Ntizamın Gücü Brian Tracy



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix01.10.2023
ölçüsü1,53 Mb.
#125227
1   2   3   4   5   6   7   8   9   10   ...   23
Brayan-Treysi-Bəhanələrə-Yox

“Biz, aramsız nə ediriksə oyuq; mükəmməllik isə müəy-
yən bir iş deyil, adətdir.” 
Aristotel 
Siz ən dəyərli mülkiyyətiniz özünüzsünüz. Həyatı-
nız, potensialınız və imkanlarınız malik olduğunuz ən də-
qiq şeylərdir. Və həyatınızın ən əsas məqsədi potensialını-
zı reallaşdırmaq və maksimum nailiyyət əldə etmək ol-
malıdır.
Sizin öyrənmək, inkişaf etmək və potensialınızı üzə 
çıxarmaq qabiliyyətiniz hüdudsuzdur. Bu gün insanlar, 
cavan yaşlarında yeni bilik və bacarıqlar əldə edərək uni-
versitet və kolleclər bitirirlər. Beyninizi ayıq və daim 
maksimum dərəcədə fəaliyyətdə saxlasanız öyrənmək və 
yadda saxlamaq qabiliyyətiniz ömrünüzün axırına kimi 
davam edəcək.
Ən dəqiq maliyyə mülkiyyətiniz qazanmaq bacarı-
ğıdır. İşləmək qabiliyyətiniz ömürlük qazancın başlıca 
mənbəyidir. Siz evinizi, avtomobilinizi, işinizi, bank hesa-
bınızı və ümumiyyətlə hər şeyinizi itirə bilərsiniz, lakın 
nə qədər ki, qazanmaq qabiliyyətiniz var, onların hamı-
sını geri qaytara bilərsiniz.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
78 
Ən böyük yatırımınız. 
İnsanların çoxu bundan xəbərsizdir. Onlar qazan-
maq bacarıqlarını anadangəlmə hesab edirlər. Lakin bu 
belə deyil. Peşənizi öyrənməyə və bacarığınızı artırmağa 
sərf etdiyiniz təhsil, təcrübə və ağır zəhmət qazanmaq ba-
carığının inkişaf etdirilməsinə sərf edilmişdir. Qazanmaq 
bacarığınız əzələ kimi bir şeydir. İllərlə məşq sayəsində 
güclənə bilir. Bunun əksi də öz təsirini göstərir: məşq 
etmədikdə əzələ zəiflədiyi kimi zamanla qazanmaq baca-
rığı da lazımi təlim görmədikdə zəifləyir. Başqa sözlə 
sizin qazanmaq qabiliyyətiniz ya inkişaf, ya da tənəzzül 
edə bilər. İnkişaf etməsi daimi yatırım və mükəmməl-
ləşdirmə sayəsində baş verir və maddi vəziyyətinizin 
yaxşılaşması ilə özünü biruzə verir. Tənəzzül isə əksinə 
diqqətsiz qaldıqda, heç bir yatırım edilmədikdə baş verir 
və maddi vəziyyətin pisləşməsi ilə müşayiət olunur. Qa-
zanmaq qabiliyyətinizin illər boyu aybaay inkişaf və ya 
tənəzzül edəcəyi seçimi isə sizin özünüzdən asılıdır.
Siz prezidentsiniz. 
Özünüzü “Şəxsi İnkişaf Şirkəti”nizin prezidenti ki-
mi görün. Təsəvvür edin ki, şirkətinizi açıq marketə icti-
maiyyət qarşısına çıxaracaqsınız. Şirkətinizi, ilbəil aksiya-
larının dəyəri artan bir şirkət kimi təqdim edə biləcək-
sinizmi? 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
79 
Sizi bura kimi gətirən burdan o tərəfə apara
bilməyəcək. 
Bəzi adamlar, daim bilik və bacarıqlarını artırma-
dıqlarından qazanmaq bacarıqlarını tənəzzülə uğradaraq 
dəyərlərini itirirlər. Onlar, bugünkü bacarıqlarının sabah 
artıq köhnə olacağını anlamırlar. Başqaları isə anlayır və 
uyğun addım ataraq sizi qabaqlamış olurlar.
Yuxarıdakı 20 faizə qatılın. 
I Hissədə qeyd etmişdim ki, 80\20 qaydası gəlirə 
aiddir: cəmiyyətdəki pulun 80 faizi yuxarıdakı 20 faiz 
insan tərəfindən idarə olunur və onlara malikdir. Forbes, 
Fortune, Business Week, Wall Street Journal və İRS-ə 
əsasən yuxarıdakı 1 faiz amerikalı maliyyənin 33 faizini 
idarə edir.
Ən maraqlı fakt; Amerika milyoner və milyarderlə-
rinin çoxu birinci nəsildəndirlər. Onlar işə çox cüzi ya da 
bəzi hallarda tamamilə heç bir kapitala malik olmadan 
başlamış və qısa zaman kəsiyində böyük kapital qazan-
mışdırlar. Amerikada gəlir dinamikliyi çox yüksəkdir, yə-
ni burada siz ən aşağı gəlirlə işə başlayıb qisa müddətdə 
gəlirinizi xeyli artırmaq imkanına maliksiniz. İndi yuxarı-
dakı 20 faiz insanların demək olar hamısı ən aşağı 20 
faizdən başlamışdır. İşə başladıqları andan onlar vaxtları 
və səylərini digərlərindən fərqli şəkildə idarə etməyə 
başlamış və nəticədə maliyyə uğuru eskalatorunda özlə-
rinə yer tapmışdılar.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
80 
Potensialınızın hüdudu yoxdur. 
Amerikada gəlirlərin orta statistik artımı təxminən 3 
faizdir, sadəcə inflyasiya və yaşayışın bahalaşması ilə 
güclə ayaqlaşa biləcək qədər. Gəlirləri ildə 3 faiz artan 
adamlar irəli keçə bilmirlər. Onlar sadəcə minimumlarını 
təmin edəcək işə malikdirlər.
Əslində isə heç kim sizdən daha yaxşı və ya daha 
ağıllı deyil. Əgər kimsə sizdən daha uğurludursa bu, on-
un Səbəb və Effekt qanununun onun işinə necə təsir etmə-
sini bilməsi və digər uğurlu adamların etdiyini etməsi 
deməkdir. Səbəb və Effekt qanununun sizin həyatınıza 
təsiri “Öyrən və et” şəklindədir.
Şəxsi mükəmməllik sizin qərarınızdır, bu qərarı ya 
verirsiniz ya da vermirsiniz. Amma öz işinizdə mükəm-
məlliyə doğru hərəkət olmadıqda siz avtomatik olaraq 
orta və ya hətta aşağı səviyyəli işçiyə çevrilirsiniz. Heç 
kim təsadüf və ya sadəcə gündəlik işə getmək nəticəsində 
mükəmməl olmur. Mükəmməl olmaq üçün qərar vermək 
və ömürlük onun üzərində çalışmaq lazımdır.
İyirmi birinci əsrin açarı. 
Bilik və bacarıq iyirmi birinci əsrin açarıdır. Ola bilə-
cəyiniz ən mükəmməl insan və peşənizdə peşəkar olmaq 
ömürlük daxili-intizam tələb edir. Zehni hazırlıq fiziki 
hazırlıq kimidir: hər ikisi ömürlük təlim tələb edir. Ara 
verdikdə formadan düşürsünüz. Yuxarıdakı iyirmi faizə 
qoşulmaq və orada qalmaq üçün daim, günbəgün öyrən-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
81 
mək və mükəmməlləşmək lazımdır. Daha çox qazanmaq 
üçün daha çox öyrənmək lazımdır.
Abrahm Linkoln yazmışdır: “Birilərinin zəngin ol-
maq faktı sizin də ola biləcəyinizə sübutdur.” Necə edildi-
yini bilsəniz, digərlərinin etdiyini siz də edə bilərsiniz. 
Yuxarıda olan hər kəs bir zamanlar aşağıda olub. Orta 
statistik ailədən çıxmış və ya orta gəlirə malik olmuş və 
sonradan öz sahəsində peşəkar olaraq zənginləşmiş yüz-
lərlə, minlərlə insan var. Və minlərlə insanın etdiyini siz 
də edə bilərsiniz. Filosof Bertran Russel yazmışdır: “Nə-
yinsə mümkünlüyünü sübut edən ən əsaslı dəlil, artıq 
başqa birinin bunu etmiş olması faktıdır.”
Adini qeyri-adiyə. 
Çox zaman ağıl, fərasət və istedadda sizdən geri 
qalan birinin daha çox nailiyyət əldə etməsinin şahidi ol-
muşsunuz. Sizdən zəif birinin sizdən uğurlu olmasını 
görmək çox acılıdır. Bəs bu necə baş verir? Cavab sadədir: 
Onlar həyatlarının müəyyən məqamında, uğurun aça-
rının şəxsi və peşəkar inkişaf olduğunu dərk ediblər.
Məsələnin yaxşı tərəfi odur ki, demək olar bütün 
lazımlı bacarıqlar öyrənilə biləndirlər. İstənilən biznes ba-
carığı öyrənilə biləndir. Bu gün hansısa bir sahədə peşə-
kar olan hər kəs bir zamanlar həmin sahədə biliksiz və 
təcrübəsiz idi. İstənilən cür satış bacarığını öyrənmək 
olar. Böyük dövriyyələr edən ən yaxşı satıcılarda bir za-
manlar satış üçün zəng etməkdə və ya aylıq satış planını 
doldurmaqda çətinlik çəkmişdirlər. Pul gətirən bacarıqlar 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
82 
öyrənilə biləndir. Demək olar bütün zəngin insanlar nə 
vaxtsa yoxsul olmuşdurlar. Məqsədinizə nail olmaq üçün 
tələb olunan bütün bacarıqlara yiyələnə bilərsiniz.
Qərar qəbul edin. 
Peşəkar olmaq, gəlirinizi artırmaq və nailiyyətlər əl-
də etməyə aparan yolun başlanğıc nöqtəsi çox sadədir: 
Qərar qəbul edin. Deyirlər ki, insan həyatının dönüş 
nöqtəsi, beyində hansısa bir ideyanın parlaması və bu 
ideya ilə bağlı hərəkətə keçmək qərarı verilən zamandır. 
Siz təhsil almaq, bacarıqlarınızı yeniləmək və ya yaxşı iş 
tapmaq qərarı verirsiniz. Yeni biznesə başlamaq qərarı 
verirsiniz. Müəyyən bir işə başlamaq və ya karyera 
qurmaq qərarı verirsiniz. Pulunuzu hansısa bir işə yatır-
maq qərarı verirsiniz. Ya da öz sahənizdə ən yaxşı mütə-
xəssis olmaq qərarı verirsiniz.
Çox adam varlı, xoşbəxt və sağlam olmaq istədiyini 
deyir. Lakin (IV Hissədə müzakirə etdiyimiz kimi), 
arzulamaq və ümid etmək kifayət deyil. Məqsədinizə nail 
olmaq üçün, lazımi qədər zəhmət çəkməyə və nə qədər 
olmasından asılı olmayaraq haqqını ödəməyə hazır olma-
ğa qəti qərar verməlisiniz. Bu qərarı vermək və arxanızca 
körpüləri yandırmalısınız. Həmin dəqiqədən etibarən, 
yuxarıdakı 20 faizə çatmayana kimi daima öz üzərinizdə 
işləməyi qət etməlisiniz.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
83 
Arxada gələnlərin deyil, liderlərin
ardınca gedin. 
Öz sahənizin ən yaxşılarından biri olmaq qərarı 
verdikdə ətrafınıza göz yetirin və bu sahədə kimlərin ən 
yaxşı olduğunu müəyyən edin: 

Onları hansı cəhət birləşdirir? 

Gündəlik işlərini necə planlaşdırır və təşkil edirlər? 

Necə geyinirlər? 

Necə yeriyir, danışır və rəftar edirlər? 

Hansı kitabları oxuyurlar? 

Boş vaxtlarını necə keçirirlər? 

Kimlərlə oturub-dururlar? 

Hansı kurslara gedirlər? 

Avtomobil sürərkən hansi audio proqramları dinləyir-
lər? 
Bunlar, uğurlu insanların, sizin də etməli olduğunuz 
nələri etdiklərini müəyyən etmək üçün lazım olan sualla-
rın bir hissəsidir. Hər şeyə rəğmən, görmədiyiniz hədəfi 
vura bilməzsiniz. 
Nümunə götürmək üçün düzgün modelin seçilməsi 
gələcəyinizə güclü təsir göstərəcək. “Nailiyyətli Cəmiy-
yət” kitabının müəllifi və Harvard universitetinin doktoru 
Devid Maklelland belə bir nəticəyə gəlmişdir ki, “nümu-
nə götürəcəyiniz qrup” nailiyyətlərinizin 95%-ni müəy-
yən edir. Sizin geyiminiz, rəftarınız, düşüncə və həyat tər-
ziniz vaxtınızın çox hissəsini paylaşdığınız insanlarla 
eyniləşir. 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
84 
Qartallarla uçun. 
Bir neçə il öncə seminar iştirakçılarımdan biri mənə 
öz hekayətini danışmışdı. Bob Barton, dediyinə görə, kar-
yerasını iyirmi yaşında, nəhəng bir şirkətin otuzdan yuxa-
rı satıcısı olan filialında başlamışdı. Özü də təzə işçi oldu-
ğundan vaxtını digər təzə işçilərlə birgə keçirirdi. Necə 
deyərlər “quşun lələkləri birgə uçar”. Bir-iki aydan sonra 
Bob, ən yaxşı satıcıların da bir yerdə qruplaşmasına fikir 
verdi. Onlar gənc satıcılara qarışmırdılar. Vaxtlarını da 
başqa cür keçirirdilər. Bob və digər gənc satıcılar işə gə-
lərkən onlar artıq işdə olurdular, günlərini planlaşdırır, 
zənglər edir, görüşlər təyin edirdilər. Gənc satıcılar isə işə 
gec gəlir, öncə kofe içir, qəzetləri oxuyur və satış işlərinə 
gec başlamaqlarına bəhanələr gətirirdilər.
Yaxşılardan öyrən. 
Bob, təcrübəli satıcılardan nümunə götürməyi qəra-
ra aldı. Onlar kimi geyinməyə, işləməyə və davranmağa 
başladı. Hər səhər güzgü qabağında dayanıb özündən: 
“Mən onlardan biri kimi görünürəmmi?” deyə soruşurdu. 
Cavabı “xeyr” olduqda geri qayıdıb əynin dəyişərdi. 
Ofisə daha tez gələr, işlərini planlaşdırardı ki, saat 9 olan 
kimi müştərilərlə işləməyə hazır olsun. Bir müddət sonra 
təcrübəli satıcılardan birinə yaxınlaşıb, ona işində kömək 
edəcək kitab və ya audio proqram məsləhət verə biləcəyi-
ni soruşdu. Və məlum oldu ki, yuxarıda olanlar həmişə 
gənc işçilərə kömək etməyə hazır və həvəsli olurlar. İstə-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
85 
diyi məsləhəti alan kimi dərhal lazım olan kitab və audio 
proqramı aldı və onlardan istifadə eləməyə başladı. Sonra 
yenə təcrübəli satıcıya müraciət etdi. Təcrübəli həmkarı 
ona növbəti kitab və audio proqramın adını dedi və Bob 
onları da alıb istifadə etməyə başladı.
Uğurluların etdiyini edin. 
Bob, başqa bir təcrübəli həmkarına yaxınlaşdı və 
ondan gününü necə planlaşdırmasını soruşdu və o Bobu 
özünün istifadə etdiyi planlaşdırma sistemi ilə tanış etdi. 
Beləliklə Bob, gününü təcrübəli satıcılar kimi planlaşdır-
mağa başladı. Təcrübəli satıcıları özünə nümunə götür-
məklə və onlara oxşamağa çalışmaqla Bob daha çox gö-
rüşlər təyin etməyə və daha çox satış həyata keçirməyə 
başladı. Cəmisi altı aya o, ofisin ən yaxşı satıcıları sırasına 
qoşuldu. Zamanla təcrübəli həmkarları onu çaya və naha-
ra dəvət etməyə başladılar və Bob bu qrupun üzvünə 
çevrildi. Növbəti il Bob satıcılar konfransına getdi və ora-
da ölkənin hər yerindən gəlmiş uğurlu satıcılarla görüş-
dü. Onlarla söhbət edərək ofisdə olduğu kimi onlardan 
da, hansı kitabı oxumağa, hansı audio proqrama qulaq 
asmağa, hansı seminarlara getməyə və satışda hansı 
strategiyadan istifadə etməyə dair məsləhətlər aldı.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
86 
Aldığınız məsləhətlərdən istifadə edin. 
Bob, çox az adamın etdiyini etdi: aldığı məsləhətlərə 
əməl etdi. Məsləhət alan kimi dərhal onu praktikada tət-
biq edir və sonra nəticəni müzakirə etmək üçün yenidən 
məsləhət verən adama müraciət edirdi. Cəmisi dörd ilə 
Bob ölkənin ən yaxşı satıcılarından biri oldu. Yoldaşlıq et-
diyi adamlar digər filial və şirkətlərdəki ən yaxşı satıcılar 
idi. Gəliri bir neçə dəfə artmışdı. Bahalı geyimlər geyinir, 
təzə maşın sürür və gözəl evdə yaşayırdı. Öz dediyinə gö-
rə o bunlara, uğurlu insanlardan məsləhət almaq və bu 
məsləhətlərə əməl etmək sayəsində nail olmuşdu. Burada 
həlledici məqam ondan ibarətdir ki, dəfələrlə ən yaxşı sa-
tıcı mükafatı almış insanlar hər dəfə Boba, heç kimin 
onlardan məsləhət istəmədiyini, uğurlarının səbəbinin nə 
olmasını soruşmadığını deyirdilər.
Bütün cavablar tapılmışdır. 
Böyük kəşf: Bütün cavablar tapılmışdır. Uğura apa-
ran bütün yollar kəşf edilmişdir. Öz sahənizdə peşəkar 
olmaq üçün tələb olunan bilik və bacarıqlar sizdən öncə 
yüzlər və minlərlə insan tərəfindən mənimsənilmişdir. 
Onlara məsləhət üçün müraciət etsəniz sizə həvəslə 
məsləhət verərlər. Uğurlu insanlar məsləhət üçün onlara 
müraciət etmiş insanların uğurlu olması üçün telefon da-
nışığını kəsər, görüşlərini təxirə salar, işlərini sonraya 
saxlayarlar. Lakin onlara məsləhət üçün müraciət etmək 
və sonra həmin məsləhətlərə əməl etmək lazımdır. On-
Примечание [E423]: 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
87 
lara birbaşa müraciət etmək imkanınız yoxdursa kitabla-
rını oxuyun, audio yazılarına qulaq asın, seminarlarında 
iştirak edin, elektron ünvanlarına yazın və bir sözlə əli-
nizdə olan hər bir imkandan istifadə edib onlardan məs-
ləhət alın. Yaxşılardan öyrənin! 
Yüksək gəliri məqsəd qoyun. 
Məqsədiniz, fəaliyyət sahənizdə ən yüksək gəlir əl-
də edən 20%-ə daxil olmaqdırsa onda birinci işiniz onlar-
ın nə qədər qazandıqlarını öyrənin. Bu informasiyanı əldə 
etmək çətin deyil. Sadəcə onların özündən soruşun. Sta-
tistik rəqəmlərə müraciət edin. Google-da axtarın.
Lazım olan gəlirin hansı məbləğdə olduğunu bildik-
dən sonra onu məqsəd kimi kağıza yazın. Bu gəliri əldə 
etmək üçün plan qurun və hər gün bu istiqamətdə işləyin. 
Nail olmayana kimi dayanmayın. Biznesdə yüksək gəlir 
əldə etməyin sirri sadədir: öyrən və et. Avtomobili domk-
ratla qaldıran kimi pillə-pillə qalxın. Hər dəfə yeni baca-
rıq və bilik əldə etdikdə qazanmaq bacarığınızı bir pillə 
qaldırırsınız.
Özünüzə yatırım etmək üçün 3 faiz formulundan
istifadə edin. 
Uğurunuzun ömürlük olmasını təmin etmək üçün, 
bugünkü gəlirinizin 3 faizini özünüzə yatırın. Ömürlük 
təhsil üçün bu rəqəm sanki sehrlidir. Amerikanın Treninq 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
88 
və İnkişaf Cəmiyyətinə əsasən ən gəlirli şirkətlərin 20 faizi 
gəlirlərinin məhz 3 faizini öz işçilərinin təliminə sərf 
edirlər. Daim inkişafda olan və qazanmaq bacarığını daim 
inkişaf etdirən insan olmaq üçün bu gün, gəlirinizin 3 
faizini özünüzə yatırmağı qət edin. İndiki gəliriniz 50 000 
dollardırsa onun 3 faizini, 1500 $ öz bilik və bacarığınızın 
artırılmasına sərf edin. Məqsədiniz ildə 100 000 $ qazan-
maqdırsa öz inkişafınıza 3 000 $ xərcləməyə hazır olmalı-
sınız ki, məqsədinizə çatasınız.
Nəticə qeyri-adidir. 
Bir neçə il öncə Detroitdə seminar verərkən təxmi-
nən otuz yaşlarında olan bir gənc mənə yaxınlaşdı. İlk 
dəfə mənim seminarıma on il əvvəl gəldiyini və “3 faiz 
qaydası”nı eşitdiyini dedi. O zaman o, kollec təhsilini at-
mış, valideynləri ilə yaşayır, köhnə maşın sürür və ofis 
satıcısı kimi ildə 20 000 $ qazanırdı. Seminardan sonra “3 
faiz qaydası”nı özünə tətbiq etmək qərarına gəldi. Şəxsi 
inkişafına ayırdığı 600 $-a (3%) kitab və audio yazılar 
alaraq onlardan istifadə etməyə başladı. Həmin il onun 
gəliri 30 000 $-a qalxdı, 50% irəliləyiş. Növbəti il şəxsi 
inkişafına 900 $ ayırdı. Gəliri 30 000 $-dan 50 000 $-a 
sıçradı. Bu artım onu düşünməyə vadar etdi: “özümə 3% 
xərcləmək gəlirimin 50% artmasına səbəb olursa onda 
görəsən 5% xərcləsəm nə qədər artar?” 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
89 
Səviyyəni qaldırmaqda davam edin. 
Növbəti il şəxsi inkişafına gəlirinin 5%-ni 2 500 $ 
ayırdı. Daha çox kitablar və audio yazılar aldı, müxtəlif 
seminarlara və ölkənin müxtəlif yerlərində keçirilən kon-
franslara getdi. Və nəticə olaraq illik gəliri iki dəfə artdı – 
100 000 $! Aldığı nəticədən ruhlanaraq yatırımı 10%-ə 
qaldırdı. “10% yatırımın nəticəsi nə qədər oldu?” – deyə 
soruşdum. Və o gülümsəyərək cavab verdi –“Keçən il illik 
gəlirim 1 milyonu ötdü. Və hələdə gəlirimin 10%-ini şəxsi 
inkişafıma ayırıram.” Özümü saxlaya bilmədim – “Bu ki, 
çox böyük məbləğdir! Bu qədər pulu necə xərcləyirsiniz?” 
“Bəli, bir az çətin olur.” – deyə təsdiq etdi – “İlin axırına 
kimi bütün məbləği xərcləyib qurtarmaq üçün yanvarın 
əvvəlindən başlamalı oluram. Mənim ayrıca imicmeyke-
rim, satış və natiqlik sənəti üzrə məsləhətçim var. Satışda 
olan şəxsi inkişafa dair bütün kitab, audio və video mate-
riallardan ibarət kitabxanam var. Peşəmə dair həm bey-
nəlxalq və həm də ölkədaxili konfranslarda iştirak edi-
rəm. Və mənim gəlirim ilbəil artır.” 
Ən yaxşı olmaq üçün üç sadə addım. 
Peşənizdə ən yaxşılardan olmaq intizam və güc sərfi 
tələb edir. Peşəkar olmaq üçün üç sadə addımdan istifadə 
edə bilərsiniz: 
1.
Hər gün 60 dəqiqə peşənizə aid qiraət edin. Televi-
zoru və radionu söndürün, qəzet və jurnalları kənara 
qoyun və işə başlamazdan öncə bir saat peşənizə dair 
nə isə oxuyun.


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
90 
2.
Avtomobilinizdə audio tədris proqramına qulaq as-
ın. Dinlədiyiniz materialı yadda saxlamaq və analiz 
etmək üçün fasilələrlə qulaq asın.
3.
Periodik olaraq peşənizlə bağlı kurs və seminarlara 
gedin. Axtarın. Bilik və bacarığınızı artıracaq istənilən 
kursa getməyə çalışın, boş vaxtlarınızda “online” 
kurslardan belə istifadə edin. 
Hərtərəfli maraq kimi hərtərəfli öyrənmək də hey-
rətamiz gücə malikdir. Öyrəndikcə öyrənmək qabiliyyəti-
niz də artır. Öyrəndikcə beyniniz daha yaxşı işləyir, daha 
dərrakəli olursunuz. Yaddaşınız və analiz etmək imkanı-
nız güclənir. Keçmişdə öyrəndiklərinizlə indi öyrəndiklə-
riniz arasında əlaqə tapırsınız.
Təhsil və şəxsi inkişafa ara verməyin! 
Ustalığa nail olmaq. 
Sizin peşənizdə usta olmaq nə qədər vaxt tələb edir? 
Ekspertlərin dediyinə görə, usta olmaq üçün yeddi il və 
ya 10 000 saat ağır zəhmət tələb olunur. Usta satıcı olmaq 
üçün yeddi il lazımdır. Uğurlu biznesmen olmaq üçün 
yeddi il lazımdır. Usta çilingər olmaq üçün yeddi il 
lazımdır. Usta beyin cərrahı olmaq üçün yeddi il lazımdır. 
İstənilən sahədə zirvəyə qalxmaq üçün yeddi il və ya 
10 000 saat ağır zəhmət tələb olunur. Siz artıq başlaya 
bilərsiniz. İstənilən halda həmin yeddi il gəlib keçəcək. 
Qarşıdakı yeddi ili nəyə sərf edəcəyiniz sizin nə olmaq 
qərarınızdan və məqsədinizdən asılıdır. Mən, öz peşəsin-
də yuxarıda olan 20-liyə qatılmaq qərarı veribdə sonunda 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
91 
nail olmayan bir kəsə rast gəlməmişəm. Və eynilə həmin 
iyirmiliyə bu qərarı vermədən düşən adama da rast 
gəlməmişəm. Qərar qəbul etmək və bu istiqamətdə ardı-
cıl, məqsədyönlü və intizamlı fəaliyyət göstərmək vacib-
dir.
Yalnız istedad kifayət etmir. 
Əvvəldə dediyim kimi, “İstedad şişirdilmişdir” kita-
bının müəllifi Ceffri Kolvinin dediyi kimi, “insanların ço-
xu işlərini ilk bir ildə öyrənir və bundan sonra heç bir 
irəliləyiş etmirlər.” Sadəcə öz işlərində ilişirlər. Bu cür iliş-
mə isə yalnız geriyə aparır. Çox adam illərlə eyni işdə 
işləyir lakin heç bir irəliləyiş əldə etmir. Proqramlaşdırıl-
mış maşın kimi doqquzdan altıya kimi sadəcə vaxtını ke-
çirmək xatirinə işləyir, lakin bilik və bacarığını artırmaq 
üçün barmağını belə tərpətmir. Şirkət əlavə pul verməsə 
və ya işdən azad etməsə heç bir kurs və ya treninqə get-
mirlər. Orta səviyyəli adam yalnız orta səviyyəli işdə 
işləyir və orta əmək haqqı alaraq bütün ömrünü maliyyə 
problemlərinin narahatlığı ilə keçirir. Orta adamı mükəm-
məl adamdan sadəcə nazik bir pərdənin ayırdığından isə 
xəbəri olmur. Acı həqiqət isə ondan ibarətdir ki, heç kim 
bir yerdə dayanmır, ya daha yaxşı olmaq istiqamətində 
irəliləyir ya da üzü aşağı yuvarlanaraq pisləşir. 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
92 
Gündə iki saat sizi yüksəyə qaldıracaq. 
Hesablanmışdır ki, adi adamı mükəmməl adama çe-
virmək üçün gündəlik iki saat əlavə vaxt kifayət edir. 
Gündəlik cəmisi iki saat sizi daim maliyyə problemləri ilə 
yüklənməkdən qurtarıb ən gəlirli mütəxəssisə çevirəcək. 
İnsanlar dərhal soruşurlar: “Əlavə iki saatı haradan ta-
pım?” Cavab çox sadədir: kağız üzərində belə bir hesab-
lama aparın: 

Həftədəki saatları hesablayın: 24 saatdan ibarət 7 
gün 168 saat edir. 

40 saatını işə və 56 saatını yuxuya sərf etdikdən 
sonra yerdə 72 saat qalır.

Bu vaxtın da 21 saatını geyinib-keçinməyə və işə 
gedib-gəlməyə sərf etdikdən sonra sizin 51 saatınız 
qalır ki, bunu da istədiyiniz kimi sərf edə bilərsiniz.

Hər gün 2 saat şəxsi inkişafınıza ayırdıqda bir 
həftəyə 14 saat edir və yerdə 37 saat vaxtınız qalır ki, 
bu da gündəlik beş saatdan artıq boş vaxt deməkdir.
Orta səviyyədən çıxıb, arzuladığınız həyata nail ol-
maq üçün öhdənizə düşən sadəcə gündəlik iki saat öz 
üzərinizdə çalışmaqdır.
Daim öyrənmək adəti aşılayın. 
Sizin üçün xoş xəbərim var: siz hər gün boş vaxtı-
nızda televizora baxmaq və ya dostlarınızla yığışıb Moz-
ambikdəki siyasi vəziyyəti müzakirə etmək əvəzinə şəxsi 
və peşəkar inkişafa dair kitablar oxuya, audio yazılara qu-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
93 
laq asa və video materiallara baxaraq bilik və bacarığınızı 
artırırsınızsa bu çox qisa bir vaxt ərzində sizin üçün adətə 
çevrilir. Bundan sonra öyrənmək və zəmanə ilə ayaqlaşan 
mütəxəssis olmaq sizin üçün avtomatik bir şeyə çevrilə-
cək.
Orta statistik adam gün ərzində təxminən beş saat 
televizora baxır. Bəzən bu vaxt yeddi və səkkiz saata çata 
bilir. Səhər yuxudan qalxan kimi televizoru yandırır və 
işə gedənə kimi baxırlar. İşdən evə qayıdan kimi də tele-
vizoru yandırır və saat on birə, on ikiyə kimi baxırlar. 
Nəticədə isə şəxsi və peşəkar inkişafla məşğul omağa vaxt 
tapmırlar.
Siz zəngin və ya kasıb ola bilərsiniz:
seçim sadəcə sizindir. 
Evinizin ən hörmətli yerində dayanan televizor sizi 
ya zəngin ya da kasıb edə bilər. Psixoloqlar müəyyən 
etmişdirlər ki, televizora çox baxdıqca insanın enerji və 
özünüqiymətləndirməsi azalır. Televizora çox baxdıqca 
altşüurda şəxsin özünə hörməti və özünü qiymətləndir-
məsi azalır. Televizora çox baxmağın başqa bir fəsadıda 
çox oturmaqdan kökəlməkdir. 
Televizorunuz sizi zəngin də edə bilər, lakin bir 
şərtlə - əgər onu söndürsəniz. Televizoru söndürdükdə 
siz, daha ağıllı, daha bacarıqlı və bilikli adam olmaq üçün 
sərf edə biləcəyiniz vaxt qazanmış olursunuz. Televizoru 
sondürdükdə ailə üzvlərinizlə daha çox ünsiyyətdə ola-
caq və deyib güləcəksiniz. Televizoru uzun müddət sön-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
94 
müş vəziyyətdə saxlaya bilsəniz, televizora baxmaq adəti-
ni tərgitmiş olarsınız və sonunda yadınıza belə düşməyə-
cək. Televizor qulluqçu kimi mükəmməl, sahib kimi isə 
son dərəcə pisdir. Seçim özünüzündür.
Gəlirinizi 1 000 faiz artırın. 
Növbəti on il ərzində məhsuldarlığınızı, iş qabiliy-
yətinizi və gəlirinizi 1 000 faiz artırmağa imkan verən altı 
addım formulu var. Bu formul istənilən adam üçün yarar-
lıdır. Və çox sadədir: 
İlk olaraq bu suala cavab verin: bir iş günü ərzində 
məhsuldarlıq və iş qabiliyyətinizi 1 faizin 1/10-i qədər 
artırmaq mümkündürmü? Çox güman ki, cavabınız 
“bəli” olacaq. Vaxtınızdan düzgün istifadə edə və daha 
vacib işləri müəyyən edib onların üzərində işləyə bilsəniz 
bir iş günü ərzində məhsuldarlığınızı 1-ə 10 artırmış 
olarsınız. Növbəti gün də eyni şeyi təkrarlaya bilərsi-
nizmi? Və cavab yenə də güman ki “bəli” olacaq. Bəs bir 
həftə boyunca hər gün bu nəticəni əldə etmək necə, müm-
kündürmü? Yenə də cavab “bəli” olacaq. 
Hər həftə 1 faizin yarısı. 
Hər gün 1/10 artım bir həftəyə 1 faizin yarısı edir. 
Normal düşüncəli işgüzar adam üçün bu nəticəni əldə 
etmək mümkündürmü? Əlbəttə ki, bəli! 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
95 
Birinci həftədən sonra bu işə nöfbəti həftədə də 
davam etmək olarmı? Əlbəttə olar. Və bu gedişlə məhsul-
darlığınızı bir ay ərzində 2 faiz artırmış olarsınız. Sonra 
eyni nəticəni növbəti aylarda da təkrarlayın.
İlə 26 faiz. 
Hər gün öz-üzərinizdə bir az işləməklə - yeni baca-
rıqlara yiyələnməklə, işinizə daha diqqətlə yanaşmaqla və 
prioritetləri düzgün müəyyən etməklə məhsuldarlığınızı 
ilə 26 faiz artırmış olursunuz. Növbəti il də eyni nəticəni 
əldə edə bilərsinizmi? Eyni şeyi on il təkrar edə bilərsi-
nizmi? Və cavab yenə də “bəli”dir. İşin ən yaxşı tərəfi isə, 
siz bunu etdikcə ilbəil daha mükəmməl olursunuz. 
İnkişaf həndəsi silsilə üzrə gedir.
Zirvəyə aparan yeddi addım. 
Aşağıda 1 000 faiz formulunun yeddi addımı göstə-
rilmişdir: 
Addım 1. Səhər yuxudan, ilk görüşünüzdən və ya 
işə getmək vaxtından bir saat öncə oyanın. Bu bir saatı 
ixtisasınıza dair və ya ruhlandırıcı bir şey oxumağa sərf 
edin. Henri Vard Biiçerin dediyi kimi: “İlk bir saat günün 
sükanıdır”. Yuxudan oyanan kimi ilk saatı bilik və bacarı-
ğınızı artıracaq bir şey oxumağa sərf etməklə siz özünüzü 
məhsuldar gün keçirməyə hazırlayırsınız. Günü daha 
pozitiv, enerjili, yaradıcı və ruh yüksəkliyi ilə keçirə-


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
96 
cəksiniz. Bundan başqa, hər gün bir saat ixtisasınıza dair 
material oxumaq həftədə bir kitab qədər edir. Və həftəyə 
bir kitab ilə əlli kitab edir. Orta səviyyəli yetkin insanın ilə 
ən yaxşı halda bir sənədli kitab oxumasını nəzərə alsaq, 
sizcə sizin gündəlik bir saat qiraət etməniz sizi öz 
sahənizdə nə qədər yüksəyə qaldırmış olar? Hər il əlli 
kitab oxumaq on ilə beş yüz kitab edir. Sizcə bu sizin 
məhsuldarlığınızı, iş qabiliyyətinizi və gəlirinizi nə qədər 
artırar? Sonunda sadəcə oxuduğunuz kitabları yerləşdir-
mək üçün sizə iri bir ev lazım olacaq. Və belə bir evi al-
mağa imkanınız çatacaq!
Hər gün bir saatlıq qiraət üç - beş ilə sizi öz sahə-
nizin sayılıb seçilən mütəxəssisinə çevirəcək. Təkcə bu 
fakt özü sizə lazım olan 1 000 faiz artımı təmin edə bilər. 
Addım 2: Məqsədlərinizi hər gün təkrar yazın. 
Xüsusi dəftər ayırın və hər səhər, ötən gün nə yazdığınıza 
baxmadan əsas məqsədlərinizi indiki zaman formasında 
yazın. Bu təkrar yazma prosesi, beyninizin istiqamətlən-
mə mexanizmi üçün proqramlaşdırmadır. Hər səhər on 
məqsədi kağız üzərinə yazdıqda siz bütün günü bu məq-
sədlərə nail olmaq üçün yollar axtarırsınız. Daha məq-
sədyönlü və inadkar olacaqsınız. Bu yolla onlara daha tez 
nail olacaqsınız.
Hər gün məqsədlərinizi yenidən yazmaq gəlirlərini-
zin on ilə 1 000 faiz artımını təmin edəcək.
Addım 3: Hər günü öncədən planlaşdırın. Hər gün 
işə başlamazdan prioritetlər siyahısı hazırlayın. Prioritet-
lərin müəyyən edilməsi bacarığı nailiyyətləriniz və məh-
suldarlığınız baxımından son dərəcə vacib məsələdir. Hər 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
97 
gün səhər günün prioritetlərini müəyyən etmək on ilə 
gəlirinizin 1 000 faiz artmasını təmin edəcək.
Addım 4: Fikrinizi bir işin üzərində cəmləyin. Hər 
gün öhdəsindən gələ biləcəyiniz ən əsas işi seçin. Bütün 
gücünüzü və diqqətinizi o işin üzərində cəmləyin və sona 
çatdırın. Bütün diqqətinizi müəyyən zaman kəsiyində 
yalnız bir iş üzərində cəmləmək bacarığını adət halına 
çevirdikdə bu sizin məhsuldarlığınızı artıracaq və on ilə 
1000 faiz artımı təmin edəcək.
Addım 5: Avtomobilinizdə audio tədris proqram-
larına qulaq asın. Avtomobili olan hər bir iş adamı sükan 
arxasında hər il 500 – 1000 saat vaxt sərf edir. Avtomo-
bilinizi “təkərli universitet”ə çevirdikdə əsil universitetin 
tam bir semestrinə bərabər tədris almış olursunuz. Sadəcə 
avtomobil sürərkən audio proqrama qulaq asmaqla var-
lanmış çox adam var. Siz də eyni şeyi əldə edə bilərsiniz. 
Bu sizə 1000 faiz artım verə bilər.
Addım 6: Hər bir telefon zəngindən və ya 
görüşdən sonra özünüzə sehrli suallar verin. Birincisi: 
“Mən nəyi düz etdim?” Sonra isə: “Nəyi daha da yaxşı 
edə bilərdim?” 
Birinci sual, “Nəyi düz etdim?” sizi, telefon zəngi və 
ya görüş zamanı düz etdiyiniz hərəkətləri xatırlamağa va-
dar edir. Onları kağızda qeyd edin. 
İkinci sual, “Nəyi daha da yaxşı edə bilərdim?” sizi, 
daha da təkmilləşmək naminə oxşar vəziyyətdə nəyi daha 
yaxşı və ya fərqli etmək haqda düşünməyə vadar edir. 
Bunları da kağız da qeyd edin. 
Hər iki halda, nəyi düzgün etməyiniz və nəyi daha 
da yaxşı edə biləcəyiniz haqda düşünməklə siz özünüzü 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
98 
gələn dəfə daha yaxşı olmağa proqramlaşdırırsınız. Bu, 
şəxsi inkişafa dair kəşf etdiyim ən güclü və sürətli üsul-
dur. Bu proses, yuxarı 20-liyə doğru irəliləmə sürətinizi 
kəskin şəkildə artırır.
Addım 7: Görüşdüyünüz hər kəslə milyon dollar-
lıq müştəri kimi rəftar edin. İşdə və evdə görüşdüyünüz 
hər bir kəslə həyatınızın ən vacib adamı kimi rəftar edin. 
İnsanlara nə qədər dəyər və etiram versəniz onlar da eyni 
şeyi sizin özünüzə qaytaracaqlar. Onlar sizə dəyər verə-
cək, sizinlə bağlı olmaq, sizinlə iş görmək və dostlarına 
təqdim etmək istəyəcəklər.
İnsanlarla milyon dollarlıq müştəri kimi davranma-
ğa evinizin içindən, ailə üzvlərinizdən başlayın. Unutma-
yın, onlar sizin həyatınızın ən vacib insanlarıdırlar. Günü-
nüzü ailə üzvlərinizə dəyər verməklə və onları nə qədər 
çox sevdiyinizi göstərməklə başladıqda bütün günü daha 
pozitiv, enerjili, rahat və xoşbəxt olacaqsınız.
Uğurunuzun tam 85 faizi nə qədər adamın sizi sev-
məsindən və hörmət etməsindən asılıdır. İnsanlara hör-
mət və qayğı göstərmək imkanını qaçırmayın.
Bir ay ərzində hər gün bu yeddi addımdan istifadə 
etsəniz həyatınızda, işinizdə və gəlirinizdəki irəliləyiş sizi 
təəccübləndirəcək. Bir ay davamlı praktika sizə uğur və 
nailiyyəti təmin edən adətlər aşılayacaq.
Ən yaxşı olun! 
Ömürlük inkişaf və məqsədyönlülük güclü intizam 
və iradə tələb edir. Üstün cəhət isə, hər dəfə yeni bir şey 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
99 
öyrəndikdə və ondan istifadə etdikdə beyninizin, özünü-
zü xoşbəxt hiss etməyə və gələcəyinizi parlaq görməyə 
səbəb olan endorfin ifraz etməsidir. Hər dəfə yeni bilik 
əldə etmək sizə özünəinam hissi verəcək. Özünüqiymət-
ləndirmə, özünəhörmət və qürur hissiniz artacaq. Qazan-
maq qabiliyyətinizi nəzarət altında hiss edəcəksiniz ki, bu 
da son dərəcə vacibdir.
Növbəti hissədə, çoxlarını geri dartan qorxu və qətiy 
yətsizlik hisslərini boğmaq üçün lazım olan cəsarət haqda 
danışacağıq. Çox hallarda biz nə etmək lazım olduğunu 
bilirik, lakin, yenilik qarşısında qorxumuzu boğmaq üçün 
cəsarətimiz kifayət etmir. Və əvəzində hərəkətsizliyimiz 
üçün müxtəlif bəhanələr axtarırıq. 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
100 
Tapşıqır: 
1.
Bu gündən öz üzərinizdə işləmək və özünüzə yatırım 
etmək qərarı verin, sanki bütün gələcəyiniz bundan 
asılıdı – çünki o həqiqətən bundan asılıdır. 
2.
Sizi öz işinizdə daha yaxşı edən xüsusiyyətləri müəy-
yən edin və onları inkişaf etdirmək üçün plan qurun. 
3.
Əgər sehrli çubuğunuz olsaydı və siz ondan istifadə 
edərək istənilən bir xüsusiyyəti özünüzdə aşılasaydı-
nız, hansı xüsusiyyət sizin qazanmaq bacarığınıza da-
ha çox təsir edərdi? Bu xüsusiyyəti müəyyən etdikdən 
sonra onu qarşınıza məqsəd qoyun, plan qurun və iş-
ləməyə başlayın. 
4.
İşinizdə ən yaxşı olmağı məqsəd qoyun və yuxarıdakı 
iyirmiliyə qatılmaq üçün hər gün nə etmək lazım ol-
duğunu müəyyən edin. 
5.
Üç-beş il qabağa baxın və gələcəkdə sizə lazım olacaq 
bilik və bacarıqları müəyyən edin. 
6.
Peşənizin ən yaxşı mütəxəssisini müəyyən edin və öz 
inkişafınız üçün onun nümunəsindən istifadə edin. 
7.
Özünüzü ömürlük inkişafa həsr edin və hər gün mü-
əyyən sahədə irəliləmək imkanını əldən verməyin. 


Brayan Treysi
Daxili 
İ
ntizamın Gücü 
Brian Tracy
The Power of Self-Discipline 
101 
VI HİSSƏ 
Daxili-İntizam və Cəsarət 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə