğun olaraq da, güzəştə getdikcə özü-
nüzə inamınız və hörmətiniz azalır. Özünüzü qətiyyətsiz, 
zəif və narahat hiss edirsiniz. Dəyərlərinizi qurban ver-
dikcə daxilinizdə, qəlbinizin dərinliyində nə isə funda-
mental bir yalnışlığın olduğunu hiss edirsiniz.
İnsanın demək olar bütün problemləri, yüksək də-
yərlər və daxili inanclara dönməklə həll edilə bilər. Dö-
nüb arxaya baxdıqda yəqin ki, həyatınızda, kapitalınızı 
qorumaq, işinizi və ya kiminləsə hansısa bir əlaqəni itir-
məmək üçün güzəştə gedərək dəyərlərinizə zidd davran-
dığınız məqamların olduğunu görəcəksiniz. Hər dəfə belə 
vəziyyətdə siz özünüzü pis hiss etmiş və sonunda hər şe-
yi buraxıb boş vermişsiniz. Və xarakterinizin gücü hesabı-
na, sonunda boş verib getmədikdə özünüzü necə hiss et-
mişdiniz? Əla! Hər dəfə, iradə və xarakterinizin gücün-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
47 
dən istifadə edərək dəyər verdiyiniz prinsiplərə dönərkən 
siz, bütün qəlbinizi dolduran sevinc və xoşbəxtlik hissi ilə 
mükafatlandırılırsınız. Özünüzü daha enerjili və sərbəst 
hiss edirsiniz. Və bu addımı daha öncə atmadığınız üçün 
təəssüf edirsiniz.
Düzgün olanı edin. 
Daxili intizam və iradəyə əsaslanan xarakter forma-
laşdırma prosesində uzaq məqsədli düşünmək vacibdir. 
Hərəkətlərinizin gələcəkdə verəcək nəticələri haqda nə 
qədər çox düşünsəniz indiki hərəkətlərinizin düzgün ol-
ma ehtimalı bir o qədər çox olacaq. Seçim etməli və ya qə-
rar verməli olduqda həmişə sehrli suala müraciət edin: 
“Burada ən vacibi nədir?” Emmanuel Kantin aforizmin-
dən praktikada istifadə edin: “Hər bir hərəkətinizin bütün 
insanlar üçün sanki qanun olacağı kimi davranin”. Xarak-
terin inkişaf etdirilməsində ən vacib sullardan biri: “Əgər 
bütün insanlar mənim kimi olsaydı dünyamiz necə olar-
di?” Prinsiplərinizə zidd olan hərəkət etdikdə dərhal bu-
nu özünüzə xatırladın, öz yolunuza dönun, “Bu mənə ox-
şamır! Mənə yaraşan hərəkət deyil!” deyin və mümkün-
dürsə düzəliş edin, mümkün olmadıqda isə gələn dəfə 
prinsiplərinizə sadiq qalacağınıza söz verin.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
48 
Nəyin üzərində dayanırsınızsa o inkişaf edir. 
Əgər bugünkü vəziyyətinizdə prinsiplərinizə əməl 
edə bimirsinizsə, dərhal vəziyyəti dəyişin, elə bu dəqiqə 
hərəkətə keçin və vəziyyəti düzəldin. Belə bir qədim hind 
rəvayəti var: Müəllim şagirdinə deyir: “Mənim çiyinlərimdə 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə